Ədəbi axtarışlar və tədris
11
Romantik s
ənətkar xəyal və həqiqət arasında bir yaxınlıq
görür, b
ədii yaradıcılıq axtarışlarında da bu ideyanı açmağa
çalışırdı. Bu fikirlər daha çox insanların kamillik zirvəsinə
yüks
əlməsi və mənəviyyatında gizlənmiş naqis hiss və duyğuların
düzgün t
ərbiyə vasitəsilə aradan götürülməsi ilə bağlı yaranırdı. O,
h
əmişə iki böyük inam uğrunda yazıb-yaradırdı: birincisi, həyatda
mövcud olmayan h
ər hansı bir ilahi qüvvəyə, “yeri-göyü, insanları
x
əlq eyləyən”lərə güclü vurğunluq; ikincisi, insana sonsuz
m
əhəbbət, istəkdir:
H
ər qulun cahanda bir pənahı var,
H
ər əhli-halın bir qibləgahı var,
H
ər kəsin bir eşqi, bir allahı var,
M
ənim tanrım gözəllikdir, sevgidir.
(3, 55)
Ədibin lirik şeirləri, poetik düşüncələri “Keçmiş günlər”
(13 şeir) (1913), “Bahar şəbnəmləri” (37 şeir) (1917), “Müxtəlif
şeirlər” (10 şeir, 4 qəzəl), “Mənim tanrım gözəllikdir” (əsərlərindən
seçm
ə nümunələr verilmişdir), “Azər” poeması və mənzum
pyesl
ərində toplanmışdır.
Ədib lirik yaradıcılığa görkəmli pedaqoq M.T.Sidqinin
(1854-1903) “M
əktəbi - tərbiyyə”sinə daxil olduqdan (1896) sonra
başlamışdır. “Gülçin” və “Salik” təxəllüsü ilə Azərbaycan və fars
dill
ərində şeirlər yazmışdır.
Yazıçının yaradıcılığını dərindən təhlil edən Məsud Əlioğlu
şairin lirikasını məzmununa və bədii sənətkarlıq xüsusiyyətlərinə
gör
ə üç hissəyə ayırır: Xəyal və həqiqət; lirik qəhrəman və həyat;
ideal v
ə varlıq (7, 10-56). Şairin lirikası haqqında geniş və dəyərli
t
ədiqqat əsəri mərhum akademik M.Cəfərin “Hüseyn Cavid”
monoqrafiyasıdır (5, 40-65).
H.Cavid süjetli lirik
əsərlərin gözəl nümunələrini
yaratmışdır. Onun düşündükləri ilə həyat həqiqətləri arasında fərq
görünmür, hadis
ələrə olduğu kimi obyektiv qiymət verilir, şairin
Yusif Aslanov
12
lirik q
əhrəmanının, bəzən özünün açıq münasibəti bildirilir. O,
“Öksüz Ənvər”, “Kiçik sərsəri”, “Vərəmli bir qız”, “Bir qızın son
f
əryadı” və “Gecəydi” şeirlərində dövrə, zamana, insanların
yaratdığı ədalətsiz qanunlara qarşı etiraz səsini ucaldır, kimsəsiz,
yetim, ac-
susuz yaşayan kiçik uşaqların fəryad və iniltisini ürək
ağrısı ilə ağ vərəqələrə köçürür, Şərq qadınının əzablarına, “altun və
d
əbdəbə” arzusu ilə yaşayanların taleyinə acıyır, “kimsəyə
açılmamış, gizli qəmlərin əlindən vərəm almış Şərq qadınının”
(M.C
əfər) halına yanır. Onun lirik qəhrəmanları “acı şikayətlər, acı
xatir
ələrlə yaşayan məhkum vətəndaşlardır” (M.Cəfər):
X
əyalla həqiqət arasında fərq yarananda, arzuların həyata
keçirilm
əsi reallığa çevrilməyəndə kədər bədii motivə çevrilir.
H.Cavid poeziyasında da kədər iki istiqamətdə işlənmişdir.
“Müq
əddəs insani kədəri”, “bəşəri kədəri”, yaxud da varlığı dərk
etm
əkdə əqlü-zəkanın, real düşüncənin əlaməti kimi təzahür edən
böyük v
ə mənalı kədəri bu istiqamətlərdən birincisi kimi qəbul
etm
ək olar. Konkret insan surətlərində və onların mənəvi-ruhi
varlığında, intibah və düşüncəsində kədərin doğurmuş olduğu
əhvali-ruhiyyənin, müqəddəs əzablara susayan “ürfan əhlinin”
t
əsviri bu istiqamətlərdən ikincisini ifadə edir (7, 16).
Şairin lirikasında ana-qadın şəxsiyyətinə, ləyaqətinə böyük
hörm
ət və ehtiram vardır. Onun qadın – anada görmək istədiyi
xüsusiyy
ətlər bunlardır:
1.
Qadın əxlaqi saflığın və ruhi gözəlliyin timsalıdır;
2.
Qadın ana kimi müqəddəsdir, şərəfli ad daşıyır, bütün
t
əmiz duyğulardan yüksəkdir;
3.
Qadın vətəndaşdır, məslək və əqidə dostudur. (8, 194-
195).
Şairin fikrincə:
Ana övladını bəslər, böyüdür,
Anasız millət, əvət, öksüzdür.
(3, 39)
Ədəbi axtarışlar və tədris
13
Yaxud:
Qadın əlilə fəqət bəxtiyar olur şu cahan,
O bir m
ələk... onu təqdis edər böyük yaradan –
O p
ək sevimli, gözəl, incə, nazlı bir xilqət,
Onun ayaqları altındadır fəqət cənnət,
Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürükl
ənən bəşəriyyət qadınla yüksələcək...
(4, 27)
B
ədii təsvir və ifadə vasitələri, aforizmlərlə zəngin olan
H.Cavid lirikası fəlsəfi məzmunu və bədii dəyəri ilə fərqlənir:
Gün
əş gülər, bulud ağlarsa, ey mələkxəndə,
S
əmada qövsi – qüzehlər saçar təbəssümlər.
(3, 81)
Ölüm var ki, h
əyat qədər dəyərli,
H
əyat var ki, ölümdən də zəhərli.
(3, 199)
Bilgi saçar h
ər qaranlıq yurda işıq,
Yalnız əmək verir bizə bəxtiyarlıq.
(3, 209)
H.Cavid
novator bir şair idi. O, şeirlərini məsnəvi
formasında, dördlüklər, tərkibbəndlər şəklində yazmağa geniş yer
vermişdir. Dördlüyün yeni bir formasını da yaradır: 2 bənd 4 misra,
2 b
ənd isə 3 misra əsasında qurulur. Eyni zamanda “H.Cavid hər
dörd misradan sonra dörd, yaxud 2 misra
əlavə etməklə tərkibbənd
formasına keçməyə üstünlük vermişdir” (6, 37). “Dəniz pərisi”,
“Son baharda”, “Kiçik s
ərsəri”, “Öysüz Ənvər”, “Hər yer səfalı”,
“Sevinm
ə, gülmə, quzum”, “Vərəmli qız”, “Mən istərəm ki” və s.
şeirləri dördlüklərə misal göstərə bilərik. Məsnəvi şəklində yazdığı
Dostları ilə paylaş: |