Yusif Aslanov
14
şeirlərə isə “Məsud və Şəfiqə”, “İlk bahar”, “Hərb və fəlakət”, “Qız
m
əktəbində”, “Məzlumlar üçün”, “Bir xatirə”, “Qadın” və s.
əsərləri daxildir.
Qeyd etdiyimiz kimi, H.Cavid
ədəbiyyat tarxində və teatr
al
əmində novator, yenilikçi sənətkar kimi tanınır, dünya xalqları
t
ərəfindən sevilə-sevilə oxunur, insanların mənəviyyatını
z
ənginləşdirən, onlara zövq verən əsərləri yüksək qiymətləndirilir.
M
əşhur Ukrayna alimi astronom Nikolay Çernıx H.Cavid sənətinin
böyüklüyünü d
ərk edib ona hörmət
və ehtiram göstərərək kəşf
etdiyi bir planet
ə “Cavid” planeti adını vermişdir. Marsla Yupiter
arasında yerləşən bu planetin nömrəsi: 6262-dir. Dahi öndərimiz,
əvəzedilməz liderimiz H.Əliyevin müdrik bir fikri H.Cavid
yaradıcılığına verilmiş fəlsəfi qiymətdir: “Onun bütün yaradıcılığı
Az
ərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır”.
Ədəbiyyat
1.
H.Əliyev. “Azərbaycan” qəzeti, 1 noyabr 1996.
2.
“Az
ərbaycan” qəzeti, 27 iyul 1997.
3.
Cavid H. Seçilmiş əsərləri. 4 cilddə. I cild. B., 1982.
4.
Cavid H. M
ənim tanrım gözəllikdir. B., 1995.
5.
C
əfərov M. Hüseyn Cavid. B., 1960.
6.
C
əfərov M. Seçilmiş əsərləri. 2-ci cild. B., 1974.
7.
Əlioğlu M. H.Cavidin romantizmi. B., 1975.
8.
Əlioğlu M.Məhəbbət və qəhrəmanlıq. B., 1979.
9.
Vahabzad
ə B. Dərin qatlara işıq. B., 1986
Sumqayıt Dövlət Universiteti
“Elmi x
əbərlər” jurnalı.
Sumqayıt,2005, №1, cild 1, səh. 19-23
(H
əmmüəllif: N.Cəlilova)
Ədəbi axtarışlar və tədris
15
HÜSEYN CAVİD ÇAĞDAŞ ƏDƏBİ FİKİRDƏ
Hüseyn Cavidin yaradıcılığı və ədəbi mövqeyini dərindən
öyr
əndikcə dərk edirsən ki, o, təkcə Azərbaycanın, türk xalqlarının
deyil, dünya miqyaslı sənətkardır. Mərhum prezidentimiz Heydər
Əliyevin diqqət və qayğısı sayəsində Cavidin adının əbədiləşdiril-
m
əsi, onun yaradıcılığının dərindən öyrənilməsinə layiqli qiymət
verilm
əsi və tədqiq olunması Cavid sənətinə məhəbbətin ifadəsidir.
Ölk
ə prezidenti İlham Əliyevin 17 aprel 2007-ci
il tarixli
s
ərəncamındakı “öz qaynağını milli mədəniyyətin ən dərin
qatlarından alan Hüseyn Cavid yaradıcılığı Şərqin estetik fikir tarixi
v
ə dünya romantizm ənənələri ilə sıx bağlı olmuşdur” - dəyərli fikri
Hü
seyn Cavid yaradıcılığına yeni ədəbi-estetik baxışın istiqamə-
tinin meyarı, ölçüsüdür.
Hüseyn Cavid f
əlsəfi düşüncə və qənaətləri ilə Şərq və Qər-
bin dahi s
ənətkarları ilə müqayisədə yüksəkdə dayanır, möhtəşəm
görü
nür. Eyni zamanda Cavidin yaradıcılığı müdrik fikirlərdən kök
atan s
ənət və ucalıq zirvəsidir. Görkəmli Azərbaycan şairi Mikayıl
Müşfiqin “Hüseyn Cavid Azərbaycan xalqının Şekspiridir”,
akademik M.C
əfər və Rəfiq Zəka Xəndanın isə “Əbdülhəqq Hamid
Türkiy
ədə kimdirsə, Hüseyn Cavid də Azərbaycanda odur” - ədəbi-
estetik meyarlarından çıxış etsək
görərik ki, Hüseyn Cavid Şekspir,
Höte, Bayron, Şiller, Puşkin, Lermontov, Dostoyevski, Əbdülhəqq
Hamidl
ə bir səviyyədə təhlil ediləndə daha əzəmətli və qüdrətlidir.
Cavid dünyasının Tanrısı gözəllik və sevgi, şah əsəri
insandır. “Onun poeziyası və dramaturgiyası heyrətli bir aləmdir.
T
əzadlarla, ziddiyyətlərlə dolu, münaqişəli, mübarizəli bir aləm”
(11, s.27). İkinci bir tərəfdən “Hüseyn Cavidin bütün əsərlərində
doğma vətənə və yurda tükənməz məhəbbətin şahidi oluruq” (12,
s.68). Görk
əmli ədəbiyyatşünas alim prof. Y.Qarayevin sözləri ilə
des
ək, Cavidin yazdığı əsərlər “…müasirliyi qədimilik yaratdığı ki-
mi, q
ədimiliyi də müasirlik yaradır”. Bu xüsusiyyətlərlə yanaşı də-
rind
ən düşündürən, mükəmməl xarakterlər yaratmağı ilə fərqlənən,
Yusif Aslanov
16
böyük ama
llar uğrunda mübarizə aparan və bu yolda əqidəsindən
dönm
əyən insanın həyatı həm də gələcək nəsillərə nümunə,
tərbiyə
m
əktəbi olduğuna görə bütün insanlar üçün dəyərli, kamillik
zirv
əsidir.
Hüseyn Cavid
əbədi və əzəli mövzulara, həyata və dünyaya
f
əlsəfi baxışla yanaşan, əqidə və məfkurə sahibi olduğunu təsdiq
ed
ən türk dünyasının parlaq zəka sahibi idi. O, Şekspirin,
M.F.Axundzad
ənin, V.Hötenin, Bayronun, Puşkinin, Lermontovun,
Ə.Hamidin, Z.Göyalpın, Ə.Hüseynzadənin əqidə və məfkurəsinə
sadiq qalaraq mill
i şüur və əxlaqda, cəmiyyətdə yenilik axtarır,
haqq-
ədalətin qalib gəlməsini istəyirdi.
Şərqin ədəbi-estetik fikir tarixi
və dünya romantizm
ənənələri ilə sıx bağlılıq, milli mədəniyyətin, folklorun tarixi
kökl
ərini dərindən mənisəmək, klassik ədəbiyyatdan bəhrələnməyin
Cavid yaradıcılığındakı izləri öyrənilməli və tədqiqi miqyası
genişləndirilməlidir. Bu baxımdan Cavidşünaslıqda və ədəbi
t
ənqiddə M.Cəfər, C.Cəfərov, M.Arif, M.Məmmədov, B.Nəbiyev,
T.K
ərimli, R.Hüseynov S.Xəlilov, Y.Qarayev, T.Əfəndiyev, M.Əli-
oğlu, Ə.İbadoğlu, Ə.İsmayılov, Z.Əkbər, K.Əliyev, A.Əliyeva və
başqalarının tədqiqatları qiymətlidir. Hüseyn Cavid yaradıcılığının
düny
əviliyini təsdiq etmək üçün mövcud tədqiqat və monoqrafiya-
lara
əsaslanmaqla Şərq və Qərb kontekstində aparılan tədqiqatların
d
ərinləşdirilməsinə böyük ehtiyac duyulur. “Cavid sənətinin ülviy-
y
əti bir deyil, onlarla monoqrafiya çıxarmağa qadir bir sənətdir”
(13, s.6-7). Çünki onun h
ər sözü, kəlamı, mənzum dramları,
faci
ələri dahiyanə deyilmiş və yazılmışdır: “Cavidin böyük istedadı,
mümtaz z
əkası, doğrudan da, yalnız sənət üfüqlərində parlamışdır”
(11.s.12).
Bizc
ə, Cavidin böyüklüyü o
zaman elmi qiymətini tapa bi-
l
ər ki, onun ideyalarının milli-mənəvi dəyərlərlə bağlılığı, ümumbə-
şəri olması, yaradıcılığının hərtərəfli araşdırılması lokal mühitdən
çıxarılıb qlobal səviyyədə tədqiq olunsun, məkana sığmayan, zama-
nı qabaqlayan fəlsəfi fikirləri paralellər, müqayisələr aparılmaqla
tarixi müqayis
əli metod əsasında bir daha elmi-ədəbi faktlarla