Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım


AMEA Naxçıvan Bölməsinin “Xəbərlər”



Yüklə 224,63 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix04.11.2017
ölçüsü224,63 Kb.
#8573
1   2   3   4

    AMEA Naxçıvan Bölməsinin “Xəbərlər”

jurnalının növbəti sayı çapdan çıxıb. “Tusi”

nəşriyyatında işıq üzü görən jurnalın bu

ilə  olan  sayca  ikinci  nömrəsi  təbiət  və

texniki elmlər seriyasına həsr edilib.

    Jurnalda  bölmə  ilə  yanaşı,  Naxçıvan

Dövlət  Universiteti,  Naxçıvan  Müəllimlər

İnstitutu,  Akademik  Həsən  Əliyev  adına  “Araz”  Elm-İstehsalat

Birliyi, Azərbaycan Dövlət Aqrar Universiteti və Əkinçilik Elmi-

Tədqiqat İnstitutu əməkdaşlarının kimya, biologiya, fizika, astro-

nomiya, informatika, coğrafiya sahəsindəki məqalələri yer alıb.

    Mütəxəssislərin  elmi-tədqiqat  işlərində  əldə  etdikləri  yeni

nəticələr “Naxçıvan Muxtar Respublikası yeraltı sularının forma-

laşması və kimyəvi xüsusiyyətləri”, “Naxçıvan Muxtar Respublikası

ərazisində yayılmış incəçətir növlərinin tibbi əhəmiyyəti və təbii

ehtiyatı”, “Naxçıvan Muxtar Respublikasının az yayılmış aborigen

üzüm sortu – Daş qara”, “Naxçıvan Muxtar Respublikasının meşə

ekosistemində yayılan ağac və kolların ekoloji qruplar üzrə pay-

lanması”,  “Naxçıvan  Muxtar  Respublikası  şəraitində  bərk  buğda

hibridlərinin  təsərrüfat  qiymətli  əlamətlərinin  tətbiqi”və  digər

başlıqlı yazılar da öz əksini tapıb. 

4

    Böyük  satirik,  ədib  Cəlil  Məm-

mədquluzadənin  yaşadığı  dövrdən

uzun müddət keçsə də, əsərlərində

əks olunan məsələlərin bəziləri gü-

nümüzdə də aktualdır. Görkəmli dra-

maturq öz əsərlərində cəmiyyət hə-

yatında baş verən eybəcərlikləri üzə

çıxarır, avamlığı, geriliyi, cahilliyi,

savadsızlığı  tənqid  edir.  Onun  bu

mövzuda qələmə aldığı əsərlərindən

biri də “Saqqallı uşaq” hekayəsidir. 

    Hekayənin  qəhrəmanı  Kəblə

Əzim  nisyə  verdiyi  südün  və  yu-

murtanın  hesabını  itirməmək  üçün

divara inək, onun yanında yumurta

şəkli  çəkir.  Kəblə  Əzim  savadsız

adam olduğu üçün bu şəkilləri divara

çəkirdi ki, nisyə verdiyi südün, yu-

murtanın  pulu  yadından  çıxmasın.

Neyləsin,  yazıq  kişi  yazı  bilmirdi,

pozu bilmirdi. O dövrdən çox vaxt

keçsə də, bu gün də Kəblə Əzimlər

vardır.  Nəzərə  alsaq  ki,  o  dövrün

yaşayış  şəraiti  indiki  qədər  yaxşı

deyildi, üstəlik, elm, təhsil yüksək

dərəcədə  inkişaf  etməmişdi,  onda

Kəblə  Əzimə  haqq  qazandırmaq

olar. Bəs, görəsən, necə olur ki, bu

gün də Kəblə Əzim kimiləri peyda

olur?.. 


     Bu  gün  muxtar  respublikamızda

əhalinin mənzil-məişət şəraitinin yax-

şılaşdırılması  istiqamətində  bir  sıra

tədbirlər  həyata  keçirilir.  Yeni-yeni

yaşayış  binaları  inşa  olunur,  köhnə

binalar  yenidən  təmir  edilir.  Ötən

dövr ərzində Naxçıvan şəhəri də daxil

olmaqla, digər rayon mərkəzlərində

də yüzlərlə yaşayış binası əsaslı təmir

olunub, mənzillərin sahəsi genişlən-

dirilib, binaların əksəriyyətinin təməli

möhkəmləndirilərək əlavə mərtəbələr

artırılıb, binalar müasir kommunika-

siya xətləri ilə təmin edilib.

    Ancaq yeni təmir olunan binanın

istifadəyə verilməsindən  bir ay keç-

mir ki,  divarlarını internet saytlarının

adları, lazımsız sözlər “bəzəyir”. Eti-

raf edək ki, bugünkü uşaqlar Kəblə

Əzim babalarından çox-çox qabağa

gediblər. Elə ona görədir ki, Kəblə

Əzimdən fərqli olaraq bugünkü uşaq-

lar binaların divarlarına heyvan, yu-

murta şəkli, onun da yanında nəyəsə

oxşayan bir əşya-zad çəkmirlər. İndi

internet dövrüdür. Ona görə də di-

varlarda ən çox internetlə bağlı mə-

lumatlar “gözümüzü oxşayır”. 

     Naxçıvan  Şəhər  I  saylı  Mənzil

İstismar  İdarəsinin  müdiri  İsa  Mə-

hərrəmovla  söhbət  zamanı  bildirdi

ki, rəhbərlik etdiyi idarə 51 çoxmər-

təbəli  və  11  birmərtəbəli  olmaqla,

ümumilikdə, 62 yaşayış binasına nə-

zarət edir. Gündəlik olaraq idarənin

işçiləri  həmin  binaların  təmizliyini

yoxlayır, kommunal xətlərdə yaranan

çətinlikləri  tez  bir zamanda aradan

qaldırmağa çalışırlar. Ancaq son vaxt-

larda daha bir məsələ üçün  vaxt itir-

məyə məcbur olurlar.  Bəzi insanlar

hara gəldi internet resurslarının, sayt-

ların adını, müxtəlif mesajlar, reklam

xarakterli elanlar yazırlar. Acınacaqlı

mənzərə həm də ondan ibarətdir ki,

təzəcə təmirdən çıxmış binaların di-

varlarına da belə bənzər yazılar yazılır.

Ancaq  bu neqativ hala qarşı bir və

ya bir neçə idarə tərəfindən tam nə-

zarət etmək mümkün deyil.  Bu işdə

ictimaiyyət nümayəndələri böyük rol

oynaya bilərlər. 

    Bəli, bu gün bu problem var və

çox təəssüflər olsun ki, binaların bu

şəkildə  korlanması  halları  davam

edir. Bununla həm insanların estetik

zövqü  korlanır,  həm  də  uşaqların

tərbiyəsinə xələl gətirən halların ya-

yılmasına şərait yaranır. Bu problemi

yaradan şəxslər dərk etməlidirlər ki,

yazını yazı taxtasına yazarlar, bina

divarına yox.



Nail ƏSGƏROV

     


– Pəri həkim, muxtar respublikamızda

yay mövsümündə qızmar hava şəraiti

ilə rastlaşırıq. Hər il günvurma halları

ilə  bağlı  şöbənizə  müraciət  edənlər

olur. Bəs bu il vəziyyət necədir?

    –  Bu  yay  artıq  Naxçıvan  Muxtar

Respublika  Xəstəxanasına  8  nəfər

günvurma ilə əlaqədar müraciət edib.

Ambulator  müalicədən  sonra  onlar

sağalaraq evə buraxılıblar. Bu, əvvəlki

illərə nisbətən yaxşı göstəricidir. Əha-

linin sosial şəraitinin yaxşılaşdırılması,

yaşıllıq zolaqlarının genişləndirilməsi,

yeni parkların salınması, gündən qo-

runma üçün avtobus dayanacaqlarının

sərnişinlərin istifadəsinə verilməsi və

digər amillərlə yanaşı, əhali arasında

aparılan  səhiyyə  maarifi  işi  də  gün-

vurmanın  azalmasında  mühüm  rol

oynayır.


    

– İnsanların çoxu aktiv həyat tərzi

yaşayır – işləyir, hardasa oxuyur və

sair. Qısaca, yol gedib-gəlir, müəyyən

zamanlarda Günəş şüasının təsirində

olur. Təbii ki, bu da onlardan kiminsə

həmin  xəstəliklə  üzləşməsinə  gətirib

çıxarır.  Onu  da  bilmək  istərdik  ki,

günvurma hallarına daha çox kimlər

məruz qalır?

    –  Günvurma  havanın  hərarətinin

insanın bədən temperaturundan yüksək

olduğu  hallarda,  15  dəqiqədən  artıq

birbaşa Günəş şüalarının təsiri altında

qaldıqda baş verir. İnsan orqanizminin

müəyyən özünümüdafiə funksiyaları

var  ki,  bu  funksiya  uşaqlarda  tam

formalaşmadığı üçün onlar daha tez

günvurmaya məruz qalırlar. Bundan

əlavə, yaşlı insanlar, ürək-damar sis-

temi,  şəkərli  diabet  xəstələri,  artıq

çəkisi  olanlar,    inşaatçılar,  kənd  tə-

sərrüfatı  işçiləri  günvurmaya  daha

çox məruz qala  bilərlər.  

    


– İnsanlarda günvurma ilə əlaqədar

hansı  əlamətlər  müşahidə  edildikdə

mütləq həkimə müraciət olunmalıdır?

    – Günvurmanın əsas əlamətləri qı-

zarmış sifət, dəhşətli başağrısı və baş-

gicəllənməsidir. Bu əlamətlərdən sonra

gözlərin  qaralması,  ürəkbulanması,

müəyyən hallarda isə qusma baş verir.

Bəzən burundan qan axması və görmə

qabiliyyətinin pozulması da olur. Yar-

dım göstərilmədikdə xəsarət alan hu-

şunu itirir, təngnəfəs olur, nəbzi sü-

rətlənir, ürək fəaliyyəti pozulur. Gün-

vurma dəri yanması ilə də müşayiət

olunur. 


    Ümumiyyətlə, günvurmanın yüngül,

orta  və  ağır  olmaqla,  3  forması  var.

Yüngül  formada  xəstənin  vəziyyəti

kafi olur, onda başağrıları, başgicəllən -

məsi, ürəkbulanma, təngnəfəslik, göz

bəbəyinin genişlənməsi müşahidə edilir.

Yüngül günvurmada xəstəyə ilkin yar-

dım göstərildikdən, sərin yerə aparılaraq

su  verildikdən  sonra  o,  özünə  gəlir.

Orta dərəcəli günvurma zamanı kəskin

başağrıları, başgicəllənmə, huşun mü-

vəqqəti  itməsi,  qusma,  təzyiqin  yük-

səlməsi, temperaturun 39-40 dərəcəyə

çatması, qulaq batması baş verir. Ağır

formalı  günvurma  zamanı  isə  təzyiq

aşağı düşür, bədənin hərarəti 40 dərə-

cədən yuxarı qalxır, tənəffüs sistemi,

mərkəzi sinir sisteminin fəaliyyəti po-

zulur.  Nəticədə,  xəstə  komaya  düşə,

dünyasını dəyişə bilər.

    Orta  və  ağır  dərəcəli  günvurma

zamanı  mütləq,  ilk  növbədə,  təcili

tibbi yardıma müraciət etmək lazımdır.

Təcili tibbi yardım briqadası gələnə

qədər  isə  zərərçəkənə  ilkin  yardım

göstərilməlidir. Bunun üçün günvur-

maya məruz qalan şəxsi sərin, kölgəli

yerə  aparmaq,  arxası  üstə  uzatmaq,

paltarının yaxasını açmaq, bədənə so-

yuq kompres qoymaq, sərin su içirt-

mək lazımdır. Təcili yardım gəldikdə

isə xəstəyə ixtisaslaşmış yardım gös-

tərilməli, lazım gələrsə, xəstəxanaya

aparılmalıdır.

    

– Bəs günvurmadan necə qorunmaq

olar? Bununla bağlı insanlara hansı

tövsiyələri verə bilərsiniz?

    – Havanın hərarətinin yüksək olduğu

günlərdə  insanlar  səhər  saat  11-dən

17-dək açıq havada gəzməməlidirlər.

Çünki  bu  zaman  ultrabənövşəyi,  in-

fraqırmızı  şüalarla  təmasda  oluruq.

Günəş şüaları insan bədənində suyun

buxarlanmasına gətirib çıxarır, maddələr

mübadiləsi pozulur. Bu hal yarandıqda

hətta  zəif  Günəş  şüasının  təsirindən

də günvurma baş verə bilər.  İnsanlar

bol maye qəbul etməli, evdən çıxarkən

mütləq  baş  örtüyü  örtməli,  eynək

taxmalı, yüngül, əsasən, pambıq və

kətan parçadan tikilmiş, açıqrəngli

geyimlərə  üstünlük  verməlidirlər.

Çünki  açıqrəngli  paltarlar  Günəş

şüalarını əks etdirir, tündrəngli ge-

yimlər isə Günəş şüalarını udaraq

bədənin hərarətinin artmasına səbəb

olur. Kip paltarlardan, sintetik par-

çadan  tikilmiş  geyimlərdən  qaçmaq

lazımdır.

    Günəşin ultrabənövşəyi şüalarının

mənfi təsirindən qorunmaq üçün yay

aylarında çimərliklərə səhər saat 11-ə

qədər  və  axşam  saat  17-dən  sonra

getmək olar. 

– Bu  fəsildə  düzgün  qidalanma  in-

sanların sağlamlığı üçün nə dərəcədə

mühümdür?

    – Bütün mövsümlərdə, xüsusən də

isti  yay  günlərində  düzgün  qidalan-

manın  sağlamlığa  təsiri  önəmlidir.

Belə ki, həmin dövrdə yüngül qidalar

qəbul edilməli, göyərti və meyvə-tə-

rəvəzə,  quş  ətindən  hazırlanmış  ye-

məklərə,  müxtəlif  növ  salatlara  üs-

tünlük verilməlidir. Vitamin mənbəyi

sayılan  çiyələk,  qarpız,  gilas,  ərik,

şaftalı  kimi  meyvələr  də  çox  yeyil-

məlidir.  Qazlı  içkilərlə  müqayisədə

təzə sıxılmış meyvə şirələrinə üstünlük

vermək,  süd,  ayran,  bitki  və  meyvə

çayları içmək məqsədəuyğundur. Açıq

satılan  qidalardan  və  sulardan  uzaq

durmaq məsləhətdir. Yayda artan tem-

peratur  uşaqların  maddələr  mübadi-

ləsinə  birbaşa  təsir  göstərdiyindən

onların da qidalanmasında köklü də-

yişikliklər baş verir. Bu vaxt qidalanma

zamanı alınan kalorilər bədənin tem-

peraturunu isti saxlamaq üçün deyil,

onu soyutmaq üçün sərf olunur. Uşaq-

ların hərəkətliliyi vücudun maddələr

mübadiləsini sürətləndirir.

    Suyun əhəmiyyətli miqdarı bədən-

dən tərlə xaric olur. Onunla birlikdə

duz da xaric olur. Uşağın kompot, su

ilə həll edilmiş şirələrdən və nəhayət,

adi sulardan (onların tərkibində mineral

və duzlar var) istifadə edilməsi maye

balansını  düzgün  saxlamağa  kömək

edər.


    

– Müsahibə üçün sağ olun!



Fatma BaBaYEVa

    Son  günlər  havalar  həddindən  artıq  isti  keçir.  İqlimin  birdən-birə

belə  istiləşməsi  insanların  sağlamlığına  mənfi  təsir  göstərir.  Bəzən

istinin təsirindən qan dövranı kəskin pozulur ki, bu da çox ağır fəsadların

yaranmasına səbəb ola bilər. Bəs günvurmadan necə qorunmaq olar?

Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili təxirəsalınmaz şö-

bəsinin müdiri Pəri Əliyeva ilə söhbətimiz bu mövzudadır.

Həkim məsləhəti

Yeni nəşrlər 

Yazmasaq, olmur

ØßÐÃqapısı

    Muxtar respublikamızda iyun

ayında epidemioloji vəziyyət sabit

olub, zəhərlənmələr baş vermə-

yib. İnfeksiya ocaqlarında pro-

filaktik  və  epidemiya  əleyhinə

tədbirlər həyata keçirilib. 

     Yeni doğulmuş uşaqların 98,7

faizi  idarəolunan  yoluxucu  xəs-

təliklərə  görə  peyvənd  alıblar.

Mövsümi xəstəliklərin və zəhər-

lənmələrin qarşısını almaq məq-

sədilə qidalanma sənayesi, kom-

munal,  ictimai  iaşə,  ticarət,  su

təchizatı,  müalicə-profilaktika

müəssisələrinin rəhbərlərinə mü-

vafiq  göstərişlər  verilib,  su  təc-

hizatı sistemlərində, ictimai, in-

zibati və fərdi binalarda, məişət

tullantıları qoyulan meydançalarda

32 min 130 kvadratmetr sahədə

dezinfeksiya və 22 min 560 kvad-

ratmetr ərazidə dezinseksiya təd-

birləri həyata keçirilib.

    Uşaq  və  yeniyetmə  müəssi-

sələrində,  məktəblərdə  monito-

rinqlər,  eyni  zamanda  maarif-

ləndirici tədbirlər aparılıb.

    Naxçıvan  Muxtar  Respubli-

kası Gigiyena və Epidemiologiya

Mərkəzinin əməkdaşları tərəfin-

dən hepatit virusu ilə yoluxma-

ların qarşısının alınması məqsə-

dilə vətəndaşlarla birbaşa ünsiy-

yətdə olan xidmət obyektlərində –

stomatoloji müəssisələrdə, oyun

zallarında,  ictimai  iaşə  və  satış

bazarlarında,  ərzaq  istehsalı  və

digər  xidmət  obyektlərində  sa-

nitar-gigiyenik  qaydalara  əməl

olunmasına,  işlədilən  alətlərin

sterilizasiya edilməsinə, obliqat

qrup kimi işçilərin tibbi müayi-

nədən keçmələrinə, dezinfeksiya

işləri ilə bağlı monitorinq aparılıb,

müvafiq tədbirlər görülüb. 

    İyun ayı ərzində bakterioloji

laboratoriya fəaliyyətini davam

etdirib.  77  su,  17  yuyuntu  və

1015 digər nümunələrin müayi-

nələri aparılıb.

    Obliqat qrupların bakterioloji

müayinələri  diqqət  mərkəzində

saxlanılıb, səhiyyə üzrə 366, qi-

dalanma  sənayesi,  ictimai  iaşə

və  ticarət  üzrə  84,  kommunal

sahələr üzrə 92, sürücülük üzrə

2 nəfər olmaqla, bütövlükdə, 544

nəfər müayinədən keçib.

    Əhalinin sanitariya sahəsində

maarifləndirilməsi məqsədyönlü

şəkildə həyata keçirilib, 48 mü-

hazirə oxunub. Əhalinin sanita-

riya-epidemioloji  vəziyyətinin

yaxşılaşdırılması məqsədilə mux-

tar respublikanın sanitariya-epi-

demioloji  xidmət  orqanları  tə-

rəfindən obyektlər sanitar-gigi-

yenik vəziyyətə görə yoxlanılıb,

aşkar olunmuş nöqsanların ara-

dan qaldırılması üçün xəbərdar-

lıqlar edilib.



İtmişdir

“Dayaq – T” Məhdud Məsuliyyətli Cəmiy-

yəti (VÖEN-0600002201) fəaliyyətini dayandır-

dığından ləğv olunur.



Özünüzü günvurmadan qoruyun

Yüklə 224,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə