Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə5/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   2   3   4   5   6   7   8   9   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
21 
21 
21 
–  Avropa  və  Amerika  ölkələrində  mövzu  ilə  bağlı  
keçirilən sosioloji sorğulara nəzər yetirilmişdir
–  «Zəka  axını»  prosesi  sosial-iqtisadi  inkişaf 
konteksində  öyrənilmiş, problemi  doğuran səbəblər müxtəlif 
aspektlərdən araşdırılmışdir; 
–  Azərbaycan  diasporunda  yaranan  problemlər  və 
onların  həlli  yoluna,  zəka  sahiblərinin  rolu  və  qloballaşma 
prosesinin problemə təsiri təhlil edilmişdir
–  Sosioloji,  statistik  göstəricilər  əsasında  ictimai  fikrin 
«zəka axını» probleminə münasibəti tədqiq edilmişdir
Mövzunun  bəzi  müddəaları  tədqiqatçının  AMEA-nın 
keçirdiyi  konfranslarda,  Fəlsəfə,  Sosiologiya  və  Hüquq 
İnstitutunun təşkil etdiyi elmi seminarlarda, müəllifin Rusiya, 
Almaniya,  İsveç,  Böyük Britaniya və Belçikada iştirak etdiyi 
diaspor  konfranslarında,  TV  və  radioda  çıxışlarında,  İnternet 
forumlarda  çıxışlarında  etdiyi  məruzələrdə  öz  əksini 
tapmışdır.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
22 
22 
I FƏSİL 
 
MÜASİR SİVİLİZASİYADA “ZƏKA AXINI”NI 
ŞƏRTLƏNDİRƏN  
İCTİMAİ-İQTİSADİ ŞƏRAİTƏ FƏLSƏFİ 
YANAŞMA 
 
1.1. 
Qloballaşma 
dövründə 
“zəka 
axını”: 
probleminin mahiyyəti və onun 
fəlsəfi cəhətdən  səciyyələndirilməsi.  
 
Ümumişlək leksikona axırıncı iki onillikdə daxil olsa da
qloballaşma  mahiyyət  etibarilə  tarixi  fenomendir.  Tarixin 
nisbətən  şəffaf  hissəsi  olan  qədim  yunan  dövlətlərindən 
başlayaraq,  müasir  dünyada  ABŞ  hegemonluğu  ilə 
səciyyələnən  dövrə  qədər  bəşəriyyət  müxtəlif  formalarda 
təzahür  etmiş  qloballaşma  proseslərinin  şahidi  olmuşdur. 
Müasir qloballaşma isə onun dinamikliyini artıran və ona yeni 
çalar  verən  informasiya  texnologiyalarının  güclü  inkişafı, 
ümumilikdə  isə  keçmişlə  müqayisədə  hadisələrin  başvermə 
sürətinin xeyli dərəcədə artması ilə bağlıdır.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
23 
23 
23 
Qloballaşma  terminini  ilk  dəfə  olaraq  elmi  ədəbiyyata 
1983-cü ildə alim Ronald Robertson gətirmişdir. Qloballaşma 
terminini mədəniyyət və insan şüuru sahəsinə aid etmişdir.  
Qloballaşmanın  tam  izahı  isə  Birləşmiş  Millətlər 
Təşkilatının  2000-ci  ilin  8  sentyabr  tarixində  keçirilən 
minilliyin  zirvə  görüşünün  bəyannaməsində  belə  verilmişdir. 
‖Qloballaşma  yalnız  bütün  müxtəlifliyi  ilə  bəşər  nəslinə 
mənsubluğumuza 
əsaslanan 
ümumi 
gələcəyin 
formalaşdırılması  sahəsinə  irimiqyaslı  və  təkidli  səylərimiz 
sayəsində tam, hərtərəfli və ədalətli xarakter ola bilər‖ [117].  
Qeyd  etdiyimiz  kimi,  müasir  anlamda  qloballaşma 
prosesi  yeni  hadisə  sayıla  bilməz.  Akademik  R.  Mehdiyev 
belə  hesab  edir  ki,  ―bəşəriyyət  tarix  boyu  həmişə 
inteqrasiyaya,  vahid  siyasi,  iqtisadi,  yaxud  sosio-  mədəni 
məkanın bir hissəsi olmağa can atmalıdır‖ [37, 175].  
Bildiyimiz  kimi,  tarix  bu  və  ya  digər  imperiyaya  öz 
hərbi, siyasi və iqtisadi təsir dairəsini iki, bəzən isə üç qitəyə 
genişləndirmək  imkanı  vermişdir.  Ətrafında  milyonlarla 
insanı  birləşdirən  din  amilinin  güclənməsi,  iudaizm,  xristian 
və  islamın  meydana  gəlməsi  dünya  məkanının  qlobal 
inteqrasiyasının yeni nümunəsini yaratmışdır.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
24 
24 
Tarixə  nəzər  salsaq  qədim  yunan  dövlətinin  mərkəz 
rolun oynamağa  çalışmaqla qeyri-yunan xalqların ucqar kimi 
qəbul edildiyinin şahidi ola bilərik.  
Müasir qloballaşmanın qərbləşmə məfhumunun nisbətən 
yumşaq  ifadə  forması  olduğunu  deyə  bilərik.  Qərbin  bir 
vaxtlar  mərkəzə  çevrilərək  qloballaşma  prosesinin  məhz  ona 
tərəf yönəlməsi tarixini 500 il bundan öncəyə aid edənlər var. 
Əslində  onun  baş  verməsinin  daha  qədim  zamanlara  təsadüf 
etməsini qeyd etmək olar [109, 22-32].  
Ə.  Həsənovun  qeyd  etdiyi  kimi  ―qloballaşma  nə 
müstəmləkə  imperiyalarının  hökm  sürdüyü  və  əmtəə-pul 
münasibətlərinin  əsasən  imperiya  çərçivəsində  dövr  etdiyi 
XVII-XIX  əsrlərdə,  nə  də  ki,  dünyanın  iki  qütbləşmə  sinfi-
ideoloji  qarşıdurmanın  mövcud  olduğu  dövrdə  (XX  əsrin 
ortalarından başlayaraq müasir dövrə qədər) mümkün deyildi. 
Bunun  üçün  formal  olsa  da,  mütləq  bərabər  hüquqlara  malik 
dövlətlərdən yaradılan indiki dünya sistemi və bütün dünyaya 
ümumi  maraqlar  altında  vahid  bir  insan  yaşayış  sistemini 
təbliğ  edən  və  güclü  formada  inkişaf  etmiş  mərkəzin 
(dövlətin)  mövcud  olması  olduqca  vacib  və  zəruri  idi‖  [31, 
151].  
Dani Rodrin öz kitabında qloballaşma prosesinin qədim 
dövrlərdən  başladığını  təsdiqləsə  də,  onun  fikrincə  prosesin 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə