20
qeyə malikdir. Terensinin Roma komediyasına gətirdiyi
yenilik – yeni məzmunlu proloq onun bir ədəbiyyat tən-
qidçisi kimi formalaşmasında böyük rol oynamışdır. Te-
rensidən əvvəl də proloqdan ədəbi-nəzəri fikirlər söylə-
mək üçün istifadə olunurdu (Plavt). Lakin o, komediyala-
rının proloqunu bütünlükdə bu işin xidmətinə qoymuş,
orada ədəbi rəqibləri ilə polemikaya girmiş, kompozisi-
ya, dramın texnikası və s. məsələlər haqqında maraqlı fi-
kirlər söyləmişdir. Terensi yunan ədəbiyyatından sər-
bəst tərcümələrin tərəfdarı kimi çıxış edir, özündən əv-
vəlki Roma komedioqrafı Plavtdan fərqli olaraq, hay-
küylü komediyaya deyil, sakit,
dəqiq forma və üsluba ma-
lik komediyaya üstünlük verirdi. Eyni zamanda Terensi
təkrarlanan, şablon xarakterlərin (məs., qəzəbli qoca,
hiyləgər qul, pulgir aradüzəldən və b.) yaradılmasına
qarşı çıxırdı.
Romada estetik fikir tarixinin ikinci mərhələsi (Res-
publika dövrü) Siseronun (e.ə. 106-43) adı ilə bağlıdır.
Siseronun filologiyaya dair xüsusi əsəri olmamışdır. Bu-
nunla belə, bir sıra çıxışlarında (məs., şair Arxinin müda-
fiəsi üçün), ritorika (“Natiq”) və estetika (“Tuskulan söh-
bətləri”) traktatlarında Siseron ədəbi-estetik görüşlərini
ifadə etmişdir. O, ədəbiyyata münasibətdə rasionalist idi,
bədii əsərləri ilk növbədə cəmiyyət üçün praktiki əhə-
miyyəti ilə qiymətləndirirdi. Bu mənada epos və faciəni
insanlara praktiki həyatda daha çox gərəkli olan janrlar
sayırdı. Siseron üçün əsərin məzmunu onun forma xüsu-