Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə9/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   5   6   7   8   9   10   11   12   ...   49

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
402 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.111. Timenin sınaq qürğusu.  
 
rindən  həmişə  təhrif  olunurdu.  Digər  tərəfdən  kəsmə  qüvvəsinin  
komponentlərini  ayrılıqda  təyin  etmək  mümkün  deyildi.  Ona  görə  də, 
kəsmə qüvvəsinin imkan daxilində kəsmə zonasının yaxınlığında  ölçül- 
məsinin vacibliyi getdikcə daha qabarıq şəkildə özünü göstərirdi.  


XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
 
403 
 
Qustav Zellenqer (alm. Gustav Sellenger) metalların mexaniki emalı 
zamanı yaranan kəsmə qüvvəsinin köməyi ilə pəstahın emal olunabilmə 
qabiliyyətini  tədqiq  edir.  Bunun  üçün  o,  kəsmə  qüvvəsini  kəsmə 
zonasının yaxınlığında ölçmək üçün qürğu düzəldir [2.99]. Bu qurğu iki 
tərəfli  ling  prinsipinə  əsaslanırdı  (şəkil  2.112).  Burada  kəski  bir  ox 
ətrafında  dönə  bilən  tutqacda  yerləşdirilir.  Tutqaca  c  nöqtəsində  yay 
bərkidilir. Bu yay kəsmə zamanı yaranan qüvvəni kompensasiya etməyə 
xidmət  edir.  Kəsmədən  əvvəl  tutqac  h  yükünün  köməyi  ilə  tarazlıq 
vəziyyətinə  gətirilir.  Prosesdə  qüvvə  yaranan  kimi  tutqac  l  vintinə 
toxunur.  Sonra  c  vinti  vasitəsilə  yayı  dartmaqla  tutqac  tarazlıq 
vəziyyətinə gətirilir və k göstəricisi təxminən kəsmədə yaranan qüvvəni 
göstərir  [2.99].  Zellenqer  göstərmişdir  ki,  bürünc  və  çüqünün  emalında 
kəsmə sürəti ilə kəsmə qüvvəsi arasında düz mütənasiblik mövcuddur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.112. Kəsmə qüvvəsinin ölçülməsi üçün tərtibat. 
 
Yonqarın  eninin  də  qüvvəyə  birbaşa  təsir  etməsini  və  bu  asılılığın 
proporsional  olmasını  Zellengerin  sınaqları  təsdiq  etmişdir.  Bu 
istiqamətdə  növbəti  maraqlı  sınaqlar  ingilis  alimi  Nikolson  (ingl.  
Nicholson) tərəfindən  XX  əsrin əvvəlində aparılmışdır. O, ilk dəfə ola-  


XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
404 
  
raq  kəsmə  qüvvəsinin  hər  üç  komponentini  ölçmək    üçün    sınaq  
qurğusunu  işləyir  [2.100].  Bunun  üçün  kəski,  dəzgahda  öz  oxu 
istiqamətində  yerdəyişə  və  bir-birinə  perpendikulyar  müstəvilərdə  isə 
dönə bilən vəziyyətdə bərkidilir. Alətin yerdəyişməsi qurğuda olan lingi 
içərisinə  su  doldurulmuş  təzyiq  ölçən  qaba  sıxır.  Qurğunun  prinsipial 
sxemi şəkil 2.113-də verilmişdir.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.113. Ölçmə supportu. 
 
Kəski  bu  dəzgahda  kəsmə  və  veriş  istiqamətində  yastıqlarda 
yerləşdirilmişdir.  Yastıqlar  isə  öz  növbəsində  üfiqi  yönəldicilərdə 
oturdulur.  Nikolson  başqalarından  fərqli  olaraq  sübut  etmişdir  ki,  sabit 
verişdə  kəsmə  qüvvəsinin  artması  yonqar  qatının  qalınlığından  birbaşa  
asılıdır.  Bundan  əlavə,  onun  sınaqları  mexaniki  emal  texnologiyasında, 
qüvvənin  birbaşa  ölçülməsi  istiqamətində  böyük  əhəmiyyətə  malik  idi.   
1913-cü  ildə  Berlin  ali  texniki  məktəbinin  professoru  Şlezinqer  (alm. 
Schlesinger)  daha  təkmilləşdirilmiş  ölçü  qurğusu  işləyir  [2.101]

Onun 
ölçmə sistemi Nikolsonun  istifadə  etdiyi  sxem ilə oxşar  olsa da,  daha 


XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
 
405 
 
    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.114. Şlezingerin ölçmə qürğüsü. 
 
təkmilləşdirilmiş  kompanovkaya  malik  idi  (şəkil  2.114).  Kəsmədə 
yaranan qüvvələri bir başa manometrdə görmək olurdu. Qurğu təxminən 
120  kN  qüvvəni  ölçməyə  hesablanmışdır.  Kalibrləmə  yük  qoymaqla 
aparılırdı.  Şlezingerin  qürğusu XX əsrin əvvəlində ölçmə sistemlərinin 
inkişafını stimullaşdırmışdır.  
 
 


XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
406 
 
2.7.  İstehsalın təşkilinin elmi əsaslarının yaranması 
 
 
XX
  əsrin  əvvəlində  maşınqayırmada  mexanikləşdirmənin  yeni 
mərhələsi  ABŞ-da  başlayan  və  sonralar  Avropada  da  öz  tətbiqini  tapan 
kütləvi  istehsal,  ixtisaslaşma,  normativləşdirmə,  sinifləşdirmə  və 
qarşılıqlı  əvəzolunma  ilə  xarakterizə  olunurdu.  Tikiş  maşınları, 
velosipedlər və avtomobillərin  istehsalı ilə bərabər silah, büro texnikası 
və elektrotexniki məhsulların hazırlanmasında yeni istehsal formasından 
istifadə böyük əhəmiyyət kəsb  edirdi. Kütləvi istehsalın tətbiqi əlverişli 
bazar şəraiti ilə bağlı idi.  
 
Tezkəsən  alət  poladının  ixtiraçısı  Frederik  Vinslou  Teylor  (şəkil 
2.115)  istehsalın  elmi  cəhətdən 
təşkil 
olunmasının 
yaradıcısı 
hesab  olunur.  Mexaniki  emal, 
metallurgiya  ilə  bərabər,  o, 
istehsalatda  işin  təşkil  olunması 
məsələləri  ilə  məşğul  olmuşdur 
[2.103].  İstehsalın  elmi  təşkil  
olunması  məhsuldarlığın  artırıl- 
ması ilə bərabər, sənayedə işçilər 
arasında 
“sülh” 
yaratmaq 
məqsədi  daşıyırdı.  Bunun  üçün 
Teylora  görə  kapital  və  iş 
arasında 
olan 
münasibətdə 
“mənəvi  inqilab”  baş  verməli  idi.  Bununla,  Teylor  o  dövrdə  bir  çox 
Amerika fabriklərində hökm sürən işçi narazlığına son qoymaq istəyirdi. 
Bu  dövrdə,  ABŞ-da  fəhlələrin  hüquqlarını  qoruyan  qanunlar  yox  idi. 
Axın  şəklində  ABŞ-a  gələn  immiqrantlar  müəssisələr  üçün  savadsız  və 
təcrübəsiz  işçi  kütləsi  yaratmışdır.  XX  əsrin  əvvəli  Amerika 
müəssisələrində  durum  həmkarlar  təşkilatlarının  yaranması,  əmək 
haqqının artırılması və yaxşı iş şəraitinin yaradılması ilə səciyyələnirdi.     
 
Teylor öz məqsədinə çatmaq  üçün  əmək haqqı və işçilərin ixtisasla- 
 
Şəkil 2.115. Frederik V. Teylor. 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə