31
qəhrəmanlıq eposlarındakı yarıməfsanəvi “qəhrəmanlar
dövrü”nü və müasir kapitalizm dünyasını. Homer qəh-
rəmanlarının yaşadığı dövrdə ictiami qanunlar və nor-
malar xalq adət-ənənələri şəklində mövcud idi. Bu nor-
maları insanlar hansısa məcburiyyət orqanının təsiri
altında deyil, vərdiş şəklində həyata keçirdilər. Onların
bütün həyatı öz müstəqil və azad fəaliyyətlərindən ibarət
idi. Belə şəraitdə əsl gözəl insanın yetişməsi tamamilə
təbiidir. Müasir kapitalizm dünyasında isə ictimai norma
və qanunlar ictimai mahiyyət etibarilə formal xarakter
almışdır. Dövlətin məcburi hüquq normalarına çevrilən
bu qanunları insanların bir çox istək və arzularına qarşı
çıxır, onların azadlıq və müstəqilliklərini məhdudlaşdırır.
İnsanlar onları məcburiyyət, qorxu altında həyata keçi-
rir, ya da heç yerinə yetirmirlər ki, bu zaman da ağır
cəzaya məruz qalırlar. Beləliklə, müasir şəraitdə (XIX əsr
nəzərdə tuturdu) ictimai münasibətlər “antiestetik”
xarakter daşıyır və azad insanın yetişməsinə kömək yox,
əngəl törədir.
Hegel haqqında onu da demək zəruridir ki, filosof
antik dünya, onun zəngin mədəniyyəti və incəsənəti
haqqında fikirlərini yalnız estetikaya aid mülahizələri ilə
bildirmirdi. Filosof bir çox əsərlərində antik dünyanın
şairləri və alimləri, antik dünyagörüşü və mifologiyası
haqqında yaddaqalan fikirlər söylənmişdir: “Xalq dini və
Xristianlıq”, “Fəlsəfə tarixinə dair mühazirələr”, “Ümum-
32
dünya tarixinə dair mühazirələr”
6
və digər əsərlərində
Hegel qədim yunan və Roma ədəbiyyatının həm ümumi
nəzəri problemlərinə toxunmuş, həm də ayrı-ayrı
müəlliflərin yaradıcılığını təhlil etmişdir. Onun Homer,
Hesiod, yunan faciənəvisləri və komedioqrafları, antik
faciə və gülüşünün estetik prinsipləri, qədim yunan
lirikləri və filosofları, mifologiya, Homer qəhrəman-
larının (xüsusilə Axillesin) ümumi xarakteristikaları
haqqında fikirləri özünün təhlil dərinliyi və obyektivliyi
ilə bugünkü oxucunu heyrətdə qoyur.
***
XIX-XX əsrlərdə marksizm klassikləri də fəlsəfi
əsərlərində antik ədəbiyyata dair bir sıra fikrilər bildir-
mişlər. Xüsusilə, K. Marksın bu sahədə fikirləri sinfilik
nəzəriyyəsinin tətbiqi ilə fərqlənir. Marksizm estetikası
özündən əvvəlki idealist estetikanın prinsiplərini tənqid
edərək bildirirdi ki, onlar insanın mənəviyyat sahəsin-
dəki fəaliyyətini (başqa sözlə, mədəniyyət və incəsənət
abidələrini) bütün digər fəaliyyətlərindən ayırırlar. Onlar
ümumiyyətlə incəsənəti insanın praktiki həyatından,
gündəlik əmək fəaliyyətindən və nəhayət, sinfi müba-
rizədən əlahiddə nəzərdən keçirirlər. Dövrün ictimai
inkişafının konkret forması ilə (istehsal münasibətlərinin
6
Г.В.Ф. Гегель. Естетика. В 4-х томах., М., 1973.
33
forması ilə) həmin dövrün estetik idealları, bədii yara-
dıcılığı arasındakı əlaqəni sübur etmək üçün Marks da,
Hegel kimi, Homer eposlarımı nümunə gətirirdi. O, bil-
dirirdi ki, qədim yunan qəhrəmanlıq eposları nəinki
digər tarixi dövrdə, hətta qədim dövrün digər xalqında
belə yarana bilməzdi. Homerin Axilles tipli gənc baha-
dırının ideal obrazı “barıt və qurğuşun dövründə” yarana
bilməzdi. “Yunan mifologiyası yunan incəsənətinin yalnız
əsası deyil, həm də arsenalını təşkil edir”di. Lakin onu
qeyd etmək zəruridir ki, Marksın antik mədəniyyət
haqqında söylədiyi mülahizələrinin bir çoxu heç də
orijinal fikrilər olmayıb, özündən əvvəl səsləndirilmiş
fikirlərin bir qədər dəyişdirilmiş formasıdır. Məs., ona
aid edilən “yunan incəsənəti insan cəmiyyətinin uşaqlıq
dövrünün məhsuludur” fikrini daha öncə Herder, Şiller,
Hegel, Feyerbax, Sen-Simon və b. eynilə həmin formada
və həmin sözlərlə ifadə etmişlər. Hətta Marksın məşhur
“yunan mifologiyası yunan incəsənətinin yalnız mənbəyi
deyil, həm də arsenalıdır” hökmü də ondan əvvəl Hegel
tərəfindən ifadə edilmişdi: “...xalqın canlı mifologiyası
onun incəsənətinin əsasını və məzmununu təşkil edir”.
Göründüyü kimi, fərq o qədər böyük deyil. Ümumiyyətlə,
Hegel-Marks estetikalarının, antik ədəbiyyata dair
fikirlərinin müqayisəli təhlili qarşıya bir çox suallar
çıxarır və bu mövzu ayrıca tədqiqatın predmeti ola bilər.
34
I FƏSİL
ANTİK DÜNYA – YAXIN ŞƏRQ:
ELMİ-ƏDƏBİ ƏLAQƏ VƏ TƏSİRLƏR
§ 1. İslamaqədərki dövr.
Dünya mədəniyyətinin beşiyi olan Yaxın Şərqin
qədim Yunanıstan, onun incəsənəti ilə e.ə. III-II minil-
liklərdən başlayan ədəbi-mədəni əlaqələr tarixinə son
200 ildə yaranmış marağı, həmçinin bu mövzu ətrafında
bir sıra əsaslı-əsassız ehtimalların irəli sürülməsini nə-
zərə alaraq, tədqiqatımızda biz də nəzərdən keçirdiyimiz
problematika hüdudlarından çox uzaqlaşmadan bu
məsələyə diqqət ayırmağı lazım bildik. Eyni zamanda, bu
fikirdəyik ki, Yaxın Şərqin antik dünya, onun vasitəsilə
Qərb dünyası ilə ədəbi əlaqələr mövzusu haqqında hər
hansı fikir, ehtimal irəli sürmək hüquqü daha çox klassik
filologiya sahəsində çalışanlara məxsusdur. Belə ki, bu
əlaqə və qarşılıqlı təsirin izlərini biz məhz qədim yunan
və şərq klassik ədəbi nümunələrində daha aydın şəkildə
görürük. Bununla yanaşı, antik ədəbiyyat Yaxın Şərqin
incəsənət, ədəbiyyat aləmi ilə yaxından təmasda olan
digər xalqların ədəbiyyatlarından daha yaxşı (həm
keyfiyyətcə, həm də kəmiyyətcə) qorunub saxlanmışdır.
Dostları ilə paylaş: |