____________Milli Kitabxana____________
347
Həmin qərarlar və onların yaratdığı ədəbi-ideoloji təlimlər
nəticəsində sərt və amiranə bir yaradıcılıq mühiti hökm sürürdü.
“Sosialist realizmi” ədəbiyyatının təşviqatçılıq vəzifəsi tez-tez
dəyişən partiya siyasəti şəraitində tənzimlənirdi, yalnız
“marksizm-leninizm” təliminə deyil, həm də partiya
rəhbərliyinin cari vəzifələrinə tabe edilirdi. Tədqiqatımız 1930-
1950-ci illərin ictimai-siyasi proseslərini, dövrün bədii-estetik
meyarlarını, ədəbiyyat haqqında partiya qərarlarını, sosialist
realizmi konsepsiyasının tələblərini nəzərə almaqla, yeni
Azərbaycan romanının ayrı-ayrı nümunələrinə və müəlliflərinə
differensial qaydada yanaşılmasını, hər birinin həm ümumi
kontekstdə, həm də fərdi xüsusiyyətlərinin elmi-nəzəri
qənaətlər əsasında araşdırılmasını vacib hesab edir.
2. Azərbaycan romanının 30-cu illər mərhələsi təcrübəli
yazıçılar M.S.Ordubadi, Y.V.Çəmənzəminli ilə yanaşı gənc
romançılar Mehdi Hüseynin, Süleyman Rəhimovun,
Əbülhəsənin, Mir Cəlalın, Əli Vəliyevin, həmçinin 40-cı illərdə
Mirzə İbrahimovun, Sabit Rəhmanın və digərlərinin adları ilə
bağlıdır. Onlar ölkədə, ictimai-sosial gerçəklikdə baş verən
hadisələri təbii qəbul edirdilər və kommunist ideallarına
inanırdılar. Həmin yazıçılar Azərbaycan ədəbiyyatında epik
romanın əsasını qoymuşlar. Bir çox romanları geniş epik
____________Milli Kitabxana____________
348
lövhələr, şaxəli təsvirlər səciyyələndirir. Düzdür, onlar dövrün
ictimai-siyasi təsirlərinin, ədəbi sxemlərinin dairəsində yazıb-
yaratmışlar. Sovet hakimiyyəti uğrunda mübarizə, “vətəndaş”
müharibəsi, gənc sovet hökumətinin 20-30-cu illərdəki
fəaliyyəti, kollektivləşmə, daha sonra ikinci dünya müharibəsi,
dinc quruculuq işləri, xalq təsərrüfatının bərpası və s. mövzular
Azərbaycan nasirlərinin əsərlərində milli gerçəkliyin və tarixin
hadisələri, faktları ilə müşayiət olunmuşdur. Həmin dövrdə
vahid SSRİ məkanının hər yerində olduğu kimi Azərbaycan
nəsri də vahid ölçü – normativ sosialist realizmi ölçüləri
ətrafında birləşirdi. Bu əsərlərdə psixoloji təhlil lazımınca
olmamış, obrazların daxili aləmi zəif işıqlandırılmışdır. Əsas
diqqət obrazların hərəkət və fəaliyyətinə, xüsusilə inqilab işinə
yönəlmişdir. Romanlarda inqilabçıların, sovet hakimiyyətinin
möhkəmləndirilməsi uğrunda mübarizə aparanların obrazları
mükəmməl və bitkin olmamış, bədii nümunə səviyyəsinə
yüksəlməmişdir. Bununla belə, həmin romanların yaranması
Azərbaycan ədəbiyyatının mühüm hadisəsi idi. Professor Yaşar
Qarayevin yazdığı kimi, otuzuncu illərin böyük nəsrini və
böyük romanını yaradanlar, “sosialist realizmi” kodeksinə
riayət etsələr də, heç də “yuxarıdan” gələn rəsmi diktənin,
“ictimai sifariş”in kor və lal icraçıları və ifaçıları deyildilər.
____________Milli Kitabxana____________
349
Bəlkə, əksinə, epoxa barədə həqiqəti, təfsilatı, hesabatı olduğu
kimi, özlərinin duya və dərk edə bildikləri kimi görməyə,
göstərməyə və bizə çatdırmağa cəhd edən istedadlar və
ideoloqlar idilər. Hər halda onların birlikdə qoyub getdikləri
bədii irs “o dövrün nəsri o dövrü necə təsəvvür və təsvir
edirdi?” – sualına tam, aydın və dəqiq cavab verir.
3. Konfliktlər, bədii üslublar, roman qəhrəmanları bir-
birindən az fərqlənsələr də, bədii sənətkarlıq xüsusiyyətləri,
yaradıcılıq imkanları ilə seçilən yazıçılar və bədii nümunələr də
vardır. Tədqiqatımızda həmin romanların bədii-estetik
keyfiyyətlərinin elmi-nəzəri təhlilinə yeni ədəbi təfəkkür
səviyyəsində yanaşılmış, siyasi-ideoloji proseslər kontekstində,
sosialist realizmi tələbləri çərçivəsində yazsalar da, müəlliflərin
fərdi dəst-xətləri, yaradıcılıq imkanları aşkara çıxarılmış və
fərqləndirilmişdir. Özündə bütöv bir tipoloji mərhələni ifadə
edən 1930-50-ci illərin Azərbaycan romanından ictimai-siyasi
məzmuna üstünlük vermək tələb edilsə də, qırxıncı-əllinci
illərdə “konfiliktsizlik” tendensiyası qüvvədə olsa da, canlı
bədii xarakterlər yaratmaq sahəsində axtarışlar davam
etdirilmişdir.
Yeri gəlmişkən, tədqiqatda həmin dövrün, yazıçıların, bədii
nümunələrin ayrı-ayrı ədəbiyyatşünaslar və tənqidçilər
____________Milli Kitabxana____________
350
tərəfindən qiymətləndirilməsinə, o dövrün ədəbiyyat tarixini
dövrləşdirmənin nəzəri-metodoloji aspektləri ilə bağlı
müddəalara münasibət bildiriilmiş, özəl mülahizələr irəli
sürülmüş və elmi-nəzəri cəhətdən əsaslandırılmışdır.
1930-1950-ci illər Azərbaycan romanının, onun ayrı-ayrı
nümünələrinin sonrakı mərhələlərdə Azərbaycan ədəbiyyatına,
roman janrının inkişafına təsiri məsələləri də monoqrafiyada
təhlil olunur.
4. Tədqiqatın elmi yeniliyini şərtləndirən bir çox əsas elmi-
nəzəri araşdırmalar aparılmışdır. O illərin siyasi prinsipləri və
ideologiyası ədəbiyyatın əslində canlı insan obrazları
yaratmasına, bədii əsərlərdə milli düşüncə tərzinin ıfadə
olunmasına imkan vermirdi. Bununla belə, 30-50-ci illər
ədəbiyyatını, həmin dövrdə rejimin bütün sərtliyinə, sosialist
realizmi və inqilabi romantika ehkamlarının mütləqliyinə
baxmayaraq, milli şüurun ınkişafı mərhələsində heç də boşluq
kimi qiymətləndirmək düz olmazdı. Sovet yetmiş ilində bütün
ziddiyyətlərə, mürəkkəbliklərə baxmayaraq, milli düşüncənin,
milli hissiyyatın yaşanmasında ədəbiyyatımizın rolu əvəzsizdir.
5. Monoqrafiyada milli azadlıq şüurunun formalaşmasına
əhəmiyyətli təsir göstərən bədii nümunələr təhlil edilərkən
Y.V.Çəmənzəminlinin “İki od arasında” (1936-1937),
Dostları ilə paylaş: |