www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Eliza İsmayilova Qloballaşma dövründə “zəka axını”
28
28
siyasi problemlərin həllinə yardım edir, məsləhətlər verir, bu
ölkələrin hökumətlərindən daha yüksək statusda olurlar.
Qloballaşmada dövlətin zəifliyi tezisi ilə müəyyən mənada
razılaşmaq olar. Məhz beynəlxalq iqtisadi
və siyasi təşkilatlara
qarşı çevrilən əsas tənqid kimi onların hökumətlərin işinə
müdaxiləsi və iqtisadi və siyasi islahatlara dair verdikləri
təkliflərin ölkələrdəki lokal fərqləri nəzərə almadan standart
şəkildə olması və bu qurumların funksiyalarının əslində
üçüncü dünya ölkələrinin böyük dövlət tərəfindən nəzarət
altında saxlanması götürmək olar.
Yuxarıda qeyd etdiyimiz kimi qloballaşma prosesinin
əsas iki ifaçısı olan transmilli korporasiyalar və beynəlxalq
iqtisadi və siyasi qurumların bu nöqtəyə gəlib çıxması 1944-
cü ildə yaradılan Brenton–Bud beynəlxalq maliyyə sistemi ilə
sıx bağlıdır. Onun qarşısında duran ilkin vəzifənin Avropanın
siyasi xəritəsini dəyişən II Dünya müharibəsindən sonra güc
əldə etmək istəyən dövlətlərin beynəlxalq iqtisadiyyatın ayaq
üstə qalması və geniş məkanı əhatə etməsinə xidmət edərək
möhkəm maliyyə bünövrəsini yaratmaq idi.
Dünya
inteqrasiya
proseslərini
sürətləndirmək
məqsədilə də ticarət və maliyyə sahəsində tez-tez rastlaşan
əngəllərin aradan qaldırılması zəruri hesab olunurdu. Bunun
üçün də dünyanın bütün ərazilərini əhatə edə bilməyə səbəb