Yanma prosesinin material balansı Bayramov Seyfulla Elçin oğlstrreplN


Yanma prosesinin material balansı



Yüklə 21,9 Kb.
səhifə2/2
tarix06.08.2023
ölçüsü21,9 Kb.
#120382
1   2
Yanma prosesinin material balansı

Yanma prosesinin material balansı
Qazşəkilli halda olan yanar maddə və oksidləşdirici qarışığından ibarət yanar sistemi nəzərdən keçirək. Kimyəvi çevrilmə zamanı molekulyar rabitələrin dağılması və reaksiyanın gedişində yaranan digər maddə molekullarında yeni rabitələrin əmələ gəlməsi prosesi baş verir. Reaksiya zamanı atomlar sayı dəyişmir, ancaq onların enerjinin udulması və ya ayrılması ilə əlaqədar olan yenidən qruplaşması baş verir. Hər bir kimyəvi elementə görə atomlar sayının bərabərliyini nəzərə aldıqda atom tərkibinin saxlanması aşağıdakı tənliklə ifadə olunur.

Burada kimyevi elementin molekunun atomlar sayıdır, - yanar sistemində molekullar sayıdır, -qarışıqda olan kimyəvi elementin tam atomlar sayıdır.Tənliyinin sayı sistemdə iştirak edən kimyevi elementinin miqdarına uyğun gəlir. bərabərliyi yanar sistemin hər hansı halı üçün doğrudur, əsasən də:
а) enerjinin kimyəvi rabitələrdə toplandığı zaman, yəni yanma başlanmazdan əvvəl;
b) ayrılan enerjinin hesabına sistemdə temperaturun maksimal qiymətə qədər yüksəlməsi zamanı, yəni yanma qurtardıqda;
c)sistemdə qarşılıqlı təsirin hər hansı aralıq momentində. Fərz edək ki, sistemdə ancaq bir reaksiya baş verir. Əgər (1.13) bərabərliyini sistemin başlanğıc və son halı üçün yazsaq, o zaman yanma reaksiyasının stexiometrik tənliyi ümumi halda aşağıdakı kimi olar:

Burada ilkin maddənin, son maddənin kimyəvi simvolu;


, stexiometrik əmsallar; və müvafiq olaraq ilkin və son maddələrin miqdarıdır.
Əgər kimyəvi çevrilmə zamanı ilkin maddələrin hamısı tamamilə reaksiya məhsullarına çevrilibsə, o halda yanar qarışıq stexiometrik qarışıq adlanır. Əgər ilkin qarışıqda maddələrdən biri stexiometrik miqdardan azdırsa o halda həmin maddə azlıqdadır (əksikdir) deyirlər.
Yanmaya sərf olunan oksidləşdiricinin miqdarını müəyyən etmək və yanma məhsullarının kəmiyyətcə tərkibini tapmaq üçün yanar sistemin stexiometrik tərkibindən istifadə olunur.
Reaksiya məhsullarının alınmasına sərf olunan, yanar maddə ilə oksidləşdirici nisbətinin tam yanma prosesi üçün lazımi minimal miqdarı olan sistemə stexiometrik tərkibli yanar sistem deyilir. Stexiometrik sistemdə nə yanacaq, nə də oksidləşdirici artıqlığı olmur. Sistemdə yanacaq artıq olduqda yanar qarışıq zəngin hesab olunur, oksidləşdiricinin artıqlığında yanar qarışıq zəif olur.
Yanmanın stexiometrik tənliyi sadə formada aşağıdakı tənliklə ifadə olunur:

Burada və müvafiq olaraq yanar və oksidləşdirici maddələrin kimyəvi simvolları; yanma məhsullarının kimyəvi simvolu , , müvafiq olaraq reaksiyaya daxil olan maddələlərin və reaksiya nəticəsində əmələ gələn reaksiya məhsullarının mollarla miqdarını göstərən, yanma reaksiyası tənliyinin stexiometrik əmsallarıdır. və kəmiyyətlərinin


nisbəti yanma reaksiyasının xüsusi stexiometrik əmsalı adlanır
və ilə işarə olunur:




Ədəbiyyat
Yanma və partlayış nəzəriyyəsi_dərslik(S.R. RƏSULOV, B.Ş. ŞAHPƏLƏNGOVA)


Yüklə 21,9 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə