8
yaşayıb fəaliyyət göstəribdir. Ümumiyyətlə, Ramiz Qasımov
çoxsaylı oxucu üçün maraqlı görünən və heyranedici sayılan
bir çox məlumatların əldə edilməsinə böyük şərait yaradır.
Bioqrafik, tarixi, coğrafi, etnoqrafik, arxeoloji, yelkən dəniz-
çiliyi ilə bağlı olan məlumatların bolluğu və həmin dövrün
gəmiləri ilə coşmuş okeanla, şıltaq təbiətlə mübarizə aparmaq
üsulları müəllifin çoxsahəli bilgiyə malik olmasından xəbər
verir.
Bu vaxta qədər yalnız tərcümə ədəbiyyatında rast gəldiyi-
miz bu mövzuya toxunub, Azərbaycan ədəbiyyatında yeni iz
açan Ramiz Qasımova bu yolda daha uğurlu addımlar atıb,
daha maraqlı əsərlər yaratmağı arzulayıram və bu yolda ona
uğurlar diləyirəm. İnanıram ki, oxucular da bu əsərlərə öz
həqiqi qiymətini verəcək və dəyərləndirəcəklər.
Xalq yazıçısı Çingiz Abdullayev
9
I hissə:
İkinci ekspedisiyanın Peruda
tam t
əşkil edilm əsi
10
I fəsil. İspaniya kralı II Filippnin maraq
dairəsi
İspaniya kralı II Filipp Habsburq Avropada və Yeni Dünya
sahillərində müharibələr aparmasına baxmayaraq, İspaniyanın
ərazisində daxili sabitlik hökm sürürdü. Lakin bu o demək
deyildi, əhali Pireney yarımadasında şad və firavan yaşayır.
Kralın apardığı müharibələrin bütün ağır yükünü əhali öz
çiynində daşıyırdı. Kral məmurlarının dediyi kimi bütün
müharibələr yalnız İspaniyanın xeyrinə görə aparılırdı.
Bununla da II Filipp öz krallığının mövqeyini bütün
regionlarda möhkəmlətməyə çalışırdı. Bütün rəqiblər və
qonşular İspaniyanın qarşısında tir-tir əsməliydi. Əks təqdirdə
kral həmin opponentlərə qarşı zor tətbiq edirdi. Bütün bu işlərə
o, Madriddən 52 km. aralıda tikdirdiyi Eskorial adlı saray-
monastrdan başçılıq edirdi. Gözəl memarlıq üslubu ilə tikilən
bu saray bir növ qala simasını xatırladırdı və demək olar ki, II
Filippin istədiyi kimi yaranmışdır. Eskorial sarayı 1563-cü ildə
İspaniyanın ən məşhur memarı sayılan Xuan de Toledo
tərəfindən tikilməyə başlamışdır. Şəxsən II Filippin təklifi ilə
1567-ci ildə, o dövrdə İspaniyanın daha məşhur memarı Xuan
Errera Madridə gəlir və o, həmin tikintiyə başçılıq edərək,
1584-cü ildə Eskorial sarayını krala təhvil verir. Elə həmin
ildən başlayaraq, kral Eskorialda daimi yaşamağa başlayır və
11
bütün fərmanları burada imzalayırdı. İspaniyanın tanınmış
qrandları və idalqoları kral ilə görüşmək üçün məhz bura
gəlirdilər.
Araukaniyanın fəth edilməsi üçün katalon zadəganlarından
təşkil edilmiş ekspedisiyanın yola düşməsindən düz 7 ay
keçirdi və II Filipp məsələ ilə əlaqədar olaraq polkovnik
Alonso Odovaldonu Eskoriala dəvət edir. Aprel ayının 30-da
dəvət alan katalon zabiti bir gündən sonra özünü Eskoriala
çatdırır.
Kral ilə görüş mayın 1-də mərmər zalda baş verir. Görüş
məxfi xarakter daşıdığına görə zalda kral ilə Alonsodan başqa
yalnız II Filippin sədaqətli favoriti vardı. O, da ki, Alonsonun
arxasında qapıya yaxın bir yerdə dayanmışdı.
- Mən İspaniyanın rifahı naminə əlimdən gələni edirəm,
ancaq məmurlar onlara verilən öhdəlikləri lazımınca yerinə
yetirə bilmirlər. Mən heç cürə belə bir nəticədən razı qala
bilmərəm. Bunun sayəsində İspaniyanın düşmənləri və
Avropanın bir çox yerlərində kök salmış laməzhəblər, artıq
yavaş-yavaş baş qaldırmağa başlayıblar. Niderlandda başlanan
müharibə isə hələ başa çatmayıb.
- Əlahəzrət, bütün Niderlandı laməzhəblər, protestantlar və
xaricdən gələn muzdlu döyüşçülər bürüyüb. Onlar sizin
Niderlandda apardığınız siyasətə qarşı çıxır və İspaniyanın
oradakı hegemonluğuna güclü zərbələr endirirlər. Sizin
12
Niderlanddakı canişininiz Alessandro Farneze göstərişlərinizi
yerinə yetirərək krallığımızın düşmənlərinə sarsıdıcı zərbələr
endirir. Artıq Flandriya və bir çox cənub əyalətləri bizimkilərin
əlindədir və hazırda güclü döyüşlər şimal əyalətlərində gedir.
- Vaxt gələcək, mən Niderlandın bütün ərazisini laməzhəb-
lərin və protestantların sümükləri ilə dolduracağam. - deyə iti
və qorxunc nəzərlərini gizlədə bilməyən kral ikrah hissi ilə
dilləndi. - Onların sümüklərindən bəndlər düzəltdirəcəyəm ki,
Şimal dənizinin suları bir daha Niderland torpaqlarını
basmasın. Çünki həmin sular Britaniya adalarında yaşayan
protestantların təzyiqi altında Niderlanda daxil olur və orada
yaşayan əhalinin böyük əksəriyyətini öz ideyaları ilə
xəstələndirirlər. Alessandro Farneze bacarıqlı sərkərdə olsa da,
heç cürə mənim ümidlərimi doğrultmur. Onun fəaliyyəti məni
qane etmir.
Alonso o dəqiqə başa düşdü kral nə demək istəyir. Əgər, II
Filipp Alessandro Farnezenin fəaliyyətindən narazıdırsa,
deməli tezliklə Niderlanddakı canişin yenisi ilə əvəz olunacaq.
Polkovnik fikirləşdi ki, bəs kral nəyə görə bu fikrini onunla
bölüşür? Olmaya İspaniyanın monarxı onu canişin təyin etmək
istəyir? Bu heç cürə həqiqət ola bilməz. Ona görə ki, elə
vəzifələrə kralın öz qohumları, ya da ki, İspaniyanın tanınmış
qrandları təyin olunurdu. Alonsonun isə heç bir zadəgan titulu
yox idi. Bəlkə də kral ondan söz almaq istəyirdi.
Dostları ilə paylaş: |