YaxşI təcrübələrə dair nümunələr



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix20.09.2018
ölçüsü0,61 Mb.
#69506
1   ...   14   15   16   17   18   19   20   21   22

 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) 

 

Qlobal iqtisadiyyatda dövlətlərə iqtisadi məsələlərdə  yardım edən beynəlxalq təşkilat. FATF-ın Parisdəki 



katibliyi İƏİT-in binasında yerləşir. 

 

Amerika dövlətləri təşkilatı (ADT): Amerikadaxil Narkotiklərdən Sui-istifadəyə Nəzarət  



Komitəsi (Comisión Interamericana para el Control del Abuso de Drogas) (CICAD) 

 

ADT Amerikadaxili NArkotiklərdən Sui-istifadəyə Nəzarət Komitəsi (CİCAD) vasitəsilə çirkli pulların  



yuyulması ilə mübarizə haqqında bir neçə tövsiyyələr toplusunu nəşr etdirmişdir. Onlara 1992-ci ildə nəşr 

 edilmiş ADT Model Qaydalarına düzəlişlər daxildir. CİCAD  çirkli pulların yuyulması ilə mübarizə  

sahəsində dövlət məmurları və bankirlərə təlim seminarlarını maliyyələşdirmiş və koordinasiya etmişdir və  

Qərb yarımkürəsində üzv dövlətlərinin çirkli pulların yuyulması ilə mübarizə səylərinə nəzarət edir.  

 

Təşəbbüskar 

 

Kartsahibi, yaxud hesab olmadığı təqdirdə pul köçürməsini həyata keçirmək üçün maliyyə institutuna sifariş  



verən şəxs (hüquqi, yaxud fiziki). 

 

Over The Counter (Birbaşa) (OTC) 

 

Pulların yuyulması kontekstində iki aydın məna



 

1. 



 

 

 



2. 

 

ABŞ Bank Sirri aktı hesabatlıq formalarında istifadə edildiyi kimi, o, filialda fiziki olaraq həyata 



 keçirilən nağd pul depozitlərinə aid edilir.  

 

Qiymətli kağızlar sənayesində o, mütəşəkkil birjada siyahıya alınmamış səhmlərin alqı-satqısı,  



yaxud korporativ səhmlər, ipoteka, yaxud aktivlərlə dəstəklənən qiymətli kağızlar, valyuta  

svopları və s. üçün olan bazarı təsvir edir. OTC bazarda alqı-satqı fiziki mübadilə müstəvisində  

deyil, broker-diler vasitəsilə məsafədən həyata keçirilir və qiymətlər mübadilə məkanındakı  

“auksion qiymət təklifi” tərəfindən deyil, alıcı ilə satıcı arasında danışıqlar yolu ilə müəyyən edilir.

 

 

 



 

Passiv Trast 

 

Bax adsız trast. 

 

 



 

 

 



 

 

97




 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

 



Tranzit hesab 

 

Xarici maliyyə institutu tərəfindən depozitar institutda açılmış tranzaksiya hesabı, maliyyə institutunun  



müştəriləri bunun vasitəsilə hesab açılan ölkədə ya birbaşa, ya da alt-hesablar vasitəsilə bank fəaliyyətləri və 

tranzaksiyalarına baş vururlar. Belə hesablar onları saxlayan depozitar institutlarını riskə məruz qoyurlar,  

çünki maliyyə institutunun son olaraq tranzit hesablarından istifadə edən müştəriləri ilə bağlı eyniləşdirmə  

tədbirlərini tətbiq etmək çətin ola bilər.  

 

PC-R-EV 

 

Bax MONEYVAL. 

 

Valyutanın fiziki olaraq sərhədlərarası daşınması  

 

Valyutanın, yaxud adsız dövriyə alətinin bir ölkədən digərinə daxilə, yaxud xaricə daşınması. Bu terminə  



daxildir: (1) fiziki şəxs tərəfindən fiziki, yaxud həmin şəxsin yükü, yaxud nəqliyyat vasitəsində daşınma;  

(2) valyutanın yük konteynerləri vasitəsilə daşınması; və (3) valyuta, yaxud adsız dövtiyə alətlərinin poçtla  

göndərilməsi. 

 

Fiziki mövcudluq 

 

Faktiki olaraq mövcud; biznes uçotunu həyata keçirdiyi və nəzarət edilən ölkə daxilində fiziki baxımdan  



yerləşən institutun məntiqi şəkildə idarə edilməsi. Yerli agent, yaxud aşağı səviyyəli əməkdaşların sadəcə  

mövcudluğu fiziki mövcudluq demək deyildir.  

 

Yerləşdirmə 

 

Pulların yuyulması prosesinin birinci fazası: qeyri-qanuni fəaliyyətdən əldə edilmiş nağd pul  



vəsaitlərinin fiziki yerləşdirilməsi.  

 

Poey Kuan 

 

Bax Alternativ Köçürmə Sistemi. 

 

Siyasətlər 

 

Maliyyə institutunun əməli qaydaları və əməkdaşların necə davranmalı olduqlarını müəyyən edən daxili  



qaydalar. 

 

Siyasiləşmiş Şəxs (SŞ) 

 

FATF-ın 2003-cü ildə yenidən işlənmiş 40 Tövsiyəsinə görə, SŞ dedikdə xarici ölkədə görkəmli ictimai  



funksiyalar həvalə edilmiş fərd nəzərdə tutulur, məs, dövlət başcısı, ali siyasi xadim, ali dövlət məmuru,  

ədliyyə, yaxud hərbi məmur, dövlətə məxsus korporasiyanın baş icraçı direktoru, yaxud mühüm siyasi  

partiyanın rəsmisi, habelə onların ailələri və yaxın adamları. SŞ termini təsbit edilmiş kateqoriyalardakı  

orta ranqlı fərdlərə şamil edilmir. Müxtəlif ölkələrin qaydalarında SŞ termini müəyyən edilir, buraya daxili,  

habelə xarici şəxslər daxil ola bilər.  

 

98




 

 

 



 

 

Nəzarət Departamenti-PY/TMM Təlimi 



İzahlı lüğət 

 

Ponzi Sxemi 

 

ABŞ həbsxanalarında 10 il məhkumluq yaşamış İtaliya immiqrantı Çarlz Ponzinin adını daşıyan pulların  



yuyulması sistemi. Bu sxemə görə 40.000 nəfərə qarşı $15,000,000 məbləğində dələduzluq hərəkəti həyata  

keçirilmişdir. Əvvəlki investorlara pulalrını ödəmək üçün yeni investorların pulundan istifadə etmək  

Ponzinin adının sinoniminə çevrilmişdir. Ponzi sxemlərinə saxta, mövcud olmayan investisiya sxemləri  

daxildir, bu zaman investorlara qeyri-adi cəlbedici gəlir vəd etməklə yatırım etməyə şirnikləndirilirlər.  

Sxemin operatoru yeni investorların pulları ilə əvvəlki investorların pulunu ödəməklə əməliyyatın  

davamlığını təmin edə bilər, proses sxem öz ağırlığından dağılana və/yaxud təşviq edən şəxs qalıq pullarla  

yoxa çıxana qədər davam edir. Bu yaxınlarda Bernie Madoffun iştirak etdiyi sxem Ponzi sxeminə dair  

nümunədir. İnvestorların Ponzi sxemində iştirakını təmin etmək üçün əsas bank zəmanəti, bərpaedilə bilən  

proqram, bank istiqraz proqramı və yüksək gəlir vədlərindən istifadə edilir.  

 

Predikativ cinayətlər  

 

“Təsbit edilmiş qanunsuz fəaliyyətlər”, subyekt tranzaksiyaya cəlb edildiyi təqdirdə buradan əldə edilən  



gəlir pulların yuyulması ilə bağlı təhqiqata təkan verə bilər. Çirkli pulların yuyulması ilə mübarizə  

qanunlarının bir çoxunda belə cinayətlərin geniş tərifi, yaxud siyahısı verilmişdir. Predikativ cinayətlər  

bəzən ağır cinayətlər, yaxud “cinayət  məcəlləsindəki bütün cinayətlər” kimi müəyyən edilir.  

 

Özəl bankçılıq 

 

Maliyyə institutu daxilində varlı fərdlərə yüksək keyfiyyətli peşəkar xidmət təqdim edən departament. 



 Özəl bankçılıq tranzaksiyaları məxfi, mürəkkəb benefisiar ardıcıllıqlı,  ofşor investisiya alətləri, vergi  

sığınacaqlı və kredit verilməsi xidmətlərinə malik olmağa meyllidir. Bir çox dövlətlər özəl bankçılığı  

pulların yuyulmasına çox həssas hesab edir. 

 

Özəl Investisiya Şirkəti (ÖİŞ) 

 

Personal Investisiya Şirkəti kimi də tanınan ÖİŞ çox vaxt mülkiyyətçilərinə dair informasiyanın  



məxfiliyini qorumaq məqsədilə ciddi məxfilik qanunları olan ofşor yurisdiksiyada yaradılan   

korporasiya növüdür.  Bəzi yurisdiksiyalarda beynəlxalq biznes şirkəti yaxud  vergidən azad şirkət  

dedikdə özəl investisiya şirkəti nəzərdə tutulur.  ÖİŞ-lər pulların yuyulmasında əsas vasitələr hesab  

edilir. 


  

 

Piramida sxemi 



Ponzi sxemi ilə eynidir. 

 

 



 

 



 

 

 



 

99



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə