XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
375
Mütəxəssilərin fikrincə, alman dəzgahqayırması əvvəllər ingilis
dəzgahlarına oxşar məmulların hazırlanması ilə məşğul idisə, 70-ci
illərin sonu o güclü Amerika texnikasının təsiri altında idi. Amerika
təsirini əsasən yüngül gövdələrin hazırlanması, uzlaşdırılmış ötürmə
sistemi, tipik hissələrin emalı üzrə ixtisaslaşma, yüksək avtomatlaşma
dərəcəsi, dəqiq alətlər, o cümlədən frezlərin tətbiqi və hələ o dövrdə
məlum olmayan alman dəqiqliyində görmək olurdu [2.7].
Sərgi bülletenində Löve firmasının universal torna, dəzgahı və
Sentker firmasının elektrik mühərriki ilə təchiz olunmuş supporta malik
torna, “
Maks Haze und Co.” firmasının universal revolver torna və
G.Kreqer firmasının revolver torna dəzgahları xüsusi ilə qeyd
olunmuşdurlar (şəkillər 2.93
−
2.95).
Bu dövrdə Sentker firması əsasən metal emal edən dəzgahların
hazırlanması ilə məşğul idi. Sərgi xəbərlərinə görə onun dəzgahları
“əla”
keyfiyyətə
malik
idilər.
Əsasən torna dəzgahlarının
konstruksiyaları, frez və üfüqi burğu dəzgahları və həmçinin lokomotiv
qazanlarının hazırlanması üçün kombinə edilmiş şaquli torna və burğu
dəzgahı böyük maraq kəsb edirdi. Alman dəzgahqayırma firmaları həm
də onunla fərqlənirdilər ki, bu dəzgahlarda dəqiq və mürəkkəb həndəsi
formaya malik hissələri bir yerləşmədə müxtəlif alətlərin tətbiqi ilə emal
etmək olurdu. Digər tərəfdən elektrik mühərriklərinin sürətlə yayılması
nəticəsində, onlardan dəzgah ötürmələrində istifadə olunması ilə alman
müəssisələri emal prosesinin məhsuldarlığını artırmağa cəhd edirdilər.
Bu baxımdan Maks Haze və Qeorq Kreger firmaları qabaqcıl idilər.
Haze firmasının dəzgahları daxildə və xaricdə armatur, silah və
patronların istehsalı ilə məşğul olan müəssisələrə göndərilirdi [2.72,
2.73]. Kreger firmasının məhsulları presizion burğu, frez, yonma və
xüsusi dəzgahları əhatə edirdi.
1900-cü ildə Parisdə keçirilən sərgidə alman dəzgahlarına
Çikaqodakından artıq maraq göstərilmişdir. Sərgidə iştirak edən Fransa,
Belçika, Böyük Britaniya, Avstriya, Rusiya, İsveç dövlətləri arasında
Amerika və Almaniya daha güclü çıxış etmişdilər. Parisdə ilk
dəfə ola-