50
www.aliyevheritage.org
Biz müstəqil dövlət
kimi Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət
quruculuğu prosesi aparırıq, islahatlar həyata keçiririk və Azərbaycanı bütün
sahələrdə bazar iqtisadiyyatı, demokratik prinsiplər əsasında irəliyə aparmağa
çalışırıq. Biz bütün beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edirik, NATO
ilə əməkdaşlığımıza xüsusi əhəmiyyət veririk.
Xatirimdədir, 1994-cü ildə Brüsseldə mən NATO ilə "Sülh naminə əməkdaşlıq"
proqramını imzaladım. Ondan sonra çox işlər görülübdür. Ən nəhayət, biz
NATO-nun Parlament Assambleyasında müşahidəçi kimi iştirak edirik. Biz bu
istiqamətdə bundan sonra da əməkdaşlıq etmək istəyirik.
Mənə belə gəlir, bizim parlamentin sədri sizinlə danışmışdı ki, əgər
Azərbaycan Parlament Assambleyasının assosiativ üzvü olsa, daha yaxşı olar.
Hər halda, biz sizinlə öz əməkdaşlığımızı bundan sonra da bütün sahələrdə
davam etdirəcəyik.
Mən çox məmnunam ki, sizin Azərbaycanı narahat edən əsas problem,
Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi haqqında
məlumatınız vardır.
Güman edirəm, onu da bilirsiniz ki, Ermənistan təcavüzkar
olaraq Azərbaycanın torpaqlarının 20 faizini işğal edibdir.
Bilirəm ki, siz bu gün köçkünlərlə, qaçqınlarla görüşmüsünüz, onların
vəziyyətini gözünüzlə görmüsünüz. Amma bilin, onlar ən yaxşı vəziyyətdə
yaşayanlardır. Çünki birincisi, onlar Bakıdadırlar, ikincisi, heç olmasa, müna-
sib olmasa da binadadırlar. Amma əksəriyyəti çadırlarda çox ağır şəraitdə ya-
şayır. Bu da artıq 9 ildən çoxdur və bu günə qədər davam edir.
Biz müharibəni 1994-cü ildə dayandırmışıq. Məsələni sülh yolu ilə həll etmək
istəyirik. Ancaq Ermənistan məsələnin həll olunmasına maneçilik törədir.
Siz
qeyd etdiniz ki, beynəlxalq təşkilatların, o cümlədən Birləşmiş Millətlər
Təşkilatının bu məsələ ilə əlaqədar qətnaməsi Ermənistan tərəfi ndən yerinə
yetirilmir. Təbiidir ki, bu da bizdə, bütün vətəndaşlarımızda böyük təəccüb
hissi doğurur. Siz də, yəni NATO-nun Parlament Assambleyası da bu məsələ
ilə maraqlanırsınız.
Bizim parlamentin sədri mənə dedi ki, Buxarestdə seminarda bizim
nümayəndəmiz Ziyafət Əsgərov bu barədə çıxış edib, geniş məlumat veribdir.
Amma siz də bir şey edə bilmirsiniz. Ona
görə biz çox arzu edirik ki, bütün
beynəlxalq təşkilatlar, o cümlədən siz də bu bölgədə sülhün, sabitliyin təmin
olunması üçün daha da təsirli tədbirlər görəsiniz.
Biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Ümumiyyətlə, biz hər yerdə
sülh istəyirik, sülh arzulayırıq. Bizimlə qonşu olan dövlətlərlə mehriban dost-
luq əlaqələri əsasında əməkdaşlıq edirik və etmək də istəyirik. Amma bizim
bölgədə, Cənubi Qafqazda
həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, həm də Gürcüstanda olan münaqişələr, təbiidir ki, vəziyyəti çox
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
51
www.aliyevheritage.org
gərginləşdiribdir. Cənubi Qafqaz isə, siz artıq bunu yaxşı bilirsiniz, dünyanın
ən mühüm regionlarından biridir.
Güman edirəm, sizin Azərbaycanla tanışlığınız, burada gördükləriniz,
eşitdikləriniz bizə yardım edəcəkdir ki, NATO-nun Parlament Assambleyasın-
da da Azərbaycanın problemlərinə daha diqqətlə yanaşılsın.
Rafael Estrella: Cənab prezident,
tam əmin ola bilərsiniz ki, bu, bizim hazırkı
məqsədimizlə eynidir. Məqsədimiz ondan ibarətdir ki, bu regiona diqqətiniz artsın.
Bizim Assambleyanı narahat edən, çalışdığımız əsas məramlardan biri
təhlükəsizlikdir. Əlbətt ə, təhlükəsizlik dedikdə, biz Cənubi Qafqaz və Mərkəzi
Asiyanın təhlükəsizliyini nəzərdə tuturuq. Bu təhlükəsizliyi təmin etməkdən
ötrü regiona daxil olan ölkələrlə sıx əməkdaşlıq lazımdır.
Gürcüstanda, xüsusilə Azərbaycanda təhlükəsizlik bizim üçün vacibdir.
Bizim Assambleyanın üzvləri region haqqında düzgün məlumat aldıqdan
sonra bu fi kirdədirlər ki, - əmin ola bilərsiniz ki, Assambleyanın üzvləri öz
ölkələrində hörmətli şəxslərdir, - bu regionda təhlükəsizliyin təmin olun-
maması, bu regionun təhlükəsizliyinin pozulması,
ümumiyyətlə, Avrasiya
məkanında təhlükəsizliyin pozulmasına gətirib çıxara bilər.
Cənab prezident, sizə bildirim ki, Rusiya parlamentinin nümayəndələri ilə
bizim çoxsaylı söhbətlərimiz, müzakirələrimiz olur. Biz bir sıra məsələlərdə
razılaşmasaq da, artıq onlar da bu fi kirdədirlər ki, Qafqazın təhlükəsizliyi
məsələsi müzakirə olunmadan biz ümumi müzakirələr apara bilmərik. Ru-
siya nümayəndələri ilə bizim bu cür söhbət aparmağımıza imkan yaratmaq
lazım idi. Yəni Rusiya nümayəndələrini bu fi krə sövq etməkdən ötrü təbiidir
ki, sizin regiondan olan nümayəndələr lazım idi.
Sizin regionun, ölkənin
nümayəndələri bu vəzifəni layiqincə yerinə yetirdilər. Ona görə də biz Rusi-
ya nümayəndələri ilə söhbətlər, müzakirələr zamanı onları bu fi krə sövq edə
bildik ki, bizim müzakirələrimiz zamanı Cənubi Qafqaz məsələləri mütləq
müzakirə olunmalıdır.
Qeyd etməliyəm ki, 2003-cü ildə Bakıda NATO-nun seminarı keçiriləcəkdir.
Cənab prezident, mən Sizdən xahiş etmək istərdim ki, özünüz bu seminara
himayədarlıq edəsiniz.
Elə bilirəm ki, bu seminar keçirilən zaman Sizin par-
lament üzvləri ümumiyyətlə təhlükəsizlik, müdafi ə məsələləri ilə daha yaxın-
dan tanış ola biləcəklər. Biz istərdik ki, sizin parlamentlə münasibətlərimizi
təsisatlar səviyyəsinə qaldıraq. Yəni bizim birbaşa münasibətlərimiz olsun.
Heydər Əliyev: Çox yaxşı, mən bunlarla razıyam. Ancaq bütün bu seminarlar,
görüşlər, müzakirələr bizim üçün onda çox əhəmiyyətli olardı ki, bölgəmizdə
sülh əldə edilsin, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulsun. Biz
bundan sonra da bütün söhbətləri, bütün seminarları keçirməyə hazırıq. An-
caq biz istəyirik ki, real nəticələr olsun.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL