1 dekabr 2017-ci il, cümə
6
Dinamika, işgüzarlıq, məsuliyyət hissi, cavabdehlik, mübariz
əhval-ruhiyyə, məqsədə nail olmaq üçün səriştə və inadkarlıq onun
həyat kredosu, fəaliyyət tərzi üçün xarakterik cizgilərdir. Sənətində və
şəxsiyyətində emosional keçidlər sərtliklə kövrəkliyin vəhdətində özünü
daha qabarıq büruzə verərək milli özgürlük koloritini gücləndirir.
Hisslərin, duyğuların coşub-çağlayan məqamında molbertin sıxacları
arasında tarıma çəkilmiş kətanla üz-üzə dayanmağı, poetik düşüncələrin
portretini rənglərin polifonik qurşağından, zərif, incə qovşağından
faydalanaraq təbiiliyin harmoniyasını yaratmaqdan yorulmaq bilmir.
Haqqında söz açdığımız rəssam, heykəltəraş, qrafika ustası, Azərbaycan
Rəssamlar İttifaqının üzvü, beynəlxalq festival laureatı, Respublika
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki
Mərkəzin elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Məhərrəm oğlu
Quliyevdir.
O, 1956-cı ildə Cəbrayıl
rayonunun Quycaq kəndində
anadan olub. İxtisas təhsilini
Bakıdakı Əzim Əzimzadə adına
Rəssamlıq Məktəbində alıb.
Həmin təhsil ocağını fərqlənmə
diplomu ilə bitirərək, 1980-ci
ildə təyinatla Azərbaycan Res-
publikası Mədəniyyət Nazirli-
yinin sərəncamına göndərilib.
Rafiq Məhərrəm oğlu bir müddət
incəsənət bilikləri şöbəsinin müdiri
vəzifəsində çalışıb, Azərbaycanda
xalq yaradıcılığının öyrənilməsi və
təbliği sahəsində fəaliyyət göstərib.
Sonralar Azərbaycan Dövlət İncəsənət
İnstitutunda ali təhsil alan Rafiq
uzun illər respublikanın müxtəlif
guşələrində yaşayan istedadları üzə
çıxarmaqla yanaşı, özü də yaradıcı-
lıqla ciddi məşğul olaraq, rəngkarlıq,
qrafika və heykəltəraşlıq sahəsində
yaddaqalan, bənzərsiz əsərlər yaradıb.
Xüsusilə rəngkarlığa aid işlərinin
müxtəlif miqyaslı yerli və xarici
sərgilərdə nümayiş etdirilməsi uğurlu
olub, müəllifini cəmiyyətdə tanıdıb
və sevdirib. Onun Azərbaycan təsviri
sənətinin problemlərindən bəhs edən
tədqiqatları böyük maraq doğurur.
Rəssamın “Azərbaycan incəsənətində
rəmzi-bədii şərhə yüksəlmə” (2007),
“Təsviri sənətdə insan dünyası” (2009)
və “Azərbaycan təsviri sənətində
tarix və şəxsiyyət” (2013) kitablarını
sənətşünaslıq elmimizə, bütövlükdə
Azərbaycan mədəniyyətinə dəyərli
töhfə hesab etmək olar.
R.Quliyevin rəngkarlıq yaradıcılı-
ğında hansı janrın ələyatımlılığından,
hansı boyanın imkanlarından, rəng
çalarlarının üstünlüklərindən söz aç-
maq çətindir. Çünki o, müəyyən janra,
boyaya rəğbətini büruzə versə də,
peşəkarlıq, səriştə, araşdırdığı mövzu-
ya vurğunluq bütün əsərlərinin bədii-
estetik mahiyyətində, cazibəsində
duyulmaqdadır.
Etiraf olunmalıdır ki, Rafiq
incəsənət aləmində daha çox rəngkar
kimi tanınır. Bununla belə, o,
heykəltəraşlıq, tətbiqi-sənət sahəsində
də özünəməxsus üslubu, ifadə tərzi,
işıq kontrastlarının qabarıqlığı, rəmzi
detalların tipikliyi, obrazın bütövlüyü,
canlılığı ilə fərqlənir. Doğrudur, sovet
dönəmində şablon, trafaret mövzu-
lardan kənaraçıxmalar, milliliyə və
müstəqil düşüncə tərzinə meylilik
arzuolunan hal deyildi. Rafiq müəllim
bədii yaradıcılığında rejimin məhdud
çərçivələrinə sığışmır, bəzən onun
məlum yasaqlarını sənətin qüdrətinə,
füsunkarlığına tabe edirdi.
Rəssamın rəngkarlıq əsərləri
sırasında süjetli kompozisiyalar
daha çox diqqəti cəlb edir. Mühitin,
əhval-ruhiyyənin qabarıq panoramını
belə lövhələrdə canlandırmaq peşəkar
fırça ustası üçün o qədər də çətin
deyil. “Xeyir-dua” əsərində rəssamın
doğulub boya-başa çatdığı kənddə
müşahidə etdiyi toy mərasiminin ən
duyğulu, həyəcanlı məqamı təsvir
edilmişdir. Toy libası geyinmiş, milli
adət-ənənəyə uyğun bəzədilmiş gəlin
bəy evinə yola salınmazdan əvvəl
valideynlərinin, yaxın qohumlarının
xeyir-duasını almağı intizarla gözləyir.
Ön planda papağını gözlərinin üstünə
basmış, saç-saqqalı ağarmış, çayı
stəkanda soyusa da, qəlyanına dərin
qüllab vuraraq onu tüstülədən atanın
qayğılı siması verilmişdir. Başı örtüklü
ana ötən günlərin xiffətindən tam
azad deyildir. Qızının gəlinlik libası
ilə ananın geyimi arasındakı fərqi
sənətkar cəmiyyətdəki ziddiyyətlərdən
daha çox, onun inkişaf dinamikasının
göstəricisi kimi təqdim edir. Ayrılıq
nə qədər xoşməramlı olsa da, hamının
çöhrəsindən nigarançılıq duyulmaq-
dadır. Bu məqamda ayrılıq anının
uzanmasına son qoyacaq, narahatçılığı
təbəssümlə əvəzləyəcək xeyir-duanı
hər kəsin intizarla gözləməsi portretin
ümumi kompozisiyasını təşkil edir.
“Xeyir-dua”dakı qəlyanlı kənd
ağsaqqalı Rafiq Quliyevin yaradıcı-
lığında bir dəfə görüntülənib yoxa
çıxan, təsadüf olunmayan obrazlardan
deyil. Tipik olduğu qədər də, yadda-
qalan, mənalı sifət cizgiləri, ciddi ba-
xışı, qayğılı görüntüsü olan müdrikə
biz rəssamın yağlı boya ilə işlədiyi
“Ümid”, “Hisslər”, “Fraqment” və s.
tablolarında da rast gəlir, müxtəlif ra-
kurslardan müşahidə etmək, izləmək
imkanı qazanırıq. Eləcə də “Xeyir-
dua”dakı Gəlin obrazı “Fraqment”,
“Söhbət” və digər lövhələrdə qabarıq
verilmişdir. Bu vurğulanan məqamlar
tamaşaçıda əminlik yaradır ki, rəssam
sevimli obrazlarını həyatdan seçir və
yaradıcılıq boyu onları izləyir, fərqli
situasiyalarda rənglərin dili ilə onların
fikir və düşüncələrini ifadə etməyi
bacarır.
“Sarı gəlin” obrazı Rafiqin yaradı-
cılığında milli koloriti və tarixi ənənəsi
ilə seçilən, təbiət gözəli timsalında
təqdim olunan, güllərin, çiçəklərin
rəngindən, rayihəsindən süslənən bir
Vətən qızının bədiiləşdirilmiş portre-
tidir. Tabloda cazibədarlığı, zərifliyi,
gözəlliyi şərtləndirən detallar kompo-
zisiyanın mükəmməlliyini tamamlayır,
rənglərin harmoniyası eyniadlı mahnı
qəhrəmanının Azərbaycan təbiətinin
qüdrətindən, bənzərsizliyindən təcəlla
tapdığını təsdiqləyir.
“Sarı gəlin” portreti görkəmli
sənətkarın qadın obrazları cərgəsində
kübarlığı, ifalılığı, cazibədarlığı, milli-
liyi, mükəmməlliyi ilə seçilən, tarixilik
və müasirlik rakurslarından yanaşdıq-
da məmləkətini dünya müstəvisində
təmsil etmək səviyyəsinə ucaldılan
Azərbaycan qadını nümunəsidir.
Rəssamın yaradıcılığında bütün
fəsilləri ilə görüntülənən, rəngarəng,
göz oxşayan Azərbaycan təbiəti –
güllü-çiçəkli, barlı-bəhərli Vətən
torpağı, ləpələri nəğmə zümzümə
edən dənizi, çayı, şəlaləsi, qucağına
sığınmış kəndləri ilə vüqarlı, əzəmətli
görünən dağları, mənzərələri, onu
gündən-günə gözəlləşdirən, min naz-
nemətlə barındıran, zənginləşdirən
zəhmətsevər insanları araşdırma
predmetinə çevrilmiş, böyük sevgi və
rəğbət hissi ilə təqdim edilmişdir.
“Lalələr”, “Yağışdan sonra”,
“Yazın gəlişi”, “Nar ağacı, nar
çiçəyi”, “Mənzərə”, “Küsdümgül”,
“Natrümort”, “Güllər”, “Buket” və b.
rəsmlərdə adlarından da məlum olduğu
kimi, onun çiçəyə, təbiətin yaratdığı
gözəlliklərə sevgisini, vurğunluğunu
izhar etməklə yanaşı, rənglərin bəzən
açıq, işıqlı, bəzən də solğun, tutqun
çalarlarından yerli -yerində faydala-
naraq hər kəsin birmənalı bəyəndiyi
torpağın ecazkar töhfələrinə laqeydli-
yin, diqqətsizliyin mövcudluğunu da
vurğulamağı unutmur. Gülün, çiçəyin
taleyindən ifadə olunan narahatlıq
insanları Tanrının yaratdıqlarına daha
həssas olmağa çağırır.
Dəniz lövhələri rəssamın ya-
radıcılığında, demək olar ki, digər
mövzularla müqayisədə üstünlük təşkil
edir. Bu mənzərələrdə kükrəyən, şahə
qalxan dalğalara, fırtına və tufanların
məcrasından oynatdığı mavi dənizə
təsadüf edilmir. “Dənizin nağılı”
sahildə lövbər salmış “Qayıqlar”ın
qəlbindən axan qara qanları ovsun-
laya bilmir... “Qağayıların döyüşü”
dəniz sükutunu “Lirika”ya çevirməyə
hesablansa da, yalnız “Mayak”ın işıq
yaddaşında yaşam haqqı qazanır. Onun
tablolarında dəniz sanki canlı, duyğu-
lu, düşüncəli orqanizmdir, insan taleyi
yaşayır – qayğılı, narahat, məsuliyyət
hissi daşıyan ömür...
Dağ, kənd, çay, şəlalə obraz kimi
düşüncələr aləmini tamamlayan,
bütövləşdirən bədii detallardır. “Yağış-
dan sonra”, “Çaylaq”, “Yazın gəlişi”,
“Köhnə kənd”, “Mənzərə”, “Ağsaq-
qal”, “Axşam” və digər lövhələrdə
doğma, tanış kənd mənzərələri, ucalıq,
əzəmət rəmzi olan dağlar və dağ ağırlı-
ğında el, Vətən dərdini çiyinlərində
daşıyaraq ömrün qış çağında yumaq
kimi bükülən kənd ağsaqqalı... Rəssam
maraqlı süjetlər əsasında mükəmməl
kompozisiyalar quraraq tamaşaçını
düşündürmək, hisslərlə rənglərin
səssiz dialoqunu qurmaq bacarığını
böyük ustalıqla sezdirə bilir.
Azərbaycanın Xalq rəssamı,
Respublika Dövlət mükafatı laureatı
Kazım Kazımzadə təsadüfi deyildir
ki, Vətənimizin dilbər guşələrini,
əsrarəngiz gözəlliklərini tablolarında
canlandıran sənətkar haqqında demiş-
dir: “Rəssam Rafiq Quliyevin yara-
dıcılığında tarixi yaddaşa diqqət və
ehtiramın ifadəsi diqqətimi daha çox
cəlb etdi. Çünki yaradıcı adam üçün
bu, çox vacib keyfiyyətdir. İnanıram
ki, o, bu cür başlanğıcla özünün yaxın
gələcəkdə də uğur qazanacağına zəmin
yaratmışdır.”
Yaradıcı şəxsiyyətdə, sənətkarda
vətənpərvərlik keyfiyyətinin, milli-
tarixi yaddaşa ehtiramın önəmliliyini
vurğulayan K.Kazımzadənin dəqiq
müşahidələri, elmi proqnozları demək
olar ki, bu gün özünü tamamilə doğ-
rultmuşdur. Rafiq Quliyevin yaradı-
cılıq palitrası çoxçalarlı və çoxşaxəli
olmaqla yanaşı, yurdsevərlik duyğusu,
dövlətçilik hissiyyatı ilə süslənmişdir.
“İlk şum” əsəri rəssamın torpağa
sevgisinin bədii ifadəsi, zəhmət adam-
larına rəğbətinin, ehtiramının əyani
təcəssümüdür. Sübh çağı, dağlar arxa-
sından dan yerinin qızardığı, şəfəqlərin
ağ buludları qırmızılı-çəhrayılı rəngə
boyadığı anlarda tüstüsü ərşə bülənd
olan çəhrayı traktorla yerin şumlanma-
sı, kotan caynağının torpağın bağrını
sökməsi, uzaqlarda görünən kəndin
uğurlu və xeyirli sabahlarından xəbər
verir. Bu mənzərədə torpaq, dağ və
nurlu səma arasında rəng keçidlərinin
təbii harmoniyası duyulmaqdadır.
Onun əsərlərinin əksəriyyətində
tarixilik və müasirlik tendensiyası
vətəndaş-rəssam mövqeyindən təqdim
edilmişdir. Bu düşüncənin qabarıqlı-
ğına diqqət yetirmək, fərqinə varmaq,
təzadlar arasındakı bəzən görünməz
incə, zərif vəhdəti həssaslıqla
müşahidə etmək üçün “İçərişəhər” və
“Yeniləşən Bakı” tablolarının önündə
bir anlıq dayanaraq yaşanan duyğula-
rın çoxqatlı rəng çalarlarında yuvar-
landığının şahidi olmaq yetərlidir. Bu
iki əsərin yaranma tarixi illərlə ölçülsə
də mahiyyəti, məzmunu, süjet xətləri
arasında əsrlər yaşayır...
Rafiq Quliyevin təsviri incəsənət
təmayüllü əsərlərində tariximizin,
mədəniyyətimizin, adət-ənənələrimizin
zamanın sınağından üzüağ çıxan
unikal tərəflərinin təcəssüm tapma-
sı, milli-mənəvi dəyərlərimizdən
qədərincə barınması qürur və iftixar
hissi doğurur.
Asif RÜSTƏMLİ,
AMEA Ədəbiyyat İnstitutu mətbuat
tarixi və publisistika şöbəsinin
müdiri, filologiya üzrə elmlər
doktoru, professor
Təbiiliyin
harmoniyası
Azərbaycan, Pakistan və Türkiyə
xarici işlər nazirləri Bakıda birgə
mətbuat konfransı keçiriblər
Noyabrın 30-da birinci üçtərəfli görüş
başa çatdıqdan sonra Azərbaycanın, Pakistanın və
Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov,
Xavaca Məhəmməd Asif və Mövlud Çavuşoğlu birgə
mətbuat konfransı keçiriblər.
Nazirlər üçtərəfli görüşdə
müzakirə olunan məsələlər
barədə məlumat veriblər.
Elmar Məmmədyarov bil-
dirib ki, Azərbaycan bu görüşün
keçirilməsində maraqlı idi.
Birinci üçtərəfli görüşdə əsasən
ölkələrimiz arasında iqtisadiy-
yatın inkişafı, xüsusilə ticarət
dövriyyəsinin artırılmasına dair
məsələlər müzakirə edildi. Nazir
bu il Azərbaycanın hər iki ölkə
ilə diplomatik münasibətlərinin
qurulmasının 25 illiyinin qeyd
olunduğunu deyib. O qeyd edib
ki, beynəlxalq təşkilatlarda
ölkələrimizin mövqeləri üst-üstə
düşür.
Nazir görüşdə regional
münaqişələr, terrorla mübarizə
barədə də müzakirələrin aparıl-
dığını diqqətə çatdırıb.
Elmar Məmmədyarov
vurğulayıb ki, görüşdə
Azərbaycanın və Türkiyənin
yaratdığı nəqliyyat dəhlizindən
Pakistanın da yararlanması
təklif olundu. “Ölkələrimiz
arasında ikitərəfli və ya
üçtərəfli hava nəqliyyatının
bərpa olunması məsələsini
də müzakirə etdik. Ener-
ji sahəsində əməkdaşlığın
yüksək səviyyəsindən
məmnunuq. Parlamentlərarası
münasibətlərimiz də yüksək
səviyyədədir, amma bu əlaqələr
daha da genişləndirilməlidir.
Beləliklə, Azərbaycan tərəfi bu
görüşdən məmnundur”, - deyə
xarici siyasət idarəsinin rəhbəri
vurğulayıb.
Pakistanın xarici işlər naziri
Xavaca Məhəmməd Asif deyib
ki, xarici işlər nazirlərinin
birinci üçtərəfli görüşü çox
məhsuldar keçdi, geniş
müstəvidə müzakirələr aparıldı.
Ölkələrimiz arasında ticarət
dövriyyəsinin artırılması ilə
bağlı müzakirələr xüsusi qeyd
edilməlidir.
Nazir vurğulayıb ki, ticarət
dövriyyəsinin üçtərəfli for-
matda inkişafı daha faydalı
nəticələr verə bilər. “Birbaşa
hava nəqliyyatının bərpası
üçün lazım olan bütün səyləri
göstərəcəyik və hesab edirəm ki,
buna nail olacağıq. Beynəlxalq
məsələlərdə hər üç ölkənin
mövqeləri üst-üstə düşür.
Parlamentlərarası əlaqələri
genişləndirmək barədə razılığa
gəldik. Həmçinin qərara aldıq
ki, üçtərəfli formatdan daha
geniş istifadə edək”, - deyə
pakistanlı nazir qeyd edib.
Üçtərəfli görüşün
əhəmiyyəti barədə danışan
Türkiyənin xarici işlər nazi-
ri Mövlud Çavuşoğlu deyib
ki, əsas məqsəd ölkələrimiz
arasındakı əlaqələri daha da
inkişaf etdirməyin yolları
barədə müzakirələr aparmaq
idi. Ticarət dövriyyəsi daha da
inkişaf etdirilməlidir. Xüsusilə
müdafiə sahəsində əməkdaşlığı
gücləndirə bilərik. Biz bu sahədə
bir-birimizi dəstəkləyirik.
Nazir görüşdə bu formata
hər üç ölkənin parlamentarilərini
də cəlb etmək barədə razılıq əldə
edildiyini bildirib. “Biz Qara-
bağ, Kəşmir və Kipr məsələsinin
həllində daha çox həmrəy olmalı
və bir-birimizə dəstək zamanı
heç nədən çəkinməməliyik.
Qarabağ və Kəşmir məsələsində
qardaş Azərbaycanın və qardaş
Pakistanın daim yanındayıq. Biz
terrorçuların İslamı əllərində
vasitəyə çevirmələrinə imkan
verməyəcəyik”, - deyə nazir
qeyd edib.
Mövlud Çavuşoğlu
Azərbaycanın beynəlxalq are-
nada rolunun getdikcə daha da
artdığını, önəmli aktora çevrildi-
yini vurğulayıb.
AZƏRTAC__ÇKP-nin_XIX_qurultayı_Çinin_qarşıdakı_onilliklərdə__strateji_inkişaf_yollarını_müəyyənləşdirdi'>AZƏRTAC
ÇKP-nin XIX qurultayı Çinin qarşıdakı onilliklərdə
strateji inkişaf yollarını müəyyənləşdirdi
Bunu “Sinxua” Agentliyinin müxbirinə eksklüziv müsahibəsində Yeni
Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov bildirib
Çinin “Sinxua” İnformasiya Agentliyi öz saytında Azərbaycan
Milli Məclisinin ictimai birliklər və dini qurumlar komitəsinin sədri,
hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş
Novruzovun Çin Kommunist Partiyasının (ÇKP) XIX qurultayına həsr
olunmuş eksklüziv müsahibəsini yerləşdirib.
“Sinxua”nın müxbiri ilə söhbətində
S.Novruzov qeyd edib ki, Çin Kommu-
nist Partiyasının oktyabr ayında keçi-
rilmiş XIX qurultayı tarixə ölkənin və
dünyanın siyasi həyatında mühüm hadisə
kimi daxil oldu. “Qurultay ÇKP-nin
XVIII qurultayından ötən beş il ərzində
Çinin nailiyyətlərini, dünyada çox sürətlə
yüksələn siyasi və iqtisadi mövqe-
yini əks etdirdi. Həmçinin qarşıdakı
onilliklər üçün strateji inkişaf yollarını
müəyyənləşdirdi”, - deyə komitə sədri
vurğulayıb.
Deputatın fikrincə, XIX sessiya Çinin
daxili və xarici siyasət sahəsində mühüm
qərarların qəbul edilməsi, o cümlədən
Çin Xalq Respublikasının sədri Si Cin-
pinin yenidən ÇKP Mərkəzi Komitəsinin
baş katibi, həmçinin MK-ya üzvlərin
seçkiləri ilə təqdirəlayiqdir. O diqqətə
çatdırıb ki, Si Cinpinin qurultaydakı
məruzəsində Çinin daxili və xarici siyasət
xəttinin müxtəlif aspektlərinə aydınlıq
gətirilməsi ilə yanaşı, ölkənin inkişafında
yeni mərhələnin başlanması da bəyan
olunub.
S.Novruzov deyib: “Si Cinpinin
Çinə rəhbərliyi dövründə, yəni 2012-ci
ildən bu günədək iqtisadiyyat, siyasət,
mədəniyyət, sosial və ekologiya
sahələrində, cəmiyyətin rifah halının
bütün parametrlər üzrə orta səviyyədə
formalaşdırılmasında, islahatların
dərinləşdirilməsində, hüquqi dövlət
quruculuğunda və partiya idarəçiliyinin
gücləndirilməsində uğurlar əldə edilib.
Çinin daxili və xarici siyasəti hər bir
çinli üçün layiqli həyat şəraitinin təmin
olunmasına, həmçinin dünya birliyi
ilə ahəngdar münasibətlərə, qarşılıqlı
faydalı əməkdaşlığın genişləndirilməsinə
yönəlib”.
O, həmçinin vurğulayıb ki, ÇXR-in
daxili və xarici siyasətində ən başlıca
prinsiplərdən biri ölkənin suverenliyi
və ərazi bütövlüyünün qorunmasına
əsaslanan vahid Çin prinsipidir.
S.Novruzov qeyd edib ki, “Bir
kəmər, bir yol” təşəbbüsünün (“İpək
Yolunun iqtisadi kəməri” və “XXI əsrin
Dəniz İpək Yolu”) reallaşdırılmasının
davam etdirilməsi Çinin dünya iqtisadiy-
yatında hərəkətverici qüvvə rolunu daha
da möhkəmləndirəcək. Onun fikrincə,
dünya iqtisadiyyatını ÇXR-siz təsəvvür
etmək qeyri-mümkündür. “Daxili ticarət
həcminin genişlənməsi, ticarət və inves-
tisiya sahəsində liberallaşdırma nəinki
Çinin, onunla əməkdaşlıq edən ölkələrin
də maraqlarına cavab verir”, - deyə depu-
tat bildirib.
Çinin daxili siyasət kursuna ayrıca
toxunan S.Novruzov xüsusilə qeyd edib
ki, beynəlxalq münasibətlərdə bu ölkəni
təcavüzdən çəkinmək, daxili işlərə qarış-
mamaq meyilləri fərqləndirir.
AZƏRTAC
Bakıda “Gənclər və dini icmalar:
əməkdaşlıq və inkişaf” mövzusunda
konfrans keçirilib
Noyabrın 30-da Azərbaycan Respublikasının
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun
birgə təşkilatçılığı ilə “Gənclər və dini icmalar:
əməkdaşlıq və inkişaf” mövzusunda konfrans keçirilib.
Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlı konfrans-
da çıxış edərək mövzunun
əhəmiyyətindən danışıb, gənclər
və dini icmalar arasındakı qarşı-
lıqlı əlaqələrin və bu məsələdə
gənclərin rolunun önəmini
bildirib. Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin dini
radikalizmə qarşı mübarizədə
müxtəlif qurumlarla, o
cümlədən gənclər təşkilatları ilə
sıx əməkdaşlıq etdiyini diqqətə
çatdıran Mübariz Qurbanlı
Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər
Fondu ilə müxtəlif xarakterli
tədbirlərin həyata keçirildiyi-
ni qeyd edib. Bildirib ki, dini
xurafat, dini radikalizm və
ekstremizmə qarşı mübarizədə
təbliğat işi daha yüksək
səviyyəyə qaldırılmalıdır.
Qafqaz Müsəlmanları İdarəsi və
Dövlət Komitəsi müxtəlif dövlət
qurumları ilə birlikdə bu sahədə
geniş proqram həyata keçirir.
Azərbaycanda din
amilindən istifadə edərək hər
hansı formada qarşıdurma
yaratmaq və yaxud ictimai-
siyasi sabitliyi pozmağa cəhd
etməyin mümkün olmadığını
bildirən Dövlət Komitəsinin
sədri ulu öndər Heydər Əliyevin
həyata keçirdiyi siyasəti uğurla
davam etdirən Prezident İlham
Əliyevin diqqət və qayğısı
nəticəsində Azərbaycanda
dövlət-din münasibətlərinin
yüksək səviyyədə olduğunu
vurğulayıb. Diqqətə çatdırıb ki,
sovet dönəmində ölkəmizdə 17
məscid mövcud idisə, müstəqil
Azərbaycanda hazırda 2000-dən
artıq ibadət məkanı fəaliyyət
göstərir. Republikamızda 750-
dən çox icma var ki, bunun da
28-ni qeyri-İslam icması təşkil
edir. Azərbaycanda müxtəlif
dini konfessiyalar sərbəst və
azad şəkildə dini ayinlərini icra
edirlər.
Dövlətimizin başçısı İlham
Əliyevin sərəncamı ilə Mənəvi
Dəyərlərin Təbliği Fondunun
təsis edildiyini bildirən Müba-
riz Qurbanlı bunu Azərbaycan
Prezidentinin dinimizə və
mənəvi dəyərlərimizə diqqət
və qayğısının növbəti təzahürü
kimi dəyərləndirib.
Azərbaycan Respublikası-
nın Prezidenti yanında Gənclər
Fondunun icraçı direktoru
Fərhad Hacıyev rəhbərlik etdiyi
qurumun fəaliyyət göstərdiyi
altı il ərzində respublikamı-
zın müxtəlif bölgələrində
4 minə yaxın layihəni
maliyyələşdirdiyini vurğulayıb.
F.Hacıyev onların arasında
dini dözümlülük, tolerantlıq
və dini maarifləndirmə ilə
bağlı layihələrin də olduğunu
diqqətə çatdırıb. Qeyd edib ki,
respublikamızda beynəlxalq
forumların keçirilməsi dünyada
Azərbaycanın rolunu, ölkəmizə
olan hörməti və inamı gündən-
günə artırır.
Azərbaycan Ağsaqqallar
Şurasının sədri, Milli Məclisin
deputatı Fəttah Heydərov
çıxışında bildirib ki, dünya-
da baş verən münaqişələrin
fonunda Azərbaycan dövlətinin
dini konfessiyalara münasibəti
olduqca təqdirəlayiqdir. Prezi-
dent İlham Əliyev tərəfindən
elan edilən “İslam Həmrəyliyi
ili”nin sülhə xidmət etmək
baxımından başlanğıc olduğunu
vurğulayan Fəttah Heydərov
Azərbaycanda müxtəlif dinlərin
nümayəndələrinin sərbəst və
sülh şəraitində yaşadıqlarını
bildirib. Deputat, eyni zamanda,
Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi ilə Prezident yanın-
da Gənclər Fondunun həyata
keçirdiyi tədbirlərin təqdirəlayiq
olduğunu vurğulayıb.
Milli Məclisin
beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr
komitəsi sədrinin müavini
Sevinc Fətəliyeva qeyd edib ki,
dünyada gedən proseslər, baş
verən münaqişələr, terrorizm və
dini ekstremizm halları gənclərə
də təsir göstərir. Azərbaycanda
ictimai-siyasi sabitliyin hökm
sürdüyünü diqqətə çatdıran
deputat ölkəmizdə multikultura-
lizmin həyat tərzinə çevrildiyini
bildirib.
Bakı Dağ Yəhudiləri Dini
İcmasının sədri Milix Yevda-
yev, “İrəli” İctimai Birliyinin
sədri Mirhəsən Seyidov, Roma
Katolik Kilsəsinin ordinarisi
Vladimir Fekete, “Gənclər üçün
Təhsil Mərkəzi” İctimai Birliyi-
nin sədri Fəxrəddin Həsənzadə,
Alban-Udi Xristian dini
icmasının sədri Robert Mobili
və “Asan Könüllüləri” Gənclər
Təşkilatı İctimai Birliyinin sədri
Bəxtiyar İslamov və digərləri
çıxışlarında Azərbaycanda
multikultural mühitin inkişafın-
da və təbliğində belə tədbirlərin
əhəmiyyətini qeyd ediblər.
Konfransda mövzu
ətrafında müzakirələr aparılıb,
rəy və təkliflər dinlənilib.
Tədbir çərçivəsində Dini
Qurumlarla İş üzrə Dövlət
Komitəsi ilə Gənclər Fondu
arasında əməkdaşlıq haqqında
memorandum imzalanıb.
AZƏRTAC