Yuxarı ətraf əzələləri ”



Yüklə 24,75 Kb.
səhifə2/3
tarix30.12.2023
ölçüsü24,75 Kb.
#166722
1   2   3
Ayxan Anatomiya

Bazu əzələləri:
Bazu əzələləri iki qrupa ayrılır: 1) bazunun önündə yerləşən əzələlər , 2) bazunun arxa əzələləri.
Bazunun ikibaşlı əzələsi-bicers brachii- bu əzələ iki başla kürək sümüyün oynaqüstü qabarcığı və dimdiyəbənzər çıxıntısından başlayıb mil sümüyünün qabarıqlığına bağlanır, saidi bükür.Bazu əzələsi- brachialis – bazu sümüyünün proksimal ucundan aşağı ön səthindən başlayıb dirsək sümüyünün qabarıqlığına bağlanır, saidi bükür.Dimdiyəbənzər əzələ – coricibrachialis – bu əzələ kürək sümüyünün dimdiyəbənzər çıxıntısından başlayaraq bazu cisminin ön səthinə bağlanır. Yığıldıqda bazunu önə çəkir və gövdəyə yaxınlaşdırır.
Bazunun arxa əzələləri:
Bazunun üçbaşlı əzələsi – tricers brachii – bu əzələnin üç başı vardır: uzun başı kürək sümüyünün oynaq çuxurunun alt qabarıqlığından, içəri və bayır başlar isə bazunun proksimal ucunun arxa səthindən başlayıb dirsək sümüyünün dirsək çıxıntısına bağlanır, saidi açır.Dirsək əzələsi – anconens – bazu sümüyünün bayır eni kondilusundan başlayaraq çəp istiqamətində aşağı gedir və dirsək sümüyünün arxa səthinə bağlanır, saidi açır.
Bazu fassiyası bu nahiyyədə yerləşən bütün əzələləri örtür. Bundan bazu sümüyünə əzələarası səthə gedərək ön və arxa əzələ qruplarını bir- birindən ayırır.
Said əzələləri:
Said əzələləri saidin önündə və arxasında yerləşirlər. Saidin önündə yerləşən əzələlər biləyi bükür və mili içəri hərləndirirlər. Saidin ön qrup əzələlərinin əksəriyyəti bazunun içəri epikondulusundan və said sümüklərinin ön səthindən başlayırlar. Saidin önündə yerləşən əzələlər öz növbəsində səthi və dərin qruplara bölünür.
Səthi əzələlərə aşağıdakılar aiddir:

  1. Girdə pronator – Pronator teres – mil sümüyü cisminin orta hissəsinin ön səthinə bağlanır, içəri hərləndirir.

  2. Biləyi bükən mil əzələ – ferux carpradialis – ikinci əldarağı sümüyünün əsasına bağlanır.

  3. Uzun ovuc əzələsi – palmaris longus- ovuc aponevroz bağlanır.

  4. Barmaqları bükən səthi əzələ – flexor digitorum superficialis – II – V əl barmaqlarının orta falanqalarının əsasına bağlanır.

  5. Biləyi bükən dirsək əzələ – flexor carpi ulnaris – noxudabənzər sümüyə bağlanır.



Yüklə 24,75 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə