Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım


    Dünən Şərur rayon Kürkənd kən-



Yüklə 224,63 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix04.11.2017
ölçüsü224,63 Kb.
#8573
1   2   3   4

2

    Dünən Şərur rayon Kürkənd kən-

dində  “Mülkiyyətində  olan  kənd  tə-

sərrüfatına yararlı torpaqları istifadə

edən torpaq mülkiyyətçiləri tərəfindən

ödənilən məcburi dövlət sosial sığorta

haqlarının  mahiyyəti  və  bu  sahədə

tətbiq  olunan  elektron  xidmətlər”

mövzusunda  maarifləndirici  tədbir

keçirilib. 

    Əvvəlcə Şərur Rayon İcra Hakimiy-

yətinin əməkdaşı Fizuli Hüseynov ke-

çirilən tədbirin əhəmiyyətindən söz açıb.

    Tədbirdə çıxış edən Naxçıvan Muxtar

Respublikası Daşınmaz Əmlak və Tor-

paq Məsələləri üzrə Dövlət Komitəsinin

baş məsləhətçisi Tural Cəfərov torpaq

üzərində mülkiyyətin növlərindən da-

nışıb.  O,  torpaq  üzərində  hüquqi  və

fiziki şəxslərin xüsusi mülkiyyət hüququ,

dövlət və bələdiyyə torpaqlarının özəl-

ləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keç-

məsi,  bağışlanması,  dəyişdirilməsi  və

torpaqla bağlı digər əqdlərin bağlanma

şərtləri barədə məlumatı tədbir iştirak-

çılarının nəzərinə çatdırıb. 

    Naxçıvan Muxtar Respublikası Döv-

lət Sosial Müdafiə Fondunun əməkdaşı

Elçin Səfərov mülkiyyətində olan kənd

təsərrüfatına yararlı torpaqları istifadə

edən torpaq mülkiyyətçiləri tərəfindən

ödənilən məcburi dövlət sosial sığorta

haqlarının mahiyyəti və bu sahədə tətbiq

olunan elektron xidmətlər haqqında da-

nışıb.  Sonra  fondun  əməkdaşı  Toğrul

Hüseynov, fondun Şərur Rayon Şöbə-

sinin müdiri Elnur Əhmədov rayonda

bu istiqamətdə görülmüş işlərdən bəhs

ediblər.


    Tədbirin  sonunda  torpaq  mülkiy-

yətçilərini  maraqlandıran  suallar

 cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət

Sosial Müdafiə Fondunun 

mətbuat xidməti

Torpaq mülkiyyətçilərinin 

iştirakı ilə maarifləndirici tədbir

    “Zümrüd” Kiçik Müəssisəsi

1997-ci ildə yaradılıb. Müəssisə

kollektivi ötən dövr ərzində öz

işini  xeyli  təkmilləşdirib,  bu

sahənin  incəliklərini  mənim-

səyib. Müəssisə ilə tanış olduqda

sahibkar Etibar Hacıyev bildirdi

ki, onlar ilk dəfə məktəbli for-

malarının tikilişi ilə məşğul ol-

mağa başlayıblar. O zaman cəmi 6 nə-

fərlik bir işçi heyəti ilə işə başlayan bu

müəssisə onlara göstərilən dövlət qayğısı

ilə 2011-ci ildə yeni binaya köçürülüb.

Hazırda  istehsal  gücü  gün  ərzində

150 dəst kostyum olan “Zümrüd” Kiçik

Müəssisəsində Türkiyə, İtaliya, Yapo-

niya  və Almaniya  mənşəli  müasir  rə-

qəmsal avadanlıqlar qurulmuş və Tür-

kiyədən gətirilən yüksəkkeyfiyyətli par-

çalardan həm məktəblilər, həm də hü-

quq-mühafizə  orqanları  işçiləri  üçün

uniformalar tikilir. 

     Sahibkar onu da əlavə etdi ki, müəs-

sisədə tikilən məktəbli formalarına hazırda

yüksək  tələbat  vardır.  Buna  görə  də

hazır lanan geyim dəstlərinin yüksək key-

fiyyətdə  olmasına  ciddi  fikir  verilir.

Bunun üçün müəssisəyə bacarıqlı ustalar

cəlb  olunub.  Çoxu  qadınlar  olan  usta

dərzilər alıcıları razı salmaq üçün key-

fiyyətli geyimlər tikməyə səy göstərirlər.

Əməyimiz dövlət tərəfindən yüksək qiy-

mətləndirilir və bu da daha yaxşı məhsul

istehsal etmək üçün bizi ruhlandırır. Belə

ki, müəssisəmiz 2012-ci ildə ilin şirkəti,

2015-ci ildə isə ilin ən fəal işəgötürəni

nominasiyasında  qalib  olub,  mükafat-

landırılıb.  Bunlarla  yanaşı,  bu  il  aprel

ayının 25-də Sahibkarlar günündə ölkə

başçısının sərəncamı ilə bir qrup naxçı-

vanlı sahibkar arasında mənim də “Tə-

rəqqi” medalı ilə təltif olunmağım fəa-

liyyətimizə  verilən  ən böyük mükafatdır.

Düşünürəm ki, bizə verilən belə bir yük-

sək qiymət gələcək fəaliyyətimiz üçün

ən  yaxşı  stimuldur.  Bütün  bunlara,  sa-

hibkarlar  üçün  yaradılan  şəraitə  görə

dövlətimizə minnətdaram.

    Sahibkarlıq fəaliyyəti bacarıq qədər

də səbir tələb edən bir sahədir. Təcrübə

göstərir ki, əgər sahibkar öz işinə ya-

radıcı münasibət göstərirsə, onun gör-

düyü hər bir iş dövlət tərəfindən dəs-

təklənəcək və həyata keçirilən hər bir

layihə öz real qiymətini alacaq. Naxçı-

vanda  geyim  sektorunda  uğurlu  fəa-

liyyətini davam etdirən “Zümrüd” Kiçik

Müəssisəsi də bunlardan biridir. 



Əli CaBBaROV



“Zümrüd” Kiçik Müəssisəsi fəaliyyətini

genişləndirir

    Məlumat üçün onu da bildirək

ki, ötən il kənd təsərrüfatı məh-

sullarının istehsalının artırılması

məqsədilə  muxtar  respublikada

6 heyvandarlıq, bir quşçuluq, bir

balıqçılıq,  6  soyuducu  anbar  və

3  istixana  təsərrüfatı  fəaliyyətə

başlayıb. Bütün bunların nəticəsidir

ki, son illər muxtar respublikada

güzəştli kreditlər hesabına 235 hey-

vandarlıq, 64 quşçuluq təsərrüfatı,

15  balıqçılıq,  102  arıçılıq,  196

hektar sahədə 64 bağçılıq, 10 hektar

sahədə  8  üzümçülük  təsərrüfatı,

ümumi  tutumu  14  min  30  ton

olan  31  soyuducu  anbar,  sahəsi

127  min  162  kvadratmetr  olan   

21  istixana  kompleksi  və  digər

müasir müəssisələr yaradılıb. 

    Bu istiqamətdə qədim əkinçi -

lik diyarı olan Şərur rayonunda

da lazımi işlər görülüb. Hazırda

rayonun əksər yaşayış məntəqə-

lərində aqrar bölmədə fəaliyyət

göstərən sahibkarlıq subyektləri,

kiçik müəssisələr, fermer təsər-

rüfatları mövcuddur.

    Belə yaşayış məntəqələrindən

biri də Yengicə kəndidir. 5 min

nəfərə yaxın sakini olan bu kənd-

də  əhali  mövcud  torpaqlardan

səmərəli şəkildə istifadə edir, ta-

xılçılıq, meyvəçilik, kartofçuluq,

heyvandarlıq və digər sahələrlə

məşğul olur. Kənddə sahibkarlıq

fəaliyyəti ilə məşğul olanlar da

az deyil. 

    Cabbar Tağıyev Yengicə  kən-

dində  çörəkçi ailəsində dünyaya

göz  açıb.  Deyir ki,  atam yaxşı

çörəkbişirən olub.  Onun sexində

yerli taxılın unundan dadlı-tamlı

çörəklər bişirilərdi. Onun yolunu

hazırda  mən  davam  etdirirəm.

Hər il taxıl əkir, məhsuldarlığı

artırıram. Kənddəki lavaşbişirmə

sexinin  də  fəaliyyətini  geniş-

ləndirmişəm.  Burada  çörək -

bişirmə texnologiyasına yaxın-

dan bələd olan 6 qadın çalışır.

Müasir  avadanlıqların  köməyi

ilə onlar ətirli çörəklər bişirirlər.

Yerli taxılın ununun çörəyi isə

tamlı olur. Bu səbəbdən də sexə

müraciət edənlərin sayı getdikcə

artır.

    Sahibkar ötən ildən başlayaraq



yeni  bir  təsərrüfat  sahəsi  ilə  də

məşğul olur. O, dövlətdən  aldığı

kredit hesabına  quşçuluq təsər-

rüfatı yaradıb. Hazırda həmin tə-

sərrüfatda  5 min  baş cücə bəs-

lənilir. Ətlik istiqamətdə yaradılan

təsərrüfatda    gələcəkdə  yumur-

talıq  toyuqlar  da  saxlanılacaq.

Hələlik  4 nəfər kənd sakininin

çalışdığı quşçuluq təsərrüfatında

həm istehsalın, həm də işçilərin

sayının artırılması nəzərdə tutulur.

Burada lazımi şəraiti  olan binalar

tikilib,  zoobaytar tələblərə uyğun

bəslənmə  həyata keçirilir.    

    Ələkli rayonun o qədər də bö-

yük olmayan yaşayış məntəqələ-

rindən biridir. Bu kənddə 338 hek -

tar  ümumi  torpaq  sahəsi  var.

Kənd adamları həmin torpaqlar-

dan lazımi qaydada istifadə edir,

yerli məhsul bolluğu yaradırlar.

Təkcə  bir  faktı  qeyd  edək  ki,

ötən  il  bu  kənddə  200  tondan

artıq  kartof    istehsal  olunub.

Həmçinin soğan, sarımsaq, mey-

və -tərəvəz və heyvandarlıq məh-

sullarının istehsalı artıb. Bu işdə

sahibkarlıqla  məşğul  olan  fer-

merlərin də rolu az deyil.

    Kənd sakini İbrahim Kazımov

uzun illərdir, mədəniyyət  sahə-

sində    çalışan  təcrübəli  mütə-

xəssisdir.  Çoxşaxəli  təsərrüfata

malik  olan  İbrahimlə  onun  hə-

yətində həmsöhbət oluruq. Hə-

yətdəki meyvə ağacları bu il də

bol məhsul gətirib. Ərazinin bir

tərəfində  arı yeşikləri düzülüb.

Bütün bunlar təsərrüfat adamının

səliqə-sahmanından,  işgüzarlı-

ğından  xəbər verir. Onun yarat-

dığı  ailə  təsərrüfatında  10  nə-

fərdən artıq kənd sakini çalışır.

Deyir ki,  taxıl əkini sahələrini

ilbəil genişləndiririk. Həm özü-

müzün  çörəyə  olan  tələbatını

ödəyir,  həm  də  mal-qara  üçün

bol yem bazası yaradırıq. 60 baş

keçimiz  var.  Bu  il  onların  40-ı

əkiz bala verib. Bu heyvanların

südünün, pendirinin faydası çox-

dur. İlboyu süfrəmizdə təbii ne-

mətlərdən  istifadə  edirik.  Hələ

bazara da  məhsul çıxarırıq. Ton-

larla  kartofumuz,  sarımsaq  və

tərəvəzimiz olur. Əkin sahələri-

mizi üzvi gübrələrlə münbitləş-

diririk.  Təsərrüfat  suyumuz  da

boldur. Arpaçayın suyu torpaq-

larımıza məlhəmdir. Belə şəraitdə

niyə işləməyəsən, məhsul bolluğu

yaratmayasan?

    Dəstə kəndi isə Ordubad ra-

yonunun iri yaşayış məntəqələ-

rindən biridir. Bu kənddə müxtəlif

sahibkarlıq obyektləri, lavaş sex-

ləri, taxıl emalı müəssisəsi fəa-

liyyət göstərir. Builki mövsümdə

410 hektardan artıq sahədən taxıl

yığılacaq.  Taxılçılıq  sahəsində

fəaliyyət  göstərən  fermer  kol-

lektivlərindən birinə təcrübəli tə-

sərrüfatçı Mehdi Quliyev başçılıq

edir. Mən onu hələ ictimai təsər-

rüfatlar  dövründən  tanıyıram.

Ötən əsrin 80-ci illəri idi. O vaxt-

lar Dəstə kəndi barlı-bəhərli ərik

bağları ilə əhatələnmişdi. Bu bağ-

lardan yüz tonlarla məhsul yığılıb

daxili  bazarda  satışa  çıxarılar,

hətta Azərbaycandan kənara, Ru-

siyanın ayrı-ayrı  şəhərlərinə gön-

dərilərdi.  Sonralar  bu  bağların

yerində  taxıl və tərəvəz əkinlərinə

üstünlük verildi. Bu gün isə Dəstə

Ordubad rayonunda ən çox taxıl

əkib-becərən kəndlərdən biridir.

Təcrübəli təsərrüfatçı Mehdi Qu-

liyev də uzun illərdir, meyvəçi-

liklə yanaşı, taxılçılığa da üstün-

lük verib. 30 ilə yaxındır ki, onun

ailə təsərrüfatı taxılçılıqla məşğul

olur. İldən-ilə əkin sahələrini ge-

nişləndirərək 43 hektara çatdırıb. 

    Mehdi deyir ki, taxılçılığı in-

kişaf etdirmək üçün ərazimizdə

möhkəm  maddi-texniki  baza

mövcuddur. Belə ki, burada ya-

radılan  taxıl  emalı  müəssisəsi

imkan verir ki, taxılımızı üyüdək,

çörəyə olan tələbatımızı yerli im-

kanlar  hesabına ödəyək. Həmin

müəssisədə lavaşbişirmə sexi də

fəaliyyət göstərir. Verilən sifarişlər

keyfiyyətlə yerinə yetirilir, əha-

linin təminatı ödənilir. 

    Qeyd edək ki, kənddə “Nax-

çıvan Aqrolizinq” Açıq Səhmdar

Cəmiyyətinin  rayon  bazası  da

fəaliyyət  göstərir.  Torpaq  mül-

kiyyətçiləri  lizinq  yolu  ilə  yeni

texnikalar əldə edirlər. 

    Sahibkar bildirir ki, cəmiyyətin

müasirtipli  kombaynları  kömə-

yimizə gəlir, biçini də qısa vaxtda

başa çatdıra bilirik. Çəkdiyimiz

zəhmətin müqabilində  də  yaxşı

dolanırıq.

    Bu  gün  Culfa  rayonunda  da

sahibkarlıqla məşğul olanlar çox-

dur.  Rayonun  Əbrəqunus  kən-

dində  heyvandarlıq,  taxılçılıq,

meyvəçilik,  quşçuluq  və  digər

sahələrdə səmərəli fəaliyyət gös-

tərən sahibkarlar keyfiyyətli məh-

sul istehsal etməklə böyük iqtisadi

səmərə əldə edirlər. 

    Bu rayonda Asif Məmmədovu

təcrübəli  təsərrüfatçı  kimi  tanı-

yırlar. Onun başçılıq etdiyi ailə

təsərrüfatında  400  baş  balbas

cinsi  qoyun,  50  baş  keçi,  10-a

yaxın qaramal vardır. O, həmçinin

quşçuluq təsərüffatını  da inkişaf

etdirir, arıçılıqla məşğul olur. Bu

vacib  sahələrin  inkişaf etdiril-

məsi sayəsində  ailə təsərrüfatının

gəliri ildən-ilə artır. İstehsal olu-

nan  sağlam  heyvandarlıq  məh-

sullarının  isə  daimi  alıcısı  var.

Çəkilən zəhmət yaxşı da qazanc

gətirir. Yaraşıqlı ev-eşiyi olan tə-

sərrüfat  başçısı  övladlarını  da

xoş  güzərana  qovuşdurub.  Hər

birinin xoşbəxt ailəsi var. 

     Ailə  təsərrüfatının  üzvləri

mal-qaranın  bəslənməsi  üçün

3  hektar  sahədə  yonca  əkiblər.

Həmçinin 5 hektar sahədə taxıl

əkilib-becərilir. Odur ki, mal-qa-

ranın qışlama dövründə bəslən-

məsi üçün yem bazası da ailə tə-

sərrüfatının özü tərəfindən yara-

dılır.  Qazanılan  uğurlar  isə  göz

qabağındadır. 

 Əhalinin ərzaqla təminatında

kənd təsərrüfatının mühüm rolu

vardır.  Ona  görə  bu  sahədə  sa-

hibkarlığın inkişafına dövlət tə-

rəfindən hərtərəfli qayğı göstərilir.

Aqrar sektorda fəaliyyət göstərən

sahibkarlar torpaq vergisi istisna

olmaqla, bütün növ vergilərdən

azaddırlar. Onlara güzəştli şərt-

lərlə  texnika,  yanacaq,  kredit,

subsidiyalar,  gübrə  verilir,  su-

varma sistemlərinin təkmilləşdi-

rilməsi  üçün  yeni  infrastruktur

yaradılır.  Bütün  bunları  həyata

keçirməkdə məqsəd məhsul bol-

luğuna nail olmaqdan, əksər kənd

təsərrüfatı məhsullarına olan tə-

ləbatın  yerli  istehsal  hesabına

ödənilməsini  təmin  etməkdən

ibarətdir. 



Məhəmməd FƏRƏCOV

Naxçıvan Dövlət 

Radiosunun baş redaktoru

Təsərrüfatçılar fəaliyyətlərini genişləndirməklə kiçik və 

orta sahibkarlıq subyektlərinə çevrilirlər

    Biz,  adətən,  sahibkar  deyəndə  iri  istehsal  müəssisəsinin

rəhbərini nəzərdə tuturuq. Fikirləşirik ki, həmin sahibkarların

xeyli vəsaiti, obyektləri, işçi qüvvəsi olur. Amma bu gün hər bir

sadə vətəndaş belə sahibkara çevrilə bilər. Xüsusən də kənddə

yaşayıb  müxtəlif  təsərrüfat  sahələrində  çalışanlar.  İstehsalla

məşğul  olan  hər  bir  kənd  adamı  dövlətdən  güzəştli  şərtlərlə

kredit götürüb özünün ailə təsərrüfatını genişləndirmək  imkanına

malikdir.  Bu mənada, kəndlərimizdə artıq ailə təsərrüfatlarını

quraraq  hər  il  15-20  min  manat  və  hətta  bundan  çox  gəlir

götürən lər  var.  Biz  də  bu  yazımızda  muxtar  respublikamızın

ayrı-ayrı bölgələrində yaşayıb çalışan, ailə-fermer təsərrüfatları

yaradan insanların kəndə, ocağa bağlılıqlarından, muxtar res-

publika iqtisadiyyatına verdikləri töhfələrdən bəhs edəcəyik. 

    Muxtar respublikamızda özəl sektorun inkişafına göstərilən dövlət dəstəyi

regionda müxtəlifprofilli sahibkarlıq sahələrinin genişlənməsinə mühüm təsir

edir. Geniş çeşiddə geyimlər, xüsusilə dövlət idarələrində çalışanlar və məktəblilər

üçün uniformalar istehsal edən “Zümrüd” Kiçik Müəssisəsi də bu qayğıdan

bəhrələnərək qısa zaman içərisində öz fəaliyyətini genişləndirib, bazarda bu

sahədə mövcud olan tələbatın böyük bir hissəsinin ödənilməsinə nail olub.

   Naxçıvanda  yol-nəqliyyat  infra -

strukturunun müasir standartlar sə-

viyyəsinə çatdırılması göstərilən xid-

mətin  keyfiyyətini  yüksəltmiş,  bey-

nəlxalq  əməkdaşlığın  genişləndiril-

məsi istiqamətində mühüm addımlar

atılmışdır. 

    Bu ilin birinci yarısında yerli və bey-

nəlxalq marşrut xətləri üzrə daşınmalar

uğurla  həyata  keçirilmiş,  Naxçıvan-

İqdır və Naxçıvan-Ərzurum marşrutları

açılmışdır. Muxtar respublika daxilində

sərnişindaşıma  xidmətinin  səviyyəsi

daha da yüksəldilmiş, fəaliyyətdə olan

139  marşrut  xəttində  305  avtobusla

rayon  mərkəzləri  və  kəndlərin  hamısı

marşrutla təmin edilmişdir. Bu dövrdə

İran  İslam  Respublikası  ərazisindən

keçməklə  Naxçıvan-Bakı-Naxçıvan

marşrutu  üzrə  Naxçıvandan  Bakıya

7997 sərnişin, əks-istiqamətdə isə 9256

sərnişin daşınmışdır.

    Muxtar  respublikanın  istirahət  və

turizm mərkəzlərinə, o cümlədən ha-

zırda yay mövsümünün başlaması ilə

əlaqədar  Uzunoba  çimərliyinə,  Ağ-

bulaq  İstirahət  Mərkəzinə  avtobus

marşrutları açılmış, turlar təşkil edil-

mişdir. Həmçinin taksi fəaliyyəti gös-

tərən sürücülərin hər ay 4 dəfə qrup

şəklində muzeylərə ekskursiyaları təş-

kil olunmuşdur. Hesabat dövründə na-

zirliyin  reyd  komissiyası  Nəqliyyat

müfəttişliyi  və  təhlükəsizlik  şöbəsi

ilə  birlikdə  reydlər  keçirmiş,  sərni-

şindaşıma  ilə  məşğul  olan  avtonəq-

liyyat vasitələrinin təmizliyinə, sürü-

cülərin geyim formasına, şəhərdaxili

və rayonlararası marşrutlarda hərəkət

qrafikinə nəzarəti artırmışdır.

    Muxtar respublikada avtonəqliyyat

vasitələri ilə təhlükəsiz sərnişin daşın-

ması, marşrut qrafikinə nəzarət olunması

məqsədilə yeni nəsil texnologiyalarından

istifadə edilməsinə başlanmışdır. Belə

ki, Naxçıvan-Bakı marşrutunda işləyən

avtobuslarda Naxtel-4G GPS monitorinq

izləmə  sistemi  quraşdırılmışdır.  Nax-

çıvan şəhərdaxili mar şrutunda işləyən

avtobus və taksilərə isə GPS-lərin qu-

raşdırılması işi davam etdirilir.

Naxçıvan Muxtar Respublikası 

Nəqliyyat Nazirliyinin 

mətbuat xidməti

Naxçıvanda sərnişindaşıma uğurla

həyata keçirilir

Ailə-fermer təsərrüfatları

İstehsal müəssisələri



Yüklə 224,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə