15
şərh üsulunu Platon qəbul etmir, ona görə də Homeri öz
ideal dövlətindən kənarda saxlayırdı. Platon antik dünya-
da Homer irsinə tənqidi münasibət bəsləyən ən böyük fi-
losof olmuşdur. Onun dialoqlarında ən müxtəlif ədəbi-
tənqidi və estetik prinsiplər öz əksini tapmışdır. Filosof
əsərlərində poeziyanın təsnifatına, ədəbiyyatın estetik
təsir gücünə, bədii ilhamın xarakteri və mənbəyi məsələ-
lərinə toxunmuş, Homer və Hesioddan tutmuş öz dövrü-
nə qədər çox sayda şairlərin yaradıcılığını təhlil etmiş,
onlardan ayrı-ayrı sitatlar gətirərək şərhlər vermişdir
2
.
Ellinizməqədərki estetik və ədəbi-tənqidi fikir tarixi-
nin mərkəzi siması isə, əlbəttə, Aristoteldir. Ədəbiyyata
dair düşüncələrini filosof iki böyük traktatda – dövrümü-
zə qədər tam gəlib çatmayan “Poetika” və tamamlanmış
“Ritorika” traktatlarında cəmləmişdir. Aristotel də Platon
kimi bədii ədəbiyyata “təqlid” sənəti kimi yanaşır, lakin
ondan fərqli olaraq, ədəbiyyatı həqiqətdən uzaqlaşdıran
yox, ona yaxınlaşdıran sənət hesab edir. Ədəbiyyat real
mövcud olan dünyanın təqlidi olduğu üçün idraki əhə-
miyyəti əvəzsizdir. Eyni zamanda, tərbiyə məsələlərində
onun qədər xeyirli fəaliyyət sahəsi tapmaq çətindir. Sə-
nətin ayrı-ayrı növləri isə təqlidin müxtəlif üsullarla baş
verməsindən meydana gəlir. Ədəbiyyatın emosional təsir
gücündən danışarkən, Aristotel bədii əsərin quruluşunu
xüsusilə əhəmiyyətli hesab edir: hər əsər bir-birinə
2
Платон. Избранные диалоги., М., 1965, səh. 121-22.
16
həcmcə uyğun gələn hissələrin cəmindən təşkil olunma-
lıdır və bu əsərin ümumi həcmi oxucunun, yaxud tamaşa-
çının rahat şəkildə qavraya biləcəyi həcmdən böyük ol-
mamalıdır. Aristotel bədii əsərdən alınmış mənəvi həzz
hissini sıx şəkildə əsərin tərbiyəvi əhəmiyyəti ilə əlaqə-
ləndirir və qeyd edir ki, əsərin hər bir həzz verən cəhəti
eyni zamanda onun tərbiyəvi cəhəti olmalıdır (“Katarsis”
nəzəriyyəsi). Filosofun ədəbiyyatşünaslıq elminə verdiyi
töhfələrdən biri də termin yaradıcılığı sahəsi idi. Məs.,
“poetika”nı o, yalnız nəzm əsərlərinin nəzəri norma və
qaydaları kimi deyil, bütün bədii yaradıcılığın nəzəriyyə-
sini bildirən termin kimi işlətmişdir.
Aristotel “Poetika”sının bizə gəlib çatan hissələrində
estetikanın ümumi prinsipləri ilə yanaşı, epos və faciənin
konkret nəzəri normaları haqqında da geniş məlumatlar
verilmiş (“Poetika”nın saxlanmamış digər iki hissəsi liri-
kaya və komediyaya həsr olunmuşdu), eposun ən böyük
nümayəndəsi kimi Homerin nüfuzunu bərpa etmiş, faciə-
də isə daha çox Sofokla rəğbət bəsləmişdi. Bununla yana-
şı, Aristotel Evripidin yaradıcılığını da yüksək qiymətlən-
dirmiş, onu “ən faciəvi şair” adlandırmışdı. Evripidə qarşı
amansız tənqidlərin səsləndiyi dövrdə onun yaradıcılığı-
nı yüksək qiymətləndirmək filosofun cəsarətindən və
ədəbiyyatda daim yenilik tərəfdarı olmasından xəbər ve-
rirdi. Aristotelin ədəbi-tənqidi irsi bütün dövrlərin ədə-
biyyatşünasları, estetik-filosofları, həmçinin digər elm
sahələri (folklorçular, dilçilər və b.) ilə məşğul olanlar
üçün zəngin bilik mənbəyi olmuş, “Poetika”nın normaları
17
Avropada uzun müddət dəyişməz qanunlar kimi qəbul
edilmişdir.
Antik dövrün ellinizm mərhələsində (e.ə. III-I əsrlər)
meydana gələn filoloji tədqiqatların səciyyəvi əlaməti
onların sırf peşəkar filoloq-alimlər tərəfindən yazılması
olmuşdur. Kallimax, onun tələbəsi Eratosfen, Bizanslı
Aristofan, Samofrakiyalı Aristarx və Dadim bu dövrün
elm aləminə daha çox tanınan filoloqları idi. Bizanslı
Aristofan Homerin, Hesiodun, lirik şairlərin əsərlərini
tədqiq və şərh etmiş, Attik dövrün faciələrinə “ön söz”lər
yazmışdı (Sofoklun “Tiran Edip” və “Antiqona”, Evripidin
“Medeya”, “Res”, “Finikiyalı qadınlar” faciələrinə ön söz-
lər). Lakin bu alimlərin əsərlərindən dövrümüzə qədər
çox cüzi parçalar qorunub saxlanmışdır. Onların həyat və
fəaliyyətləri haqqında biz daha çox sonrakı dövrlərin
alimlərindən öyrənirik. Ellinizm dövründə meydana gə-
lən ədəbi-tənqidi, estetik fikrin ümumi səviyyəsi özün-
dən əvvəlki dövrlə müqayisədə xeyli aşağıdır. Bu mərhə-
lədə meydana gələn xüsusi peşəkar filoloqlar qrupu ədə-
biyyatın ikinci dərəcəli problemlərinə toxunurdular (bə-
dii əsərlərin dili, durğu işarələri və s.). Ellinizm filoloqları
nəzəri-estetik fikirlərin müxtəlifliyinə, qaldırılan prob-
lemlərin aktuallığına və bu problemlərin müəyyən fəlsəfi
sistemlə əlaqələndirilməsinə görə klassik dövrün filosof-
larından çox geri qalırdılar və bu dövr, eləcə də yunan
mədəniyyətinin Roma dövrü antik ədəbiyyatın tədqiqi
baxımından tənəzzül dövrü kimi qiymətləndirilə bilər.
18
Roma dövrü yunan ədəbi-tənqidi fikir tarixinin ən
görkəmli nümayəndələri Halikarnaslı Dionisi, Dion
Xrisostom və Plutarxdır. B.e. I əsrində yaşayıb-yaratmış
tarixçi, ritorika nəzəriyyəçisi və filoloq-alim Halikarnaslı
Dionisinin ədəb-tənqidi görüşləri müxtəlif əsərlərinə sə-
pələnmişdir. Onlardan “Təqlid haqqında”, “Dinarx haq-
qında”, “Fukidid haqqında”, “Qədim natiqlər haqqında”
traktatları dövrümüzə qədər gəlib çatmışdır. Bu əsərlər-
də əsas diqqət natiqlik sənətinin nəzəri prinsiplərinə yö-
nəldilsə də, orada Homer, faciənəvislər və lirik şairlər
haqqında da maraqlı tənqidi fikirlərə rast gəlmək müm-
kündür. Dövrün digər görkəmli natiqi Dion Xrisostom da
öz tənqidi mülahizələrini ayrı-ayrı nitqlərində söyləyirdi.
O, bir neçə nitqində (məs., “Troya nitqi”) Homerin poe-
malarındakı tarixilik, onların həqiqətə uyğunluğu məsə-
lələrinə toxunmuş, gənclərə Homeri öyrənməyi məsləhət
görmüşdür (Dionun Sofokla həsr olunmuş nitqləri də
mövcuddur).
Qədim yunan ədəbi-tənqidi fikir tarixinin son gör-
kəmli nümayəndəsi isə Plutarxdır. Ədəbiyyat onu ilk
növbədə insanlara tərbiyəvi təsir vasitəsi kimi maraqlan-
dırmış, “Yeniyetmə poetik əsərləri necə dinləməlidir?”
traktatı məhz bu mövzuya həsr olunmuşdur. Plutarx ət-
raf aləmin həqiqətəuyğun təsvirini hər sənət növünün
əsası hesab edir və ona görə bədii əsərdə yeniyetməni
çaşdıra bilən, aldadan, hisslərini, ağlını səhv istiqamətə
yönəldə bilən hər nə varsa onları yolverilməz sayırdı.
“Aristofanla Menandrın müqayisəsi” adlı digər traktatın-
Dostları ilə paylaş: |