Bank nəzarəTİ VƏ TƏNZİMLƏNMƏSİ Tədqiqatlar və İnkişaf Mərkəzi Anar Xəlilov Bakı 2011 Azərbaycan Respublikasının



Yüklə 301,78 Kb.
Pdf görüntüsü
tarix20.09.2018
ölçüsü301,78 Kb.
#69973


BANK NƏZARƏTİ VƏ TƏNZİMLƏNMƏSİ

Tədqiqatlar və İnkişaf Mərkəzi

Anar Xəlilov

Bakı - 2011

Azərbaycan Respublikasının 

Mərkəzi Bankı


Mündəricat

1. Bank nəzarətinin həyata keçirilməsi

2. Bank fəaliyətinə xas olan risklər: kredit riski

3. Bank fəaliyətinə xas olan risklər: əməliyyat, likvidlik və bazar riskləri




Bank nəzarətinin həyata keçirilməsi

Bankların tənzimlənməsi özündə aşağıdakıları əks etdirir:

Yeni banklara lisenziyaların verilməsi;



Daxili və xarici nəzarət;

Qanunvericiliyə, normativ xarakterli aktlara, maliyyə sahəsində səmərəli 



idarəetməyə riayət olunması;

Zəruriyyət olduqda maliyyə institutlarının ləğv edilməsi və s.




Bank nəzarətinin məqsədi:

Fərdi maliyyə institutlarının düzgün tənzimlənməsi maliyyə sisteminin sabitliyinin 



təmin edilməsinə şərait yaradır.

Əmanətçilərin itkilərdən qorunması.



Pulların yuyulmasının qarşısının alınması.

Ödəniş sistemlərinin fəaliyyətinin təmin edilməsi və s.



Bank nəzarətinin həyata keçirilməsi


Bank fəaliyyətinin tənzimlənməsi üzrə daxili nəzarət:

Bankların fəaliyyətlərinin yaxşılaşdırılması üçün təkliflərin hazırlaması;



Həyata keçirilən yoxlamaların nəticələrinin müzakirə edilməsi;

Bankların fəaliyyətlərinin bank və valyuta qanunvericiliyinə və normativ xarakterli



aktlarına riayət olunmasının qiymətləndirilməsi;

Risklərin idarə edilməsinin, daxili nəzarət sisteminin səmərəliliyinin, 



qiymətləndirilməsi;

Bankın maliyyə vəziyyətinin və fəaliyyətinin perspektivlərinin qiymətləndirilməsi;



Müntəzəm olaraq rəhbər işçilərlə görüşlərin keçirilməsi.



Bank nəzarətinin həyata keçirilməsi


Bank fəaliyyətinin tənzimlənməsi üzrə xarici nəzarət:

Təqdim edilmiş hesabatlar  əsasında qanunvericilik aktlarına riayət edilməsini 



nəzarət altında saxlanması;

Riskləri təhlil etmək məqsədilə bankların fəaliyyətini xarici nəzarətin həyata 



keçirilməsi;

Bankların fəaliyyəti və maliyyə durumu haqqında maliyyə təhlillərini həyata



keçirilməsi;

Müvafiq metodoloji və normativ sənədlərin hazırlanması;



Şübhə doğuran əməliyyatların dəqiqləşdirilməsi məcburi göstərişlərin yerinə 

yetirilməsinə nəzarət edilməsi.

Bank nəzarətinin həyata keçirilməsi



Bank nəzarəti  aşağıdakıları təmin edir: 

Banklar tərəfindən risklərin idarəedilməsini



Öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə likvidliyin adekvat səviyyədə olmasını

İtkilər baş verdiyi halda banklarin maliyyə dayanıqlığının qiymətləndirilməsi  və s.



Bank nəzarətinin həyata keçirilməsi


Bank nəzarəti üzrə Basel Komitəsi 1974 ildə təsis edilmişdir.

Basel Komitəsi əsas məqsədlərdən biri banklar və bank nəzarəti orqanları üçün 

metodiki tövsiyələr hazırlayır.

Basel I Sazişi 1988-ci ildə nəşr edilmişdir. Bu sazişin əsas məqsədi banklarda kredit 

risklərini nəzərə alaraq kapitalın hesablanması dair metodologiyanın hazırlanmasıdır.  

2004-cü ildə Basel II Sazişi hazırlanmışdır. Bu sazişdə minimum kapitala dair tələblər 

təkmilləşdirilmiş, daxili nəzarət prinsipləri və maliyyə vəziyyəti haqqında 

məlumatların açıqlanması əks olunmuşdur. 



Bank nəzarətinin həyata keçirilməsi


Bank nəzarətinin gücləndirilməsinin əsas səbəbləri:

maliyyə bazarlarının qloballaşması;



maliyyə alətlərində innovasiyalar və bank risklərinin ötürülməsi imkanlarının 

artması;

yüksək rəqabət şəraitində gəlir əldə etmək üçün banklar tərəfindən riskli 



əməliyyatlar həyata keçirilməsi və s.

Bank nəzarətinin həyata keçirilməsi


Risklərin idarəedilməsi prosesi:

Risklərin müəyyənləşdirilməsi;

Risklərin ölçülməsi;

Risklərin yumşaldılması və nəzarət həyata keçirilməsi;

Monitorinq və hesabatlıq.

Bank nəzarətinin həyata keçirilməsi


Kredit riski

Kredit riski – borcalanın bank qarşısında öhdəliyinin vaxtında tam və ya qismən icra 

olunmaması nəticəsində xərclərin (zərərin) yaranması riskidir.




Kredit riski

Kreditin verilməsi mərhələləri:

Kredit imkanlarının müəyyən edilməsi – yeni imkanların axtarışı və 

borcalanlarla ilkin əlaqənin yaradılması;



Kreditin qiymətləndirilməsi – biznes, maliyyə və struktur risklərinə dair 

məlumatın toplanılması və kredit üzrə mütəxəsisə təqdim edilməsi;



Kredit verilməsinə dair qərarın çıxarılması; 

Kredit sazişinin imzalanması – kredttin verilməsinə müsbət rəy 

verildikdən sonra kredit sazişin imzalanması;



Kredit monitorinqi.  


Kredit riski

Kreditin təhlili prosesi:

1. “5C” prinsipi

2. Borcalana təsir edən amilər:

Biznes riskləri 

Maliyyə riskləri

Struktur riskləri




Kredit riski

Kreditin təhlili prosesi: “5C”

Şəxsiyyət (Character) - şirkət rəhbərliyinin sənayədə və işgüzar dairələrdə nüfuzu. 

Şirkət rəhbərliyinin işçilərlə və müştərilərlə münasibəti;



Kapital (Capital)– kapitalın maliyyələşmə strukturu təhlil olunur 

(cəlb olunmuş və öz vəsaitlərin xüsusi çəkiləri);



Şərait (Conditions)– şirkətin fəaliyyət göstərdiyi ölkənin və 

sənayənin iqtisadi durumu;



Bacarıq (Capacity)– öhdəlikləri yetirmək üçün kifayət 

qədər vəsaitlərin mövcudluğu;



Girov (Collateral) - borc ödənilmədiyi halda təminatın mövcudluğu.


Kredit riski

Kreditin təhlili prosesi: 

Borcalaa təsir edən amilər - biznes riskləri, maliyyə riskləri, struktur riskləri

Biznes riskləri:

− Makro-iqtisadi təhlil – PEST (Political, Economic, Social, Technological  factors)

• Siyasi amillər – dövlətin iqtisadiyyata təsirini (siyasi sabitlik, 

vergi siyyasəti, ticarət məhdudiyyətlər, təhsil, hüquq və s.)

• İqtisadi amillər – iqtisadi artım inflyasiya faiz dərəcələri və digər makroiqtisadi 

göstəricilərin təhlili nəzərdə tutulur

• Sosial amillər – əhalinin artım tempi, yaş üzrə paylanma, adət - ənənə və s.

• Texnoloji amillər – innovasiya, tədqiqat, avtomatlaşdıırma və s. 

− Mikro-iqtisadi təhlil – Porterin 5 təzyiqi  (Porter’s 5 forces)

Rəqabət səviyyəsində gərginlik, məhsul və xidmətlərin əvəz edilməsi, 

alıcının bazara təsiri, tədarükçünün bazara təsiri, sənayənin rentabelliyi

− İdarəetmənin səviyyəsi - “4 S” - Strategiya, Qabiliyyət, Sistemlər, Struktur 



(Strategy, Skills, Systems, Structure) -Karyera və təhsil, təşkilatı struktur, daxili audit. 


Kredit riski

Kreditin təhlili prosesi (davamı): 

Maliyyə riskləri:

− Maiyyə təhlili maliyyə hesabatların kəmiyyət və keyfiyyət təhlili

− İdarəetmənin səviyyəsi

− Borcalanın xüsusiyyətləri 



Struktur riskləri:

− Borcun xüsusiyyətləri – müddət, təminat, şərtlər, ödənişlər və s.




Kredit risklərin təhlili:

Təmərküzləşmə (sahələr, region, borcalan və s.)

İzafi artım

Təminatdan asılılıq

Kredit prosedurlarında zəiflik və s.

Kredit riski



Kredit portfelin keyfiyyəti:

Vaxtı keçmiş kreditlər / cəmi kreditlər

Vaxtı keçmiş kreditlər  / kapital

Kreditlər üzrə ehtiyyatlar / cəmi kreditlər

Kreditlər üzrə ehtiyyatlar / vaxtı keçmiş kreditlər

Kredit riski



Əməliyyat riskləri

Əməliyyat riskləri - qeyri-müvafiq daxili proseslər, sistemlər, insan səhvi və ya kənar 

hadisələrdən yaranan itkiləri əks edir

Əməliyyat riski hadisələri:

Daxili proseslərlə bağlı risklər



İnsan riskləri

Hüquqi risklər



Kənar risklər

Sistem risklər




Bank proseslərində və ya proseduralarında nasazlıqla bağlı risklərə daxili proses riski

deyilir.


Əqdləşmədə xətalar

Hasabatlıq



Nəzarətin olmaması

Marketinq səhvləri



Çirkli pulların yuyulması



Əməliyyat riskləri


Bank işçisi ilə bağlı olan risklərə insan riski deyilir

İşçi heyəti axınının yüksək olması



Daxili fırıldaqçılıq

İdarəetmə praktikasının aşağı səviyyədə olması



İşçi heyətin pis təlimlənməsi

Aparıcı işçi heyətdən həddindən artıq asılılıq



Əməliyyat riskləri


Məhkəmə işi və ya müqavilələrin, qanunların və ya normativ

aktların tətbiqi nəticəsində yaranan qeyri-müəyyənliklə

bağlı risklərə hüquqi risklər deyilir.

Əməliyyat riskləri



Bankın nəzarətində olmayan hadisələrin baş verməsi kənar risklər deyilir.

Təbii fəlakət



Oğurluq 


Terror hadisələri

Nəqliyyat sistemində fasilələr



Əməliyyat riskləri


Texnologiyalar və sistemlərdən istifadə ilə bağlı risklərə sistemdəki risklər 

deyilir.


Məlumatın pozulması/oğurlanması

Proqramlaşdırmada xətalar



Naməlum texnologiyalardan asılılıq

Xidmətin kəsilməsi



Sistemdə təhlükəsizlik məsələləri (məsələn, kompüter virusları, xakerlik)



Əməliyyat riskləri


Banklar əməliyyat risklərinin idarə edilməsində yüksək tezlik/aşağı təsir və aşağı

tezlik/yüksək təsir riskləri qiymətləndirilir.

Tezlik – hadisə baş vermə tezliyi

Təsir –yaranan itki məbləği



Əməliyyat riskləri


Likvidlik riski

Likvidlik – bankın öz öhdəliklərini yerinə yetirmək və aktivlərin planlaşdırılmış 

artımını maliyyələşdirmək qabiliyyətidir.



Likvidlik riski – planlaşdırılmış və gözlənilməyən öhdəliklərin vaxtında və effektiv 

yerinə yetirilə bilməməsi, əlavə likvid vəsaitin əldə edilməsi, həmçinin bankın 

aktivlərinin minimal zərərlə dərhal satılması üzrə imkanların azalması riskidir. 



Likvidliyin idarə olunması prosesi

1. Kredit portfelinin keyfiyyətinin monitorinqi;

2. Təminat qismində istifadə oluna bilən aktivlərin monitorinqi

3. Likvidliyin adekvat səviyyədə saxlanması məqsədilə satıla bilən əsas və digər qeyri-likvid 

vəsaitlərin monitorinqi. 

4. Öhdəliyin mənbələri üzrə cəmləşmənin monitorinqi

5. Likvidlik “qəp”lərinin bankdaxili təhlili. 

6. Limitlərin müəyyən edilməsi. 

Likvidlik riski


Likvidliyin idarə olunması prosesi (davamı)

7. Likvidlik əmsallarının təhlili:

Likvid aktivlərin ümumi aktivlərin məbləğinə olan nisbəti

Cari aktivlərin cari öhdəliklərə olan nisbəti. 

Cari öhdəliklərin aktivlərin ümumi məbləğinə olan nisbəti. Bu əmsal aktivlərin 

qısamüddətli öhdəliklərlə maliyyələşdirilməsi səviyyəsini ölçür. 

Cari öhdəliklərin ümumi öhdəliklərin məbləğinə olan nisbəti. Bu əmsal ilk problemlər 

yarandıqda bankı tərk edə biləcək vəsaitləri qiymətləndirir. 

Yerli maliyyə bazarlarından cəlb olunmuş vəsaitlərin cəminin xarici bazarlardan cəlb 

olunmuş vəsaitlərin cəminə olan nisbəti. Bu əmsal bankın yerli və xarici bazarlardan 

cəlb edilmiş vəsaitlərinin cəmləşməsinin tənzimlənməsi üçün nəzərdə tutulur.



Likvidlik riski


Likvidliyin idarə olunması prosesi (davamı)

8. Erkən xəbərdarlıq sistemi:

Aktiv və öhdəliklərin növləri üzrə cəmləşmənin artımı;

Likvidlik “qəp”lərinin artımı;

Öhdəliklər üzrə ödənişlərin orta ölçülmüş müddətinin azalması; 

Müəyyən edilmiş limitlərdə mütəmadi müşahidə olunan yaxınlaşma, daxili və 

prudensial limitlərin pozulması;

Bank tərəfindən vəsaitlərin cəlb olunması ilə bağlı xərclərin artması; 

Banka açılmış kredit xətlərinin bağlanması;

Depozitlərin geri çağırılması;

Uzunmüddətli vəsaitlərin cəlb edilməsində çətinliklər;

Banka mənfi təsir göstərə bilən ictimai məlumat;

Reytinq agentlikləri tərəfindən verilmiş reytinqlərin aşağı düşməsi.



Likvidlik riski


Likvidliyin idarə olunması prosesi (davamı)

9. Likvidlik vəziyyətinin stress-testini həyata keçirməlidir.



10. Cəlb olunmuş vəsaitlərin mənbələrinin diversifikasiyası:

Əmanətçilərin/kreditorların (fiziki və hüquqi şəxslər, Mərkəzi Bank, digər dövlət 

təşkilatları, banklar və digər maliyyə institutları və s.) müxtəlif növləri üzrə; 

depozitlərin müxtəlif növləri üzrə; və s.



11. Likvidliyin təmin edilməsi üzrə fövqəladə hallar planı:

Bankın əlavə vəsaitlər, o cümlədən əlavə kapital cəlb etməsi mənbələri və imkanları 

(prudensial normativ və bankdaxili limitlərə riayət edilməsi və digər tələblərin yerinə 

yetirilməsi nəzərə alınmaqla).



Likvidlik riski


Bazar riski

Bazar riskləri:

Faiz dərəcələrinin dəyişməsi riski – faiz dərəcəsinin dəyişilməsi nəticəsində 



yaranan zərər riskidir;

Xarici valyuta üzrə risklər - xarici valyuta məzənnələrindəki dəyişikliklər 



səbəbindən yaranan zərər riskidir ;

Səhmlərin qiymətlərinin dəyişməsi riski;



Əmtəə riski - əmtəə-mal qiymətlərindəki dəyişikliklərə görə yaranan zərər 

riskidir.

Faiz dərəcələrinin dəyişməsi riski – faizə həssas aktivlər və faizə həssas 

öhdəliklər arasında fərqin artması və faiz dərəcələrinin dəyişməsi nəticəsində 

mənfəətə təsiri.

Xarici valyuta üzrə risklər - xarici valyutanın rəsmi məzənnəsinin dəyişməsinin 

xalis açıq valyuta mövqeyinə və mənfəətə təsiri.




Bazar riski

Xarici valyutanın rəsmi məzənnəsinin dəyişməsi riskləri:

Xairici Valyutada Aktivlər – Xarici Valyutada Öhdəliklər = GƏP (valyuta)

 valyuta məzənnəsinin dəyişməsi x  GƏP = Mənfəət və Zərər



%  x  GƏP =  Xalis faiz gəliri

Bazar riski

Faiz dərəcələrinin dəyişməsi riski:

Faizə həssas aktivlər – Faizə həssas öhdəliklər = GƏP (%)




Mikroprudensial göstəricilər

Kapital adekvatlığı

Kapital adekvatlığı nisbəti



Aktivlərin keyfiyyəti

Kreditlərin sahəvi təmərküzləşməsi 



Xarici valyutada verilmiş kreditlər 

Qeyri-işlək kreditlər və ehtiyyatlanma 



Əlaqəli kreditlər



Leverec göstəricisi

Öhdəliklər / kapitala nisbəti



Rentabellik

Aktivlərin rentabelliyi



Kapitalın rentabelliyi

Gəlir və xərc nisbətləri



Struktur mənfəətlik göstəriciləri



Likvidlik

Mərkəzi bankın maliyyə institutlarına verilmiş 



kreditləri

Likvid aktivlərin cəmi aktivlərə nisbəti



Likvid aktivlərin qısamüddətli öhdəliklərə 

nisbətə



Təkrar bazarın likvidliyi



Kredtlərin depozitlərə nisbəti

Pul bazarın seqmentasiya indikatorları



Bazar risklərinə həssaslıq

Məzənnə riski



Faiz dərəcəsi riski

Səhm qiymətlərinin dəyişməsi riski 



Əmtəə qiymətlərinin dəyişməsi riski 



Açıq valyuta mövqeyin kapitala nisbəti 




Təşəkkür edirik!

Yüklə 301,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə