  1 Ramiz Dəniz



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə40/42
tarix18.06.2018
ölçüsü2,9 Kb.
#49453
1   ...   34   35   36   37   38   39   40   41   42

                                                     
 
  
                                                                            
                                                    
164 
Asiyaya gəmi səfəri ideyası tam “yetişmişdir” və artıq həyata 
keçirmək  mərhələsinə  çatmışdı.  Uzaq  şərq  ölkələrinin  – 
Hindistan  və  Çinin  tükənməz  sərvətləri  avropalıları  maqnit 
kimi cəlb edirdi. 
XV əsrdə Avropada intibah dövrü başlanmışdır. Bu zaman 
yeni ərazilərin kəşf edilməsi, öyrənilməsi və zəngin sərvətlər 
toplanması  zərurəti  yaranmışdır.  Lakin  quru  yollarla  həmin 
ölkələrə  gedib  çıxmaq  üçün  çox  vaxt  lazım  idi  və  yollar 
təhlükəli  idi.  Avropa  ölkələri  bu  dövrdə  sürətlə  inkişaf 
edirdilər  və  güclü  dəniz  yollarının  açılması  qarşıda  əsas 
məqsəd kimi dururdu. 
Xristofor Kolumb “Yeni Dünya”nı kəşf etmiş böyük dəniz 
səyyahıdır. 
X. Kolumb Genuyada (İtaliya) anadan olmuş, uzun müddət 
Portuqaliyada  yaşamış,  burada  evlənmişdi,  burada onun oğlu 
doğulmuşdu,  Atlantik  okeanda  onun  ilk  səyahətləri  məhz 
Portuqaliyadan baş vermiş, lakin  sonra İspaniyanı təmsil edən 
dənizçi Valyadolid şəhərində (İspaniya) vəfat etmişdir. 
Genuyalının  Transatlantik  proyektini  Portuqaliya  qəbul 
etməyəndən  sonra,  dəniz  səyyahı  həmin  proyekti  İspaniyaya 
təklif etmiş və İspaniyanın razılığını ala bilmişdir. X. Kolumb 
Hindistana dəniz yolu axtarmaq üçün daim düşünmüş, Toska-
nellinin  xəritəsi  və  məktubuna  əsasən  yolun  çox  olmadığını 
duymuşdur.  O,  belə  nəticəyə  gəldi  ki,  qərbə  hərəkət  etməklə 
Şərqi Asiyaya çatmaq olar. 


                                                     
 
  
                                                                            
                                                    
165 
Xristofor  Kolumb  Yerin  kürə  formasında  olması  fikrinə 
əsaslanaraq  1492-ci  il  avqustun  3-də  Palos  (indiki  Uelva) 
limanından Hindistana dəniz yolunu açmaq üçün qərbə doğru 
üzməyə  başladı.  12  oktyabr  1492-ci  ildə  onun  ekspedisiyası 
Baham adalarına çatdı. Həmin gün Amerikanın kəşf olunduğu 
vaxt  hesab  edilir.  Kəşf  edilən  ərazilərin  Hindistan  olduğunu 
fərz  edən  Kolumb  yerli  əhalini  hindular,  əraziləri  isə  Vest-
Hind  (Qərbi  Hindistan)  adlandırmışdır.  Səyahət  nəticəsində 
Atlantik  okeanda  Şimal  Passat  cərəyanı,  Sarqass  dənizi, 
Böyük Antil və Kiçik Antil adaları kəşf olundu. 
1493-cü ilin martın 16-da X. Kolumb qalb kimi İspaniyaya 
qayıdır. Bir-biriləri ilə rəqabət aparan İspaniya və Portuqaliya 
arasında  yeni  gərginlik  yaranır:  İspaniyanın  bir  ekspedisiyası 
portuqalların  yarım  əsrlik  səylərinin  üstündən  xətt  çəkirdi. 
Bütün  təşəbbüslərə,  şöhrət  gətirmiş  çoxlu  kəşflərə  baxmaya-
raq ən başlıca məqsəd – Hindistan – 
portuqalların öz təqsiri 
üzündən  sıyrılıb  əldən  çıxırdı.  Bu  azmış  kimi,  İspaniya  öz 
qələbəsini  təsbit  etmək,  yeni  torpaqları  kəşf  etmək  üçün 
növbəti ekspedisiyanı təşkil etməyə çalışırdı. 
Xristofor  Kolumbun  birinci  səyahəti  sonrakı  hadisələrin 
gedişatına  mühüm  təsir  göstərmiş  və  portuqallar  Braziliya 
sahillərinə  getmək  üçün  hərəkətə  gəlmişdilər.  Məhz 
Kolumbdan  səyahətindən  sonra  portuqal  kralı  məxfi 
ekspedisiyanın yola düşməsinə qərar verməli olmuşdu. 


                                                     
 
  
                                                                            
                                                    
166 
Atlantik  okeanın  qərbində  böyük  torpaq  ərazisinin, 
adaların  mövcudluğu  Avropada  şübhə  doğurmurdu.  Lakin 
maraqlı  sual  o  idi  ki,  həmin  ərazi  Avropa  sahillərindən  neçə 
kilometr  aralıda  yerləşir?  XV  əsrin  ortalarında  portuqallar 
Kanar, Madeyra, Azör və Yaşıl Burun adalarından qərb tərəfə 
səyahətlər  təşkil  etmişdilər,  amma  heç  kim  (o  cümlədən, 
1487-ci  ildə  fələməngli  dənizçi  Ferdinand  van  Olmen) 
müvəffəqiyyət əldə edə bilmir. 
Əsərin  müəllifi  van  Olmenin  və  digər  portuqal  dənizçi-
lərin  uğursuzluqları  onların  ilin  münasib  olmayan  vaxtında 
yola  düşmələri,  zəif  hazırlıqlı  olmaları  və  Kolumbdan  fərqli 
olaraq,  okeanda  passatlardan,  cərəyanlardan  lazımi  şəkildə 
istifadə etməmələri ilə izah edir. 
Nəhayət XV əsrin sonunda portuqallar öz inadkarlıqları ilə 
fəaliyyətlərinin ikitərəfli (eyni vaxtda həm şərqə, həm qərbə) 
təşkil  olunması  hesabına  uğursuzluq  zolağından  çıxırlar. 
1498-ci ildə portuqal dəniz səyyahı Vasko da Qama Afrikanın 
cənubundan  keçərək  Hindistana  dəniz  yolunu  kəşf  etmişdir. 
Səyahət  zamanı  Afrikanın  böyüklüyü  və  forması  dəqiq 
müəyyən edilir. Hind okeanının öyrənilməsi nəticəsində onun 
digər okeanlarla əlaqəsinin olması müəyyən olur. 
Yazıçı-tədqiqatçı Ramiz Dəniz hesab edir ki, XV ə. Sonun-
da  coğrafi  kəşflər  tarixi  yeni  avantüra  ilə  üzləşir.  Martın  9-u 
1500-ci  ildə  Pedro  Alvareş  Kabralın  başçılıq  etdiyi  ekspedi-
siya  Lissabon  limanından  Hindistana  yola  düşür.  Kabralın 


                                                     
 
  
                                                                            
                                                    
167 
missiyası  əsasən  Hindistanda  Portuqaliyanın  təsirini  möh-
kəmlətmək,  ticarət  əlaqələri  yaratmaqdan  ibarət  idi.  Aprelin 
22-i  1500-ci  ildə  portuqallar  Braziliya  sahilini  görürlər  və 
bununla da Braziliyanın kəşfi rəsmiləşdirilir. Tarixə isə həmin 
kəşf “təsadüfən baş verən kəşf” kimi düşür. Braziliyanın flora 
və  faunası  hamını  heyrətə  gətirir,  yerli  əhali  isə  portuqallara 
ağac  kəsməkdə  köməklik  göstərirlər.  Sonrakı  illərdə  portu-
qallar Braziliyadan “pau-brazil” adlanan qiymətli qırmızı ağac 
aparmağa başlayırlar (Braziliya sözü də buradandır). 
Əsərin müəllifi Ramiz Dənizin fikrincə, Kabralın Atlantik 
okeanın  qərb  sahilində  aşkarlığı  böyük  torpaq,  təsadüfi  kəşf 
yox,  Portuqal  krallığının  XV  əsrdə  dünya  ictimaiyyətinə 
təqdim etdiyi ən böyük yalandır. Ona görə ki, ekspedisiyanın 
hərəkət  marşurutuna  nəzər  yetirəndə  aydın  başa  düşmək  olar 
ki,  elə  bir  heyrətlə,  elə  bir  təcrübəli  şturman  və  kapitanlarla 
okeanda  azıb,  kor-koranə  uzun  müddət  üzərək  minlərlə 
kilometr məsafəni arxada qoymaq mümkün deyildi. 
Yazıçı-tədqiqatçı  Ramiz  Dəniz  qeyd  edir  ki,  bəzən  tarix 
elminin  ən  tanınmış  alimləri,  xüsusi  əhəmiyyət  kəsb  edən 
müəyyən  bir  coğrafi  kəşflə  bağlı  bir  çox  məqamları  axıra 
qədər araşdırmadan, həmin kəşfi olduğu kimi qəbul etmiş və 
o,  tarixin  səhifələrinə  “təsadüf  nəticəsində  baş  verən  kəşf” 
kimi  düşmüşdür.  Buna  bariz  nümunə  Braziliyanın  “təsadüfi” 
kəşfidir. 
Pedru  Kabralın  müəmmalı  kəşfi  ilə  bağlı  sualların  sayı 
xeylidir.  Əsas  suallardan  biri  odur  ki,  bəlkə  Kabral  portuqal 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə