XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə11/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   7   8   9   10   11   12   13   14   ...   99

39
Onun səmavi mənşəyini, göylər oğlu olduğunu vurğulayır: 
“O bir Tanrı elçisi, O bir Göy adamıydı. Hava kimi, su kimi, Hələ 
yaşamalıydı.”  Müqəddəs  kitabların  da  ifadə  etdiyi  kimi,  yer 
üzünün  problemlərini  adi  adamlar,  yəni  yer  adamları  həll 
etməkdə acizdir. Dünya ilahi fərmanlar və təyinatlarla idarə 
olunursa, demək, insanlara sülh və dinclik, ədalət və səadət 
bəxş edənlər də göylərlə bağlı olmalıdır. Həm də o insanlar 
təkcə bir etnosun və ya xalqın deyil, ümumən, bəni adamın 
və bəşəriyyətin taleyində silinməz iz qoyurlar: “O insan azad-
lığı,  Sülhün  əlifbasıydı.  O  bir  millətin  deyil,  Bəşərin  dühasıydı.” 
Azərbaycanın  müasir  tarixinin  ən  dəhşətli  mərhələlərindən 
biri məhz o dahinin müdrik və uzaqgörən siyasəti nəticəsində 
sovuşdu, Vətənimiz məhv olmaq təhlükəsindən qurtula bil-
di. Azərbaycanın  düşmənləri  öz  məqsəd  və  arzularına  çata 
bilmədilər: “O, Ali Baş Komandan Həm də bir əsgər idi. Siyasət 
meydanında Alınmaz səngər idi.”
Bəli, ümummilli liderimizin müqayisəedilməz tarixi missi-
yasını  və  xidmətlərini  yaxın  və  uzaq  Azərbaycan  tarixinin 
son dərəcə az və nadir tarixi şəxsiyyətləri ilə müqayisə etmək 
olar. Və onların heç biri amansız və çoxsaylı düşmənə qar-
şı mü barizədə Vətənin azadlığını və müstəqilliyini qoruyub 
sax laya bilməmişlər. Nə ərəb xilafətinə qarşı döyüşən misil-
siz sərkərdə Babək, nə monqol ordularına qarşı müqavimət 
göstə rən Azərbaycan şahları, nə Rusiya işğalına qarşı müxtəlif 
səviyyələrdə mübarizə aparan Azərbaycan xanlıqları və xan-
ları öz məqsədlərinə çata bilmişlər. XX yüzil Azərbaycan ta-
rixinin  böyük  və  əvəzedilməz  siyasi  liderləri  N.Nərimanov 
və  M.Ə.Rəsulzadə  Vətənimizin  milli  suverenliyi  və  müstə-
qilliyini  azğın  düşməndən  qoruya  bilmədilər.  Ümummilli 
liderin müqayisəedilməzliyi və məğlubedilməzliyi məhz bu 
kontekstdə  daha  parlaq  şəkildə  nəzərə  çarpmaqdadır.  Şair 
Yeni Azərbaycan dahisinin böyüklüyünü milli-tarixi zəmində 
təhlil və tərənnüm edir: “Heydər özü bir əsr Əsrlər ona möhtac. 
Heydərsiz çox əsrlər Qalacaqdır beyni ac.”
Azərbaycanı  böyük  bəlalardan,  xalqımızı  isə  misilsiz 
faciə lərdən xilas edən Vətən oğlunun fövqəlzamanlığını kəşf 


40
edərək  müəllif  haqlı  olaraq  nikbin  bir  nəticəyə  gəlir.  Əgər 
Azərbaycan  dəhşətli  düşmən  mühasirəsində  yaşamağı  və 
qalib  gəlməyi  bacarmışsa,  Heydər  Əliyev  kimi  bir  xilaskarı 
yetiribdirsə,  onun  əbədiyyət  yolunu  heç  kim  kəsə  bilməz: 
“O Sahibi zamanmış, Sən demə, bilmədik biz. İndi onun yoxluğun 
Ovudammır qəlbimiz Heydər kimi bir düha Yetiribdirsə bu xalq, Bu 
xalqa ölüm yoxdur – Əbədi yaşayacaq!!!”
Bir  sənətkar  kimi  Xanəli  Kərimlinin  özünəməxsusluğu 
ondadır  ki,  Ulu  Öndərin  vəfatına  həsr  etdiyi  şeiri  böyük 
Vətən  xilaskarının  qalibiyyət  və  əbədiyyət  dastanına  çevirə 
bilib.  Zatən,  vətəndaşlıq  lirikasının  əsas  məqsədi  və  missi-
yası da bundan ibarətdir; poeziya Vətən tarixinin ən yüksək 
və işıqlı, ən mübariz və yenilməz, milli qürur və iftixar duy-
ğularını  dərinləşdirən  anlarını  daha  da  böyüdür  və  sənətin 
əbədiyaşar səhifələrinə çevirir. “Payız duyğuları” kitabı mü-
asir Azərbaycan  şeirində  nəzərdən  keçirdiyimiz  poetik  ten-
densiyaların, müxtəlif maneələrə baxmayaraq, daha da geniş 
vüsət aldığını nümayiş etdirməkdədir. 
 
 “Azad Azərbaycan” qəzeti, 
 4 may, 2016.
 
 
 


41
Yaşar Qasımbəyli,
filologiya elmləri doktoru 
VƏTƏNDAŞLIQ ŞEİRİYYƏTİ
“Xanəli Kərimli yeni dövr Azərbaycan şeirində 
vətəndaşlıq lirirkasının əsas yaradıcılarından biridir”.
 Akademik İsa Həbibbəyli
Xanəli  Kərimli  poeziyasını  dəyərləndirib,  təhlil  edərkən 
bü tünlükdə  ötən  yüzilin  şeir  sənətini  nəzərdən  keçirmək 
zərurəti doğulur. Onun lirikasının doğuluşunu və mənşəyini 
göz  önünə  gətirmək,  onun  hansı  qaynaqlardan  və  irmaq-
lardan  qidalandığını  təsəvvür  etmək  üçün  biz  əsrin  ədəbi 
gedişatını qısaca da olsa ardıcıllıqla izləməliyik. Bu nöqteyi-
nəzərdən  yanaşarkən,  XX  yüzil  Azərbaycan  poeziyasında 
Vətən və vətəndaşlıq mövzusundakı şeirlər əsas bədii-fəlsəfi 
təmayüllərdən biri kimi diqqəti cəlb edir. Bu ədəbi təmayülün 
əsrin başlanğıcındakı Mirzə Ələk bər Sabir, Məhəmməd Hadi, 
Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq və başqaları kimi 
nəhəng korifeyləri əbədiyaşar poetik örnəklərini bizə yadigar 
qoyub getmişlər. Xüsusən, “mollanəsrəddinçi” sənətkarların 
yaradıcılığı  milli-bədii  təfək kürün  bu  yöndə  inkişafına  mi-
siliz  təsir  göstərib.  Oktyabr  çevri lişinə  qədər  Azərbaycan 
ədəbiyyatında vətəndaşlıq poeziyasının və nəsrinin son dərə-
cə qiymətli təcrübəsi və mərhələsi formalaşıb. Amma sovet 
dövründə  milli  ədəbiyyatımızın  poetikası  və  tematikasında 
köklü  dəyişikliklər  baş  verdiyi  kimi,  bu  sahədə  də  mühüm 
keyfiyyət dəyişikliklərini müşahidə edirik. Oktyabr inqilabı, 
kommunistlər partiyası, Lenin, Stalin və sovet cəmiyyətinin 
bir çox başqa rəmzləri, atribut və sənədləri haqqında onlar-
la,  yüzlərlə  konyuktr  əsərlər  yaradılmasına  baxmayaraq, 
ümumən, sovet dövrü poeiziyasında da vətəndaşlıq şeirinin 
bir sıra gözəl və qiymətli nümunələri yaradılmışdı. Xüsusən, 
Mikayıl  Müşfiq,  Süleyman  Rüstəm,  Səməd  Vurğun,  Rəsul 
Rza, Osman Sarıvəlli, Əhməd Cəmil, Mirvarid Dilbazi, Balaş 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə