Yusif Aslanov
8
I.
ƏDƏBİ DÜŞÜNCƏLƏR
H.CAVİD POEZİYASININ XÜSUSİYYƏTLƏRİ
Az
ərbaycan ədəbiyyatı və eləcə də dünya ədəbiyyatı
tarixin
ə nadir söz inciləri bəxş etmiş H.Cavid yaradıcılığı orijinallığı
il
ə fərqlənən, insanı kamillik zirvəsinə yüksəldib özünü özünə tanı-
dan v
ə formalaşdıran böyük bir tərbiyə məktəbidir. Özünəməxsus
üslubu, milli v
ə ümumbəşəri problemləri yüksək səviyyədə həll et-
m
ək bacarığı onu dramaturgiyada olduğu kimi poeziyada da
şöhrətləndirmişdir. Onun əsərlərində poeziya ilə dramatik hadisələ-
rin, konfliktl
ərin vəhdətdə götürülməsi, real həyat hadisələrini
reallıq səviyyəsində həll etmək bacarığı, folklor, klassik və dünya
ədəbiyyatı qaynaqlarından bəhrələnmək, bəşəri problemlərin
s
ənətkarlıqla bədii həlli, Şərq poeziyasına və milli Azərbaycan
şeirinə dərindən bağlılıq ədibin yaradıcılığının qüdrətini bir daha
t
əsdiqləyir, xalqa sevdirir.
H.Cavid yaradıcılığını poeziyasız təsəvvür etmək,
düşünmək mümkün deyildir. “O (H.Cavid – Y.Y.Aslanov) milli
ədəbiyyatımızın inkişafında iki mərhələnin “baniyikar”ları sırasına
daxildir: XX
əsr Azərbaycan romantizminin və Azərbaycan sovet
poeziyasının!..” (9, 51).
Mübaliğəsiz xalq rəvayətlərinin birində söylənmiş müdrik
bir m
əsəli də H.Cavid poeziyasına aid etmək mümkündür.
R
əvayətdə deyilir ki, üç şair arasında mübahisə düşür. Şairlərin hər
biri özünün yaxşı şair olduğunu sübut etməyə çalışır. Onlar
aralarındakı ziddiyyətə son qoymaq üçün ağıllı bir insana müraciət
edirl
ər. O, şairlərə belə bir sual verir: Siz nə haqda yazırsınız və
m
əqsədiniz nədir?
Birinci şair: - Ürəyə yatan, xoş avazla səslənən şeirlər
yazmışam.
Ədəbi axtarışlar və tədris
9
İkinci şair: - Xalqa həmişə həqiqəti demişəm, hadisələrə
olduğu kimi qiymət vermişəm.
Üçüncü şair: - Hüquqsuzların, əzilənlərin, yoxsulların
m
ənafeyini müdafiə etmişəm.
Ağıllı insan şairləri dinlədikdən sonra deyir: - Sizin hər
biriniz ayrılıqda yox, birlikdə yaxşı şair ola bilərsiniz.
Əsil şairin yaradıcılığında müdrik insanın dediyi kimi üç
keyfiyy
ət – ürəyə yatımlıq, xoş avaz, şeiriyyət, lirizm, emosionallıq,
h
əyat hadisələrinə düzgün və dəqiq qiymət vermək, Vətəni sevmək,
ictimai m
ənafeyi şəxsi həyatdan üstün tutmaq, millətin haqq səsini
müdafi
ə etmək, sözünü demək fikirləri birləşməli, obrazlı ifadəsini
tapmalıdır. H.Cavid poeziyası da sadalanan xüsusiyyətlərin
bütövlüyünd
ən yaranan lirik nümunələr ilə zəngindir, mövzu
problematikası baxımından çoxşaxəli və genişdir.
H.Cavid yaradıcılığı özünəməxsusluğu, bənzərsizliyi,
novatorluğu ilə seçilən lirik nümunələrlə diqqəti cəlb edir. Bu
poeziya nümun
ələrindəki fəlsəfi düşüncəni, hikməti, Vətən və xalq
üçün yanan v
ə döyünən ürəyin ideyalarını şagird və tələbələrə
d
ərindən öyrətmək insanları gözəlliyə, əxlaqa, ədalətə, kamilliyə
qovuşdurur, mənən saflaşdırır, ən əsası insana özünü dərk edib
f
əaliyyət göstərməsinə, həyatı gözəllik qanunları əsasında yenidən
qurmasına düzgün istiqamət verir. “Əldə edilən, kəşf olunan qənaət
v
ə nəticələrlə kifayətlənməmək, daim həqiqət axtarışları -
H.Cavidin başlıca fəlsəfi-estetik prinsipi belədir” (7, 15).
H.Cavid
poeziyasında vətənə bağlılıq, qüdrətli türk
dünyasının gələcəyinə böyük inam, sevgi vardır:
Türk oğlu sözündən dönməz,
M
əhv olur da sürüklənməz.
(4, 5).
H.Cavid lirik şeirlərində Azərbaycan (türk) oğlunun şərəf
v
ə şanından iftixarla danışmış, bütün türk dünyasını kökünü, yurd
v
ə yuvasını dərindən tanımağa, Altay dağı, Mahan çölü, Yasin
Yusif Aslanov
10
obası və s. ərazilərdə yaşayan türkdilli xalqlarla sıx birliyə
çağırmışdı. Onun “Qoca bir türkün vəsiyyəti” şeirində verilmiş
ideyalar milli m
əzmunu, özünəməxsus xüsusiyyətləri ilə yanaşı,
h
əm də ümumbəşəri əhəmiyyətə malikdir. Bu şeirdə H.Cavid
xalqın istəyini, arzusunu yerinə yetirir, gözəl həyat qurmağın
yollarını öyrədir: “İnsan oğlu sevgi için yaratılmış, doğulmuşdur;
Yer üzünü qardaş bilin, insan qanı tökməyin; Kimsəyə kin
bağlamayın, igit olun, mərd olun; Hər kəslə həmdərd olun, qırıq
könüll
əri yapın, buraxmayın sızlasın; Tanrı həqdir, doğru yoldan
şaşmayın, yaltaqlığa irmənməyin, kibrə heç yanaşmayın; Aslan kibi
c
əsur olun, zalımları, cəlladları çignəyin, heç qorxmayın; Türk
mill
əti görülməmiş boyun büksün, yalvarsın; Namus, vicdan
insanlarda iki böyük qardaşdır. Türk eli həp o hiss için doğmuş,
onunla yaşar”. Belə gözəl ülvi hisslər “Sevinmə, gülmə, quzum”
şeirində də poetik formada qələmə alınmışdır:
Sevinm
ə, gülmə, quzum, kimsənin fəlakətinə,
Bu hal,
əvət, eyi bir şey deyil, sevinmə, saqın!
(3, 82)
Bu n
əsihət, humanist fikirlər, milləti birliyə, tərəqqiyə
s
əsləyən düşüncələr görkəmli bir pedaqoqun, xalqın acı taleyinə
şam kimi əriyən gözəl insanın ürəyinin dərinliyindən gəlirdi:
Bir mill
ət öz kökü üstə bitər, böyür, yüksəlir,
Köksüz ağac çapuq çürür, çiçək açmaz, bar verməz.
(4, 6)
H.Cavidin m
əşhur əsərlərində olduğu kimi ilk şeirlərində də
anaya, ataya, mü
əllimə, ümumiyyətlə, bütün insanlara böyük
m
əhəbbət, sevgi duyulur. “Qız məktəbində” şeirində verilmiş bəşəri
hissl
ər, düşüncələr elə bil gənc Cavidin deyil, saçını elm yolunda
ağartmış elmli, bilikli, ağsaqqal məşhur bir filosofun müdrik
n
əsihətləridir.
Dostları ilə paylaş: |