Zahid Xəlil hətta uşaq şairi olub, uşaqları sevmişdi



Yüklə 20,53 Kb.
səhifə1/4
tarix21.12.2022
ölçüsü20,53 Kb.
#97522
  1   2   3   4
uşaq əd 13 (1)


Zahid Xəlil

Zahid Xəlil 1942-ci il mart ayının 20-də Yevlax şəhərində anadan olub. 1948-1958-ci illərdə Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1959-1965-ci illərdə ADU-nun (indiki BDU) Filologiya fakültəsinin Jurnalistika şöbəsində qiyabi təhsil alıb. Əmək fəaliyyətinə Yevlax Tütün Fermentləmə zavodunda texnik kimi işə başlayıb. 1965-1966-cı illərdə Yevlax şəhər mədəniyyət evinin müdiri, "Qələbə" adlı rayonlararası qəzetin redaksiyasında ədəbi işçi, "Mübarizə" adlı Yevlax rayon qəzetində məsul katib, "Mübarizə" adlı Goranboy rayon qəzetində ədəbi işçi, məsul katib vəzifələrində işləyib. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda nəşr olunan "Gənc müəllim" qəzetinin redaktoru təyin olunub. 1969-1970-ci illərdə universitetdə partiya komitəsinin katibi seçilib. 1970-ci ildə "Ədəbiyyat tarixi" kafedrasında baş müəllim, 1980-ci ildə "Ədəbiyyat və onun tədrisi" kafedrasında dosent işləyib. 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1975-ci ildə filologiya elmləri namizədi, 1990-cı ildə filologiya elmləri doktoru, 1991-ci ildə professor adını alıb. 1997-ci ildən ADPU-nun Pedaqoqika fakültəsinin dekanı işləyir. Hazırda Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışır. 2002-ci ildə "Qızıl qələm" mükafatı laureatı adına layiq görülüb.


"Vətənim" adlı ilk şeri 1958-ci ildə, "Yeni Yevlax" qəzetində çap olunub. Dövri mətbuatda müntəzəm çıxış edir. 1982-ci ildə "Literaturnaya qazeta"da dərc olunan "Kölələr" və "Limonad içməyim" hekayələrinə görə redaksiyanın "Zolotoy telyonok" mükafatına layiq görülüb. Uşaq yazıçısı kimi tanınır.
Uşaq ədəbiyyatını tədqiq edən Beynəlxalq Cəmiyyətin Moskvada keçirilən simpoziumunda (1981), Praqada keçirilən "Məktəbəqədər yaşlı uşaqlar üçün ədəbiyyat" adlanan ümumittifaq konfranslarda iştirak edib. Keçmiş SSRİ Dövlətnəşrkomun və SSRİ Yazıçılar İttifaqının Uşaq Ədəbiyyatı Şurasının üzvü olub.
Zahid Xəlil hətta uşaq şairi olub, uşaqları sevmişdi.

  1. Uçan çıraqlar. Bakı: Gənclik, 1969, 42 səh.

  2. Qarışqalar. Bakı: Gənclik, 1971, 12 səh.

  3. Mən rəngləri tanıyıram. Bakı: Gənclik, 1972, 98 səh.

  4. Göydən üç alma düşdü. Bakı: Gənclik, 1974, 119 səh.

  5. Quşlar, quşlar. Bakı: İşıq, 1977, 36 səh.

  6. Torağaylar oxuyur. Bakı: Gənclik, 1979, 78 səh.

  7. Ballıca. Bakı: Gənclik, 1981, 247 səh.

  8. Çıraq nənənin nağılları. Bakı: Gənclik, 1983, 231 səh.

  9. Cırtdanla Azmanın yeni macəraları. Bakı: Gənclik, 1985, 355 səh.

  10. Odlar yurdunun paytaxtı. Bakı: Gənclik, 1992, 105 səh.

  11. Dünyanın ən balaca nağılları. Bakı: "Nağıl evi", 2002, 175 səh.

  12. Sonuncu güllə. Bakı


Yüklə 20,53 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə