Xx əsr. I hissə. 1900-1945-ci illər Tarix elmləri doktoru, professor Musa Qasımovun ümumi redaktəsi ilə



Yüklə 1,49 Mb.
səhifə3/13
tarix19.11.2017
ölçüsü1,49 Mb.
#11153
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   13

ÜÇÜNCÜ BÖLÜM

1918-1920 -ci illərdə beynəlxalq münasibətlər

Birinci dünya müharibəsində məğlub olan Almaniya bloku ölkələri ilə diplomatik-siyasi münasibətləri və müharibədən sonrakı dünya quruluşu məsələlərini tənzimləmək üçün qalib dövlətlər konfrans çağırmaq barədə qərara gəldilər. Konfransın harada keçirilməsi məsələsi qalib dövlətlər arasında mübahisələrə səbəb oldu. Fransa konfransın Parisdə, İngiltərə isə bitərəf ölkədə, konkret olaraq İsveçrədə çağırılmasını təklif edirdi. Uzun diplomatik mübahisələrdən sonra Fransanın istəkləri yerinə yetirildi və konfransın Parisdə çağırılması barədə razılıq əldə olundu.




Paris sülh

konfransı
Ãàëèá äþâëÿòëÿðèí ñöëù êîíôðàíñû 1919-úó èë éàíâàðûí 18-äÿ Ïàðèñäÿ à÷ûëäû. Êîíôðàíñûí éàíâàðûí 18-äÿ à÷ûëìàñû ÿáÿñ äåéèëäè. Fransa-Prussiya müharibəsində qalib gələn ïðóñ éóíêåðëÿðè 1871-úè èë éàíâàðûí 18-äÿ Ïàðèñäÿ, Âåðñàëäà, Ýöçýöëö ñàëîíäà Àëìàíèéà èìïåðèéàñûíûí éàðàäûëìàñûíû åëàí åòìèøäèëÿð. Ãàëèá äþâëÿòëÿð, xüsusən Fransa áó òàðèõëÿ Àëìàíèéàäàí ÿâÿç ÷ûõìàã èñòÿéèðäè. Êîíôðàíñûí èøèíäÿ 27 þëêÿäÿí, Èíýèëòÿðÿíèí ìöñòÿìëÿêÿëÿðè èëÿ áèðëèêäÿ 32 þëêÿäÿí 1000 íÿôÿðäÿí ÷îõ íöìàéÿíäÿ èøòèðàê åäèðäè. Åêñïåðò âÿ òåõíèêè heyətlə áèðëèêäÿ söëù êîíôðàíñûíûí èøèíäÿ èêè ìèíäÿí ÷îõ àäàì èøòèðàê åäèðäè. Tÿêúÿ ÀÁØ-äàí 400, Èíýèëòÿðÿäÿí èñÿ 200 àäàì ýÿëìèøäè. Ðÿñìè íöìàéÿíäÿ ùåéÿòëÿðè 4 äÿðÿúÿéÿ áþëöímüşdü. Mÿüëóá äþâëÿòëÿðèí íöìàéÿíäÿëÿðè êîíôðàíñûí èøèíÿ éàõûí áóðàõûëìûðäûëàð. Éåíè éàðàíìûø äþâëÿòëÿð bitərəf þëêÿëÿðëÿ áèðëèêäÿ äþðäöíúö êàòåãîðèéàéà äàõèë åäèëìèødilər. Mÿñÿëÿëÿðèí ìöçàêèðÿñèíäÿ îíëàðûí èøòèðàêû áåø ÿñàñ äþâëÿòäÿí áèðèíèí äÿâÿòè èëÿ ìöìêöí èäè.

Êîíôðàíña ÿââÿëëÿð Îíëàð şóðàñû äåéèëÿí îðãàí ðÿùáÿðëèê åäèðäè. Áó øóðà áåø áþéöê äþâëÿòèí ( ÀÁØ, Èíýèëòÿðÿ, Ôðàíñà, Èòàëèéà, Éàïîíèéà) ùÿðÿñèíäÿí èêè íöìàéÿíäÿäÿí - ùåéÿò áàø÷ûëàðû âÿ õàðèúè èøëÿð íàçèðëÿðèíäÿn èáàðÿò èäè. Îíëàð şóðàñûíûí èúëàñëàðûíäà õåéëè åêñïåðò äÿ èøòèðàê åäèðäè. Îíà ýþðÿ äÿ êîíôðàíñûí èøèíèí ìÿõôèëèéèíè òÿìèí åòìÿê ìöìêöí îëìóðäó. Áó ïðîáëåìè àðàäàí ãàëäûðìàã ö÷öí ìàðòûí 25-äÿ Îíëàð şóðàñû èêè ùèññÿééÿ áþëöíäö. Äþðäëÿð şóðàñû ( íöìàéÿíäÿ ùåéÿòëÿðèíèí áàø÷ûëàðû Âèëñîí, Ëëîéä Úîðú, Êëåìàíñî, Îðëàíäî) âÿ Áåøëÿð şóðàñû (áþéöê äþâëÿòëÿðèí õàðèúè èøëÿð íàçèðëÿðè Ëàíñèíã, Áàëôóð, Ïèøîí, Ñîííèíî âÿ Ìàêèíî). Áó øóðàëàðäàí áàøãà, ñàéû 58 -ÿ ÷àòàí ìöõòÿëèô êîìèññèéàëàð éàðàäûëäû. Áåø àé éàðûì ÿðçèíäÿ (18 éàíâàð-28 èéóë) áó êîìèññèéàëàð 1646 èúëàñ êå÷èðtäèləð. Áóíäàí áàøãà, âÿçèééÿòè þéðÿíìÿê ö÷öí éåðëÿðÿ ìöõòÿëèô êîìèññèéàëàð äà ýþíäÿðèëäè. Konfransın sədri Fransanın baş naziri idi.

Êå÷ìèø Ðóñèéà èìïåðèéàñûíûí õàðàáàëûãëàðû öçÿðèíäÿ éàðàíìûø éåíè äþâëÿòëÿðèí òàíûíìàñû ìÿñÿëÿñè “öìóìðóñ ìÿñÿëÿñèíèí” ùÿëëèíÿ ãÿäÿð òÿõèðÿ ñàëûíäû. Êîë÷àê, Äåíèêèí âÿ áàøãà ÷àð ýåíåðàëëàðûíûíûí bolşevik Ðóñèéàñûíà ãàðøû óüóðëó ìöáàðèçÿ àïàðäûüû áó äþâðäÿ Àâðîïà þëêÿëÿðè (õöñóñÿí Ôðàíñà âÿ Èòàëèéà), “âàùèä âÿ áþëöíìÿç Róñèéà” şüarını ìöäàôèÿ åäèð, îíëàðà ùÿð úöð éàðäûì åäèëìÿñè ëåùèíÿ ÷àëûøûðäûëàð.

Éåíè ìöñòÿãèë äþâëÿòëÿðèí íöìàéÿíäÿëÿðè ÿí çox Âèëñîí ïðèíñèïëÿðènə ÷îõ öìèä âÿ èñòèíàä åòäèðdèlər. Áó ïðèíñèïëÿð söëù êîíôðàíñûíûí èäåîëîæè əsasını òÿøêèë åäèðäè.

Paris sülh konfransının başlıca məqsədi Almaniya və onun müttəfiqləri ilə sülh müqavilələrinin bağlanması idi.

Konfransda qalib dövlətlər arasında dünyanı bölmək uğrunda mövcud olan ziddiyyətlər özünü kəskin şəkildə göstərdi. Bu ziddiyyətlər qalib dövlətlərin məqsədlərində üzə çıxdı.

Birinci dünya müharibəsində iqtisadi, maliyyə, hərbi və siyasi cəhətdən xeyli möhkəmlənən ABŞ dünya ağalığına və mənəvi rəhbərliyə can atırdı. ABŞ diplomatiyası Almaniya və Türkiyədən alınmış ərazilərin İngiltərə və Fransaya deyil, yaradılması nəzərdə tutulan Millətlər Cəmiyyətinin nəzarəti altına verilməsini tələb edirdi. ABŞ Millətlər Cəmiyyətini özünə tabe etməyə ümid bəsləyirdi. “Azad dənizlər”, “azad ticarət” və “müstəmləkə məsələlərinin sərbəst tənzimlənməsi”, “mandat sistemi” haqqında ABŞ təklifləri İngiltərə, Fransa və Yaponiyanın güclənməsinin qarşısını almağa yönəlmişdi. Almaniyanın tamamilə darmadağın edilməsini də istəməyən ABŞ eyni zamanda gələcəkdə ondan İngiltərə və Fransaya qarşı istifadə etmək niyyətində idi.

Fransa Almaniyanı kiçik dövlətlərə parçalamağa, Bavariyanı ondan ayırmağa, Avropada öz sərhədlərini genişləndirməyə, Türkiyə və Almaniya müstəmləkələrinə sahib olmağa və Avropada öz şəksiz hegemonluğunu qurmağa çalışırdı. Fransa həmçinin Almaniyadan alınacaq ümumi təzminatın 57% -nə iddia edirdi.

İngiltərə Afrikadakı Almaniya müstəmləkələrini, türk mülklərini almağa və Avropada öz hegemonluğunu qurmağa çalışırdı. İngilis diplomatiyası eyni zamanda Avropada tarazlığın saxlanılmasından ötrü Almaniyanın tamamilə məhv edilməsinin əleyhinə idi.

İtaliya Balkanlarda öz nüfuzunu möhkəmləndirmək, Avstriya-Macarıstanın bir sıra torpaqlarına sahib çıxmaq və Afrikada müstəmləkələr qazanmaq istəyirdi.

Yaponiya Şandun əyalətinin və Sakit okeandakı Almaniya mülklərinin ona verilməsini tələb edirdi.

Konfransı açan Fransa prezidenti Raymond Puankare öz çıxışında bildirdi: “Ədalətsizliklə yaranan şərəfsizliklə məhv olur”.

Konfransda müttəfiqlər arasında ziddiyyətlərin kəskin olması nəticəsində bir sıra məsələlər, o cümlədən təzminat məsələsi barədə razılığa gəlmək mümkün olmadı. Bu məsələni sonradan ayrıca müzakirə etmək barədə razılıq əldə olndu.

Paris sülh konfransı altı aya yaxın davam etdi. Sülh müqaviləsinin əsas müddəaları barədə razılıq əldə edildi. Mayın 7-də Klemanso Almaniyanın xarici işlər naziri Ratenaunu dəvət edərək müttəfiqlər adından sülh müqaviləsinin şərtlərini ona təqdim etdi. Ratenau bu şərtlərlə tanış olduqdan sonra 247-ci maddə ilə- dünya müharibəsinin başlanmasında yalnız Almaniyanın təqsirkar olması ilə razılaşmadı. Müttəfiqlər yenidən hərbi əməliyyatlara başlamaqla hədələdikdə Almaniya sülh şərtlərini qəbul etməyə məcbur oldu.

1919-cu il iyunun 28-də Parisdə, Versalda Almaniya ilə sülh müqaviləsi imzalandı. Sülh müqaviləsinin iyunun 28-də imzalanması da əbəs deyildi. 1914-cü ildə həmin gün birinci dünya müharibəsinin başlanmasına bəhanə olan Avstriya-Macarıstan taxt-tacının vəliəhdi Frans Ferdinand “Gənc Bosna” təşkilatının üzvü, 18 yaşlı Qavrilo Prinsin tərəfindən qətlə yetirilmişdi. Sülh müqaviləsinin şərtlərinə görə Almaniya və onun müttəfiqləri müharibə təqsirkarları elan olundular. Məğlub dövlətlər vurulan ziyana görə təzminat ödəməli idilər.

Almaniya baş qərargahı buraxılırdı və onun gələcəkdə yaradılması qadağan edilirdi. Almaniya yalnız altı kiçik zirehli gəmi və bir neçə kiçik gəmi saxlaya bilərdi. Reyn zonası hərbsizləşdirildi. Reynin sol sahilinin alman hissəsi və sağ sahilindəki 50 km.-lik zolaq hərbsizləşdirilmiş zona elan edilirdi.

Sülh müqaviləsinə görə Almaniyada ümumi hərbi mükəlləfiyyət qadağan edilirdi; Almaniya sualtı qayıqlar, hərbi və dəniz aviasiyası, tanklar saxlaya bilməzdi; ordu yalnız könüllülük əsasında qurulmalı idi və 100 min nəfərdən artıq ola bilməzdi. Onun 4 min nəfərdən çoxu zabit ola bilməzdi. Əsgər və unter zabitlər 12 il, zabitlər isə 45 il orduda xidmət etməli idilər.

Sülh müqaviləsinin şərtlərinə əsasən Fransa 1871-ci ildə Almaniyanın işğal etdiyi Elzas və Lotaringiyanı geri alırdı, Saar vilayətinin daş kömür yataqlarına sahib olurdu və Almaniyanın Toqo və Kamerun müstəmləkələrinin bir hissəsini, Suriya və Livanı alırdı.

Saar vilayəti 15 il müddətinə Millətlər Cəmiyyətinin idarəçiliyinə verilirdi.

İngiltərə Toqonu və Tanqanikanı, Şərqi Afrikadakı alman mülklərini, Fələstini, Transiordaniyanı, İrağı və digər əraziləri alırdı.

İtaliya Trentini və Cənubi Tirola sahib çıxırdı.

Belçika Eyren dairəsini və Malmedi alırdı. Həmçinin Ruanda və Urunduni, Almaniyanın Cənub-Qərbi Afrikadakı ərazilərini tuturdu.

Danimarka Şlezviqin şimal hissəsinə sahib olurdu.

Polşa Poznan, Pomeraniya, Qərbi və Şərqi Prussiyanı, həmçinin Sileziyanın yuxarı hissəsini alırdı. Almaniya Polşanın müstəqilliyini tanıyırdı. Almaniya Dansiqdən (Qdansk) imtina edirdi. Bu liman Millətlər Cəmiyyətinin himayəsi altında azad şəhər elan olunurdu. Almaniya həmçinin Memeldən (Klaypeda) əl çəkirdi. Bu liman şəhəri 1923-cü ildə Litvaya verildi. Polşa Baltik dənizinə geniş çıxış ala bilmədi.

Yaponiya Sakit okeandakı Marşal, Marian, Karolin adalarını , həmçinin Çinin Szyao-Çjou vilayətini, Şandunda isə konsessiyalar alırdı.

ABŞ müstəmləkə məsələsində məğlubiyyətə uğradı. Müstəmləkələrdə bərabərlik haqqında onun tələbləri yerinə yetirilmədi.

Paris sülh konfransının qərarlarına uyğun olaraq Millətlər Cəmiyyəti yaradıldı. Cəmiyyətin əsas məqsədi sülhü və beynəlxalq təhlükəsizliyi qorumaq idi. Onun nizamnaməsi sülh müqavilələrinin mətninə daxil edildi və 44 ölkə tərəfindən imzalandı. Nizamnamənin 16-cı maddəsində Millətlər Cəmiyyətinin kollektiv iqtisadi və hərbi sanksiyalar tətbiq etməsi nəzərdə tutulmuşdu.

ABŞ prezidenti V.Vilsonun təkidlərinə baxmayaraq senatda iki dəfə keçirilən müzakirələr nəticəsində Versal sülhü təsdiq edilmədi. Beləliklə, ABŞ-da təcridçilik xətti qalib gəldi və onun tərəfdarlarının təzyiqi altında Birləşmiş Ştatlar Millətlər Cəmiyyəti vasitəsilə dünya işlərində iştirak etməkdən uzaq düşdü.


San-Remo konfransı
Konfrans 1920-ci il aprelin 19-26-da keçirildi. Konfransda Fransadan Milyeran, İngiltərədən Lloyd Corc, İtaliyadan Nitti, Yaponiyadan Maçui iştirak edirdilər. Amerika Birləşmiş Ştatları konfransda müşahidəçi idi. Yunanıstan və Belçika yalnız onların mənafeyinə toxunan məsələlərin müzakirəsində iştirak edirdilər. Konfransda Mesopotamiya və Fələstin üzərində İngiltərə mandatı təsdiq edildi. İngiltərə Suriyanı Fransanın işğal zonası kimi tanıdı. Konfransda Türkiyə ilə müqavilənin ilkin layihəsi işlənib hazırlandı. Fransa ilə İngiltərə arasında neftə dair imzalanan sazişdə Yaxın Şərq, Rumıniya, İngiltərə və Fransanın müstəmləkələrində neft məsələləri həll edilirdi. San-Remo sazişinə görə İngiltərə Mosulu əlinə alırdı və gələcəkdə çıxarılacaq Mosul neftindən 25% -ni Fransaya verməyi öhdəsinə götürürdü. Fransa isə İngiltirənin payına düşən neftin Suriyadan Aralıq dənizinə aparılmasını təmin etməyi öz üzərinə götürürdü. Beləliklə, Fransa Yaxın Şərqdə İngiltərəyə, İngiltərə isə Avropada Fransaya güzəştlərə getdi. Almaniyanın silahlı qüvvələrini iki dəfə artırmaq haqqında xahişi yerinə yetirilmədi.


Spa konfransı


20-ci illərdə Avropada beynəlxalq münasibətlərdə mühüm məsələ Almaniya-nın tərksilah edilməsi və təzminatın alınması idi. Bu məqsədlə 1920-ci iyulun 5-16-da Belçikanın Spa şəhərində konfrans keçirildi (birinci dünya müharibəsi illərində Almaniyanın baş qərargahı bu şəhərdə yerləşirdi). Müttəfiqlər bununla Almaniya üzərində öz üstünlüklərini göstərmək istəyirdilər. Müttəfiqlər Almaniyadan Versal sülh müqaviləsinin şərtlərinin yerinə yetirilməsini tələb etdilər. Onlar Almaniya qarşısında aşağıdakı şərtləri qoydular: könüllü təşkilatları tərkisilah etmək; ayrı-ayrı adamlardan silahları yığmaq; ordunu könüllülük prinsipi əsasına keçirmək; hərbi əmlakı təhvil vermək və sülh müqaviləsinin digər şərtlərini yerinə yetirmək. Almaniya bu şərtləri qəbul etsəydi, onda 1920-ci il oktyabrın 1-dək 150 min ordu saxlaya bilərdi. Lakin 1921-ci il yanvarın 1-dək ordu 100 min nəfər olmalı idi. Almaniya şərtləri yerinə yetirmədikdə müttəfiqlər onun yeni ərazilərini tuta bilərdilər. Almaniya bu şərtlərlə razılaşdı və 1920-ci il iyulun 9-da müvafiq protokol imzaladı.

Konfransda təzminat haqqında məsələ də müzakirə olundu. Müttəfiqlər Almaniyadan təzminatın ödənilməsini tələb etdilər. Almaniya 20 mlrd. marka əvəzinə yalnız 8 mlrd. təzminat ödəmişdi. Almaniya müttəfiqlərin tələbləri ilə razı olaraq və 1920-ci il iyulun 16-da müvafiq protokol imzaladı. Protokola görə almanlar hər ay 2 mln. ton kömür verməli idilər. Konfrans təzminatın ümumi məbləğini müəyyən etməsə də, onu alacaq dövlətlərin payını müəyyənləşdirdi: Fransa 52%, İngiltərə 22%, İtaliya 10%, Yaponiya 0,75%, Belçika 8%, Portuqaliya 0,75%, Yunanıstan, Rumıniya və Yuqoslaviya 6,5%. ABŞ üçün təzminat almaq hüququ saxlanıldı. Lakin ABŞ senatı Versal sülh müqaviləsini təsdiq etmədi.




Almaniyanın

müttəfiqləri ilə

sülh müqavilələri
Almaniya ilə sülh müqavilələri imzalandıqdan sonra qalib dövlətlər onun müttəfiqləri ilə müqavilələr imzalamaq işinə girişdilər. İmzalanan müqavilələr Versal sülhündən doğmalı idi.

Avstriya ilə sülh müqaviləsi 1919-cu il sentyabrın 10 -da Sen-Jermendə imzalandı. Sülh müqaviləsinin şərtlərinə görə Avstriya-Macarıstan monarxiyasının mövcudluğuna son qoyulurdu; Cənubi Tirolun bir hissəsi İtaliyaya keçirdi; Çexiya və Moraviya yeni dövlət olan Çexoslavakiyanın bir hissəsinə çevrilirdilər; Bukovina Rumıniyaya keçirdi; Avstriya Çexoslovakiyanın müstəqilliyini tanıdı; onun donanması müttəfiqlərə verilirdi; Avstriyanın Almaniya ilə birləşməsi qadağan edilirdi.

Avstriya Yuqoslaviyanın müstəqilliyini tanıdı. Yuqoslaviyanın tərkibinə Slovakiya, Dalmasiya, Bosna və Hersoqovina daxil oldu.

Avstriyada ümumi hərbi mükəlləfiyyət qadağan edildi. O, yalnız 30 min nəfərlik ordu saxlaya bilərdi.

Bolqarıstanla sülh müqaviləsi 1919-ci il noyabrın 27-də Neyi-Sür-Sendə (Paris yaxınlığında qəsəbə) imzalandı. Sülh müqaviləsinin şərtlərinə görə Bolqarıstan ərazisinin xeyli hissəsini itirdi. Onun ərazisinin bir hissəsi Yuqoslaviyaya və Cənubi Dobruca isə Rumıniyaya keçdi; Yunanıstan Qərbi Frankiyanı aldı. Bununla da Bolqarıstan Egey dənizinə çıxışını itirdi; bolqar ordusunun sayı könüllülük əsasında muzdla 20 min nəfər olmalı idi. Bolqarıstan təzminat ödəməli idi.

Macarıstanla sülh müqaviləsi 1920-ci il iyulun 4-də Versalda Böyük Trianon sarayında imzalandı. Sülh müqaviləsinin şərtlərinə görə Macarıstan Yuqoslaviyanın müstəqilliyini tanıdı. Xorvatıstan, Baçka və Banatın qərb hissəsi Yuqoslaviyaya verilirdi; Transilvaniya və Banatın şərq hissəsi Rumıniyaya keçirdi; Slovakiya və Zakarpat Ukraynası Çexoslavakiyaya verilirdi; Macarıstan Çexoslovakiyanın müstəqilliyini tanıdı. Macarıstanda ümumi hərbi mükəlləfiyyət qadağan edildi. Macarıstan 35 min nəfərdən çox ordu saxlaya bilməzdi; Almaniyanın bütün müttəfiqləri kimi o da qalib dövlətlərə təzminat verməli idi.



Türkiyə ilə sülh müqaviləsi 1920-ci il avqustun 10-da Sevrdə imzalandı. Qalib dövlətlər Osmanlı imperiyasını dağıtmaq və Türkiyə mülklərinə sahib olmaq istəyirdilər. Müqaviləni bir tərəfdən İngiltərə, Fransa, İtaliya, Yaponiya, Ermənistan, Belçika, Yunanıstan, Hicaz, Polşa, Portuqaliya, Rumıniya, Yuqoslaviya, Çexoslovakiya, digər tərəfdən isə Türkiyə imzaladılar. Sülh müqaviləsinə görə Türkiyə ərazisinin 4/5 hissəsini itirdi. Türk sultanı paytaxt kimi İstanbulu saxladı. Lakin sülh müqaviləsini yerinə yetirmədikdə müttəfiqlər müqavilə şərtlərinə yenidən baxa bilərdilər. Bütün ölkələrin gəmiləri müharibə və dinc vaxtı boğazlardan sərbəst şəkildə keçə bilərdilər. Bu qaydaya nəzarət etməkdən ötrü boğazlar komissiyası yaradıldı. Komissiyaya hər ölkədən iki səsi olan bir nümayəndə daxil edilməli idi: İngiltərə, Fransa, Yaponiya, İtaliya, istədiyi vaxt ABŞ, Millətlər Cəmiyyətinə daxil olduqdan sonra Rusiya, Yunanıstan, Rumıniya, Bolqarıstan və Türkiyədən bir səsi olan bir nümayəndə daxil ola bilərdi. Bolqarıstan və Türkiyə yalnız Millətlər Cəmiyyətinə daxil olduqdan sonra belə bir hüquq ala bilərdilər. Türkiyədə işğal rejimi saxlanılırdı. Maliyyə komissiyasının razılığı olmadan Türkiyə konsessiyalar verə bilməzdi. Türkiyənin silahlı qüvvələri əsgər və zabitlərlə birlikdə 50 min nəfər məhdudlaşdırıldı. Jandarmeriyanın sayı 35 min nəfər müəyyənləşdirildi. Türkiyə erməni dövlətinin müstəqilliyini tanımalı idi. İzmir şəhəri Türkiyənin suverenliyində qalsa da gələcəkdə Yunanıstana verilməli idi. Sevrdə Türk ərazilərinin ayrı-ayrı dövlətlərə verilməsinə və keçmiş Osmanlı imperiyasının dəmir yollarından birgə istifadə edilməsinə dair müqavilələr imzalandı. Sülh müqaviləsi Osmanlı imperiyasının parçalanmasını rəsmiləşdirdi. Sülh müqaviləsinin şərtlərinə görə Türkiyə ərazilərinin 80% -ni- Fələstini, Transiordaniyanı, İrağı, Suriyanı, Livanı və digər ərazilərini itirirdi; Qara dəniz boğazları üzərində Antanta ölkələrinin beynəlxalq nəzarəti qoyulurdu; boğazlar tərksilah edilirdi və qeyri-Qara dəniz dövlətlərinin hərb gəmiləri onlardan sərbəst şəkildə keçə bilərdi; Türkiyənin ərazisi Kiçik Asiya və İstanbul şəhəri olmaqla Avropa ərazisində kiçik bir zolaqla məhdudlaşdırılırdı; Türkiyə müstəmləkə vəziyyətinə salınırdı.

Ədirnə ilə birlikdə Şərqi Frankiya, Dardanelin Avropa sahili və Qallipoliy yarımadası; həmçinin İzmir Yunanıstana verilməli idi. Dodakanes adaları İtaliyaya verilirdi.

Sevr müqaviləsi Türkiyəni suverenlikdən məhrum edirdi və onu müstəmləkəyə çevirirdi.

Sevr müqaviləsi Türkiyənin müstəqilliyini faktiki olaraq ləğv etdi. Özünü xalqın gözündən salmış olan sultan hakimiyyəti heç bir real qüvvəyə malik deyildi. Bundan fərqli olaraq Ankarada Türkiyə Böyük Millət Məclisi hökuməti yaradıldı. Mustafa Kamal paşanın rəhbərliyi ilə bu hökumət Türkiyənin müstəqilliyinin bərpa edilməsini və işğal rejiminin ləğv olunmasını tələb etməyə başladı. Türk xalqı Sevr müqaviləsini rədd edərək onunla barışmadı və ləğvi uğrunda mübarizəyə başladı.

Düşmüş olduğu ağır vəziyyətdə Türkiyəyə müttəfiq lazım idi. Belə bir müttəfiq Antantanın düşmən münasibət bəslədiyi Rusiya idi. Antantanın Türkiyə və Rusiyaya düşmənçilik münasibəti Ankara və Moskvanı müttəfiqə çevirdi. Rusiya -Türkiyə yaxınlaşması Yaxın Şərqdə qüvvələr nisbətini dəyişdirdi. Bunu görən Fransa Türkiyəni Rusiyadan ayırmağa, onu özünə müttəfiq etməyə və Yaxın Şərqdə İngiltərəyə qarşı istifadə etməyə cəhdlər göstərdi. Fransa kamalçılarla müharibəni dayandırıb sülh bağlamağı təklif etdi.

Almaniya və onun müttəfiqləri ilə imzalanan sülh müqavilələri Versal sisteminin əsasını qoydu. Bu müqavilələr Avropada müharibədən sonrakı qüvvələr nisbətini təsdiq etdi və dünyada ingilis-fransız-amerikan üstünlüyünü müəyyənləş-dirdi. Lakin Versal sistemi möhkəm deyildi. Ona daxil olan ölkələr arasında kəskin ziddiyyətlər var idi. Versal sisteminin ağır şərtləri Almaniyada qisasçılıq və şovinist meylləri, Türkiyədə isə işğallara qarşı milli-azadlıq hərəkatını gücləndirdi.

Türk xalqının qərbdə ingilis-yunan müdaxiləçilərii ilə ölüm-dirim mübarizəsinə başı qarışdığını görən ermənilər Türkiyəyə qarşı növbəti xəyanətkarlıq törədərək yeni cəbhə açdılar. Daşnak ordu hissələri dinc türk əhalisinə qarşı kütləvi terrora və qətllərə başladılar. Onlar 1920-ci ilin sentyabrında müsəlman əhaliyə qarşı kütləvi qırğını bütün Kars vilayətində, İrəvan quberniyasında, Şərur-Dərələyəzdə və b. yerlərdə törətdilər. Ermənilər ideallar yaratmış türk tarixinə qarşı getməyə başladılar. Onlar Türkiyənin parçalanacağına və “Sevr müqaviləsi əsasında yaradılması nəzərdə tutulan müstəqil Ermənistanda dünyanın hər yerindən gələn ermənilərin toplaşacağına ümid edirdilər”. 1920-ci ilin sentyabrında İstanbuldakı erməni mətbuatı Türkiyəyə qarşı Ermənistan, Gürcüstan və Yunanıstan daxil olmaqla “Şərqi Antanta” yaratmağın zəruriliyini israr edirdi.

Ermənilərin Türkiyəyə qarşı müharibəyə başlaması bölgədə vəziyyəti daha da mürəkkəbləşdirdi. Ermənistanın xilas edilməsi müzakirələr mövzusuna çevrildi.Ermənistana münasibətdə Rusiya və Azərbaycanın mövqelərində fərqli cəhətlər var idi.

Erməni ordu hissələrinin vəhşilik hərəkətlərinə türklər cavab verdilər. Daşnaksütyun partiyasının banilərindən biri və daşnak Ermənistanın baş naziri olmuş Ov.Kaçaznuni sonralar yazırdı: “Türklər nə Vilsonun qərarlarını, nə də Sevr müqaviləsini tanımaq istəyirdilər... Müttəfiqlər boyun əyməyən Ankaranı silah gücünə qaydaya çağırmaq barədə heç bir tədbir görmədilər”.

Mustafa Kamal paşa Şərq cəbhəsinin komandanı Kazım Qarabəkir paşaya hərbi əməliyyatları sürətləndirməyi və qışa qədər başa çatdırmağı əmr etdi. Kazım Qarabəkir paşa və Xəlil paşanın başçılığı ilə türk orduları İrəvan ordularını əzdi və dekabrın 2-də daşnak hökuməti Ov.Kaçaznuninin yazdığı kimi “... fiziki məhv olmaq təhlükəsi altında Aleksandropol sazişini imzalamağa məcbur etdi”. Müqaviləni Türkiyə hökuməti tərəfindən Şərq cəbhəsinin komandanı Kazım Qarabəkir paşa, Ərzurumun qubernatoru Həmid bəy, Ərzurumun deputatı Süleyman Nicati bəy, Ermənistan tərəfindən Aleksandr Xatisyan, keçmiş maliyyə naziri Gülxanyan, daxili işlər naziri vəzifəsini icra edən Stepan Hurhanyan imzaladılar. Müqaviləyə görə tərəflər mövcud olan müharibəni bitmiş hesab dərək daimi sülh üçün danışıqlara başlayırdılar; Türkiyə-Ermənistan sərhəddi dəqiqləşdirilirdi; Şahtaxtı və Şərur rayonlarında plebisist keçirilənə qədər Naxçıvanda Türkiyənin himayəsi altında idarəetmə formasını və sərhədlərini müəyyənləşdirən yerli özünüidarəetmə yaradılırdı və Ermənistan ora qarışa bilməzdi; müqavilə imzalandığı andan əhaliyə istədiyi yerə köçüb getmək imkanı yaradılırdı; imperialist dövlətlərinin ictimai sakitliyi pozmaq üçün törətdikləri qızışdırıcı hərəkətlərin qarşısını almaq üçün İrəvan respublikasına daxil qayda-qanunu qorumaq üçün yüngül silahlanmış polis, dövlət sərhəddini qorumaq üçün 20 pulemyot, 8 dağ və ya səhra silahı ilə silahlanmış 1500 nəfərlik muzdlu hərbi qüvvə saxlamağa icazə verilirdi; Ermənistan hes bir ordu saxlamayacağı təəhhüdünü öz üzərinə götürürdü və hərbi mükəlləfiyyət keçirə bilməzdi; yuxarıda göstərilənlərə nəzarət etmək üçün Türkiyənin siyasi nümayəndəsi İrəvanda yaşamalı idi; bunun müqabilində daxili və xarici təhlükəyə qarşı mübarizədə Ermənistan Respublikası tələb edərdisə TBMM hökuməti öhdəlik kimi ona silahlı yardım göstərməyi öz üzərinə götürdü; Ermənistan ərazisindən Türkiyə üçün təhlükə olardısa o, Ermənistana qoşun yeridə bilərdi; tərəflər mədəni ölkələrdə olduğu kimi azlıqların bütün haqlarından istifadə etmələri, insanların öz doğma yerlərinə qayıtmaları barədə öhdəlik götürürdülər; bu, müharibə dövründə düşmən tərəfə keçən qaçqınlara aid edilmirdi; bu müqavilə təsdiq edilib qüvvəyə mindikdən sonrakı bir il müddətində qayıtmayan qaçqınlara aid edilmirdi və əmlaklarına aid olan məsələlərə baxılmırdı; Ermənistan hökuməti öz ərazisində yaşayan müsəlman əhalinin mədəni və dini inkişafı üçün şərait yaratmalı idi; TBMM hökumətinin məcbur olub müharibə etdiyindən və iki illik müharibədə ordusunun saxlanılmasına böyük xərc çəkdiyindən Ermənistandan təzminat tələb etməyə haqqı olsa da, humanizm prinsiplərinə hörmət edərək bundan imtina edirdi.



DÖRDÜNCÜ BÖLÜM

Azərbaycan Xalq Cümhuriyyəti

beynəlxalq münasibətlərdə


Azərbaycan Xalq

Cümhuriyyətinin

yaradılması və ilk

diplomatik addımları
Birinci dünya savaşının gedişindəki hərbi məğlubiyyətlər və daxildə vəziyyətin ağırlaşması Rusiyada dərin siyasi böhran yaratdı. Fevralın 27-də Petroqradda başlanan üsyan Romanov-lar sülaləsinin 300 illik hakimiyyətinə son qoydu. İnqilabın ilk günlərindən Rusiya Dövlət Dumasının Güney Qafqazdan olan deputatlarının təşəbbüsü ilə Güney Qafqazın idarəsi üzrə xüsusi komitə yaradıldı.

1917-ci il noyabrın 7-də bolşeviklərin çevriliş yolu ilə hakimiyyəti ələ keçirmələrindən sonra yeni siyasi vəziyyət yarandı. Noyabrın 24-də xüsusi komitənin Tiflisdə Güney Qafqazdan olan bütün siyasi qüvvələrin iştirakı ilə keçirdiyi müşavirədə Ümumrusiya Müəssislər Məclisi toplanana qədər Güney Qafqazın özünü müstəqil idarə etməsi haqqında qərar qəbul edildi.

Bolşevik Rusiyası Brest-Litovskdə barışıq imzaladıqdan sonra Güney Qafqazda yeni şərait yarandı. 1918-ci ili fevralın 25-də Müəssislər Məclisinə seçilmiş nümayəndələrin Tiflisdə toplaşdıqları Zaqafqaziya seymində Güney Qafqazın üç xalqı arasında kəskin ixtilaflar mövcud idi. Brest-Litovskdan sonra erməni-gürcü qüvvələri Osmanlı ordusunun qarşısını almağa qadir olmadığından Qafqazın müstəqilliyini elan etməyə və Brest-Litovsk sülh şərtlərini qəbul etməyə məcbur oldular. Aprelin 22-də müstəqil Zaqafqaziya Federativ Demokratik respublikasının yaradıldığı elan edildi. Laktn Seymdə yaranan ixtilaflar nəticəsində gürcü nümayəndələri ondan çıxıb dövlət yaratdılar. Bunun ardınca Azərbaycan nümayəndələri Milli Şura yaratdılar. Mayın 28-də Milli Şura Azərbaycanın dövlət müstəqilliyi haqqında bəyannamə qəbul etdi.

Güney Qafqazın üç respublikasının Batumda Osmanlı nümayəndələri ilə ayrı-ayrılıqda apardığı danışıqlar nəticəsində iyunun 4-də Osmanlı Türkiyəsi ilə Azərbaycan, Gürcüstan və Ermənistan arasında ayrı-ayrılıqda müqavilə imzalandı. Azərbaycan dövləti adından müqaviləni Milli Şuranın sədri M.Ə. Rəsulzadə, xarici işlər naziri M.H.Hacınski, Osmanlı tərəfindən isə ədliyyə naziri Xəlil bəy, Şərq cəbhəsi komandanı Vəhib paşa imzaladılar. Dostluq müqaviləsinin şərtlərinə əsasən iki ölkə arasında sülh və möhkəm dostluq münasibətləri bərqərar edilirdi, qayda-qanunu və ölkənin təhlükəsizliyini təmin etmək üçün ehtiyac olduqda Azərbaycan hökumətinə silahlı qüvvələrlə yardım etməyi Osmanlı hökuməti öz üzərinə götürürdü. İyunun 16-da Azərbaycan Milli Şurası və müvəqqəti hökuməti Gəncəyə köçdü.

İyunun 24-də M.Ə.Rəsulzadə başda olmaqla 7 nəfərlik Azərbaycan nümayəndə heyəti İstanbula getdi. Nümayəndə heyətinin qarşısında duran əsas məqsəd Dördlər ittifaqı dövlətləri və Qafqazda yeni yaranmış dövlətlərin nümayəndələrindən ibarət konfransda iştirak etmək, Osmanlı hökuməti ilə bir sıra məsələləri müzakirə etmək idi. İstanbulda Azərbaycan heyəti bir sıra görüşlər keçirtdi və istiqlal bəyannaməsini bu ölkələrin nümayəndələrinə təqdim etdi. Müharibədə Dördlər ittifaqı dövlətlərinin vəziyyəti ağırlaşdıqca İstanbul konfransının baş tutması ehtimalı azalırdı. Bununla belə Azərbaycan nümayəndə heyətinin keçirdiyi görüşlərin faydası oldu. Nümayəndə heyətinin xahişini nəzərə alan Osmanlı hökuməti on il müddətinə 2 milyon lirə həcmində borc verməyi qərara aldı. Azərbaycan pullarının çapı da İstanbulda başlandı. Azərbaycan heyətinin xahişlərini nəzərə alaraq Türkiyə Azərbaycana kitab və müəllim göndərməyə razılıq verdi.

Azərbaycan nümayəndə heyətinin ən böyük uğuru Azərbaycana hərbi yardım məsələsini həll etməsi idi. Batum müqaviləsinin 4-cü bəndinə müvafiq olaraq Ənvər paşa Azərbaycana lazımi qədər qədər hərbi qüvvə göndərəcəyini vəd etdi.

Azərbaycan dövlətinin ilk diplomatik addımları İstanbul görüşlərində atıldı. Konfransın baş tutmadığına baxmayaraq, Azərbaycan nümayəndə heyəti xarici dövlətlərin nümayəndələri, ilk növbədə Dördlər ittifaqı ölkələri ilə vacib təmaslar qurdu, Azərbaycan hökumətinin bu və ya başqa məsələlərdə mövqeyini bəyan edərək müdafiə etdi. Türkiyə ilə hərtərəfli münasibətlərin təməli qoyuldu. Ən başlıcası isə nümayəndə heyəti Bakını düşməndən azad etmək üçün zəruri hərbi qüvvə almaq istəyinə çatdı.

4 iyun tarixli Azərbaycan-Osmanlı müqaviləsinin imzalandığı zaman Azərbaycanda hərbi vəziyyət xeyli ağır idi. Özünü Sovet Rusiyasının yerli hökuməti elan etmiş Bakı quberniyasının Xalq Komisarları Soveti yad bir rejim qurmuş, Mart faciəsini davam etdirərək, Azərbaycanın bu hissəsində kommunist diktaturası yaratmışdı. Bu rejim əvvəlcə Azərbaycanda, sonra isə bütün Güney Qafqazda milli hərəkatları ləğv etmək üçün qəti addım atmağa başladı. İyun ayının 6-da Qırmızı Ordu Gəncə üzərinə hücuma keçdi.

Nuru paşa Gəncəyə gəldiyi vaxt bolşevik qoşunlarına qarşı 600 nəfərdən ibarət dəstə dururdu. Cəbhəyə knyaz Maqalov adlı bir gürcü polkovniki başçılıq edirdi. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra Maqalov gürcü əsgərlərini də cəbhədən götürüb Tiflisə getdi. Azərbaycan ordusunun könüllü toplanması işi lazımi sürətlə getmirdi. Bu çarizm dövründə müsəlmanların hərbi işdən yadırğadılması ilə bağlı idi. Azərbaycan hökumətinin iyun ayındakı qərarlarına əsasən Azərbaycanda hərbi vəziyyət elan edildi. Müsəlman korpusu “Əlahiddə Azərbaycan korpusu” adlandırıldı. Burada xidmət edəcək zabit kadrlarını hazırlamaq üçün qısamüddətli kurslar açıldı və məcburi hərbi mükəlləfiyyət haqqında fərman verildi. Bütün bunların kifayət etməyəcəyini və ordunun yaranmasının hər şeydən əvvəl, vaxt tələb etdiyini nəzərə alaraq Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Osmanlı dövlətinin bir diviziya həcmində real hərbi yardım göstərməsini xahiş etdi. Osmanlı dövlətinin başçıları belə bir yardım haqqında əvvəllər də vəd versələr də, müttəfiqi Almaniyanın əks reaksiyasından ehtiyat edirdilər. Buna görə də bu qüvvənin Osmanlı dövlətinə bağlı olmadığı təsəvvürünü yaratmaq üçün yeni qoşun birləşməsi Qafqaz İslam Ordusu adlandırılırdı. Bu ordunun başında Nuru paşa dururdu.

Azərbaycan hərbi hissələrindən və könüllülərdən ibarət olan Qafqaz İslam ordusu Göyçay ətrafında döyüşə girdi. Şaumyan dəstəsinin iyulun sonunda istefası ilə Bakıda yaranmış “Sentrokaspi və Sovetlərin Müvəqqəti İcraiyyə Komitəsi rəyasət Heyətinin Diktaturası” adlanan yeni yad rejim və onun Ənzəlidən general Denstervilin başçılığı ilə 1,5 min əsgər və zabitdən ibarət qüvvə dəvət etməsi də Qafqaz İslam Ordusunun hücumunun qarşısını ala bilmədi. Yeni gəlmiş hərbi hissələrlə möhkəmləndirilən Qafqaz İslam Ordusu sentyabrın 14-də Bakı üzərinə qəti hücuma başladı. Hərbi əməliyyata bilavasitə Nuru paşa və Xəlil paşa başçılıq edirdilər. Sentyabrın 15-də Azərbaycan hərbi hissələri Bakıya daxil olmağa başladılar və Bakı azad edildi.

Sentyabrın 17-də Azərbaycan hökuməti özünün təbii paytaxtına köçdü. Qısa müddətdə Azərbaycan hökumətinin hakimiyyəti bütün ölkəyə yayılmış oldu. Milli dövlət quruculuğu işləri sürətləndi.

Bolşevik Rusiyası hökumətinin taleyinin qeyri-müəyyən olmasına baxmayaraq, o, Azərbaycandakı hadisələrə marağını azaltmırdı. Çarəsizlikdən əsas etibarı ilə diplomatik vasitələrlə Bakının Azərbaycan hökuməti əlinə keçməsinin qarşısını almağa çalışırdı. Bu məqsədlə Osmanlı-Almaniya ziddiyyətlərindən istifadə etmək və Almaniya ilə siyasi alver vasitəsi ilə neft səltənəti Bakını öz əlində saxlamaq üçün cəhd edirdi. Lakin Bakının fəthi Moskvanı öz niyyətlərini açmağa məcbur etdi. Sentyabrın 20-də RSFSR xarici işlər komissarı Çiçerin Türkiyə xarici işlər nazirinə nota verərək Türkiyəni Brest-Litovsk müqaviləsini sistematik şəkildə pozmaqda ittiham edərək müvafiq bəndlərin öz qüvvəsini itirdiyini bildirdi.

Sentyabrın 24-də Rusiya səfiri İoffe Osmanlı dövlətinin baş naziri Tələt paşadan Bakının boşaldılmasını, vurulan zərərin ödənilməsini və bu şəhərin sovet orqanlarına təhvil verilməsini yenidən tələb etdi. Tələt paşa da “türklərin hər hansı bir sahəni Sovet Rusiyasına təslim etməyəcəklərini və Qafqazdakı millətlərin daxili işlərinə əsla qarışa bilmədiklərini” kəskin bir şəkildə ifadə etdi.

Bu zaman Tələt paşanın Berlinə səfəri gedişində iki ölkə başçısının danışıqlarında Azərbaycan məsələsi də müzakirə edildi. Danışıqlar nəticəsində sentyabrın 28-də gizli bir protokol imzalandı. Almanlar əvvəlki etirazlarından imtina etdilər. Hətta Azərbaycan və Ermənistanı tanımaq barədə sovetlərin razılığını təmin etmək vəzifəsini öz üzərlərinə götürdülər. Əvəzində osmanlılar hərbi hissələrini Azərbaycandan çıxarmağı vəd etdilər.

Lakin Azərbaycan üçün yaranmış yeni imkanlar gerçəkləşmədən vəziyyət köklü surətdə dəyişdi. Az sonra Dördlər ittifaqından ilk əvvəl Bolqarıstan, onun dalınca Avstriya-Macarıstan, sonra isə Osmanlı imperiyası müharibədə məğlub oldu.

Rusiya ilə Türkiyə arasında bufer dövlətin yaranmasında maraqlı olan Osmanlı imperiyası Güney Qafqazın rus təsirindən qopmasında birinci dərəcəli rol oynadı. Azərbaycan istiqlalının elan olunması və gerçəkləşməyə başlaması da Türkiyənin Qafqaz siyasəti nəticəsində mümkün oldu. Ağır günlərini yaşayan Azərbaycan Osmanlı dövlətinin timsalında müttəfiqini, hətta hamisini tapdı. Azərbaycan türklərinin fiziki varlığının qorunması və Azərbaycanın türk yurdu kimi qalmasında Osmanlı imperiyası və Anadolu türklüyünün köməyinin birinci dərəcəli tarixi əhəmiyyəti oldu. Türk ordusunun Azərbaycan və onun istiqlalı uğrunda tökülən qanı iki türk dövləti arasında yaranmış münasibətlərə müqəddəslik gətirdi.

Sultan Türkiyəsi və demokratik Azərbaycan nümayəndələri arasında bu və ya digər məsələlərdə fikir ayrılığının olmasına baxmayaraq, Osmanlı imperiyası müstəqil Azərbaycan dövlətinin təşəkkülündə əvəzsiz rol oynadı. Ümumilikdə götürdükdə Azərbaycan-Osmanlı münasibətləri bu dövrdə normal inkişaf edirdi.

1918-ci il oktyabrın 30-da imzalanmış Mudros sülh müqaviləsi Azərbaycanın beynəlxalq vəziyyətini kökündən dəyişdirdi. Osmanlı imperiyasının müttəfiqi hesab olunan Azərbaycan iştirak etmədiyi müharibədə məğlub sayıldı. Mudros sülhünün şərtlərinə görə, Türkiyə qoşunları Azərbaycanı tərk etməli, Müttəfiq qüvvələri tərəfindən Bakının tutulmasına mane olmamalı, Zaqafqaziya dəmiryolu üzərindəki nəzarət hüququnu Antantaya güzəştə getməli idi. Azərbaycan hökuməti bu müqaviləni pisləyərək, Türkiyə və Antanta hökumətlərinə özünün qəti etirazını bildirdi.

Noyabrın 10-da baş nazir Fətəli xan Xoyski və xarici işlər naziri vəzifəsini icra edən Adil xan Ziyadxan xalqların öz müqəddəratını təyin etməsi hüququnu tələb edən Amerika Birləşmiş Ştatlarının prezidenti, “14 maddə” proqramının müəllifi Vudro Vilsona müraciət etdilər. Müraciətdə deyilirdi: “...Azərbaycanın xalqı və hökuməti kiçik məzlum millətlərin hamisi kimi sizin humanist şəxsiyyətininzə üz tutur və inanır ki, siz sözünüz və əməllərinizlə Zaqafqaziyadakı Azərbaycan Respublikasının müstəqil dövlət kimi tanınmasında ona kömək edəcəksiniz”.

Digər tərəfdən, Azərbaycan dövləti Ənzəlidə olan ingilis qüvvələrinin komandanlığı ilə danışıqlar aparmaq üçün oraya nümayəndə heyəti göndərdi. Nümayəndə heyətinə Ə. Ağaoğlu, N.Yusifbəyli və M.Rəfiyev daxil idilər.

Azərbaycan nümayəndə heyəti ölkə ərazisinə daxil olmazdan əvvəl ingilis hərbi hissələrinin komandanı general Tomsondan Azərbaycanın müstəqilliyini tanımaq haqqında bəyanat verməsini təklif etdi. Lakin o, nümayəndə heyətinin təklifini qəti surətdə rədd edərək demişdi ki, “Azərbaycan Respublikası hökuməti türklərin intriqrası nəticəsində yaranmışdır və xalq arasında heç bir dayağa malik deyildir”. Tomsonun bu bəyanatına Azərbaycan nümayəndələrinin kəskin etirazından sonra general demişdi: “Bir halda ki, siz əksini iddia edirsiniz, onda gələrik, yerindəcə müvafiq qərar qəbul edərik”. Bununla belə general Tomsonun son qərarı qəti idi: noyabrın 17-si saat 10-a kimi Bakı Azərbaycan və Osmanlı qoşunlarından təmizlənməlidir; Bakı neft mədənləri işğal altında olacaq, ölkənin qalan hissələri isə Azərbaycan hökuməti və onun qoşunlarının nəzarəti altında qalacaq; Azərbaycan rəsmən tanınmır, lakin İngiltərə, Fransa və Amerika nümayəndələri onun hökuməti ilə de-fakto əlaqələr yaradırlar; bütün təşkilat və müəssisələr adi qaydada işləyir, general Tomson Bakının general-qubernatoru olacaq, şəhər dumasına yenidən fəaliyyət azadlığı veriləcək; Paris sülh konfransında milli müqəddəratı təyin etmək prinsipi əsasında müzakirələr aparmaqdan Azərbaycan xaric edilməyəcək, Lazar Biçeraxov və onun hissələri Britaniya qoşunları ilə birlikdə Bakıya daxil olacaq, silahlı ermənilər Bakıya buraxılmayacaqlar.

Noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən toplanaraq, vəziyyəti müzakirə etdi. Milli Şuranın bəzi üzvləri ingilislərin təzyiqinə münasibətdə tam təslimçilik mövqeyi tutaraq müqavimətin yersiz olduğunu bildirdilər.

Milli Şura üzvlərinin əksəriyyəti vəziyyətin ağırlığına baxmayaraq, istiqlal məsələsində güzəştə getməməyi qərara aldı.

Noyabrın 17-də Tomsonun hərbi dəstələrinin Bakıya daxil olmasını şəhər əhalisi eyni cür qarşılamadı. Rus və erməni milli şuralarının tərəfdarları bayram əhval- ruhiyyəsində idilər. Tomsonla birlikdə gəlmiş Biçeraxovun təyyarələri “Rusiya vətəndaşlarına!” xitablı intibahnamələr səpir, xristian əhalini Bakının “ana vətənə qovuşması” münasibətilə təbrik edirdi.

General Biçeraxov tezliklə daha da qabağa gedərək qurama “Qafqaz - Xəzər hökuməti” deyilən təşkilat yaradaraq, daşnaklarla birlikdə Tomsonu Ufadakı Kolçak hökumətinə tabe olmadığı təqdirdə Azərbaycan hökumətini buraxmağa təhrik etməyə çalışdı.

Bakı əlverişli coğrafi-strateji mövqeyinə görə ingilislərin diqqətini cəlb edirdi. İranda, xüsusən Hindistandakı mənafelərini Rusiya təcavüzündən qorumaq üçün ingilis hökuməti Bakıda və bütün Güney Qafqazda möhkəmlənənədək, Rusiyaya qarşı “ sanitar kardonu” yaratmağa çalışırdı.

General Tomsonun ilk əvvəllər Antanta üzrə müttəfiqi olan Rusiyanın 1914-cü ildəki sərhədlərinin bərpasına yardım edəcəyi haqqında bəyanatları taktiki addım idi. Bakı müttəfiqlər adından işğal edilmişdi. Buraya İngiltərədən başqa Fransa və ABŞ-ın da nümayəndələri gəlmişdilər və bəyanatlar hər üç dövlətin ümumi mövqeyini ifadə etməli idi. Fransa bu dövrdə güclü, vahid Rusiyanın bərpasına çalışırdı və burada İngiltərənin nüfuzunun artmasının əleyhinə idi.

ABŞ nümayəndəsi də bu bölgədə ingilislərin nüfuzunun artması və Bakı neftinin yalnız ingilislərin əlinə keçməsindən narazı qalmışdı.

Tomsonun bəyanatının açıq ruspərəst ruhda olmasının bir səbəbi də Azərbaycan hökumətinə təzyiq göstərmək və onun müqavimətini qırmaq cəhdi ilə bağlı idi. Digər səbəb isə Bakıda olan rus ağqvardiyaçı qüvvələrindən Tomsonun istifadə etmək niyyəti ilə bağlı idi. Tomson özünü möhkəmlədənə qədər Biçeraxovun hərbi hissələrindən və başqa qüvvələrdən istifadə etməyə ümid bəsləyirdi.

General Tomson Bakıya gələr-gəlməz Azərbaycan dövlətinin başçılarına ölkədə olan əsas millətlərin nümayəndələrindən ibarət yeni hökumət yaratmağı təklif etdi. Bu məqsədlə özü Rus Milli Şurasının rəhbərliyi ilə də görüşərək onların Azərbaycan hökumətinə 2 nümayəndə vermələrini tövsiyə etdi. Rus Milli Şurasının rəhbərliyi Azərbaycanı Rusiyanın əyaləti hesab etdiklərindən bu ölkənin təyini-müqəddərat hüququnu tanımadıqlarını söylədilər. Onlar yeni kabinetə daxil olmaqdan imtina etdilər. Bu əsasda Tomsonla Rus Milli Şurası arasında ziddiyyətlər başlandı.

Paris sülh konfransının qərarlarına uyğun olaraq ingilis hərbi hissələrinin Zaqafqaziyanı tərk edəcəyi haqqında xəbərlər artıq 1919-cu ilin may ayının əvvəllərindən etibarən gerçəkləşməyə başladı. Mayın 10-da Paris konfransı adından general Tomson Azərbaycan hökumətinə aşağıdakı məzmunda teleqram göndərdi: “Sizə bildirməliyəm ki, Britaniya qoşunları İtaliya hissələri ilə əvəz ediləcək. İtaliya zabitləri heyəti artıq Gürcüstana gəlmişdir... Bu dəyişmə yalnız hərbi xarakter daşıyır və səlahiyyətlər məsələsinə təsir etməyəcək. O, sülh konfransının qərarını heç cür qabaqlamır və konfransın qərarı hələ qabaqdadır”.

Bu teleqram Azərbaycan hökumətinin narahatlığına səbəb oldu. Xarici işlər naziri təcili Tiflisə gedərək ingilis qoşunlarının getməsini, bunun əvəzində italyanların onları əvəz etməsinin arzuolunmaz hal olduğunu bildirdi. General Tomson bu qərarın Paris sülh konfransında qəbul olduğunu göstərdi. Azərbaycan nümayəndəsinin Dağlılar respublikasının işğalını tamamlamaqda olan Denikin təhlükəsinin artdığını fikrini irəli sürməsi də təsirsiz qaldı. General Tomson bu məsələnin artıq mərkəzdə həll edildiyini və italyan hissələrinin onları əvəz edəcəyi planının dəyişməyəcəyini bir daha bildirdi.

Azərbaycan hökumətinin narahatlığını artıran səbəblərdən biri də Parisdə ağ generallarla Antanta nümayəndələri arasında yaxınlaşmanın baş verməsi “Vahid və bölünməz Rusiya” uğrunda mübarizə aparan Kolçaka Antanta dövlət başçılarının məktubu onun hökumətinin dolayı yolla tanınması demək idi. Antantanın bu addımı keçmiş çar Rusiyası ərazisində yeni yaranmış dövlətlərin rəsmi nümayəndələrinin etirazına səbəb oldu. Estoniya, Latviya, Belarusiya, Ukrayna, Qüzey Qafqaz, Gürcüstan və Azərbaycan nümayəndələrinin imzaladığı bu etiraz məktubunda yeni yaranmış dövlətlərin tam müstəqilliyinin tanınması və Rusiyadan ayrılması tələb olunurdu.

1919-cu il mayın 16-da Savoya şahzadəsinin başçılığı altında Bakıya gələn ilk İtaliya heyətini Azərbaycan hökuməti hörmətlə qarşıladı. Mayın 22-də isə polkovnik Melxior Qabbanın rəhbərlik etdiyi heyət Bakıya gəldi. Bakıya gələn İtaliya heyəti Azərbaycanda təhqiqat işlərinə başladı. Onlar sülhün və təhlükəsizliyin qorunması üçün Azərbaycana lazım olan hərbi qüvvənin miqdarını bilmək istəyirdilər. Kapitan Oldanyi İtaliya hissələrinə müvafiq hərbi qışlaqlar hazırlamaq üçün Şuşaya və Şəkiyə səfər etdi. Azərbaycan ordusunun silah və hərbi sursatla təmin edilməsinə yardım göstərəcəkləri vəd olundu.

Bakıda İtaliya heyətləri öz işlərini hələ sahmana salmamış İtaliyada hökumət dəyişikliyi baş verdi. Yeni baş nazir Françesko Nitti Qafqaz üzərində İtaliya mandatını baha başa gələ biləcək avantüra adlandırdı. Yeni İtaliya kabineti Qafqaza mandatdan və buraya hərbi hissələr göndərməkdən qəti imtina etdi. 1919-cu il iyul ayının 31-də İtaliya hərbi heyətinin Azərbaycan xarici işlər nazirinə göndərdiyi rəsmi məktubda göstərilirdi: “Britaniya qoşunlarının əvəzinə Zaqafqaziyaya İtaliya qoşunları göndərilməyəcək”. Məktubda İtaliyanın kral hökumətinin Azərbaycanla ticarət, maliyyə və sənaye sahəsində əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətində olduğu da göstərilirdi.

İtaliyanın Qafqazdan imtina etməsindən sonra Azərbaycan nümayəndəsi Ermənistan və Gürcüstan nümayəndələri ilə birlikdə yenidən sülh konfransına müraciət etməli oldu.



Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə