8
bazarın bəzi iĢtirakçıları üçün qeyri-sabit Ģərtlər yaradır ki, beləliklə də rəqabət mühitinin
təhrif ediməsinə gətirib çıxarır. Hazırda, Azərbaycanda kredit ittifaqları, mikromaliyyə
təĢkilatları, lizinq Ģirkətləri və digər kredit təminatçılarına dəyiĢən səviyyədə prudensial
nəzarət və olduqca məhdud bazar davranıĢına nəzarət prosedurları tətbiq olunur. Bu hal
həm istehlakçıların müdafiəsi, həm də ümumilikdə maliyyə sektorunun stabilliyi üçün
zərərli ola bilər. Tənzimləmə səviyyəsinin hər növ institutun Azərbaycanın maliyyə bazarı
üçün sistem əhəmiyyətlilik xüsusiyyətinə müvafiq proporsiyada bölgüsü aparılmalıdır.
Digər mənada, kredit ittifaqları və mikromaliyyə təĢkilatları üçün prudensial tənzimləyici
rejimlər maliyyə sektorunun təməlini təĢkil edən banklar üçün tənzimləyici rejimdən
nisbətən yüngül olmalıdır (bir çox sahələrdə hazırki vəziyyət saxlanılmaqdadır). Hətta
güclü prudensial nəzarətə ehtiyac olmadığı hallarda belə (məs. sığorta Ģirkətləri üçün)
müvafiq nəzarətedici təĢkilat bu institutların bazar davranıĢını yoxlamalı və bütün kredit
təminatçılarında olan məlumatların açıqlanması qaydalarını tətbiq etməlidir.
15.
Üzvləri üçün geniĢ treyninqlər keçərək və dəstək göstərərək yaxĢı fəaliyyət göstərən
assosiasiyaya (Azərbaycan Kredit Ġttifaqları Assosiasiyası, AKĠA) malik kredit ittifaqları
üçün mümkün tənzimləyici yanaĢma aĢağıdakı tədbirləri də özündə əks etdirməklə kifayət
qədər yüngül xarakterə malik olmalıdır:
AKĠA-nın özünü-tənzimləmə qaydaları və treyninq fəaliyyətinin nəzərdən keçirmək
və üstün beynəlxalq təcrübə ilə uyğunlaĢdırılması zərurəti olduqda onlara düzəliĢlər
etmək
AKĠA-nın özünü-tənzimləmə qaydalarının üzvlərinə tətbiqini monitorinq etmək
Bir çox ölkələrdə olduğu kimi, yaxĢı fəaliyyət göstəricilərinə malik və müəyyən
tələblərə cavab verən (məs. minimum sayda üzvlər, minimum həcmdə səhm kapitalı
və ehtiyatlar, minimum fəaliyyət müddəti, Mərkəzi Bankın təsdiqi) malik böyük kredit
ittifaqlarının əmanətlər cəlb etmələrinə imkan yaratmaq və beləliklə onlar maliyyə
xidmətlərinə məhdud çıxıĢ imkanları olan və olmayan və ya banklar tərəfindən
məhdud səviyyədə təmsil olunan uzaq kənd yerlərində tam xidmət paketinə malik
maliyyə institutu kimi fəaliyyət göstərə bilsinlər
16.
OxĢar yanaĢma mikromaliyyə təĢkilatları və lizinq Ģirkətləri üçün nəzərdə tutula bilər, bir
Ģərtlə ki, onların assosiasiyaları bazar davranıĢı sahəsində üzvlərinə treyninqlərin
keçirilməsi məsuliyyətini üzərilərinə götürə bilsinlər və AMB üçün məqbul olan və digər
maliyyə sektorları üçün nəzərdə tutulan qaydalara uyğun olan müĢtərilərlərlə iĢ
standartları üzrə razılaĢsınlar. Beləliklə, Mərkəzi Bank (ehtiyac olduqda)
lisenziyalaĢdırma əməliyyatlarına məsuliyyət daĢıyacaq və sonra isə ilk növbədə sektorda
özünü-tənzimləmə rejiminə məsuliyyət daĢıyacaq assosiasiyalarla iĢləyəcək. Bununla
belə, lizinq Ģirkətlərinin alternativ kredit təmin etdiklərini nəzərə alaraq lizinq fəaliyyəti
üçün baza qanunverici çərçivəyə ehtiyac vardır və beləliklə də, lizinq Ģirkətləri maliyyə
institutu kimi yoxlanılmalıdır. AMB tərəfindən fokuslaĢması nəzərdə tutulan əsas
məsələlər üçün qaydalar formalaĢdırılmalı və resurslarını assosiasiyalar tərəfidən görülə
biləcək iĢlərə sərf etməz. Xüsusi diqqət bütün maliyyə sektorunda qeyri-leqal davranıĢ
hallarının araĢdırılması və bütün kredit təminatçıları üçün eyni bazar davranıĢı qaydaları
üzərində cəmləĢməlidir (xüsusilə müĢtərilərə məlumatların açıqlanması, reklam və
Ģikayətin həll edilməsi sahələrində).
Tədbir: Bank olmayan kredit təminatçılarının bazar davranışının tənzimlənməsini
həyata keçirmək və lizinq fəaliyyəti üçün qanunvericiliyin fomalaşdırılması
alternativlərini təhlil etmək.
9
Təsviri: Lizinq şirkətlərini AMB-nin nəzarət mandatına daxil etmək, müvafiq
assosiasiyaların fəaliyyətini mümkün özünü-tənzimləmə tədbirləri nöqteyi nəzərindən
təhlil etmək və ilkin diqqət lisenziyalaşdırma (AMB bazarda kimin fəaliyyət göstərə
biləcəyinə qərar verir) və bazar davranışına (kredit təminatçılarının öz müştərilərinə
zərər verməmələrinə əminliyin təmin edilməsi) yönəlməklə tənzimləmə rejimini
formalaşdırmaq. Müvafiq qaydalar bank olmayan kredit təşkilatlarının AMB
tərəfindən lisenziyalaşdırılmasına imkan verən və hazırda Milli Məclisin təsdiqini
gözləyən Bank Olmayan Kredit Təşkilatlarına dair Qanun layihəsinə daxil edilməli və
lizinq sektorunun əhatə edilməsi məqsədilə lizinq fəaliyyətinə dair qanunvericilik də
hazırlanmalıdır.
Məsuliyyət daşıyan tərəflər: Beynəlxalq Maliyyə Korporasiyası və USAİD-in
təcrübəsinə və yardımına əsaslanmaqla AMB
Son icra tarixi: 2011-ci ilin 1-ci rübünədək
17.
Həmçinin, bazar davranıĢına nəzarətin təkmilləĢdirilməsi tədbirlərini həyata keçirən
zamanı maliyyə sektorunda fəaliyyət göstərən institutlar nəzarətedici təĢkilatların
qaydalara əməl edilməsi və onların məcburi yerinə yetirilməsinə ciddi yanaĢdıqlarını
bilməlidirlər. Nümunələrdən biri kimi maliyyə institutları bilməlidir ki, əksər (və ya çox
ciddi) Ģikayətlərin hədəfi olmuĢ Ģirkətlər Ģikayətlərlə bağlı qənaətbəxĢ izahatlar təqdim
etmədikləri təqdirdə ciddi prudensial nəzarət rejimi ilə üzləĢəcəklər. Bunula yanaĢı,
sanksiyalar qaydaların maliyyə institutları tərəfindən pozulması hallarının azaldılmasına
yönəlməklə tərtib və tətbiq olunmalıdır.
Tədbir: Bazar davranışı və prudensial nəzarətçilər arasında əməkdaşlığı inkişaf
etdirmək
Təsviri: Bazar davranışına nəzarətin nəticələrinin prudensial nəzarətin fokusuna təsir
etməsi və bazar davranışına nəzarətin potensial sistematik problemlərlə bağlı erkən
xəbərdarlığının nəzarətedici təşkilatın rəhbərliyinə təqdim edilməsi məqsədilə
nəzarətedici təşkilatlarda koordinasiya proseslərini formalaşdırmaq
Məsuliyyət daşıyan tərəflər: AMB, QKDK, MN
Son icra tarixi: 2010-cu ilin 2-ci rübünədək
18.
Nəzarətedici təĢkilatlar (güman ki, polis və Ədliyyə Nazirliyi də daxil olmaqla) maliyyə
xidmətləri sahəsində istehlakçıların müdafiəsi ilə bağlı dövlət təĢkilatları tərəfindən
baxılmıĢ əsas məsələlər və gələcəkdə əsas məsələlərin həlli ilə bağlı onların planlarına
dair illik hesabatı Prezidentə və Milli Məclisə təqdim etməlidirlər. Planların yerinə
yetirildiyini və ya bununla bağlı növbəti tədbirlərin zəruriliyinin nəzərdən keçirilməsi
məqsədilə əvvəlki hesabatlar yoxlanılmalıdır.
Tədbir: Maliyyə xidmətləri sahəsində istehlakçıların müdafiəsinin cari vəziyyətinə
dair illik hesabat və bu sahəsinin təkmilləşdirilməsi ilə bağlı planlar hazırlamaq
Təsviri: Nəzarətedici təşkilatların və digər dövlət təşkilatlarının istehlakçıların
müdafiəsi sahəsində həll etdiyi məsələlərə dair illik hesabat üçün qaydalar hazırlamaq
və il ərzində ortaya çıxmış məsələlərlə məğul olmaq üçün təklifləri də daxil etmək
Hökumətin Milli Məclisə illik hesabatına daxil etməklə hesabatı Prezidentə və Milli
Məclisə (İqtisadi Siyasət Komitəsi vasitəsilə) təqdim etmək.
Məsuliyyət daşıyan tərəflər: AMB, QKDK və MN Antiinhisar departamenti, polis və
Ədliyyə Nazirliyi ilə birlikdə
Son icra tarixi: 2011-ci ilin 1-ci rübünədək və daha sonra hər növbəti mart ayı