  1 Ramiz Dəniz



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə36/42
tarix18.06.2018
ölçüsü2,9 Kb.
#49453
1   ...   32   33   34   35   36   37   38   39   ...   42

                                                     
 
  
                                                                            
                                                    
147 
və oradan cənub istiqamətində hərəkət edir. Onun missiya-
sına  Braziliyanın  cənub  sahillərinin  hara  kimi  uzandığını 
müəyyənləşdirmək  idi.  Lakin  o,  da  həmin  missiyanın 
öhdəsindən  gələ  bilmir.  Sanki  onların  hər  birinə  ayrı-
ayrılıqda  xüsusi  tapşırıq  verilmişdi  ki,  oranın  hər  bir  qarış 
torpağı ispanların diqqətindən yayınmasın.  
İspanların  əsas  məqsədi  ondan  ibarət  idi  ki,  portuqalla-
rın  rəsmi  şəkildə  özləri  üçün  müəyyənləşdirdikləri  demar-
kasion  xəttin  üzərində  torpaq  ərazisi  var,  ya  yoxdur? 
Kəşfiyyat  ekspedisiyaları  həmin  akvatoriyaya  göndərilən-
dən  sonra  ispanlar  başa  düşürlər  ki,  portuqallar  onları 
aldadıblar.  Lakin  aldatmanın  miqyası  dəqiq  müəyyən 
olmadığından ispanlar elə bir ciddi etiraz bildirmədilər.  
Hazırda onları yalnız bircə şey maraqlandırırdı, Tordesil-
yas  müqaviləsinə  əsasən,  portuqalların  əldə  etdikləri  ərazi 
nə  boydadır  və  hansı  enliklərdə  yerləşir?  Paralellər 
arasındakı  məsafə  hesablananda  onların  həddindən  artıq 
böyük əraziyə malik olduqları üzə çıxır. Deməli, belə çıxır 
ki,  portuqal  dəniz  səyyahları  heç  bir  əziyyət  çəkmədən 
həddindən artıq böyük əraziyə sahib çıxmışdılar. Axı, onlar 
ikinci bölgü zamanı demarkasion xəttin birdən-birə 270 liq 
artırmağa müvəffəq olmuş və indiki Braziliya boyda iri bir 
ərazini ispanların əlindən ala bilmişlər. Əgər, elədirsə, onda 


                                                     
 
  
                                                                            
                                                    
148 
portuqallar  1494-cü  il  müqaviləsinə  qədər  Braziliyanın 
mövcudluğundan xəbərdar imişlər.   
4. Məlumdur ki, Kolumb ilk olaraq öz layihəsini Lissa-
bonun “Riyaziyyatçılar  Xuntası”na təqdim edir, onlar isə 
genuyalı dəniziyə yox cavabı verirlər. Lakin Atlantik okea-
nın  qərbində  torpaq  axtarılması  gözlənilmədən  fələməngli 
dənizçi Ferdinand van Olmenə tapşırılır. O, birbaşa kral II 
Juanın  tapşırığı  ilə  səyahətə  yollanmış  və  Kolumbun 
layihəsini  praktiki  cəhətcə  yoxlamalıydı.  1487-ci  ilin  yaz 
fəsilində  van  Olmen  iki  karavella  ilə  səyahətə  başlayır.  O, 
Atlantik okeanını 40 gün müddətinə qət edəcəyini nəzərdə 
tutur.  Xatırlatmaq  istəyirəm  ki,  1492-ci  ildə  Kanar 
adalarından  Baham  adalarına  kimi  olan  məsafəni  Kolumb 
36 gün (genuyalı dənizçi bildirmişdi ki, o, istədiyi sahilə 30 
günə çatacaq) müddətinə qət etmişdi. Bu ondan xəbər verir 
ki,  portuqallar  Kolumbu  məlumatlandırmadan  məhz  onun 
layihəsi  ilə  səyahətə  yollanaraq,  istədikləri  torpaqları 
aşkarlamaq  fikirində  olmuşdular.  Lakin  kifayət  qədər 
hazırlıqlı  olmadıqları  üçün  onlar  həmin  işin  öhdəsindən 
gələ bilmədilər.  
Hələ  1462-ci  ildə  kral  V  Alfons  Voqado  adlı  bir  kəsi 
Atlantik okeanın qərb hissəsində yerləşən naməlum adaları 
kəşf etmək üçün ekspedisiya başında həmin səmtə göndər-
mişdi.  Telles  adlı  digər  dənizçi  okeanın  qərb  hissəsində 


                                                     
 
  
                                                                            
                                                    
149 
Antiliyanı və yaxud da “Yeddi şəhər adası”nı axtarmışdı. 
Bir çoxları onların ardınca səyahətə yollanır, amma heç kim 
müvəffəqiyyət əldə edə bilmir.  
Bütün  bunları  nəzərə  alaraq  mən  belə  bir  nəticəyə 
gəldim ki, 1493-cü ilə qədər portuqallar Braziliya sahilləri-
nin  mövcudluğundan  xəbərsiz  olublar.  Əgər,  onlar  Cənubi 
Amerikanın  sahillərində  olmuşdularsa,  onda  1494-cü  ildə 
Tordesilyasda  bağlanan  müqavilə  zamanı  II  Juanın 
nümayəndələri  demarkasion  xəttin  Yaşıl  Burun  adaların-
dan  qərbə  tərəf  370  liq  yox,  Kolumbun  kəşf  etdiyi  Antil 
adalarına kimi 470 liq çəkilməsini tələb edərdilər. Deməli, 
portuqallar  Atlantik  okeanında  Kanar,  Madeyra,  Azör  və 
Yaşıl Burun adalardan qərbdə hər hansı bir adanın və ya iri 
torpaq ərazisinin mövcudluğundan xəbərsiz idilər.  
 5.  Portuqalların  uğursuzluğu  ondan  ibarət  idi  ki,  onlar 
Paolo  Toskanellinin  hesabatlarını  rəhbər  tutaraq  səyahətə 
yollanmışdılar.  Kolumb  isə  alimin  ortaya  qoyduğu  Yer 
kürəsi çevrəsinin uzunluğunun ölçüsü ilə razılaşa bilmirdi. 
Genuyalı  dənizçi  P.  Toskanellinin  fikirləşdiyi  kimi  Asiya 
qitəsinin Kanar adalarından 10000-12000 km. kənarda qərb 
istiqamətində  yerləşdiyinə  şübhə  ilə  yanaşmış  və  fərdi 
şəkildə hesablamalar aparmışdı ki, Atlantik okeanının qərb 
hissəsində  yerləşən  quru  ərazi  Avropadan  təxminən  4500-
5000  km.  aralıdadır.  Belə  çıxır  ki,  həmin  torpaq  Köhnə 


                                                     
 
  
                                                                            
                                                    
150 
Dünyaya  bəlli  olmayan,  tamamilə  başqa  bir  torpaqdır. 
Lakin Atlantikanın qərb hissəsində bir neçə ekspedisiyanın 
köməyi  ilə  tədqiqat  işini  aparan  portuqallar,  sonda  əmin 
olmuşdular  ki,  okeanın  həmin  hissəsində  heç  bir  torpaq 
ərazisi yoxdur. 
6. Bir çox alimlər iddia edirlər ki, X. Kolumba qədər bir 
neçə dənizçi Amerika sahillərində, o cümlədən Braziliyada 
olmuşdular.  Alonso  Sançes  de  Uelva,  Jan  Kuzen,  Martin 
Behaym və başqaları adı çəkilən sahillərdə üzəndən sonra, 
həmin  torpaqların  varlığı  barəsində  məlumatlar  yaymışdı-
lar.  Deyilənə  görə  Uelva  ilə  olan  görüşdən  və  Paolo 
Toskanellinin  1474-cü  ildə  tərtib  etdiyi  xəritədən  sonra, 
Kolumb  özünün  məşhur  transatlantik  layihəsini  tərtib 
etmişdir.  Lakin  mən  başqa  fikirdəyəm  və  uzun-müddətli 
tədqiqatlardan  sonra  bildirmək  istəyirəm  ki,  o,  yola 
düşməmişdən  əvvəl  Nəsirəddin  Tusinin  tərtib  etdiyi  “Zic 
Elxani”  astronomik  kataloqun  köməyi  ilə  öz  layihəsini 
hazırlamışdı.  Bəs,  Kolumbun  Braziliya  sahillərinə  nə 
aidiyyatı var?  
İş  ondadır  ki,  məhz  onun  birinci  səyahətindən  sonra 
portuqallar  tələsik  halda  məxfi  şəkildə  ekspedisiya  təşkil 
etmiş və qısa müddət ərzində Pedro Kabrala qədər Brazili-
yanın harada yerləşdiyini müəyyənləşdirə bilmişdilər.    


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə