Zahid Xəlil hətta uşaq şairi olub, uşaqları sevmişdi



Yüklə 20,53 Kb.
səhifə3/4
tarix21.12.2022
ölçüsü20,53 Kb.
#97522
1   2   3   4
uşaq əd 13 (1)

Rafiq Yusifoğlu
Rafiq Yusifoğlu Sumqayıt Dövlət Universitetinin "Azərbaycan və xarici ölkələr ədəbiyyatı" kafedrasının professorudur. 2005-ci ildən Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir. Eyni zamanda 2008-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorudur. Şairin uşaq ədəbiyyatı sahəsində xüsusi fəaliyyəti vardır. O, uşaq və gənclər ədəbiyyatı tənqidçilərinin Moskvada keçirilən birinci (1982), ikinci (1985) və üçüncü (1988) Ümumittifaq seminarlarının, Qazaxıstanda keçirilən Beynəlxalq Uşaq ədəbiyyatı günlərinin (1989) iştirakçısı olmuşdur. Bununla yanaşı, 1985-ci ildə Moskvada Ali Komsomol məktəbinin bir aylıq jurnalistika kursunun müdavimi olmuşdur.[1]

Ədəbi fəaliyyəti


Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlayan Rafiq Yusifoğlu 1966-cı ildən dövri mətbuatda şeirləri, məqalələri ilə müntəzəm çıxış etməyə başlamışdır. Şair son illər bədii tərcümə ilə ciddi məşğul olur. O, F.Q.Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə etmişdir. Əsərləri bir sıra dillərə tərcümə edilib, dərsliklərə düşüb. Külli miqdarda elmi-publisistik məqalələrin, çoxlu mahnı mətnlərinin müəllifidir. Əsərləri əsasında "Qəm karvanı", "Bütün Azərbaycan əsgər olmalı" televiziya tamaşaları çəkilib, dəfələrlə nümayiş etdirilmişdir.


Reyhan Yusifqızı

Reyhan Yusifqızı 1965-ci il, noyabrın 13-də anadan olub. 1972–1982-ci illərdə Bakı şəhəri 5 saylı orta məktəbdə və 20 saylı musiqi məktəbinin fortepiano sinfində oxuyub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə daxil olub, 1987-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna təyinat alib. 1990-cı ildə Bakı Dövlət Universitetində işləməyə başlayıb.


Reyhan Yusifqızı 2007-ci ildə namizədlik dissertasiyası müdafiə edərək f.-r.e.n. alimlik dərəcəsi alıb. 60-dan çox məqalə və tezisin, həmçinin, riyaziyyat sahəsində üç kitabın müəllifidir. "Zadə irsi və süni intellekt" Assosiasiyasının üzvüdür, Soft Kompüting nəzəriyyələrini tədris edir.


Ailəlidir. İki övladı var.


Reyhan Yusifqızı Elmin İnkişafı Fondunun və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə yerinə yetirilən bir neçə layihənin rəhbəri və ya aparıcı işçisi olub. Mütəmadi olaraq tətbiqi riyaziyyat fakültəsində dərslər aparır, qeyri-müəyyənliklərlə bağlı yeni nəzəriyyələri – Soft Kompüting nəzəriyyələrini tədris edir.



Yüklə 20,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə