  1 Ramiz Dəniz



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə35/42
tarix18.06.2018
ölçüsü2,9 Kb.
#49453
1   ...   31   32   33   34   35   36   37   38   ...   42

                                                     
 
  
                                                                            
                                                    
143 
nəyə  nail  olmaq  istəyiblər?  Arada  silahlı  münaqişə  baş 
verməsin deyə, ispanları uşaq kimi aldatmaq? Onlar demək 
olar ki, buna nail ola bilmişdilər. Faktiki olaraq Vatikanda 
Müqəddəs Pyotrun taxt-tacında əyləşmiş müqəddəs ataların 
vasitəsilə  portuqallar  ispanları  aldatmağa  müvəffəq 
olmuşdular.  Özü  də  bunu  elə  həyata  keçirmişdilər  ki,  heç 
kimi ruhu da incimir.  
Əlbəttə,  ən  yaxşı  üsul  hər  şeyi  səhlənkarlığın  boynuna 
yıxmaqdır. Necə ki, bunu 1500-cü ildə Pedro Kabral edir və 
istər-istəməz  Braziliya  kimi  nəhəng  ərazini  Portuqal  taxt-
tacının  mülkünə  qatır.  Kolumbun  birinci  səyahətindən 
sonra  eyforiya  içərisində  olan  sadəlövh  ispanlar,  hələ  XV 
əsrin sonlarında uydurulan belə bir cəfəngiyyata inanmağa 
məcbur  olmuşdular.  Onlar  Karib  dənizi  akvatoriyasında 
yerləşən əraziləri Braziliyadan üstün tutdular. 
 
 
 
 
 
 
 
 
 


                                                     
 
  
                                                                            
                                                    
144 
                           
Əldə olunan nəticələr 
 
1.
 
Hər şeyi ardıcıllıqla araşdıranda bəlli olur ki, Pedru 
Kabralın  kəşfində  çoxlu  qaranlıq  məqmalar  var. 
Ekspedisiya  Yaşıl  Burun  adalarından  sonra  ekvator  xəttini 
keçən  kimi  qərb  istiqamətində  hərəkəti  davam  etdirib, 
aprelin  22-də  17

c. en dairəsində Braziliya sahillərinə yan 
alır.  San-Nikolau  adası  təxminən  24

qərb  uzunluğunda, 
Braziliyanın  Korumban  burnu  isə  39

qərb  uzunluğunda 
yerləşir.  Belə  başa  düşmək  olar  ki,  eskadra  yolda  olarkən, 
cənub ilə hərəkət etdiyi xəttdən 15

qərbə doğru uzaqlaşır. 
Bu isə təxminən 1600 km. məsafə edir.  
Pedru  Kabralın  təsadüf  nəticəsində  “kəşf”  etdiyi 
Korumban burnu qərbdə 17

c. en dairəsində yerləşir. Belə 
çıxır  ki,  ekspedisiya  əsas  marşrutdan  yayınaraq  1600  km. 
yanlış  istiqamətdə  üzübdür,  lakin  belə  bir  səhvin  baş 
verməsi təcrübəli heyətlə inandırıcı görünmür. Ona görə ki, 
kompas olduğu halda bu qədər məsafəni azmış şəkildə qət 
etmək absurd sayılır. Bundan belə nəticə çıxarmaq olar ki, 
portuqallar yolda azmamış və bilərəkdən əvvəlcədən müəy-
yən  edilmiş  kursla  Braziliya  sahillərinə  gedərək,  həmin 
“kəşfi” həyata keçirmişdilər. 
Yuxarıda  qeyd  edildiyi  kimi  həmin  ekspedisiyada 
Bartolomeu Diaş, Dioqu Diaş, Duarti, Paşeku Pireyra kimi 


                                                     
 
  
                                                                            
                                                    
145 
təcrübəli  komandor  və  kapitanlar  iştirak  edirdi  və  həmin 
dənizçilər  şəxsi  təcrübələrini  genişləndirmək  üçün  hər  gün 
qət etdikləri yolu öz gündəliklərində qeyd edir, hansı kursla 
hərəkət etdiklərini diqqətlə izləyirdilər. Heç kim də bilmə-
sə, məhz onlar ekspedisiyanın əsas kursdan yayındığını hiss 
etməli  və  bu  haqda  Pedru  Kabrala  məlumat  verməliydilər. 
Ekspedisiyanın gedişatı onu göstərir ki, komandoru belə bir 
səhv qane etmiş və o, okean keçidi zamanı marşrut kursunu 
köməkçilərinə həvalə etmişdi.  
Əlavə etmək olar ki, hava əlverişli olan zaman mütəmadi 
olaraq, səyyahların ən böyük dənizçilik silahı olan qladştok 
vasitəsi  ilə  üzdükləri  coğrafi  enliyi  müəyyənləşdirmək 
mümkündür. Belə olan halda onlar yolda necə aza bilərdi-
lər?  deməli,  onlar  əvvəlcədən  müəyyənləşdirilmiş  kursla 
hərəkət etmiş və istədiklərinə nail olmuşdular. 
2.
 
Maraqlı  odur  ki,  portuqallar  sahilə  çıxandan  sonra, 
həmin ərazinin onların krallığına məxsus olduğunu bildirən 
əlamət  olan  daş  padran  yox,  taxtadan  düzəldilmiş  böyük 
xaç  qoyurlar.  Bu  nədir,  növbəti  səhlənkarlıq,  yoxsa  kəşf 
etdikləri ərazinin xüsusi önəm daşımamasıdır? Halbuki hər 
hansı  bir  dəniz  səyyahı  belə  bir  qeyri-adi  kəşfə  ciddi 
yanaşmalı idi. Ona görə ki, portuqallar on illər idi Atlanti-
kanın bu hissəsində torpaq ərazisi axtarırdılar və qəribə olsa 
da  bu  xoşbəxtliyə  nail  ola  bilmirdilər.  Lakin  birdən-birə 


                                                     
 
  
                                                                            
                                                    
146 
Kabralın  başına  səadət  quşu  qonur  o,  isə  belə  bir  “kəşfə” 
biganəlik göstərir.  
Məlumdur  ki,  Braziliya  kəşf  edildikdən  düz  10  gün 
sonra ekspedisiyanın rəhbəri Qaspar de Lemuşu gəmisi ilə 
birlikdə,  yazdığı  məktubla  Portuqaliyaya  yola  salır.  Bu  o 
vaxt  edilirdi  ki,  kəşf  edilən  coğrafi  məntəqə  xüsusi 
əhəmiyyət  kəsb  edirsə,  onda  həmin  məlumat  tələsik  halda 
lazımi  yerə  çatdırılmalıydı.  Deməli,  Braziliyanın  kəşfi 
əvvəlcədən  nəzərdə  tutulmuş  və  bu  haqda  dünya  ictimaiy-
yəti xəbərdar olmalıydı.  
3.
 
Tordesilyas  müqaviləsindən  sonra  ispan  monarxları 
mütəmadi  olaraq  Cənubi  Amerikanın,  xüsusən  də  Brazili-
yanın  sahillərinə  ekspedisiyalar  göndərməyə  başladılar. 
Visente  Pinson  8
0
,  Diyeqo  Lepe  10
0
,  5

30
/
,  Bartolome 
Roldan  5

30
/
,  Alonso  de  Mendosa  isə  təxminən  7

c.en 
dairəsində  sahilə  çıxıb,  orada  tədqiqat  işləri  aparmışdılar. 
Visente Pinson, Diyeqo Lepe, Pedro Alonso Ninyo, Alonso 
Oxeda sahilə yan alan kimi şimal-qərb, Bartolome Roldan, 
Alonso de Mendosa isə cənub-qərb istiqamətində Braziliya 
sahillərini  tədqiq  etmişdilər.  Hətta  onlardan  biri  Pedro 
Alonso Ninyo demarkasion xətdən qərb tərəfə  çıxıb həmin 
ərazilərin tədqiqi ilə məşğul olmuşdu. 
Visente Pinsonun ekspedisiyasında iştirak edən Ameriqo 
Vespuççi 5
0
-6

c.en dairəsində Braziliya sahillərinə yan alır 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə