  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə4/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   2   3   4   5   6   7   8   9   ...   135

                                                     

 

  



                                                                            

                                                    

13 

Araya çökən sükutdan istifadə edən Alonso adət-ənənə üzrə 



kralın qarşısında baş əyərək ehtiramla dedi: 

- Ey qüdrətli kral, sizin varlığınız və uzaqgörənliyiniz bizim 

düşmənləri  qıcıqlandırır.  Heç  kim  sizin  kimi  dünya  ərazisinin 

tən  yarısının  sahibi  sayılmır.  Siz  qalan  torpaqlara  da  sahib  ola 

bilərsiniz,  lakin  həmin  torpaqlar  münbit  olmayan  xarabalığı 

xatırladan,  sivil  həyatdan  məhrum  olan  torpaqlardır. 

Düşmənlərimiz  çalışır  ki,  sahibi  olduğunuz  torpaqların  bir 

hissəsini  zəbt  etsinlər.  Hətta  bu  planları  həyata  keçirmək  üçün 

onlar bir cəbhədə birləşməyi qərara alıblar. 

-  Heç  bir  dövlət  İspaniyanın  əsarəti  altında  olan  torpaqların 

bir parçasını da ələ keçirə bilməz. - deyə kral həmsöhbətinə iti 

bir nəzər salaraq hökmlə dilləndi. - Bütün dövlətlər İspaniyanın 

adı gələn kimi lərzəyə gəlirlər. Fransa indiyə qədər başına döyür 

ki,  nəyə  görə  Allah  bizi  onlarla  qonşu  edib.  Nə  qədər  ki,  biz 

varıq, Fransa heç vaxt rahat nəfəs almayacaq. Bütün dövlətləri 

qorxu altında saxlamaq lazımdır.   

- Nə sizin, nə də ki, krallığımızın qüdrətini şübhə altına alan 

yoxdur. - deyə Alonso kral qarşısında təzim edərək təqdiredici 

tərzdə dilləndi. - Lakin, buna baxmayaraq, bəzi dövlətlər bizim 

krallığımızın  qüdrətinə  paxıllıq  edir  və  nailiyyətlərimizə 

qısqanclıqla yanaşırlar. Xüsusən də İngiltərə başda I Yelizaveta 

olmaqla,  sizin  yürütdüyünüz  müdrik  xarici  siyasətlə  barışmaq 




                                                     

 

  



                                                                            

                                                    

14 

istəmir. Eşitdiyimə görə o, İspaniyaya qarşı koalisiya yaratmaq 



istəyir. 

- Hələlik mənim başım başqa işlərə qarışıb. - deyə dərindən 

köksünü  ötürən  kral  təşəxxüslə  dilləndi.  -  Fürsətdən  istifadə 

edən  qoca  qarı  (kral  II  Filipp  İngiltərənin  kraliçasını  nəzərdə 

tuturdu)  mənim  yürütdüyüm  siyasətə  qarşı  çıxır.  Üç  il  bundan 

əvvəl  mənim  “Məğlubedilməz  armada”nın  fırtına  nəticəsində 

La-Manşda  məhv  olmasaydı,  indiyə  mən  Yelizavetanı  ram 

etmişdim. 

Heç  vaxt  öz  qüdrətini  sındırmayan,  öz  qamətini  əyməyən, 

iradəsinin və əqidəsinin polad kimi bərk olduğunu hamıya sübut 

etməyə  çalışan  rəzil  kral  son  sözləri  acınacaqlı  halda  söylədi. 

Sanki  onun  daş  xarakterində  yumşaq  hisslər  hökmranlığı  ələ 

keçirməyə cəhd göstərirdi. Lakin daxilində yaranan inamsızlığa 

baxmayaraq  kral  hələ  də  öz  dediyindən  dönmürdü.  La-Manş 

boğazında  amansız  fırtınalarla  yanaşı  “Məğlubedilməz 

armada”nın daim məhvində iştirak edən İngiltərənin hərbi dəniz 

donanmasının  həmin  döyüşdə  iştirak  etməsinə  inanmaq 

istəməyən II Filipp, bütün məclislərdə təbiətin yaratdığı amansız 

fəlakətinin  qüdrətini,  İngiltərənin  hərbi  dəniz  donanmasının 

qüdrətindən qat-qat üstün olduğunu sübut etməyə çalışırdı. 

Polkovnik Alonso ilə gedən söhbət zamanı məsələnin yaralı 

yerinə  toxunulmuşdur.  Kral  bir  anlığa  keçmiş  günləri  və  faciə 

ilə bağlı hadisəni yadına salaraq dərin xəyala daldı: Nəyə görə 



                                                     

 

  



                                                                            

                                                    

15 

həmin müdhiş günü Allah-təala öz qəzəbini kafirlərə qarşı yox, 



xristian dininin əsl carçısı və təbliğatçısı sayılan biz katoliklərin 

üzərinə  yönəltdi.  Nə  mən,  nə  də  ki,  mənim  xalqım  Allah 

qarşısında  heç  bir  günah  işlətməmişik.  Katolik  dünyasının  ali 

ruhanisi  sayılan  Roma  paparının  qarşıya  qoyduğu  bütün  dini 

qayda-qanunlara,  İspaniyanın  bayrağı  altında  yaşayan  hər  bir 

kəs tərəfindən ciddi-cəhdlə riayət olunur. Bəs, bizim günahımız 

nədən ibarətdir? Bəlkə, Pireney yarımadasında yaşayan ərəb və 

yəhudi millətləri bizim ümumi işlərimizə böyük xələl gətirirlər? 

Lakin  bu  inandırıcı  hal  sayılmır.  Çünki  həm  ərəblər,  həm  də 

yəhudilər  öz  dinlərindən  imtina  edərək,  xristianlığı  qəbul 

etmişdilər.  Bundan  əlavə  axırıncı  üsyan  zamanı  (1568-1572-ci 

illərdəki moriskilərin İspaniyanın cənubunda qaldırdıqları üsyan 

nəzərdə  tutulur)  onların  hamısı  itaətsizliyə  görə  ciddi 

cəzalandırılmışdılar.  Günahı  İspaniyada  yox,  başqa  bir  yerdə 

axtarmaq lazımdır. Bəlkə, mən zavallı Mariya Stüartı o xəbis və 

tülkü  Yelizavetanın  caynaqlarından  müdafiə  edə  bilmədiyimə 

görə Allahın  qəzəbinə düçar olmuşam? Axı, nəyə görə  mən o 

vaxt  Yelizavetanın  yalan  vədlərinə  inandım?  Mənim  aldan-

mağım  İngiltərənin  güclənməsinə  gətirib  çıxardı.  Vaxtilə 

İngiltərəni  fəth  etmək  üçün  mənim  əlimin  altında  qraf  Luis 

Rekesens  və  hersoq  Alba  kimi  bacarıqlı  və  təcrübəli 

sərkərdələrim vardı. Onlar dünyalarını dəyişəndən sonra hiylə-

gər  Yelizaveta  fəal  siyasət  yeritməyə  başladı.  Hersoq  Medina-



                                                     

 

  



                                                                            

                                                    

16 

Sidoniya  nəinki  mənim  ümidlərimi  puç  etdi,  hətta  bütün 



donanmanı  səriştəsizliyi  ucbatından  fəlakətə  uğratdı.  Havanın 

kəskin  surətdə  pisləşdiyini  əvvəlcədən  hiss  edə  bilsəydi,  onda 

“Məğlubedilməz armada” təbii fəlakətin qurbanı olmazdı. Eybi 

yoxdur,  Allah  mənə  bir  neçə  il  də  ömür  versə,  mən  bütün 

İngiltərəni ispan əsgərlərinin tapdağı altına salacağam. O vaxta 

qədər  mən  Niderlandda  başlanan  müharibəni  uğurla  başa 

çatdırmalıyam.  Avropanı  özümə  güldürməmək  üçün  mən 

hökmən  orada  qələbə  əldə  etməliyəm.  Necə  ki,  atam  mənə 

qüdrətli  bir  dövlət  verib,  eləcə  də  mən  oğluma  elə  bir  dövlət 

təhvil  verməliyəm.  Bütün  Avropa  ölkələri  İspaniya  qarşısında 

tir-tir  əsməlidirlər.  Nə  qədər  ki,  ömrüm  var  düşmənlərimin 

hamısını tonqalda yandıracağam. 

Təəccüb içində qalan Alonso kralın bir yerdə dayanıb dərin 

xəyala  dalmasından  bezmişdir.  Monarxı  xəyaldan  ayırmamaq 

üçün  Alonsonun  özü  də  tərpənməz  halda  yerində  düz 

dayanmışdır.  Birdən  bədəni  büzüşən  kralın  qaməti  şaxlandı  və 

o, cəld nəzərlərini Alonsoya tərəf yönəltdi. Elə başa düşmək olar 

ki, Alonso onun qarşısında nə isə səhv bir hərəkət edibdir. Kral 

üç addım ona tərəf irəli gedərək əsəbi halda dedi: 

- Yeni Dünya sahillərinin nəhəng bir ərazisi mənim əsarətim 

altındadır. Yalnız Mərkəzi Çili sahillərindəki balaca bir torpaq 

ərazisi  inadkar  aborigenlərin  əlindədir.  Keçən  ilin  axırında  ora 

göndərilən  ekspedisiya  verdiyim  göstərişi  yerinə  yetirməyib. 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə