16
səviyyəsinə malik adamların asanlıqla aldadılması ilə reallıqdan uzaq olan daha üstün
Ģərtlər təklif edən reklamlardan istifadə edən institutları sərt Ģəkildə cəzalandırmalıdır.
Aldadıcı davranıĢla bağlı ictimai xəbərdarlıqlar nəzarətedici təĢkilat tərəfindən
edilməlidir.
2
Tədbir: Ədalətsiz praktik məsələlər və digər müvafiq materiallar üzrə 2005/29/AK
direktivini araşdırmaq və hüquqi düzəlişlər üçün uyğun hissələrdən istifadə etmək
Təsviri: Nəzarətedici təşkilatlar ədalətsiz praktik məsələlərə dair qaydaların tətbiqi
üçün ən yaxşı üsul seçməli və digər təşkilatlarla müzakirələr aparmaqla qaydaların
bütövlükdə iqtisadiyyata və yalnız maliyyə xidmətlərinə şamil edilməsini
müəyyənləşdirməlidir (Reklam haqqında Qanun, İstehlakçı Hüquqlarının Müdafiəsi
haqqında Qanun və Ədalətsiz Rəqabət haqqında Qanundan istifadə edərək. Qərarın
nəticəsindən asılı olmayaraq, məcburiyyət tədbirləri maliyyə məhsullarını anlayan və
maliyyə xidmətləri sahəsində ümumi qaydalar tətbiq edən maliyyə sektoruna nəzarəti
həyata keçirən təşkilatlar tərəfindən həyata keçirilməlidir.
Məsuliyyət daşıyan tərəflər: İstehlakçı assosiasiyaları və maliyyə sektorunda fəaliyyət
göstərən assosiasiyalar və həmçinin digər dövlət təşkilatları ilə əməkdaşlıq şəraitində
AMB, QKDK, MN
Son icra tarixi: 2010-cu ilin 4-cü rübünədək birinci icra təklifi, 2011-ci ilin 1-ci
rübünədək hüquqi düzəlişlərin (Reklam haqqında Qanun, İstehlakçıların Müdafiəsinə
dair Qanun, Ədalətsiz Rəqabətə dair Qanun) tətbiqi, 2011-ci ilin 3-cü rübünədək yeni
qaydalara nəzarət prosesinin başlanılması
37.
Bir çox yurisdiksiyalarda qeyri-leqal hal kimi nəzərdə tutulan iĢgüzar münasibətlər üzrə
digər praktik məsələ əlaqəli satıĢlarla bağlı təcrübədir (məs. bir məhsulun satıĢı digər
məhsulun da alınması üçün Ģərt kimi qoyulur – məs. avtomobilin kreditə alıĢı zamanı
əvvəlcədən seçilmiĢ sığorta Ģirkətindən avtomobil sığortası). Belə siyasət rəqabəti
əhəmiyyətli dərəcədə məhdudlaĢdırır və maliyyə məhsullarının qiymətini azad rəqabət
Ģəraitində olandan yüksək səviyyədə saxlayır.
Tədbir: Əlaqəli satışin istifadə olunduğu sahələri təhlil etmək və arzu olunandır ki,
mövcud anti-inhisar qanunvericiliyi çərçivəsində onların qanundan kənar elan
edilməsi üçün alətlərn hazırlanması
Təsviri: Nəzarətedici təşkilatlar Anti-inhisar departamenti və istehlakçı təşkilatları ilə
əməkdaşlıq şəraitində bazarda vəziyyəti təhlil etməli, əlaqəli satışın istifadə olunduğu
sahələri təsvir etmək və bu cür halları qadağan etmək və məhkəməyə cəlb etmək üçün
ya mövcud qanunvericilikdən (İstehlakçıların Müdafiəsinə dair Qanun, Ədalətsiz
Rəqabətə dair Qanun) və ya düzəlişlərin layihəsindən istifadə etmək.
Məsuliyyət daşıyan tərəflər: AMB, QKDK, MN və istehlakçı QHT-lərinin təhlil və
tövsiyələrinə əsaslanmaqla Anti-inhisar departameti
Son icra tarixi: 2010-cu ilin 4-cü rübünədək təhlil və təklif olunmuş həll variantı,
2011-ci ilin 2-ci rübünədək həll variantının tətbiqi və rəqabətin stimullaşdırılması
38.
Maliyyə sektorunun tənzimlənməsində (ümumi olaraq özünü-tənzimləmə aləti olan)
davranıĢ kodeksi düzgün və yanlıĢ istifadə baxımından müəyyən olunmalıdır. Həmçinin,
davranıĢ kodeksi müvafiq nəzarətedci təĢkilatlar tərəfindən bəyənilməli və ictimaiyyətin
müxtəlif kodekslər arasında mümkün qədər asan oriyentasiyasını formalaĢdırmaq
məqsədilə ümumi sektorla bağlı çarpaz qaydalar da nəzərə alınmaqla hər sektor üzrə
ayrıca davranıĢ kodeksi olmalıdır. Eyni zamanda belə bir qayda olmalıdır ki, kodekslər
2
Ədalətsiz praktik məslələrə aid nümunələr və web-əsaslı kommunikasiya vasitəsi üçün Avropa
Komissiyasının
http://isitfair.eu/unfair_en.html
web-saytına baxmanız xahiş olunur.
17
maliyyə institutları və maliyyə vasitəçiləri tərəfindən kodeksin pozulması hallarında
görülmüĢ iĢlər və hesabatlılıq üzrə mexanizmi daxil etsin.
39.
DavranıĢ kodeksinin həmiĢə verilmiĢ bazarda olan maliyyə xidmətlərinin səviyyəsini əks
etdirməli olduğunu nəzərə alaraq, BirləĢmiĢ Krallıq və Ġrlandiyada mövcud olan davranıĢ
kodeksləri həm məzmun, həm də təqdimat nöqteyi nəzərindən etalon kimi istifadə oluna
bilər. BK-nın davranıĢ kodeksi Maliyyə Xidməti Ġdarəsi (MXĠ) tərfindən hazırlanmıĢ
izahedici qaydalar vasitəsilə daha da təkmilləĢdirilir. Belə ki, bu qaydalar davranıĢ
kodeksinin müxtəlif vəziyyətlərdə tətbiqinə dair Ģərhləri özündə əks etdirir. Beləliklə, sadə
alətə malik olmaqla MXĠ bazar iĢtirakçılarının davranıĢına nəzarəti həyata keçirə bilər.
Ġrlandiyanın davranıĢ kodeksi üçün aĢağıdakı web-səhifəyə və oradakı sənədlərə baxın:
http://www.financialregulator.ie/processes/consumer-protection-code/pages/codes-of-
conduct.aspx
MXĠ-nin məlumat kitabçası üçün aĢağıdakı web-səhifəyə:
http://fsahandbook.info
,
biznes fəaliyyəti üçün yüksək səviyyəli prinsiplərlə baĢlayan aĢağıdakı səhifəyə baxın:
http://fsahandbook.info/FSA/html/handbook/PRIN
40.
Bazarda artmıĢ rəqabətə Ģərait yaratmaq üçün “əməl etmə və ya izah etmə” siyasəti də bu
sahədə də istifadə olunmalıdır ki, beləliklə də kənarlaĢma üçün təsirlər və səbəblər izah
olunmaqla maliyyə institutlarına sektor üzrə müəyyənləĢdirilmiĢ kodeksdən kənarlaĢması
üçün imkan yaradılmıĢ olsun.
Tədbir: Sektor miqyaslı davranış kodekslərini hazırlamaq
Təsviri: Bank, qiymətli kağızlar, sığorta, kredit ittifaqları, mikromaliyyə institutları,
lizinq fəaliyyəti üçün sektor miqyaslı davranış kodekslərini hazırlamaq və onları
nəzarətedici təşkilatlara təqdim etmək (Mərkəzi Bank kedit ittifaqları, mikromaliyyə
təşkilatları və lizinq şirkətləri üçün davranış kodekslərinin uyğun olduqda bank
sektoru üçün davranış kodeksinin kredit hissəsinə oxşarlığını təmin etməlidir)
Məsuliyyət daşıyan tərəflər: İstehlakçı QHT-ləri ilə əməkdaşlıq şəraitində maliyyə
müəssisələrinin bütün assosiasiyaları
Son icra tarixi: 2010-cu ilin 4-cü rübünədək
Tədbir: Davranış kodekslərinin son versiyasını və “əməl etmə və ya izah etmə”
siyasəti üçün qaydaların müəyyənləşdirilməsi
Təsviri: Təqdim olunmuş davranış kodekslərinin layihələrini nəzərdən keçirmək və son
versiyası üzrə razılaşmaq, “əməl etmə və ya izah etmə” siyasəti üçün qaydalarını və
nəzarət proseslərini müəyyənləşdirmək
Məsuliyyət daşıyan tərəflər: AMB, QKDK və MN. Birgə əməkdaşlıq arzuolunandır
Son icra tarixi: 2011-ci ilin 1-ci rübünədək son versiya üzrə razılaşmaq, 2011-ci ilin
3-cü rübünədək satış proseslərinə tətbiq etmək və məlumatlılıq kampaniyasına
başlamaq
41.
Əksər aldadıcı satıĢ insidentləri (fırıldaqçı maliyyə məhsulları ilə müqaisədə) satıĢ yerində
baĢ verir və gücləndirilmiĢ təzimləmə satıĢ prosesləri ətrafında formalaĢdırılmalıdır.
Satılmaqda olan maliyyə məhsulunun uyğunluğunun yoxlanılması üçün “Öz MüĢtərini
Tanı” yanaĢması ilə bağlı vəzifələr və məsuliyyət orada maliyyə məhsullarını satan fərdlər
üçün giriĢ qaydaları, treyninq tələbləri və qiymətləndirmə qaydaları olmalıdır (müəyyən
təhsil səviyyəsi, peĢəkar bilik səviyyəsinin periodik olaraq yoxlanılması, təmiz kriminal
tarixçə və s.)