YaxşI təcrübələrə dair nümunələr



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix20.09.2018
ölçüsü0,61 Mb.
#69506
1   ...   14   15   16   17   18   19   20   21   22

 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

 



Üzərində həbs qoymaq 

 

Dondurma mexanizminə görə səlahiyyətli orqan, yaxud məhkəmə tərəfindən başlanılmış akt əsasında  



vəsaitlərin, yaxud digər aktivlərin transferi, konvertasiyası, istifadəsi, yaxud hərəkətinin qadağan edilməsi.  

Lakin dondurmadan fərqli olaraq, üzərində həbs qoyulması səlahiyyətli orqana təsbit edilmiş vəsaitlər, yaxud  

digər aktivlərə nəzarəti ələ keçirmək imkanı verir. Səlahiyyətli orqan üzərinə həbs qoyulmuş aktivlərin  

inzibatçılığını, yaxud idarə edilməsini öz üzərinə götürsə də, həmin aktivlər həbs zamanı şəxs(lər)in, yaxud 

müəssisə(lər)in əmlakında marağı olanların mülkiyyəti olmağa davam edir.  

 

Öz-özünü tənzimləyən təşkilat (ÖTT) 

 

Bu və ya digər peşəni təmsil edən (məs, vəkillər, notariuslar, digər müstəqil hüquq peşəkarları, yaxud  



mühasiblər) və üzv-peşəkarlardan ibarət qurum; peşəyə başlamaq və həyata keçirmək üçün ixtisas  

səviyyəsinə malik şəxsləri tənzimləyir və həmçinin  nəzarət, yaxud monitorinq funksiyalarını həyata keçirir. 

Məs, belə bir qurum həmin peşə sahiblərinin yüksək etik standartlara cavab verməsini təmin etmək  

üçün qaydaları həyata keçirə bilər.  

 

Yüksək Xarici Siyasi Fiqur 

 

Xarici siyasiləşmiş şəxslər üçün istifadə edilən ABŞ termini. Bax Siyasiləşmiş Şəxslər. 



 

Təsisçilər 

 

Öz aktivlərinin mülkiyyətini etibarnamə əsasında himayəçilərə transfer edən şəxslər, yaxud şirkətlər.  



Himayəçilər trastın aktivlərinin yatırılması və distibusiyası ilə bağlı müəyyən ehtiyalıq göstərdiyi hallarda  

həmin etibarnamə hüquqi baxımdan məcburi olmayan məktubla müşaiyət edilə bilər və məktubda təsisçinin  

aktivləri ilə bağlı arzuları qeyd edilir.  

 

Shell Bank 

 

Yalnız kağız üzərində mövcud olan, təsis edildiyi, yaxud lisenziya aldığı ölkədə fiziki mövcudluğu olmayan  



və konsolidasiya edilmiş effektiv nəzarət tətbiq edilməyən tənzimlənən maliyyə xidmətləri qrupunun törəmə  

təşkilatı olmayan bank. Bu banklar gündəlik tənzimlənmədən yayınmaq iqtidarındadırlar. FATF-ın  

40 Tövsiyəsinin 18-ci Tövsiyəsində deyilir ki, ölkələr shell bankların yaradılmasını təsdiq etməməli və  

onların davamlı fəaliyyətini qəbul etmməlidirlər. Maliyyə instituları shell banklarla müxbir bankçılıq  

münasibətlərinə girməməli, yaxud bu münasibətləri davam etdirməməli və hesablarının shell banklar  

tərəfindən istifadəsinə icazə verən respondent xarici maliyyə institutları ilə əlaqələrin yaradılmasının  

əleyhinə olmalıdırlar. 

 

Adi trast 

 

Bax adsız trast. 

 

Smart kart 

 

Ənənəvi kredit, yaxud debit kartlarına oxşayan plastik kart, onun tərkibində maqnit zolaqdan daha çox  



informasiya saxlamaq iqtidarında olan kompüter çipləri olur, məs, tibbi sığorta, e-nağd pul, hökumət  

identifikasiyası və kredit kart məlumatları   

 

 

 



102


 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Smurfing  

 

Geniş şəkildə istifadə edilən pulların yuyulması metodu olan smurfing hesabatlıq limitindən az məbləğdə  



nağd pul depozitləri qoyan, monetar alətlər, yaxud bank draftları alan çoxsaylı fərdləri və/yaxud  

tranzaksiyaları əhatə edir.   

Bax Strukturlaşdırma. 

 

Smörflər  

 

Pul yuyanlar tərəfindən hesabatlıq limitindən aşağı məbləğdə monetar alətlər almaq, yaxud valyuta, yaxud  



monetar alətləri depozitə yerləşdirmək məqsədilə  bir maliyyə institutundan digərinə getmək  üçün istifadə  

edilən fərdlər.  

 

Xüsusi tövsiyələr 

 

Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə üzrə FATF-ın beynəlxalq standartları.  2001-ci ildə Vaşinqton 



 şəhərində keçirilən Terrorizmin Maliyyələşdirilməsi ilə Mübarizəyə dair Fövqəladə Plenar iclasda FATF  

terrorizmin maliyyələşdirilməsi ilə bağlı səkkiz Xüsusi Tövsiyə tərtib etməklə öz missiyasını  çirkli pulların 

 yuyulması ilə mübarizədən kənara çıxarmışdır. İclas zamanı FATF terrorizmin maliyyələşdirilməsinə dair 

 yeni standartlar təqdim etmiş və bütün ölkələri onları qəbul və icra etməyə çağırmışdır. 2004-cü ilin  

oktyabr ayında FATF sərhədlərarasl pul köçürmələrini ünvanlayan doqquzuncu Xüsusi Tövsiyəni nəşr 

 etdirmişdir. “Xüsusi Tövsiyələr” terroristlərə və onların dəstəkçilərinə beynəlxalq maliyyə sisteminə  

çıxış imkanı verməmək üçün dizayn edilmişdir.  

  

 



Split Depozitlər 

 

Müştərinin müəyyən məbləğdə pulu hissələrə ayırdığı və ilkin məbləğin üzərinə gələn, iki, yaxud daha çox  



hesabda daha kiçik depozitkər yerləşdirən depozitlər seriyası. 

 

Operativ eksperiment 

 

Məxfi xidmət orqamlarının əməkdaşlarının bəzən “front” biznes vasitəsilə informasiya toplamaq və  



cinayətkar davranışa dair sübut əldə etmək üçün şübhəli bilinən, yaxud məlum cinayətkarların etimadını  

qazanmaq üçün cinayətkar kimi fəaliyyət göstərdiyi təhqiqat taktikası. Bu, cinayətkarların müəyyən  

edilməsində, cinayətkar təşkilatlara daxil olmaqda və çirkli pulların yuyulmasında “çirkli” əmlakın  

müəyyən edilməsində və digər hallarda  effektiv vasitədir. 

 

Saxlanan məbləğli kart  

 

Müəyyən pul dəyərini saxlayan əvvəldən ödənilmiş məbləğ, hər dəfə kartdan istifadə edildikdə satınalma  



məbləği kartdan çıxılır.  

 

STR 

 

Bax Şübhəli Əməliyyata dair Hesabat. 



 

 

 



 

 

 



 

103



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə