Xülasə Məqalədə aqrobiznes sferasında bazar infrastrukturunun xüsusiyyətləri, habelə kənd


Kənd təsərrüfatının iqtisadiyyatı



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix11.03.2023
ölçüsü0,76 Mb.
#102333
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   11
Aqrobiznes sferasında bazar infrastrukturunun inkişaf amilləri

Kənd təsərrüfatının iqtisadiyyatı

2020, № 3 (33) Agricultural Economics 
 
 
 
 
73 
təsərrüfatı və ərzaq məhsulları üzrə bazar infrastrukturunun inkişafı tədbirləri ixraca da stimullaşdırıcı 
təsir göstərəcəkdir. Eyni zamanda, ənənəvi ixrac bazarlarına daha geniş miqyasda daxil olmaqla 
yanaşı xüsusilə də yeni ixrac bazarlarına çıxış imkanlarının yaradılmasına, regionlarda kənd 
təsərrüfatı məhsullarının yeni topdansatış və logistika mərkəzlərinin yaradılmasına, paytaxtda və 
digər iri şəhərlərdə kənd təsərrüfatı məhsullarının müasir tələblərə uyğun pərakəndə satış 
şəbəkələrinin genişləndirilməsinə, kənd təsərrüfatı istehsalçılarının daxili və xarici bazarlara çıxışının 
yaxşılaşdırılması baxımından yükdaşıma xidmətlərinin inkişafına, o cümlədən istehsalçılar üçün 
əlverişli şərtlərin təmin edilməsi baxımından bu xidmətlərin tənzimlənməsi sisteminin 
təkmilləşdirilməsinə ehtiyac vardır [2]. 
Kənd təsərrüfatının inkişafı və bazar infrastrukturuna tələblər 
Son illər Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi yüksək templə artır. 
Bununla da əhalinin ərzaq təhlükəsizliyi problemi demək olar ki, həllini tapıb. Hazırda ölkə 
vətəndaşlarının ərzaq və qidaya olan tələbatının əksər hissəsi yerli istehsal hesabına ödənilir. 
2019-cu ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi əvvəlki ilin müvafiq dövrü ilə 
müqayisədə 7.2% çoxalıb 
(Diaqram 1.)

Diaqram 1. Kənd təsərrüfatı məhsullarının fiziki həcm indeksi, müqayisəli qiymətlərlə [4] 
 
Mənbə:
 Dövlət Statistika Komitəsi 
Kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 7.8 milyard 
manat təşkil edib ki, bunun da 52.1 faizi (4.1 milyard manat) heyvandarlıq sahəsinin, 47.9 faizi (3.8 
milyard manat) bitkiçilik sahəsinin payına düşüb. 2018-ci ilə nisbətən 2019-cu ildə kənd təsərrüfatı, 
meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5.7 faiz təşkil edib [4]. 
2019-cu il ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə kartof istehsalı 1004.2 min ton 
(11.7%), taxıl istehsalı (qarğıdalı da daxil olmaqla) 3538.5 min ton (6.9%), tərəvəz istehsalı 1714,7 
min ton (12.7%), meyvə və giləmeyvə istehsalı 1099.7 min ton (8.8%), bostan məhsulları 
7,2
11,7
3,5
4,6
6,8
2,7
Ümumi kənd təsərrüfatı
Bitkiçilik
Heyvandarlıq
2019 yanvar-dekabr
2018 yanvar-dekabr



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə