Yeni azərbaycan partiyasi gəNCƏ ŞƏHƏr təŞKİlati y u s if o V m ü b a r iZ İm r a n o ğ L u



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix04.02.2018
ölçüsü0,73 Mb.
#24112
1   2   3   4   5   6   7   8   9   ...   28

təzahürlərinin  mövcudluğunu  ictimai  fikir  tarixinin 

real  ünsürü  kimi  qiymətləndirir.  İctimai  fikir  tarixin­

də reallıq olan bu mülahizələrin və  yanaşmaların  qə­

bul  edilməsi  o  demək  deyildir  ki,  milli  dövlətçiliyin 

ideologiyası olan azərbaycançılığa dair fikir müxtəlif­

liyinin özü də ictimai  həyata tətbiq oluna bilər.  Azər- 

baycançılıq  anlayışının  milli  dövlətçiliyin  mənafeyi 

baxımından  araşdırılması  mühüm  əhəmiyyət  kəsb 

edir.

Ramiz Mehdiyev məsələni araşdırarkən göstərir 



ki,  Azərbaycan  «milli  ideyası»na  aid  olan  fikir  və 

mülahizələrdə 

iki 

başlıca 


istiqaməti 

görmək 


mümkündür.  Birincisi,  «türkçülük,  türk  -   islam 

təfəkkürü  və  «azərbaycançılığ»ın  millətçilik  kimi 

başa  düşülməsi,  ikincisi  isə  Azərbaycan  «milli 

ideyası»nm  romantikləşdirilərək  türkləşdirilmə  kimi 

başa düşülməsindən ibarətdir.1

Ramiz 


Mehdiyev 

türkçülük 

ideyasının 

yaranmasının tarixi  bir  zərurətdən meydana gəldiyini 

göstərir:  «Sözün  qısası,  «türkçülük»  ideyasının

yaranması  tarixi  zərurət  -   türk  etnosunun  məhv 

olmaq  və  dünyanın  hakim  millətlərindən  biri  kimi 

siyasi  səhnədən  çıxmaq  təhlükəsindən  qorünmaq 

zərurəti  ilə  əlaqədar  idi.  Lakin  «türkçülük»  ideyası 

bir  -   birinə  qarşı  mübarizə  aparan  ideyalar  aləminə



1  Bax:  Ramiz  Mehdiyev.  «Türkçülük  tarixin  gözü  ilə,  yaxud  milli 

ideya əsrlərin  qovuşuğunda»  -  «Azərbaycan:  tarixi  irs  və  müstəqillik 

fəlsəfəsi». Bakı-2001,  s.188-189.

10

«panturançılıq»  kimi  ümumi  anlayış  şəklində  daxil 



olmuşdur  ki,  onun  da  məqsədi  bütün  türk  xalqlarını 

bir dövlətdə birləşdirmək idi».1

Azərbaycançılıq 

anlayışı 

ilə 

türkçülüyü 



qarışdıranlar, 

əlbəttə 


ki, 

tarixiliklə 

müasirlik 

arasındakı  əlaqə  və  münasibətləri  unudaraq  yaddan 

çıxarırlar.  Tarixən  türk  xalqlarının  vahid  bir  dövlət 

qurumuna  daxil  olmaları  barədə  bu  və  ya  digər 

mənbələrdən  məlumat  almaq  mümkündür.  Məsələn, 

«Kitabi  -   Dədə  Qoruqd»dakı  24  qəbilə  -   tayfa 

birliyi,  24  tayfada  birləşən  Səlcuq  hakimiyyətinin 

mövcudluğu,  Səlcuqun  nəvəsi  Toğrul  bəyin  1038-ci 

ildə  özünü  sultan  elan  etməsi  ilə  Şərqdə  böyük 

Səlcuq  imperiyasının  yaranması  (1038  -   1157)  və  s. 

digər  tarixi  gerçəkliklər  türklərin  vahid  dövlətdə 

birləşməsini təsdiq edən reallıqlardan ibarətdir.  Digər 

tərəfdən,  türk xalqlarının  Şimaldan Cənuba» Şərqdən 

Qərbə  tarixi  yayılmaları  onların  böyük  bir  imperiya 

daxilində  mövcud  olduqlarını  təsdiq  edən  faktlardır. 

Lakin  indi  zaman bizi həmin tarixi mərhələdən xeyli 

uzaqlaşdırmışdır.  Türk  xalqları  indi  ərazi  cəhətdən, 

dövətçilik  qurumu  baxımından,  etnopsixoloji  cəhət­

dən,  dil  normaları  baxımmdan  diferensiallaşmışdır. 

Hər  bir  xalqın  özünə  məxsus  milli  -   etnik  ənənələri 

yaranmışdır.  Buna  görə  də  məsələn,  qazax  dilində, 

mədəniyyətində,  məişətində,  sosial  -   iqtisadi  həya-



1 Bax: Ramiz Mehdiyev,  həmin əsər, s. 192.

11



tmda  əlbəttə  ki,  qırğız,  qaraqalpaq,  Altay,  özbək, 

türkmən,  tatar,  çuvaş,  kumık,  noqay,  qaraçay  -  

balkar,  qaqauz  xalqlarından  fərqlənən  fərdi  cəhətlər 

meydana  gəlmişdir.  Eləcə  də  Azərbaycan  xalqına 

məxsus  etnik  prosesləri  millilik  baxımından  başqa 

türk xalqları  ilə  tam  eyniləşdirmək mümkün  deyildir. 

Odur  ki,  türkçülük  ideyasını  Azərbaycan  həyatına 

tətbiq  etməklə  bağlı  olan  ideyalar  həqiqi  mənada 

romantizmdən,  xəyalpərəstlikdən  başqa  bir  şey 

deyildir.  Ona  görə  də  Ramiz  Mehdiyev  haqlı  olaraq 

yazır  ki,  «Milli  ideyanın  əsasını,  başlıca  amalını 

xəyali  ideyalar  və  romantik  arzular  deyil,  tarixi 

ənənələrə,  əvvəlki  nəsillərin  təcrübəsinə  və  dövrün 

ruhunua  uyğun  olan  milli  dövlətçiliyin  yaradılması 

təşkil  edir.  Xalqımız  tarixi  təcrübədən  və  son  illərin 

praktikasından məhz bu qənatə gə imişdir»J.

Başqa  bir  tərəfdən,  «türkçülük»  ideyasının 

Azərbaycan 

ideologiyasına 

tətbiqi 


Azərbaycan 

etnosonu  ölkə  ərazisində  yaşayan  başqa  etnik 

təbəqədən  ayırmaq  deməkdir.  Halbuki  Azərbaycan 

xalqı  minilliklər  boyu,  əsrlər  boyu  ölkə  ərazisində 

məskun  olan  bir  çox  etnik  təbəqənin  qaynayıb  - 

qarışması  və  qovuşması  nəticəsində  yaranmışdır.  Bu 

etnik  proseslərdə  yaxınlaşma  və  birləşmə  elə  bir 

vüsət təşkil etmişdir ki, onların inteqrasiyası vahid bir 

Azərbaycan 

millətinin 

təşəkkülünü 

meydana


1 Bax: Ramiz Mehdiyev, həmin əsər, s.204.

12

gətirmişdir.  Nizami  Cəfərov  belə  bir  fikrin  təsbit 



olunması  üçün  dəlillər  gətirir  ki,  türk  əsaslı 

Azərbaycan  xalqının  və  Azərbaycan  millətinin 

formalaşdığı 

məkan 


Azərbaycan 

ərazisindən 

ibarətdir. Eyni zamanda, Nizami Cəfərov Azərbaycan 

xalqının formalaşmasında iki mühüm  dövrün mövcud 

olduğunu  göstərir.  Bunlardan  biri  diferensiasiya, 

ikincisi  isə  inteqrasiya  dövrü  adlandırılır.  Nizami 

Cəfərovun 

həmin 


mülahizəsində 

deyilir: 

«Diferensiasiya  dövrü  dedikdə  türk  etnosunun 

müxtəlif  xalqlara  (o  sıradan  Azərbaycan  türklərinə, 

yaxud  Azərbaycan  xalqına)  ayrılmsı  prosesinin., 

intensiv  dövrü  nəzərdə  tutulur.  İnteqrasiya  isə 

Azərbaycan  cəmiyyətinin  etnik  tarixinin  sonrakı 

dövrlərinə  aid  olub  türk  (və  bir  sıra  qeyri  -   türk 

etnoslarının)  konsolidasiyası,  bütöv  bir  xalq  təşkil 

etməsi  prosesindən  ibarətdir»1.  Nizami  Cəfərov 

Azərbaycan 

xalqının 

bir 

etnik 


vahid 

kimi 


formalaşmasının üç mərhələ  üzrə baş  verməsi  fikrini 

irəli  sürür.  Birinci  mərhələ  hun  qıpçaq  türklərinin 

Azərbaycanda  məskunlaşması 

dövründən  ibarət 

hesab  edilir.  Tarixdən  məlum  olduğu  üzrə  hun 

qıpçaqlar 

Azərbaycan 

ərazisində 

eramızın 

ilk 


əsrlərindən yayılmağa başlamışdır.

1 Bax: Nizami Cəfərov. Azərbaycanşünaslığa giriş.  Bakı-2002, s.91.

13



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə