Xülasə Məqalədə aqrobiznes sferasında bazar infrastrukturunun xüsusiyyətləri, habelə kənd


Kənd təsərrüfatının iqtisadiyyatı



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix11.03.2023
ölçüsü0,76 Mb.
#102333
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   11
Aqrobiznes sferasında bazar infrastrukturunun inkişaf amilləri

Kənd təsərrüfatının iqtisadiyyatı

2020, № 3 (33) Agricultural Economics 
 
 
72 
Bu cəhətdən yanaşdıqda göstərmək olar ki, hələlik ölkəmizdə bazar infrastrukturunun səmərəli 
fəaliyyət göstərən sistem kimi formalaşdırılması tam təmin edilməmişdir. İnfrastruktur sferasında 
intensiv texnologiyaların tətbiqi miqyasları və xidmətlərin keyfiyyəti zəruri tələblər səviyyəsində 
deyildir. Bazar infrastrukturu sferasında mövcud olan struktur problemlərinin həllinə ehtiyac vardır. 
Eyni zamanda, bazar infrastrukturunun formalaşdırılması və fəaliyyətinin iqtisadi, təşkilati və 
institusional mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı məsələlərin həlli başa çatdırılmalıdır. 
Məqalədə aqrobiznes sistemində bazar infrastrukturunun xüsusiyyətlərinin açıqlanması, 
ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı bazar infrastrukturuna qoyulan tələblər və bu sahədə 
reallaşdırılan tədbirlərin dəyərləndirilməsi məqsədi qarşıya qoyulmuşdur. 
Aqrobiznes sferasında bazar infrastrukturunun xüsusiyyətləri 
Bazar infrastrukturu məhsul və xidmətlərin istehsalçılardan istehlakçılara çatdırılmasına xidmət 
edən, alğı-satqı əməliyyatlarını, onun fəaliyyətini təmin edən sahələrin, xidmətlərin, təşkilatların, 
müəssisələrin məcmusu kimi çıxış edir. Bazar infrastrukturlarına birjalar, onların vasitəçiləri, 
hərraclar, yarmarkalar, məsləhət-informasiya qurumları, ticarət palataları, lizinq firmaları, kredit 
təşkilatları, kommersiya bankları, audit şirkətləri və s. daxildir.
Müasir dövrdə inkişafetmiş bazar infrastrukturunun mövcudluğu aqrar istehsalın 
genişləndirilməsi, habelə kənd təsərrüfatı istehsalının və ərzaq bazarının dövlət tənzimlənməsi 
tədbirlərinin səmərəli təşkili baxımından mühüm əhəmiyyətə malikdir. Aqrar sahədə bazar 
infrastrukturu həm kənd təsərrüfatı istehsalının inkişafının maddi bazasının formalaşdırılması 
məsələlərinin həllinə bilavasitə təsir edən amil, həm də istehsal olunmuş kənd təsərrüfatı 
məhsullarının istehlakçılara əlverişli qaydada çatdırılmasının təminatçısı kimi çıxış edir. Bununla 
əlaqədar bazar infrastrukturunun formalaşdırılması və ardıcıl surətdə təkmilləşdirilməsi bütövlükdə 
aqrar sahənin inkişaf etdirilməsinin mühüm məsələləri sırasında dayanır 
[
5, 9, 10
]

Kənd təsərrüfatının istehsal vasitələri ilə təminatında yaranmış problemin həlli məqsədilə 
dövlət kənd təsərrüfatı texnikasının, mineral gübrələrin, ziyanvericilərə qarşı mübarizə vasitələrinin 
alınması üçün büdcədən vəsait ayırmaqla yanaşı, həm də onların aqrar istehsalçılara çatdırılmasına 
xidmət edən infrastrukturun formalaşdırılması ilə bağlı tədbirlər həyata keçirmişdir. Eyni zamanda, 
dövlət tərəfindən kənd təsərrüfatı məhsullarının reallaşdırılmasına xidmət edən infrastruktur 
obyektləri şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi tədbirlərinin güzəştli şərtlərlə 
maliyyələşdirilməsinə böyük həcmli vəsaitlər ayrılmışdır. Aqrar sektorda bazar infrastrukturunun 
inkişafı sahəsində həyata keçirilən tədbirlər kənd təsərrüfatının texniki təminatının 
yaxşılaşdırılmasına, habelə aqrar sahədə istehsal edilən kənd təsərrüfatı məhsullarının itkilərinin 
azaldılması və keyfiyyəti saxlanılmaqla istehlakçılara çatdırılmasına şərait yaradır. 
Ölkəmizdə əsaslı islahatların uğurla həyata keçirilməsi bu istiqamətdə irəliləyişlərə yol 
açmışdır. Dövlətin güclü maliyyə və təşkilati köməyi ilə müəyyən istiqamətlər üzrə infrastrukturun 
dirçəldilməsi təmin edilərək bu sahədə yeni obyektlərin şəbəkələri təşəkkül tapmağa başlamışdır. 
Kənd təsərrüfatı və ərzaq məhsulları istehsalçılarının ixrac bazarlarına çıxış imkanlarının 
genişləndirilməsi üçün geniş əhatəli tədbirlərin görülməsi də Azərbaycan Respublikasında kənd 
təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi çərçivəsində müəyyən 
edilmiş prioritet istiqamətlərdən biridir. İlk növbədə ixrac imkanlarının genişləndirilməsi baxımından 
zəruri şərtlərdən biri məhz bazar infrastrukturunun inkişafı ilə bağlıdır ki, bu baxımdan ölkədə kənd 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə