Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə8/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   4   5   6   7   8   9   10   11   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
26 
26 
Beləliklə,  bu  gün  elm  aləminə  "Kitabi-Dədə  Qorqud"un  iki 
əlyazma  nüsxəsi  məlumdur.  Qnlardan  biri  Drezden,  ikincisi 
isə Vatikan kitabxanasında saxlanılır. Drezden nüsxəsində bir 
müqəddimə,  on  iki  boy,  Vatikan  nüsxəsində  isə  eyni 
müqqəddimə və birincidə olan boyların altısı verilmiĢdir. 
"Kitabi-Dədə  Qorqud"  ilk  dəfə  xarici  dillərdən  alman  dilinə 
çevrilmiĢdir.  Söhbət  1815-ci  ildə  Fridrix  Fon  Ditsin  dastanın 
bir boyunu tərcümə etməsindən gedir. 1958-ci ildə isə "Kitabi 
Dədə Qorqud" ilk dəfə tam Ģəkildə alman ĢərqĢünası Y.Hayn 
tərəfindən  alman  dilinə  tərcümə  edilib,  nəfis  tərtibatla  çap 
olunmuĢdur. Tərcümə üçün istifadə olunmuĢ mətn Türkiyədə 
qorqudĢünaslığın  baĢlanmasında  əvəzsiz  xidməti  olan  Kilisli 
müəllim Rifətin abidənin Berlin nüsxəsi əsasında çap etdirdiyi 
mətndir (20, 9). 
1995-ci  ildə  isə  Azərbaycan  Elmlər  Akademiyasının  fəxri 
doktoru adına layiq görülən tanınmıĢ alman alimi Hans-Peter 
Əhməd ġmide "Kitabi-Dədə Qorqud"un tam mətnini yenidən 
alman dilinə çevirib nəĢr etdirmiĢdir. 
F.ƏIimirzəyeva-Mustafayeva  öz  tədqiqatında  dastanın  alman 
dilinə  çevrilmiĢ  hər  üç  tərcüməsini  ayrı-ayrılıqda  və 
bütövlükdə təhlil edərək bu qənaətə gəlmiĢdir ki, bu çətin və 
məsuliyyətli  iĢin  öhdəsindən  hər  üç  mütərcim  özünəməxsus 
bacarıqla  gəlmiĢdir.  Dastanı  bütöv  Ģəkildə  tərcümə  edən 
Y.Hayn  və  H.Ə.ġmide  orijinalın  ruhunu,  məzmununu, 
ideyasını  və  sənətkarlıq  xüsusiyyətlərini  qoruyub  saxlamağa 
çalıĢmıĢ və buna əsasən nail olmuĢlar. 
Tədqiqatçı 
H.Ə.ġmidenin 
tərcüməsinin 
müsbət 
keyfiyyətlərindən  biri  kimi  mütərcimin  xeyli  Azərbaycan 
sözünün  spesifikliyini  nəzərə  alaraq  onları  olduğu  kimi 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
27 
saxladığını  və  onlara  izahat  verdiyini  xüsusi  vurğulamıĢdır 
(20, 11). 
Yuxarıda qeyd olunduğu kimi "Kitabi-Dədə Qorqud"un nəinki 
rus  dilinə  tərcüməsi,  həm  də  rus  dilində  nəĢri  və  tədqiqi 
akademik V.Bartoldun adı ilə bağlıdır. O, dastan üzərində iĢə 
XIX  əsrin  90-cı  illərində  baĢlamıĢ  və  hələ  sağlığında  "Dədə 
Qorqud"un  12  boyundan  4-nü  çap  etdirmiĢdir.  V.Bartold 
dastanın tam tərcüməsini 1922-ci ilin mayında baĢa çatdırmıĢ, 
lakin  əsər  yalnız  1950-ci  ildə  Bakıda  nəĢr  olunmuĢdur. 
V.Jirmunski  yazırdı:  "V.V.Bartoldun  "Dədə  Qorqud"dan 
etdiyi  nəĢrlər  ilk  dəfə  həm  rus,  həm  xarici  öikə 
oriyentalistlərinin  diqqətini  orta  əsrlər  türk  ədəbiyyatının 
məĢhur abidələrindən birinə cəlb etmiĢ və onun elmi cəhətdən 
dərindən öyrənilməsinin əsasını qoymuĢdur". 
V.Bartoldun 
tərcüməsini 
mütəxəssislər 
yüksək 
qiymətləndirirlər,  lakin  akademik  özü  hələ  sağlığında 
yazmıĢdı ki, "bu tərcümə, əlbəttə, son sayıla bilməz" (98, 11). 
Akademikin  qənaətinə  görə  türkologiyanın  inkiĢafı  yeni  və 
daha  uğurlu  tədqiqatları  üzə  çıxaracaqdır.  Sonrakı  illərin 
araĢdırma  və  tədqiqatları  V.Bartoldun  haqlı  olduğunu  sübut 
etmiĢdir. 
"Kitabi-Dədə  Qorqud"  dastanının  ingilis  dilinə  tərcüməsinə 
isə  ötən  əsrin  60-cı  illərində  baĢlanmıĢdır.  Orta  əsrlərin  ən 
qiymətli bədii və tarixi əsərlərindən biri olan belə bir abidənin 
ingilis  dilinə  gec  tərcümə  edilməsini  etinasızlıq  və 
səhlənkarlıq hesab etməyən və bunu dastanın özünün taleyi ilə 
əlaqələndirən  tərcüməçilər  -  Faruk  Sümer,  Ahmet  Uysal  və 
Uorren  Uolker  dastanı  1972-ci  ABġ-da  ingilis  dilində  nəĢr 
etdirmiĢlər (85). 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
28 
28 
Tərcüməçilər dastan haqqında geniĢ ön söz yazmıĢ və kitabın 
sonunda dastanla bağlı tarixi hadisələr,  yerlər və Ģəxsiyyətlər 
haqqında izahlar vermiĢlər. Ön sözdə onlar oğuzların mənĢəyi, 
yaĢadıqları  yerlər  və  münasibətdə  olduqları  xalqlar  haqqında 
məlumat  verməklə,  dastanın  yaranma  yeri,  tarixi,  dili  və  sair 
xüsusiyyətləri  haqqında  fikir  söyləməyə  çalıĢmıĢlar.  Qeyd 
olunmuĢdur ki, Bayat tayfasından olan Dədə Qorqudun tarixi 
Ģəxsiyyət olması barədə kifayət qədər sübutlar vardır. Bu fikir 
digər  mütəxəssislərin  elmi  araĢdırmaları  ilə  səsləĢir.  XVII 
əsrdə  Azərbaycana  səfər  etmiĢ  alman  alimi  və  diplomatı 
Adam Olearinin Dərbənd yaxınlığında gördüyü "Dədə Qorqud 
qəbri"  deyə  niĢan  verilən  məzar  da  səyyahı  böyüklüyü  ilə 
heyrətləndirmiĢdir.  O,  yazır  ki,  "Ġmam  Qorqudun...  qəbri 
qayalı dağda çapılmıĢ iri bir mağaradan ibarətdir". 
A.Divayev  1848-ci  ildə  el  arasında  "Qorqud  qəbri"  adlanan 
çox  iri  bir  daĢ  qalağının  fotoĢəklini  çəkmiĢdir.  A.Oleari 
Urmiyada "Boyu uca Burla Xatun"un qəbri kimi niĢan verilən 
məzarın da çox iri - "qırx pilləkan" ölçüsündə olduğunu nəql 
edir (4, 18). 
GiriĢdə  həmçinin  Oğuz  tayfalan  barədə  də  məlumat 
verilmiĢdir.  Oğuz  türklərinin  iki  böyük  qola  bölünmüĢ  24 
tayfadan ibarət olduğu qeyd edilmiĢdir. 
Əsərin  ingilis  dilinə  uğurlu  tərcüməsinə  nail  olmuĢ  türk 
ədəbiyyatĢünasları  onu  ingilisdilli  oxuculara  "türk  dastanı" 
kimi  təqdim  etmiĢlər.  Obyektivliyə  daha  çox  sadiq  qalmaq 
üçün  yaxĢı  olardı  ki,  əsər  "türkdilli  xalqların  dastanı",  yaxud 
"oğuz  dastanı"  kimi  təqdim  olunaydı.  Çünki  kitabın  giriĢində 
də qeyd olunur ki, "oğuzların qəhrəmanlıq tarixi ingilis dilində 
verilir". 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə