Microsoft Word BankSektoruTemerkuzlesme doc



Yüklə 45,46 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü45,46 Kb.
#41795


Azərbaycan Bank Sektorunda Təmərküzləşmə 

Fariz Hüseynov

1

 

Xanoğlan Hüseynov



2

 

 



Sürətlə böyüyən Azərbaycan iqtisadiyyatı  həm fond ehtiyacının qarşılanmas;, həm 

alternativ investisiya vasitələrinin yaranması, həm də pul mübadiləsinin sağlam  şəkildə  həyata 

keçməsi üçün güclü bank sektoruna ehtiyac duyur. Son illərdə ölkənin bank sektoru da ümumi 

iqtisadiyyatın həcminə paralel olaraq sürətlə inkişaf edir. Bu inkişaf bank aktivlərinin, 

depozitlərin və verilən kreditlərin həcminin artmasında da özünü göstərir. Ancaq ölkəmizdə 

iqtisadiyyatın qarşılaşdığı əsas problemlərdən biri müxtəlif sektorlarda təmərküzləşmənin olması, 

başqa sözlə, rəqabətin azlığıdır. Dəfələrlə dövlət nümayəndələri də qeyd etmişlər ki, real sektorda 

bu problemin olması infilyasiyanı artırmaqla bərabər məhsulun və xidmətin keyfiyyətinə  də 

mənfi təsir göstərir. Eyni xüsusiyyətləri bank sektoruna da aid etmək olar. Rəqabətin az olması 

həm xidmət keyfiyyətini azaldacaq, həm inkişafa meyl yaratmayacaq, həm də bank xidmətlərinin 

qiymətlərini artıracaq.  Əsasən 2006-cı ilə  qədər bank sektorunda aktivlərin böyük həcminin 

dövlət bankları olan Azərbaycan Beynəlxalq Bankı (ABB) və Kapital Bankda cəmləşməsi və 

dövlətin bu bankları müxtəlif yollarla dəstəkləməsi sektorda rəqabətin artmasına mənfi təsir 

göstərir. Deidda və Fattouh (2005)

3

  tərəfindən edilən araşdırmaya görə bank sektorunda 



təmərküzləşmə az gəlirli dövlətlərin iqtisadi inkişafına mənfi təsir göstərir. Araşdırmanın  əsas 

nəticəsi budur ki, az gəlirli ölkələr bank sektorunda təmərküzləşməni azaldaraq iqtisadiyyatın 

inkişaf sürətini artırmağa nail ola bilərlər. Ölkəmizin az gəlirli ölkələr qrupunda yer aldığını 

nəzərə alsaq, araşdırmanın nəticəsinə görə, deyə bilərik ki, bank sektorunda təmərküzləşmə varsa 

onu azaltmaq iqtisadi inkişafın artmasına müsbət təsir edər.  

İqtisadçılar tərəfindən bir sektorda təmərküzləşməni ölçən müxtəlif indekslər 

hazırlanmışdır. Bu yazımızın məqsədi dünyada geniş  tətbiq edilən Herfindal və Teyl 

indekslərindən istifadə edərək 2003-2007-ci illər  ərzində Azərbaycan bank sektorunda 

təmərküzləşmə indeksini hesablamaqdır. Bu indekslerdən birincisi ABŞ  Ədliyyə Nazirliyi 

tərəfindən anti-inhisar siyasətinin tətbiq olunmasında istifadə edilir. Bu barədə  əlavə  məlumat 

məqalənin sonunda verilmişdir. Əvvəlcə hər iki əmsalın məzmununa nəzər salaq.  

Herfindal (H) indeksi bir sektorda olan şirkətlərin bazar paylarının kvadratları  cəmini 

göstərir. Bu indeksin az olması  rəqabətin yüksək olmasını, çox olması isə sektorda 

təmərküzləşmənin yüksək olduğunu və rəqabətin az olduğunu göstərir. İndeks bazar payı yüksək 

olan  şirkətlərə daha çox statistik çəki verir. H indeksi ilə  dəyişkənlik  əmsalı arasında sıx  əlaqə 

vardır və təmərküzləşmə yüksək olduğunda dəyişkənlik əmsalı kiçik olur.  

Teyl  İndeksi (T) isə daha çox iqtisadiyyatda gəlir bərabərsizliyini ölçmək üçün istifadə 

edilir. Bu indeksi daha çox maksimum entropiya ilə faktiki entropiya arasındakı  fərq olaraq da 

adlandırırlar. Entropiya isə bir sistemin işləyəcək qədər enerjisinin olmaması  vəziyyətidir. H 

indeksinin  əksinə T indeksi az olarsa təmərküzləşmənin  yüksək olduğu, yüksək olarsa isə 

təmərküzləşmənin aşağı olduğunu göstərir. T indeksi H indeksindən fərqli olaraq bazar payı daha 

kiçik olan şirkətlərə statistik üstünlük verir.  

Bu indekslərlə  bərabər M əmsalını da nəzərə alacağıq. M əmsalı eyni H və ya T 

indeksinin sektorda neçə sayda eyni həcmli bankın olması ilə əldə ediləcəyini göstərir. Bu əmsal 

az olduqda daha çox təmərküzləşməni göstərir. M əmsalı həm 1/H olaraq, həm də T əmsalının 

antiloqarifmi olaraq hesablana bilər.   

                                                 

1

 Fariz Hüseynov ABŞ-ın Memfis Universitetinin maliyyə ixtisası üzrə doktorantıdır. Yazıdakı səhvlərin 



məsuliyyəti müəlliflərə aiddir. Əlaqə üçün 

fhuseynv@memphis.edu

 ünvanına yaza bilərsiniz.  

2

 Xanoğlan Hüseynov Azərbaycan Kooperasiya Universitetinin maliyyə üzrə dosentidir.   



3

 Deidda, L., Fattouh, B., 2005, “Concentration in Banking Industry and Economic Growth”, 

Macroeconomic Dynamics, 9, səh. 198-219.  



 İndeksləri hesablamazdan əvvəl bank sektorunun 2003-2007-ci illər  ərzində statistik 

xülasəsinə nəzər salaq. 2003-2005-ci illər üzrə məlumatlar Azərbaycan Banklar Assosasiyasının 

hesabatlarından, 2006-cı ilin məlumatları “Banklar və Biznes” jurnalından, 2007-ci ilin 

məlumatları isə (bu məlumatlar sadəcə oktyabrına qədər olan dövrü göstərir)  

http://www.abc.az/

4

 



internet saytından əldə edilmişdir.  

 

Göstərici \ İl 2003 



(mlrd. AZM) 

2004 

(mlrd. AZM) 

2005 

(mlrd. AZM) 

2006  

(mln AZN) 

2007  

(mln AZN) 

Bankların sayı 

43 40 40 

37 34 

Cəmi Aktivlər 

5.008,1 8.195,1 11.286,5 

3.673,4 

 

5.781,2 



 

Ortalama bir bankın  

aktiv miqdarı 

116,5 204,9 282,26 99,3 

 

170,0 


 

Ən az aktiv miqdarı 

12,8 19,4 28,5 8,0 

 

20,0 


 

Ən çox aktiv miqdarı 

2.511 4.323,1 5.776,5 

1.778,2 

 

2.364,8 



 

Aktiv miqdarının  

standard xətası  

378,9 673,3 899,2 

288,4 

 

407,1 



 

 

Ortalama bir bankın  

bazar payı (%) 

2.32 2.5 2.5 

2.7 

 

2.9 



 

Ən az bazar payı (%) 

0.26 0.24 0.25 

0.22 

 

0.35 



 

Ən çox bazar payı (%) 

50.14 52.75 51.18 

48.41 

 

40.91 



 

Bazar paylarının  

standard xətası (%) 

7.57 8.22 7.97 

7.85 

 

7.04 



 

 

Yuxarıdakı cədvəldən göründüyü kimi həm cəmi aktivlərdə, həm də ortalama bir bankın 



aktiv miqdarında 2003-2007-ci illər ərzində sürətli artım olmuşdur. 2003-cü ildə bank sektorunun 

cəmi aktivləri 5 trilyon AZM olmuşdursa, bu rəqəm 2007-ci ildə 5.8 mlrd AZN-yə çatmışdır. 

2003-cü ildə ortalama bir bankın cəmi aktivləri 116.5 mlrd. AZM idisə, 2007-ci ilin oktyabr 

ayında bu rəqəm 170 mln. AZN olmuşdur. Ortalama bir bankın bazar payında müəyyən artış 

olmuşdur. 2007-ci ildə bir bankın ortalama olaraq bazar payının 2.9 faizini əlində tutduğunu deyə 

bilərik. Ancaq ən böyük bank olan ABB aktivlərə görə bazar payının, təxminən, 50 faizinə sahib 

olması ortalama dəyəri çox yüksəldir. Bazar paylarının standard xətası bu illər  ərzində böyük 

dəyişiklik göstərməmiş  və  təxminən, 7-8 faiz ətrafında olmuşdur. Bu rəqəmlərdən sektorun nə 

qədər təmərküzləşdiyini demək çətin olduğu üçün yuxarıda bəhs etdiyimiz indekslərə nəzər salaq.  

Aşağıdakı  cədvəl bank sektorunda H, T indekslərini və M əmsalını göstərir. Bank 

sektorunda iki dövlət bankının (ABB və Kapital Bank) təsirini ayrıca öyrənmək üçün indeks 

dəyərlərini iki fərqli halda araşdıracağıq: dövlət bankları daxil olmaqla və dövlət bankları 

çıxılmaqla. Kapital Bankın dövlətə aid olan hissəsinin 50 faizi 2007-ci ilin 3-cü rübündə 

özəlləşdirilsə də, digər 50 faizi dövlətə məxsus olduğu üçün bu bankı ABB ilə bir kateqoriyaya 

daxil edirik.  

Aşağıdakı  cədvəldən də göründüyü kimi 2003-2007-ci illər  ərzində  təmərküzləşmə 

indekslərində müəyyən azalma olmuşdur. Ancaq dövlət banklarının nəzərə alınıb alınmaması 

əmsalların dəyərinə  təsir edir. Əvvəlcə dövlət banklarının nəzərə alındığı hala baxaq. Bank 

sektorunda H indeksi 2004-cü ildən azalmağa başlayaraq 2007-ci ildə özünün ən aşağı 

                                                 

4

 http://bank.abc.az/index.php?p=4&mid=25 




səviyyəsinə (0.1931) çatmışdır. Bu rəqəm 2003-cü il səviyyəsindən təxminən 0.07 qədər azdır. 

Bu isə 2007-ci ildə təmərküzləşmənin 2003-cü ildən daha az olduğunu göstərir. H indeksi nəzərə 

alınmaqla M əmsalına baxsaq görərik ki, 2007-ci ildə sektorda 5.18 sayda eyni böyüklükdəki 

bank olsaydı eyni rəqabət səviyyəsini əldə etmək olardı. T indeksinin 2003-2007-ci illər ərzindəki 

səviyyəsi də təmərküzləşmənin azaldığını təsdiq edir.  2007-ci ildə T indeksi 2.45 olmuşdur. Bu 

indeksi nəzərə aldıqda isə eyni təmərküzləşmənin 11.57 eyni həcmli bankla əldə edilə biləcəyini 

görürük. Nəticə olaraq hər iki indeks, əsasən H indeksi, 2007-ci ildə bank sektorunda 

təmərküzləşmənin əvvəlki illərə nisbətən azaldığını və rəqabətin arttığını göstərir. 

 

İndi isə, ancaq özəl bankların nəzərə alındığı  rəqabət səviyyəsinə baxaq. Özəl bank 



sektorunda H və T indeksləri təmərküzləşmənin çox az olduğunu və güclü rəqabətin mövcud 

olduğunu göstərir. Məsələn, 2007-ci ildə H indeksi 0.0795 və M əmsalı 12.58 olmuşdur. T 

indeksi nəzərə alınmaqla isə, M əmsalı hətta 10.77 olmuşdur. Eyni dövrdə dövlət banklarının da 

daxil olmaqla hesablanan rəqəmlərlə müqaisə etsək,  əsasən, H indeksi onu göstərir ki, dövlət 

banklarının mövcudluğu (xüsusən, ABB-ın ifrat dərəcədə böyük olması) və onların dövlət 

tərəfindən müəyyən qədər dəstəklənməsi bank sektorunda təmərküzləşməni artırır, sağlam 

rəqabətə mane olur. Ancaq diqqəti çəkən başqa bir məqam odur ki, ancaq özəl sektor daxil 

olmaqla hesablanan H və T indeksləri 2007-ci ildə bir əvvəlki illərə nisbətən, təmərküzləşmənin 

artdığını göstərir. Bu maraqlı faktın səbəbini belə açıqlamaq olar. 2007-ci ildə özəl sektorda 

azsayda bank (Bank Standard, Unibank, Texnikabank vəs.) öz bazar paylarını artırmış  və digər 

xırda bankların ümumi bazar payı azalmışdır. Bu da özəl sektorda bazar paylarının əsas hissəsinin 

azsaylı bankların  əlində  cəmləşməsinə  səbəb olmuşdur.  İndi isə,  əmsalların səviyyəsinin 

normadan çox və ya az olduğunu müəyyən etmək üçün dünya praktikasında istifadə edilən 

normalara istinad edək.  

 

Bilindiyi kimi, H indeksi ABŞ-ın  Ədliyyə Nazirliyi tərəfindən  şirkət birləşmə  və satın 



alımlarında, hər hansı birləşmə  və satın almanın sektordakı  rəqabətə  nə  qədər təsir edəcəyini 

ölçmək üçün istifadə edilir

5

. Qəbul edilmiş standardlara görə indeks 0.10-dan aşağı olduqda çox 



az təmərküzləşmiş, 0.10-0.18 arası olduqda nisbətən (orta) təmərküzləşmiş, 0.18-dən yuxarı 

olduqda isə  təmərküzləşmiş hesab olunur. Məlumat üçün qeyd edək ki, təmərküzləşmiş bir 

sektorda şirkətlər arasında H indeksini 0.01 dərəcə artıran hər hansı satın alma və ya birləşmə aktı 

ABŞ  Ədliyyə Nazirliyi və Federal Ticarət Komissiyasının “Üfüqi Birləşmələr Haqqında 

Qanunu”na  əsasən inhisarlaşma təhlükəsi yaradır. Azərbaycan Respublikasının Antiinhisar 

Fəaliyyəti ilə bağlı müvafiq qanunlarında sektorun təmərküzləşmə indekslərinə hər hansı istinadın 

olmadığını görürük. Bu standartlara baxsaq Azərbaycan bank sektorunun yüksək dərəcədə 

təmərküzləşdiyini, ancaq 2007-ci il H indeksinin “nisbətən təmərküzləşmə” səviyyəsinə çox 

yaxınlaşdığını deyə bilərik.  İki dövlət bankını  çıxmaqla, özəl bankların çox rəqabətli  şəraitdə 

                                                 

5

 http://www.usdoj.gov/atr/public/testimony/hhi.htm 



Göstərici \ İl 

2003 2004 2005 2006  2007 

Dövlət bankları (ABB və Kapital 

Bank) daxil olmaqla 

 

 



 

 

 



H (Herfindal İndeksi) 

0.2637 0.2883 0.2725 0.2489  0.1931 

M əmsalı (H nəzərə alınmaqla) 

3.79 3.47 3.67 4.02  5.18 

T (Teyl Əmsalı) 2.3801 

2.2844 


2.3306 

2.34 


2.45 

M əmsalı (T nəzərə alınmaqla) 10.81 

9.82 

10.28 


10.43 

11.57 


Dövlət bankları (ABB və Kapital 

Bank) çıxılmaqla 

 

 



 

 

 



H (Herfindal İndeksi) 

0.0508 0.0452 0.0437 0.0572  0.0795 

M əmsalı (H nəzərə alınmaqla) 

19.67 22.11 22.86 17.49  12.58 

T (Teyl Əmsalı) 

3.3765 3.3623 3.3552 2.2664  2.3767 

M əmsalı (T nəzərə alınmaqla) 29.27 

28.85 


28.65 

9.65 


10.77 


fəaliyyət göstərdiyini və dövlətin bank sektorunda bilavasitə iştirak etməsinin rəqabəti azaltdığını 

deyə bilərik. Eyni zamanda bu rəqəmin də nisbətən təmərküzləşmə  səviyyəsinə yaxınlaşdığını 

qeyd edə bilərik.  

Beləliklə, 2007-ci ildə Kapital Bankın hissələrinin 50 faizinin özəlləşdirilməsinin iki 

təsiri olduğu iddia edilə bilər. Bir tərəfdən dövlət bankları da daxil olmaqla, ümumi bank 

sektorunda rəqabəti artırmış, digər tərəfdənsə, sadəcə özəl bank sektorunda rəqabəti azaltmışdır. 

Ancaq yuxarıda da qeyd etdiyimiz kimi 2007-ci ildə  təmərküzləşmə indeksinin artmasının  əsas 

səbəbi odur ki, bu ildə özəl sektordakı banklar arasında uçurum artmışdır. Bilindiyi kimi, Kapital 

Bankın özəlləşdirilən paylarını üç şirkət, Xalqbank (20%), Ataholdinq (20%) və Azərsun Holdinq 

(10%)  satın almışdır. Bu şirkətlərdən Xalqbank bilavasitə, Ataholdinq isə Atabank vasitəsilə 

bank sektorunda iştirak edir. Təəssüf ki, antiinhisar qanunlarında H indeksinə heç bir istinad 

olmadığı üçün, bu satın alma prosesinin bank sektorunda rəqabətə necə  təsir edəcəyinə diqqət 

edilib edilmədiyini demək çətindir. Əlbəttə, bizim analizimiz bu səpkidə hansısa nəticəyə varmaq 

məqsədindən uzaqdır. Bunun üçün, hər halda, 2008-ci ilin rəqabət indekslərini gözləmək 

lazımdır. Təbii ki, gələcəkdə digər banklar arasında birləşmə və satın almaların olacağını istisna 

etmək olmaz. Belə hal baş verərsə uyğun birləşmə  və satın alma aktının antiinhisar siyasətinə 

uyğun gəlib gəlmədiyini müəyyən etmək üçün H indeksindən istifadə etmək olar. 

Yazının sonunda bir daha, ABB-nın özəlləşdirilməsinin bank sektorunda rəqabəti 

artıracağını deyə bilərik. ABB-nin dövlət tərəfindən bu və ya digər vasitələrlə dəstəklənməsi də 

sektorda haqsız rəqabətə səbəb olur. Dövlət qurumlarının monopoliyalara qarşı mübarizəsinə ən 

gözəl nümunə olaraq, yenə ABŞ Ədliyyə Nazirliyinin 1974-cü ildə Şerman Aktına istinad edərək 

tele-kommunikasiya  şirkəti AT&T-ni inhisarlaşmada və  rəqabəti  əngəlləmədə ittiham etməsini 

göstərə bilərik. Uzun illər sürən məhkəmə prosesi nəticəsində 1982-ci ildə  əldə olunan 

razılaşmaya görə AT&T şirkəti özünə məxsus 22 yerli tele-kommunikasiya xidməti verən şirkəti 

satmağa məcbur olmuşdu. Sonrakı illərdə kompüter proqramları  şirkəti Microsoftun eyni 

ittihamla üzləşmişdir. Bunun kimi yüzlərlə başqa nümunəyə baxdığımızda və bank sektorunda 

təmərküzləşmənin, məhz, dövlət banklarının iştirakı ilə daha yüksək olduğunu göstərən 

araşdırmamızı  nəzərə aldıqda, Azərbaycan Respublikasının  əlaqədar qurumlarının bank 



sektorunda təmərküzləşməni azaldacaq addımlar atacağına inanırıq.

  

Yüklə 45,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə