  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə8/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   4   5   6   7   8   9   10   11   ...   135

                                                     

 

  



                                                                            

                                                    

28 

- Əlahəzrət, bu göstərişiniz də yerinə yetiriləcək.. 



-  Alonso,  tapşırdığım  bu  işlər  o  qədər  də  çətin  deyil.  Sənin 

bacarıqlı və təcrübəli bir sərkərdə olduğunu nəzərə alaraq daha 

ağır  tapşırıq  vermək  istəyirəm.  Sən  həm  Lepanto,  həm  də 

“Məğlubedilməz  armada”nın  tərkibində  Qravelin  döyüşündə 

iştirak  etmiş  və  dəniz  müharibəsində  vuruşmaq  üçün  xeyli 

təcrübə toplamısan. Bildiyin kimi İngiltərənin dəniz quldurları - 

piratlar  Karib  dənizi  akvatoriyasında  ən  qatı  cinayətlərlə 

məşğuldurlar.  Hiyləgər  Yelizaveta  məşuqəsi  sayılan  yırtıcı 

Frensis Dreyki ora göndərib. O da öz növbəsində bizim ticarət 

gəmilərinə,  sahil  zolağında  yerləşən  şəhər  və  qəsəbələrimizə 

hücum edərək, oraları vəhşicəsinə talan edir. Sən nəinki onun, 

hətta orada quldurluqla məşğul olan bütün piratların fəaliyyətinə 

son qoymalısan. Yelizaveta Yeni Dünya sahillərindən gətirilən 

qiymətli  metallarımızın  sayəsinə  öz  kafir  ölkəsini  dircəldir. 

Sözlərimə diqqətlə qulaq as: Frensis Dreyk bütün ispan xalqının 

əsas düşmənlərindən biri sayılır. Sən onun başını mənə gətirsən, 

şəxsən mənim tərəfimdən qraf titulu alacaqsan. İspaniyanın hər 

hansı  bir  vilayətində  mülk  istəsən  verəcəyəm.  Ancaq 

göstərişlərimi yerinə yetirməlisən. 

İspaniyanın  kralı  II  Filippdən  üç  tapşırıq  alan  polkovnik 

Alonso  Eskorial  sarayını  tərk  edən  kimi,  vaxt  itirmədən 

Barselonaya yola düşdü. 

 



                                                     

 

  



                                                                            

                                                    

29 

 

III fəsil. Növbəti ekspedisiyanın təşkil edilməsi 

 

Polkovnik  Alonso  Barselonaya  qayıdandan  sonra  dərhal 

Mərkəzi  Çili  sahillərinə  növbəti  ekspedisiya  hazırlamağa 

başladı. Yeni zadəganların həmin  ekspedisiyaya cəlb edilməsi, 

özünün  müavini  kapitan  qraf  Ferdinand  Morelosa  həvalə 

edilmişdi. Yeni təşkil ediləcək ekspedisiya ən uzağı iki həftədən 

sonra  Yeni  Dünya  sahillərinə  yola  düşməli  idi.  Bütün  hazırlıq 

işləri  operativ  şəkildə  görülməli  idi.  Söz  yox  ki,  Alonso  bu 

haqda  Kataloniyanın  hersoqunu  məlumatlandırmalıydı.  Çünki 

bu  işdə  hersoq  da  öz  köməkliyini  ekspedisiya  iştirakçılarına 

göstərməli  idi.  Necə  olsa  da,  həmin  ekspedisiya  İspaniya 

monarxının  göstərişini  yerinə  yetirmək  üçün  Yeni  Dünya 

sahillərinə  yola  düşürdü.  Nəzərdə  tutulan  missiyanın 

müvəffəqiyyətlə  başa  çatması  ekspedisiyanın  təşkil  edilməsin-

dən asılı idi. Bundan əlavə Alonso Barselona limanında lövbər 

salmış  hərbi  gəmilərindən  birini  öz  tabeliyinə  götürə  bilərdi. 

Həmin gəmi ekspedisiya iştirakçılarını birbaşa Peru sahillərinə 

çatdırmalı idi. 

May  ayının  4-də,  yəni,  Madriddən  gələn  günü  polkovnik 

Alonso başçılıq etdiyi qarnizonunun bütün məsul zabitlərini öz 

evinə  dəvət  etmiş  və  hamısına  lazımi  tapşırıqlar  vermişdi.  Bu 

tapşırıqlar  əsasən,  münasib  hərbi  gəminin,  ərzaqın,  könüllü 

zadəganların, silah və sursatın təşkil edilməsindən ibarət idi. Hər 



                                                     

 

  



                                                                            

                                                    

30 

bir görülən iş barəsində bilavasitə polkovnikə məlumat verilməli 



idi. 

Zabitlər  evi  tərk  edəndən  sonra  Alonsonun  həyat  yoldaşı 

Marqarita onun yanına gəlib nigarançılıqla dedi: 

-  Alonso,  elə  bil  sən  məndən  nəyi  isə  gizlədirsən?  Yeni 

Dünya  sahillərində  vəziyyət  o  qədər  gərgindir  ki,  növbəti 

ekspedisiyanın  yola  salınmasında  böyük  hazırlıq  işləri  gedir? 

Məgər,  əvvəlki  ekspedisiya  orada  yaşayan  aborigenlərin 

öhdəsindən gələ bilməyib ki, növbəti ekspedisiya təşkil edilir? 

-  Kral  mənə  dedi  ki,  Perudan  gələn  xəbərə  görə,  Arau-

kaniyadakı hərbi əməliyyatlar müvəffəqiyyətlə nəticələnməyib. 

Oradakı  müharibəni  başa  çatdırmaq  üçün  mənim  getməyim 

vacibdir. 

- Onda belə çıxır ki, bizim uşaqlarımızın həyatı təhlükədədir? 

- deyə Marqarita təşvişə düşdü. 

-  Kim  sənə  dedi  ki,  onların  həyatı  təhlükədədir?  -  deyə 

Alonso soyuqqanlıqla dilləndi. 

-  Axı,  özün  deyirsən  ki,  orada  gedən  müharibədə  hərbi 

əməliyyatlar müvəffəqiyyətlə nəticələnməyib. - deyə Marqarita 

yerində vurnuxaraq həmin tərzdə dilləndi. 

-  İş  ondadır  ki,  hərbi  əməliyyatlar  aparılan  zaman 

müvəffəqiyyət  əldə  edilmirsə,  deməli  müharibə  avtomatik 

olaraq  uzanır.  Kral  isə  istəyir  ki,  araukanlar  tezliklə  məhv 

edilsin və İspaniyanın zəfər bayrağı əbədi olaraq həmin ölkədə 



                                                     

 

  



                                                                            

                                                    

31 

dalğalansın.  Məhz  buna  görə  də  kral  məni  tələm-tələsik  Yeni 



Dünya sahillərinə göndərir. 

- Alonso, uşaqların həyatı məni yaman narahat edir. Ürəyimə 

danıb ki, uşaqlara nəsə olub. 

-  Heç  bir  şeyə  görə  narahat  olmağa  dəyməz.  Xuana 

tapşırmışam ki, döyüşlər gedən zaman onlardan muğayat olsun. 

Özləri də uşaq deyillər ki, düşmən qarşısında aciz qalsınlar. 

-  Bəzi  tanışların  dediyinə  görə  aborigenlər  çox  vəhşi, 

amansız  və  qəddardılar.  Onlar  qırx  ildən  yuxarıdır  ki,  bizim 

döyüşçülərə  qarşı  müharibə  aparırlar.  Guya  ki,  onları  məğlub 

etmək  qeyri-mümkündür.  Həm  də  aborigenlər  azacıq  da  olsun 

ölümdən qorxmurlar. 

- Sadəcə olaraq, araukanlar başqa hindu tayfalarına nisbətən 

döyüşməyi  bacarırlar.  Bundan  əlavə  onlar  heç  vaxt  güclü 

ekspedisiya ilə üzləşməyiblər. Xuanın başçılıq (Alonsonun kiçik 

qardaşı)  etdiyi  ekspedisiya  isə  heyət  etibarı  ilə  həddindən  artıq 

güclüdür.  Uşaqlarla  yanaşı  köhnə  konkistadorlar,  mühafizəçilər 

və cəngavərlər gediblər. Onlar olan yerdə uşaqları heç bir təhlükə 

gözləmir. 

- Əgər, elədirsə, onda bəs nəyə görə kral səni ora göndərir? - 

deyə Marqarita müəmmalı tərzdə dilləndi. 

-  Ümumiyyətlə,  kral  məni  təkcə  Araukaniyaya  göndərmir. 

Yeni  Dünya  sahillərinə  çatandan  sonra  mən  paralel  olaraq 

Araukaniya məsələsini, mifik ölkə sayılan Eldorado problemini 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə