Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım


    Ordubad Rayon Mədəniyyət Evi-



Yüklə 224,63 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix04.11.2017
ölçüsü224,63 Kb.
#8573
1   2   3   4

3

    Ordubad Rayon Mədəniyyət Evi-

nin  foyesində  rayonun  istedadlı

qadınlarının  əl  işlərindən  ibarət

sərgi-satış keçirilib.

    Tədbirdə  Ordubad  Rayon  İcra

Hakimiyyətinin başçısı Elşad Məm-

mədov çıxış edərək bildirib ki, Nax-

çıvan Muxtar Respublikasında qa-

dınların əməyinin qiymətləndirilməsi

daim diqqət mərkəzindədir. Göstə-

rilən qayğının nəticəsidir ki, rayon

üzrə təhsil, səhiyyə və mədəniyyət

müəssisələrində çalışanların 76 faizi ni

qadınlar təşkil edir. Rayondakı qa-

dınlardan 23 nəfəri Azərbaycan Res-

publikasının  və Naxçıvan Muxtar

Respublikasının müxtəlif dövlət mü-

kafatlarına layiq görülüb. Artıq bir

neçə ildir ki, istedadlı qadınların əl

işlərinin  sərgi-

satışı təşkil edi-

lir. Ordubad ra-

yonunda keçiri-

lən  sərgidə  də

bütün  yaşayış

məntəqələrindən

istedadlı qadınlar

iştirak  edirlər.

Tədbirin  təşki-

lində məqsəd ra-

yon üzrə qadınların istedad və ba-

carıqlarını üzə çıxarmaq, milli də-

yərlərimizi qorumaq, adət-ənənələ-

rimizi  gənclərə  aşılamaq,  mənəvi

irsimizi yaşatmaqdır. 

    İcra başçısı  belə sərgilərin keçiril -

məsində,  milli  dəyərlərimizin  ya-

şadılmasında qadınlarımıza  uğurlar

arzulayıb.

    Tədbirdə Naxçıvan Muxtar Res-

publikası  Ailə,  Qadın  və  Uşaq

Problemləri  üzrə  Dövlət  Komitə-

sinin sədri Ramilə Seyidova çıxış

edib.  O  bildirib  ki,  bu  gün  ölkə-

mizin  hərtərəfli  inkişafı,  mövcud

sabitlik,  dövlət-qadın  siyasətinin

uğurla həyata keçirilməsi, ailə də-

yərlərinə yüksək qiymət verilməsi

qadınların  ölkəmizin  ictimai  hə-

yatında fəal iştirakına və istedad-

larının  üzə  çıxarılmasına  imkan

verir. Naxçıvan Muxtar Respubli-

kasında qadınların bütün sahələrdə

fəaliyyəti  təmin  olunur,  min  illər

ərzində formalaşan milli dəyərlə-

rimiz yaşadılır. Yaradılan şəraitin

nəticəsində  muxtar  respublikada

istedadlı  qadınların  sayı  ildən-ilə

artır.  


    Qeyd olunub ki, bu gün Ordubad

rayonunda yaşayan istedadlı qadın-

ların  rəsm  və  əl  işlərindən  ibarət

sərgi-satışın təşkil edilməsi də mə-

nəvi irsimizin yaşadılmasına xidmət

edir. 


    İstedadlı  qadınlardan  Məleykə

Rəhimli  çıxış  edərək  bildirib  ki,

muxtar respublikada həyata keçirilən

quruculuq  tədbirləri  sayəsində  ən

ucqar sərhəd kəndlərimizdə də qa-

dınların iş və məişət şəraiti yaxşı-

laşdırılıb.  O,  göstərilən  diqqət  və

qayğıya  görə  muxtar  respublika

rəhbərinə  minnətdarlığını  bildirib.   

    Sonra  sərgi-satışa  baxış  olub.

Sərgi-satışda  rayon  üzrə  onlarla

 qadının 250 rəsm və əl işi nümayiş

etdirilir.

abbas SEYİd

İstedadlı qadınların əl işlərindən ibarət 

sərgi-satış təşkil edilib

    1997-ci ildə kənddə yeni məktəb

binası  istifadəyə  verildi,  2003-cü

ildə isə burada yenidənqurma işləri

aparıldı. 2014-cü ilin 3 noyabr tarixi

Güznüt  sakinləri  üçün  əlamətdar

hadisələrlə yadda qaldı, həmin gün

kənddə  yeni  sosial  obyektlər  isti-

fadəyə  verildi.  Onların  arasında

əsaslı şəkildə yenidən qurulan Güz-

nüt kənd tam orta məktəbinin binası

da var idi. Çox gözəl şəraitin yara-

dıldığı binanın istifadəyə verilməsi

valideynlərin  də,  şagird  və  müəl-

limlərin də üzünü güldürdü. Çünki

artıq bütün çətinliklər arxada qalmış,

muxtar  respublikanın  müstəqillik

illərindəki inkişafının bariz nümu-

nəsi  olan  müasir  məktəb  binası

uşaqların ixtiyarına verilmişdi. Hə-

min gün uşaqların sevincini bölüş-

məyə muxtar respublika rəhbəri də

gəlmiş,  kənd  sakinlərini,  eləcə  də

məktəbliləri  təbrik  etmiş,  pedaqoji

kollektivə öz ürək sözlərini və töv-

siyələrini çatdırmışdı. Bəli, muxtar

respublikanın sosial-iqtisadi inkişafı

üzrə 2014-2018-ci illəri əhatə edən

Dövlət Proqramı çərçivəsində əsaslı

şəkildə yenidən qurulan binası olan

kənd məktəbi güznütlülər üçün fəxr

olunası  təhsil  ocağına  çevrilmişdi

və Naxçıvan şəhərindəki ən müasir

məktəblərdən heç nə ilə geri qalmırdı. 

    Hazırda 324 şagird yerlik mək-

təbdə 3-ü elektron lövhəli olmaqla,

18 sinif otağı, kimya-biologiya və

fizika  laboratoriyaları,  kompüter

otağı, kitabxana, idman zalı, hərbi

kabinet, şahmat sinfi və bufet var.

Məktəb-valideyn münasibətlərinin

düzgün  qurulması  nəticəsində  şa-

girdlər  tədris  prosesində  çətinlik

çəkmir, keçilən dərsləri daha yaxşı

mənimsəyirlər.  Bu  təhsil  ocağının

kompüter otağında internetə çıxışı

olan  21  kompüter  var.  Məktəbin

elektron  dərsliklərlə  təminatı  və

elektron lövhəli siniflərin istifadəyə

verilməsi dərslərin virtual tədrisinə

şərait yaradıb. Distant tədris mər-

kəzinə  qoşulan  məktəbdə  muxtar

respublikanın digər təhsil ocaqları

ilə tədris mübadiləsinin aparılması,

eləcə də muzeylərlə əlaqələrin qu-

rulması təmin edilib. Məktəbin ki-

tabxana  fondunda  5  mindən  artıq

kitab vardır. Şagirdlərə mütaliə vər-

dişlərinin aşılanması onların asudə

vaxtlarının  səmərəli  təşkili  baxı-

mından mühüm əhəmiyyət daşıyır.

     Ən qədim oyun növlərindən biri

olan şahmat uşaq və yeniyetmələrin

əqli  inkişafına  təsir  edən  mühüm

vasitələrdən  biridir.  Güznüt  kənd

tam orta məktəbində şahmat fənninin

tədrisi şagirdlərin zehni inkişafına,

məntiqi  düşünmə  qabiliyyətlərinə

əhəmiyyətli  təsir  göstərir.  Bütün

bunların  nəticəsidir  ki,  şagirdlərin

digər  fənlərdən  təlim  göstəriciləri

də nəzərəçarpacaq dərəcədə artıb. 

    Məktəbdə şagirdlərin vətənpər-

vərlik ruhunda tərbiyəsinə və hərbi

biliklərin dərindən öyrənilməsinə

də  diqqət  yetirilib,  hərbi  kabinə

yaradılıb. İdman zalında müxtəlif

idman növləri üzrə dərslərin tədrisi

və şagirdlərin fiziki hazırlıqlarının

artırılması  üçün  hər  cür  şərait

mövcuddur. 

     Güznüt  sakinləri  isə  övladları

üçün  bu  şəraiti  yaradanlara  min-

nətdardırlar. Tədris ili boyu mək-

təbin müəllim və şagirdləri kitab-

xana, laboratoriya, fənn kabinələ-

rindən səmərəli istifadə edirlər. Bu

da  tədrisin  keyfiyyətinin  yüksəl-

məsinə öz təsirini göstərir. Hazırda

müxtəlif universitetlərə sənəd ver-

miş məktəb məzunlarının nəticələri

təhlil  edilir,  gələcəkdə  görüləcək

işlər planlaşdırılır.  

Ümidlər doğrulub, sabaha

inam artıb

    Bu gün ölkəmizdə Heydər Əliyev

siyasi kursunun uğurla davam et-

dirilməsinin  nəticəsidir  ki,  Azər-

baycanda sabitlik və sosial-iqtisadi

yüksəliş təmin olunub. Ölkəmizdə

mövcud olan sabitlik bütün sahə-

lərlə yanaşı, təhsilin də hərtərəfli

inkişafı  ilə  səciyyələnir.  Prioritet

sahə olan təhsil bu gün Azərbaycan

dövlətinin  sosial  inkişaf  xəttində

mühüm yer tutur. Ona görə ki, təh-

silə  qoyulan  sərmayə,  göstərilən

qayğı təkcə ölkəmizin bu gününə

deyil,  eyni  zamanda  gələcəyinə

xidmət  edir,  yüksək  intellektual

potensialın  formalaşmasını  şərt-

ləndirir.  Bu  gün  davamlı  olaraq

təhsil  sahəsində  islahatlar  həyata

keçirilməkdədir. Bütün bunlar bir

daha  əmin  olmağa  əsas  verir  ki,

müasir Azərbaycan təhsili özünün

zəngin mütərəqqi ənənələrinə, milli

və mənəvi, ümumbəşəri dəyərlərə,

beynəlxalq təcrübəyə əsaslanaraq

daha  da  inkişaf  edəcəkdir.  Çünki

qazanılan bütün nailiyyətlər məhz

Heydər Əliyev ideyalarından güc

alır. Artıq  20  ildən  çoxdur,  təkcə

güznütlülərin deyil, minlərlə Nax-

çıvan  sakininin  “Ümidlər  doğru-

lacaqmı?”  sualına  cavab  tapılıb,

demək olar ki, hər bir kənd-qəsə-

bədə,  hər  bir  şəhərdə  ən  müasir

tələblərə cavab verə bilən məktəb

binaları həyata vəsiqə alıb. Diqqət -

çəkən məqam isə ondan ibarətdir

ki, xalqı maraqlandıran bütün su-

alların cavabı sözdə deyil, əməldə

verilib. Bu isə muxtar respublikada

yaşayıb-yaradan hər bir insanın sa-

baha inamını artırır, bizi daha yaxşı

işləməyə, ölkəmizin çiçəklənməsi

naminə  daha  böyük  fədakar lıqlar

göstərməyə sövq edir.

-

Səbuhi HÜSEYNOV

    Muxtar respublikamızın düşdüyü

blokada şəraitində yarımçıq qalmış

tikililərin taleyindən söhbət açmaq

bəlkə də yersiz görünür. Amma elə

məsələlər var ki, onlar barədə sus-

maq, söz deməmək olmur. Axı bu

problemlər  çoxlarının  hər  gün  üz-

ləşdiyi  çətinliklərdəndir.  Güznüt

kənd 8 illik məktəbinin müəllim və

şagirdlərinin illərdən bəri həsrətini

çəkdikləri məktəb binası. O məktəb

binası ki, təməli 7-8 il bundan əvvəl

qoyulub. O vaxtlar nə blokada var

idi,  nə  də  ki,  material  qıtlığı.  Nə-

dənsə, hansı biganəliyin ucbatındansa

464 yerlik məktəb binasının tikintisi

ildən-ilə keçirildi və nəhayət indiki

şəraitdə tamamilə unuduldu.

    Vaxtilə köhnə, yöndəmsiz mək-

təb binasının yanında, idman mey-

dançasının  ərazisində  yerləşəcək

məktəb binasının özülü qazılanda,

burada qrunt sularına qarşı borular

düzüləndə,  nəhayət  beton  bloklar

hazırlananda çoxları sevindi. Mək-

təblilər  inandı  ki,  nəhayət  2  min

nəfərə  yaxın  əhalisi  olan  Güznüt

kəndində  də  məktəb  binası  tikilə-

cəkdir. Amma əfsuslar olsun ki, bu

sevinc, bu arzu illər uzunu şagird-

lərin ürəyində qaldı.

    Hazırda şagirdlər süd emalı məq-

sədilə  tikilmiş,  sonra  isə  tütün  qu-

rutmaq üçün istifadə edilən köhnə,

yöndəmsiz binada dərs keçirlər. Bi-

nanın tavanından boylanan paslı mis-

marlar tütünçülərdən qalan yadigar-

lardandır.  Məktəbə  yolu  düşənlər

yaxşı  bilir  ki,  bu  uyğunlaşdırılmış

binada  dərs  keçmək,  uşaqlara  elm

öyrətmək olduqca çətindir. Darısqal

döşəməsinə torpaq tökülmüş, divarları

bir neçə yerdən cadarlamış qaranlıq

otaqda dərs keçmək hansı səmərəni

verər? Siniflər bir-birinə o qədər ya-

xındır ki, onların birində dərs deyən

müəllimin, dərsə cavab verən şagirdin

səsi o biri siniflərdə də eşidilir. Daha

doğrusu,  səs  səsə  qarışır.  Darısqal

dəhlizdə  iki  nəfərin  yan-yana  ad-

dımlaması qeyri-mümkündür.

    Bütün  bunlara  dözmək  olar,

amma binanın uçmaq təhlükəsi var.

Belə  görkəmdə  olan  binanı  təmir

etmək də müşkül məsələdir. Bu və-

ziyyətlə əlaqədar məktəbin direktoru

İ.Babayev aid təşkilatlar qarşısında

dəfələrlə  məsələ  qaldırsa  da,  heç

bir müsbət nəticəsi olmayıb. 

    Lakin bizi düşündürən odur ki,

nəyə  görə  illərdən  bəri  şagirdləri

narahat edən bu vacib məsələ həll

edilməyib? Halbuki ötən illər ərzində

məktəb  binasını  tikmək  mümkün

idi. Onda istənilən qədər tikinti ma-

terialları da var idi. Həmin material -

lar məktəbin təməli qoyulan yerdə

üst-üstə qalaqlanmışdı. Amma illər

ötdükcə  yavaş-yavaş  “əridi”.  İndi

10-15 beton blokdan savayı heç nə

gözə dəymir.

    Bizə belə gəlir ki, lap elə indiki

şəraitdə də burada yeni bina tikmək

mümkündür. Hörgünü yerli material -

lar hesabına və yerli qüvvə ilə apar-

maq olar. Heç uzağa getməyək, bi-

nanın özülündən çıxarılmış torpaqla

yüz  minlərlə  kərpic  kəsmək  olar.

Onsuz da indiki binaların çoxu belə

kərpiclərlə hörülür. Kənddə həmin

kərpiclərdən çoxlu bina tikənlər var.

O ki qaldı qalan materiallara, köhnə

məktəb  binasının  materiallarından

istifadə edilə bilər.

    Bütün bunları yazmaqda onu de-

mək  istəyirik  ki,  hər  bir  işə  əlac

tapmaq mümkündür. Atalar demiş-

kən: “Çobanın könlü olsa...” Amma,

nədənsə,  əməli  iş  görən  tapılmır.

Uçmaq təhlükəsi olan sinif otaqla-

rında dərs keçən şagirdlər yeni mək-

təb  binasının  ümidi  ilə  yaşayırlar.

Bəs bu ümid nə vaxt doğrulacaq?

“Şərq qapısı” qəzeti

1994-cü il 16 iyul

“Ümidlər doğrulacaqmı?”

və ya dünəndən bu günə qısa ekskurs

Naxçıvan dünən 

və bu gün

Əvvəl belə idi: Bəs indi?

  23  il  əvvəl  “Şərq  qapısı”  qəzetində  dərc  olunmuş  bu  məqalə



bir kənd məktəbinin timsalında muxtar respublikamızın məktəb-

lərinin  ozamankı  durumunu  gözlər  önünə  sərir.  Bəli,  o  zaman

məktəb binası deyiləndə ilk yada düşən sınıq-salxaq qapı-pəncərələri

olan sinif otaqları, qış boyu dərs zamanı tüstüləyən, belə demək

mümkünsə, göz çıxaran sobalar, istismar müddətini çoxdan başa

vurmuş partalar, stol və stullar, yağış yağanda gölməçəyə dönən

sinif otaqları olur. Bütün bu mənzərələr klassik sovet məktəbinin

dəyişməz simvolları idi. Döşəmələri neftlə silinən məktəb binalarının

qazanxana  iyi  verməsi  adi  hala  çevrilmişdi.  Ozamankı  təmir-

tikinti  idarələri  hər  yay  “cari  təmir”  adı  altında  məktəbi  təmir

etsələr də, işlər yalnız kağız üzərində qalırdı və növbəti dərs möv-

sümünə “hazır olan” məktəb binasına gələn uşaqlar və müəllimlər

təkrar məyus olurdular. 

Güznüt kənd tam orta məktəbi bu gün müasir 

binada fəaliyyət göstərir

  

Muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların

asudə vaxtlarını səmərəli təşkil etmək, eyni zamanda istedadlarını

aşkara  çıxarmaq,  həmçinin  onların  yaradıcılıq  imkanlarını  ge-

nişləndirmək, intellektual səviyyələrini artırmaq üçün təşkil edilən

məqsədyönlü tədbirlər diqqət mərkəzində saxlanılır.

    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin 11 iyul tarixdə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan

Regional  İnformasiya  Mərkəzində  sağlamlıq  imkanları  məhdud

uşaqların  intellektual  dünyagörüşlərini  nümayiş  etdirmələri  üçün

“Yurdumuzu tanıyaq” bilik müsabiqəsi təşkil etməsi həmin tədbirlərin

davamıdır. Müsabiqədə sağlamlıq imkanları məhdud 10 uşaq iştirak

edib. Onlara 24 sual təqdim edilib.

    Müsabiqənin qaliblərinə diplomlar, digər iştirakçılara isə həvəsləndirici

diplomlar verilib.

    Məlumat  üçün  bildirək  ki,  Naxçıvan  Uşaq  Bərpa  Mərkəzində

müalicə alan hərəkət qabiliyyəti məhdud bir uşaq mərkəzə yenicə is-

tifadəyə verilmiş əlillər üçün  xüsusi nəqliyyat vasitəsi ilə müsabiqəyə

gətirilib.

    Naxçıvan Regional İnformasiya Mərkəzində isə görmə qabiliyyəti

məhdud məktəbli uşaqlar üçün “Könül işığı” jurnalının “Şəfəq” adlı

xüsusi buraxılışı hazırlanıb. 

    Qeyd edək ki, tədbir “2016-2020-ci illərdə Naxçıvan Muxtar Res-

publikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabili-

tasiyası üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yeti-

rilməsi məqsədilə keçirilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin 

Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Sağlamlıq imkanları məhdud uşaqlar 

arasında “Yurdumuzu tanıyaq” adlı bilik

müsabiqəsi keçirilib



Yüklə 224,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə