20
H.O.Fleyşer heç bir təxmin irəli sürmür. Bartold (ZVO, VIII,
1894, s.203) əlyazmanın birinci vərəqində başlıqda «Osman Pa-
şanın ölüm tarixi 993»
1
qeyd edildiyini gördü və əlyazmanın
h.993/m.1586 tarixine aid olduğu qənaətinə gəldi. R.Rəhməti
Aratın yardımı ilə Drezdendəki 86 nömrəli əlyazmanın mikrofil-
mindən götürülmüş surətini incələdim və zamanı bildirən başqa
bir qeydin olamadığını gördüm. Yazı xüsusiyyətləri də XVI əs-
rin ortalarına aid ola biləcəyini göstərir.
Drezden nüsxəsinin yaxın zamanlarda nömrələnmiş 153 və-
rəqi vardır. Əlyazmanın ilk iki vərəqində «Kitâb-ı Dedem Korkut
alâ lisân-ı tâife-i Oguzân» başlığı
2
, Osman Paşanın 993/1585-ci
ildə vəfat etməsinə dair qeyd, bəzi hədislərlə bağlı qeydlər vardır.
Çox istifadə edilən nəsx yazısı ilə yazılan bu mətn o qədər də
gözəl hesab edilə bilməz. Hər səhifədə 13 sətir yer alır və çox az
hallarda hərəkə yoxdur. Vərəqlərin çoxu ləkəlidir. Mətn 2b-də
«Bəsmələ» ilə başlayır və sonra toplamanın girişi yazılıdır:
« هن نامز ني ق ي تاي ب ندن يو ب تو قرو ق ا تا ر لر يد ر ب را ىد پو ق
لوسر هي ل ع ملاس لا»
3
.
Girişdən sonra (v.2b-5) 12 hekayə gəlir və başlıq da böyük
hərflərlə ən başa qoyulmuşdur. Hər hekayənin sonunda Dədə
Qorqudun bir duası yer alır və nida şəklində «xanum hey» var-
dır. Eyni nida hər hekayənin girişində başlıqdan sonra təkrar-
lanır və ilk hekayə bitən kimi, ikincisinə də başlıq olur. Bu «xa-
num hey» nidasının funksiyası türk və türkmən bəylərinin çadır-
larında və ya saraylarındakı toplantılardakı şairlərin cönklərində,
hekayə məcmuələrində olması təbiidir. Mətni nəşr edənlər (Ki-
lisli və Gökyay) tərəfindən anlaşılmadığından hər hekayənin
1
Çox güman ki, Özdəmiroğlu Osman Paşadır. Yəmən və Massaua fatehi
kimi tanınır. III Muradın hakimiyyəti illərində sədrəzəm idi. 1585-ci ildə Təbriz
şəhərini iranlılardan geri aldı və bu şəhərdə də 1585-ci ildə dünyasını dəyişdi.
2
Başlığın altında kitab sahibinin adı yer alır. Mənim fikrimcə, belə
oxuna bilər: «Əhd ən-Nur ibn Fərəh Kətxuda».
3
Oxunuşu: Qopdu ər bər deyərlər Ata Qorqut boyundan boyat yaqın
zamanına salam əleyh Rəsul.
21
başlığında nida qoydular. Lakin burada əlyazma mətnlə nəşr ara-
sındakı müqayisələr üzərində dayanan deyilik, çünki onsuz da o,
artıq görülmüş bir işdir. Bununla tənqidçilər maraqlana bilər
1
.
Hələlik Drezden nüsxəsindəki 12 hekayəni sıralamaqla kifayət-
lənirəm. Beləliklə, bu sıra qarşıda giriş və Vatikan nüsxəsinin
müqayisəsi üçün faydalı olacaqdır.
[I]
vərəq 6-19 Dirsə xan boyu, Buğac boyu, Dirsə xan
hekayəsi. Başlığı
2
:
«هس رد ناخ ىل غوا جاغ ب ناج [ناخ] ى نو ب [ىن يو ب] ناي ب رد يا»
3
[II]
vərəq 19-34b Salur Qazanın evinin yağmalanması;
[III]
vərəq 34b-62b Qam Bürə oğlu Bamsı Beyrək hekayəsi;
[IV]
vərəq 62b-78b Qazan bəy oğlu Uruz bəy hekayəsi;
[V]
vərəq 78b-86b Duxa Qoca oğlu Dəli Domrul hekayəsi;
[VI]
vərəq 86b-102 Qanlı Qoca oğlu Qanturalı hekayəsi;
[VII]
102-108 Qazılıq Qoca oğlu Yegnək hekayəsi
4
;
[VIII]
108-119 Basatın Təpəgözü öldürməsi hekayəsi;
[IX]
119-128 Bəkil oğlu Emrən hekayəsi;
[X]
128-137 Uşun Qoca oğlu Segrək hekayəsi;
[XI]
137-147 Qazanın tutsaq edilməsi və oğlu Uruzun onu
azad etməsi hekayəsi;
[XII]
147-153b Daş Oğuzların İç Oğuzlara qarşı üsyan
1
Bunu da qeyd etmək vacibdir ki, toplayanın və ya surətini çıxaranın
anlayışına görə düzülən mətn bu şəkli ilə həqiqi mətni əldə etməyimizə yardım
etmir. Düzgün mətn əldə emək üçün Drezden nüsxəsini əsas götürərək nisbətən
qısaldılmış mətn olan Vatikan nüsxəsinin də yardımı ilə irəlidə aşkarlayacağı-
mızı düşündüyümüz mətnlərdən də istifadə etməklə bir nəticəyə gələ bilərik.
2
Mətn başlığını birinci hekayə üçün yalnız burada qoydum. Sonrakıla-
rın başlığının tərcüməsini tədqiqatımdan sonrakı qisimdə olduğu kimi, qısal-
daraq verəcəm («sonrakı qisim» dedikdə müəllif «Kitabi-Dədə Qorqud» das-
tanını nəzərdə tutur. Əvvəldə də qeyd etdiyimiz kimi, bu məqalə E.Rossinin
«Kitabi-Dədə Qorqud» əsərinin ön sözüdür – Q.Şəhriyar).
3
Oxunuşu: Edər bəyan (bəyani) bunu (xan) Can Boğac oğlu Xan Dirsə.
4
Xüsusi isimləri Vatikan nüsxəsinin əsasında hərəkələdim (oxudum).
22
etmələri və Beyrəyin ölümünün hekayəsi.
Əlyazmanın sonluğu ilə xüsusi forma yoxdur. Son hekayə
də digər on bir hekayədəki eyni forma ilə bitir, yəni Dədə Qor-
qudun duası bəyə və ya dinləyən digər bəylərə xitabən dediyi
«hanum hey» ifadəsi ilə sona yetir.
Yazdığını anlamayan katibin ucbatından Drezden nüsxə-
sinin düzəldilməsinə ehtiyac var. Mətnin daha yaxşı anlaşılması
və dilçilik sahəsindəki tədqiqatlara yardım edəcək hərəkənin
yoxluğu boşluq yaradır.
Berlin nüsxəsini uzun-uzadı təqdim etməyə lüzum yoxdur.
Çünki Drezdenin eynisidir. A.Pertç «Die Hand» (Verzeichnisse
der Kön. Bibl., zu Berlin VI. Verz. der türk. Handschriften, Ber-
lin 1889, no. 203) əsərində yazır: «Kitabi-Dədə Qorqud» əslində
Oğuznamədir. Şərq türkcəsi ilə yazılmışdır» (sonra H.O.Fleyşe-
rin Drezden nüsxəsinə dair verdiyi məlumatı təkrarlayır). Berlin
əlyazması 37 vərəqdir, ölçüsü 24,5x17 sm-dir, hər səhifəsində
34 sətir olan nəsx yazısı ilə yazılmışdır. Fon Ditsin Pertç nüsxə-
nin surətini çıxartdığı da bilinir.
* * *
Drezden nüsxəsi üzərində aparılan tədqiqatlar:
a)
Təpəgözün Basat tərəfindən öldürülməsindən bəhs edən
VIII hekayənin H.F.Fon Dits tərəfindən nəşri: «Der neuentdeckte
oghuzische Cyclop» başlığı altında «Denkwürdigkeiten von
Asien» (Berlin, Halle, 1815) adlı əsərinin 436-457 səhifələrində.
b)
V.Bartold tərəfindən dörd hekayənin yayını, belə ki:
Duxa Qoca oğlu Dəli Domrulun hekayəsi (IV) – Борьба
богатыря с ангелом смерти (igidin Əzrail ilə mücadiləsi).
ZVO, VIII, 1894, s.209-218 (rusca tərcüməsi də var).
Hekayə (I). Dirsə (sic) xan oğlu Buğac xan (sic)ın hekayəsi
– eyni yer, XI, 1897-1898, s.175-193 (rusca tərcüməsi ilə).
Hekayə (II). Salur Qazanın evinin yağmalanması – eyni yer,
XII, 1900, s.37-57 (rusca tərcüməsi ilə).
Hekayə (III). Qam Bürə oğlu Bami (sic) Beyrək oğlu – eyni
Dostları ilə paylaş: |