Yuxarı ətraf əzələləri ”


Saidin önündə yerləşən dərin qrup əzələlər



Yüklə 24,75 Kb.
səhifə3/3
tarix30.12.2023
ölçüsü24,75 Kb.
#166722
1   2   3
Ayxan Anatomiya

Saidin önündə yerləşən dərin qrup əzələlər:

  1. Baş barmağı bükən uzun əzələ – flexor policis longus – baş barmağın dırnaq falanqasının əsasında bağlanır.

  2. Barmaqları bükən dərin əzələ – fexor digitorum profundus – II – V barmaqların dırnaq falanqalarının əsasına bağlanır.

  3. Kvadrat pronator – pronator quadratus – mil və dirsək sümüklərinin distal uclarının kənarlarını bir – biri ilə birləşdirir.

Saidin xüsusi fassiyası yaxşı inkişaf etmişdir. Saidin yuxarı tərəfində bu fassiyasiyadan səthə yerləşən əzələlər başlanğıc alır. Bu fassiyasiya bir sıra əzələlər üçün lifli yataq əmələ gətirir. Mil- bilək nahiyyəsində həmin fasiyya qalınlaşaraq biləyin həlqəvi bağını əmələ gətirir. Bu fa halqa kimi said əzələlərinin vətərlərini əhatə edir
Əl əzələləri
Əl əzələləri 3 qrupa ayrılır:
1. Baş barmaq hündürlüyünü (themor) əmələ gətirən əzələlər.
2. Çeçələ barmaq hündürlüyü (hypothenor) təşkil edən əzələlər.
3.Ovuc əzələləri.
Baş barmaq hündürlüyünü əmələ gətirən əzələlərə aiddir: baş barmağı qısa uzaqlaşdırıcı əzələ, qısa bükən əzələ, keçəl barmağa qarşılaşdıran əzələ və yaxınlaşdıran əzələ.Ovuc əzələlərinə dörd soğulcanabənzər (əsas falanqaları bükür , orta və dırnaq falanqalarını isə açır), üç sümükarası əzələ (bunlar II, III və V barmaqları orta barmağa yaxınlaşdırırlar) və dörd arxa sümükarı əzələlər (barmaqların orta barmaqdan uzaqlaşdırır) aiddir.Çeçələ barmaq hündürlüyünü aşağıdakı əzələlər əmələ gətirir; çeçələ barmağı bükən qısa, yaxınlaşdıran və baş barmağı qarşılaşdıran əzələlər.Əlin xüsusi fassiyası ovucda möhkəm və qapalı fassiya səfhəsi – aponevroz əmələ gətirir.
Yüklə 24,75 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə