234
nümunəsidir (hətta onlardan birincisinin iki variantı mövcud-
dur). Çox güman ki, onlar vokal ifaçısı R.Lax və Rəcəb Sarının
fərqli musiqilərdə oxuduğu eyni bəndlərdir. Bunu onun milli
musiqi yaradıcılığı sahəsindəki bilikləri də təsdiqləyir. Təəssüf
ki, əvvəlki silsilə nəşrlərdə olduğu kimi kitabda da mahnının adı
çəkilmir, onlar sadəcə bir-birinin ardınca nömrələnmişdir
1
.
№1а, 1b və 5 (184) nömrəli mahnıdan bir bənd:
Карарым ёк, Ай җемалың гөрмесем,
Дурарым ёк, дүнйə малын бермесем,
Сениң билен бəш гүн дөвран сүрмесем,
Мениң яныма гел сен, Айҗемал!
2
Tərcüməsi:
Qərarım yox, ay camalın görməsəm,
Səbrim yoxdu, dünya malın verməsəm,
Sənin ilə beş gün dövran sürməsəm,
Gəl sən mənim yanıma, Aycamal!
Qeyd edək ki, birinci cümlənin son sözü (гөрмесем) kitab-
da latın qrafikası ilə səhvən «gurmätäm» şəklində verilmişdir.
Bu söz heç bir məna ifadə etməməklə yanaşı, eyni zamanda
mətndə türkmən dilinin fonetik qanunauyğunluğunun tələb etdi-
yi saitlərin ahəngdarlığını da pozur.
Ötən əsrin altmışıncı illərinin sonu – yetmişinci illərinin əv-
vəllərində bu sətirlərin müəllifi (Muradgəldi Soeqov özünü nə-
zərdə tutur – Q.Şəhriyar) ilk dəfə tələbəlik illərində bu mahnıları
Marı vilayətindən (köhnə adı Mərv) Aşqabada gələn qrup yol-
daşı Oğulbibi Berdiyevanın ifasında dinləmişdir. O, bizimlə bir-
likdə Türmənistan Dövlət Universitetinin türkmən filologiyası
fakültəsində oxuyurdu. O zaman mahnı, deyəsən, dörd bənddən
ibarət idi və onlardan biri bu gün də yaddaşımda qalıb:
1
Lach R. Volksgesänge von Völkern Rublands. S. 66-67, 176-178, 207.
2
Mətn orijinalda – yazıya alındığı illərdəki qrafika ilə verilmişdir –
Q.Şəhriyar.
235
Мениң Айҗемалым гыммат бахалы,
Тылладандыр көвүшиниң нахалы,
Инди якын гелди гелҗек махалы,
Шаңңырдап яныма гел сен, Айҗемал!
Tərcüməsi:
Mənim Aycamalımın qiyməti yoxdu,
Ayaqqabısının nalı qızıldandı,
Onun gəlməsinin vədəsi yetdi,
Yanıma gəl ayaq bəzəyinin səsi ilə, Aycamal!
«Aycamal» adlı bu mahnı Oğulbibi Berdiyevanın, Mari-
Penza vilayətindən olan bir çox professional vokalist-baxşının
(xalq mahnılarının ifaçısı) ifasında, eyni zamanda türkmən fley-
tası neyin (qarğıdan hazırlanmış düdük) müşayəti ilə lentə alına-
raq Türkmənistan Mərkəzi Televiziyasının və türkmən radiosu-
nun arxivində mühafizə edilir.
Bir neçə türkmən yazıçıları arasında belə bir fikir formala-
şıb ki, bu mahnının sözləri XIX əsrin sonu – XX əsrin əvvəllə-
rində Balkan vilayətində yaşayan bir şairə aiddir (Bayram-şahir).
Çox güman ki, «Aycamal» mahnısının sözləri də, musiqisi də
xalqa aiddir (yəni anonimdir).
№2 (185) nömrəli mahnıdan bir bənd:
Агалар, дүшдүм бейле зындана,
Ачар ёкдур, килиди бар, ханым, билмедим,
Өзүм зындан ичинде болдум бикарар,
Дост хайсы, душман хайсы, ханым, билмедим.
Tərcüməsi:
Ağalar, düşdüm belə zindana,
Açar yoxdur, kilidi var, xanım, bilmirəm.
Özüm zindan içində oldum biqərar,
Kim dostumdu, kim düşmənim, xanım, bilmirəm.
236
İkinci və dürdüncü misralardakı «xanım» ifadəsinin (bu,
«mənim xanım» kimi başa düşülməlidir) şeirin mətninə heç bir
dəxli yoxdur, bu yalnız ifaçının mahnının daha da ahəngdar səs-
lənməsi üçün etdiyi əlavədir. Eyni zamanda o, bu xitabla din-
ləyicilərin diqqətini mahnının mətninə cəlb edir.
№ 3 и 6 (186) nömrəli mahnıdan bir bənd:
Кадыр Мөвлам берсе ганат,
Учдум долаша-долаша, җан-а,
Учурдым тəзе гүллере, җан-а,
Гачар долаша-долаша.
Tərcüməsi:
Qadir Mövlam versə qanad,
Uçdum dolaşa-dolaşa, sevgilim,
Uçurdum təzə güllərə, sevgilim,
Qaçar dolaşa-dolaşa.
Bu bəndin dəbii dəyəri o qədər də yüksək deyil. Əvvəlki
bənddə olduğu kimi burada da özünəməxsus musiqi ahəngdarlı-
ğı yaradan ifadə yer alır: җан-а – sevgilim.
№ 4 (187) nömrəli mahnıdan bir bənd:
Отуранда, гулпагы ере дөкдүрен,
Дуранда, гулпагы ярым билине уран,
Өзи бир лачын кимин далым уруп дуран,
Нирде мениң шах дилберим, гөрүнмез.
Tərcüməsi:
Oturanda hörükləri yerə dəyən,
Duranda hörükləri belinə vuran,
Özü bir laçın kimi boynun burub dayanan,
Harda mənim şah dilbərim, görünmür.
Türkmən dilində «гулпак» (gulpaq – hörük, saç) sözünün
mənasını izah edərkən Herbert Yanski heç bir mənbə göstərmə-
237
dən aşağıdakı bəndi misal gətirir və iddia edir ki, bu, yuxarıda
göstərilən mahnının digər bəndidir:
Гара гулпакларың йүзүңде чөзгүн,
Солгун гара гөзлер нечүйн сүзүлйəр?
Гөзүңе сүрме чек, гулпагыңы дара,
Мундан артык салма багрыма яра!
Tərcüməsi:
Qara hörüklərin üzünə dağılır,
Solğun qara gözlərin neyçün süzülür?
Gözünə sürmə çək, hörüyünü yığ,
Bündan artıq salma bağrıma yara!
Əslində bu rübai türkmən şairi, roman yazıçısı və alimi Əb-
dülhəkim Qulməhəmmədova (1885-1931) aiddir. Bu şeir müəl-
lifin 1926-cı ildə Aşqabadda nəşr etdirdiyi «Умыт ялкымлары»
(«Alovlanan ümidlər») adlı toplusuna daxil edilmişdir. H.Yans-
kinin göstərdiyi materialda bizim üçün yeni məlumat yalnız bu
sözün mahnılarda da istifadə olunmasıdır.
Bəzi nəticələr və gələcək planlar
Son illərə qədər türkmənistanlı musiqişünaslar belə hesab
edirdilər ki, türkmən milli musiqi tarixinin öyrənilməsi 1928-ci
ildən – avropalı mütəxəssislərin araşdırmaları ilə başlayır. Məhz
o illərdə Moskvada V.A.Uspenski (1879-1949) V.M.Belyayevlə
birlikdə ötən əsrin 20-ci illərindən başlayaraq çöldən
1
topladığı
materiallar əsasında özünün ikicildli fundamental «Туркмен-
ская музыка» əsərini nəşr etdirmişdir
2
. Robert Laxın hələ 1916-
cı ildə ən az altı türkmən xalq mahnısını fonoqrafik plastinkalara
yazdığı (buna baxmayaraq, nota alınmış təkrar nəşri kifayət qə-
1
Müəllif hərbi düşərgələri nəzərdə tutur. Bu düşərgələr çöllük-düzən-
liklərdə salındığından bəzən ədəbiyyatda belə adlandırılır – Q.Şəhriyar.
2
Bax: Гуллыев Ш. Туркменская музыка (наследие). Автореф. докт.
дисс. Ташкент, 1998.
238
dər sonralar həyata keçirilmişdir) dəqiq bilindiyi bir zamanda
yuxarıda göstərilən tarixi bir neçə il arxaya çəkərək dəqiqləşdir-
məyə ehtiyac var. Bundan başqa, türkmən qəhrəmanlıq dastanı
«Koroğlu»nun bir mahnısının notunu Aleksandr Xodzko (1804-
1891) özünün 1842-ci ildə Londonda ingilis dilinə tərcümə edə-
rək nəşr etdirdiyi kitabına daxil etmişdir. Bu xalq dastanına aid
digər mahnının sözləri isə Ser Aleksandr Börnisin (1805-1841)
1834-cü ildə Londonda nəşr etdirdiyi səyahət kitabında öz əksini
tapır. Bu, birinci məsələ.
İkincisi isə müvafiq internet saytlarında Tatarıstan Respub-
likası Dövlət Folklor Ansanаblının ifasında tatar mahnısı «Za-
man» istifadəçilərin nəzərinə çatdırılır. Bu mahnının videosu –
köhnə qramafon yasızı isə Birinci Dünya müharibəsi illərində
tatarlara əsir düşən almanlar tərəfindən ifa edilmişdir. Bu, onu
göstərir ki, bizim alim-müsiqişünaslarımız avstriyalı həmkarları
ilə birlikdə arxivlərdə mühafizə olunan türk xalqlarının milli
müsiqilərinin səsyazma lentlərini aşkarlayıb üzə çıxarmalıdırlar
ki, bunlar da yeni ifalarda təqdim olunmalı və yeni tədqiqat
işləri aparılmalıdır.
Birinci Dünya Müharibəsi iştirakçılarının köhnə maqnit
lentlərinə yazılmış canlı dili və səslərinin bərpası ulu babaların
və əcdadların qəhrəmanlığı və şücaəti qarşısında baş əyməyin
simvolu olar və müasir nəsillərin onlar haqqında silinməyən
yaddaşı formalaşar.
239
MÜNDƏRİCAT
Dünya ədəbiyyatında türk folklorşünaslığı ....................... 3
Məqalələr
Ettori Rossi ................................................................................. 9
«Dədə Qorqud kitabı» ilə bağlı araşdırmalar
«Kitabi-Dədə Qorqud»la bağlı aparılan
araşdırmaların biblioqrafiyası. Bu araşdırmanın
məqsədi və sərhədləri .................................................... 10
İndiyə qədər məlum olan Drezden (Berlin) və Vatikan
əlyazmaları: məzmunu, nəşri və tərcümələri .................. 19
Oğuzlar. Oğuznamə ədəbiyyatı...................................... 27
Dədə Qorqudun əfsanəvi şəxsiyyəti ............................... 35
Türk ozanları ................................................................. 40
«Dədə Qorqud hekayələri»nin yazıldığı təxmini dövr .... 43
«Dədə Qorqud hekayələri»nin tarixi mühiti ................... 47
«Dədə Qorqud hekayələri»nin coğrafi mühiti ................ 53
«Dədə Qorqud hekayələri»nin dini və mənəvi anlamı,
qəhrəmanlarının həyat anlayışı və davranışları .............. 60
On iki hekayənin xülasəsi. Türk və digər
millətlərin dastan və hekayələri ilə müqayisələr............. 76
I. Dirsə xan oğlu Buğac xanın hekayəsi .......................... 76
II.Salur Qazanın evinin yağmalanması hekayəsi ............. 77
III. Bozatlu Bamsı Beyrəyin hekayəsi .............................. 79
IV. Qazan bəy oğlu Uruz bəyin əsarətinin hekayəsi ........ 83
V. Duxa Qoca oğlu Dəli Domrulun hekayəsi .................. 84
VI. Qanlı Qoca oğlu Qanturalın hekayəsi ....................... 86
VII. Qazılıq Qoca oğlu Yegnəyin hekayəsi ...................... 87
VIII. Basatın Təpəgözü necə öldürdüyünün hekayəsi ...... 89
IX. Bəkil oğlu İmranın hekayəsi ...................................... 93
X. Uşun Qoca oğlu Segrəyin hekayəsi ............................ 94
XI. Salur Qazanın əsir götürülməsi və oğlu Uruzun
onu azad etməsinin hekayəsi ....................................... 95
240
XII. Daş oğuzların üsyanı və Beyrəyin ölümünun
hekayəsi ................................................................... 96
«Kitabi-Dədə Qorqud»un dilinin orta əsrlərdə Qərb
türkcəsində yazılı mənbələr arasında yeri ...................... 104
«Dədə Qorqud kitabı»ndakı vəzn və ahəng.................... 107
«Dədə Qorqud kitabı»nda üslub və söyləyicilik sənəti ... 112
Laszlo Rasoni ..................................................................... 118
Tarixdə türklük
Türk xalq ədəbiyyatı .............................................................. 118
Türk xalq musiqisi ................................................................. 121
Lui Bazen............................................................................ 124
«Qorqud» xüsusi ismi üzərində etimoloji mübahisə .............. 124
Jan Pol Ru .......................................................................... 134
«Kitabi-Dədə Qorqud»da Allah anlayışı ........................... 134
Allahın adları ........................................................................ 135
Allah ..................................................................................... 139
Gök Tanrı .............................................................................. 141
Tanrının birliyi ..................................................................... 145
Yaradıcı ................................................................................ 147
Can alan Tanrı ..................................................................... 151
İlahi təzyiq ............................................................................ 152
Göyə çıxma ........................................................................... 153
Slavolyub Cıncıç ................................................................. 156
Oğuzların epik tarixi və mədəniyyət
xəzinəsi: «Dədə Qorqud kitabı» ........................................... 156
İmrə Adorjan ..................................................................... 178
«Dədə Qorqud kitabı»nın Macarıstandakı
keçmişi və əhəmiyyəti .......................................................... 178
Türk və macar ənənələri arasındakı bəzi bənzərliklər
241
Əsərin üslubu ................................................................. 183
Toy və qonaqlama .......................................................... 184
Qorqud Atanın diləyi ...................................................... 185
Beşikkərtmə ................................................................... 186
At və ox yarışması .......................................................... 187
Buğa ilə güləş ................................................................ 188
Aşıx oyunu ..................................................................... 189
Yalançı (təqlid) gəlin ...................................................... 190
Sevginin sınanması......................................................... 191
«Dədə Qorqud kitabı» və Avrasiya ədəbiyyatı
arasında əlaqələr ............................................................ 194
Hüseyn Məhəmmədzadə Sadiq .......................................... 199
«Dədə Qorqud» dastanları haqqında ..................................... 199
Əzrail ............................................................................ 212
Muradgəldi Soyeqov .......................................................... 224
1916-1917-ci illərdə Avstriya-Macarıstan düşərgələrində
hərbi əsirlər və onların oxuduqları xalq mahnıları
Giriş yaxud hərbi əsirlər haqqında məlumat .......................... 224
Türkmən atlıları və onların komandirləri ............................... 226
Əsirlər arasında musiqişünaslar tərəfindən aparılan iş .......... 229
Rəcəb Sarının oxuduğu altı mahnıdan dörd bənd ................... 233
Bəzi nəticələr və gələcək planlar ............................................ 237
242
Türk folkloru dünya alimlərinin gözü ilə,
“Elm və təhsil“ nəşriyyatı, 2016.
Nəşriyyat direktoru:
Prof. Nadir Məmmədli
Nəşriyyat redaktoru:
Nailə Əskər
Kompyuterdə yığdı:
Ruhəngiz Əlihüseynova
Kompyuter tərtibçisi və
Texniki redaktoru:
Aygün Balayeva
Kağız formatı: 60/84 1/32
Mətbəə kağızı: №1
Həcmi: 242 səh.
Tirajı: 300
Kitab АМЕА Folklor İnstitutunun
Kompyuter mərkəzində yığılıb səhifələnmiş,
“Elm və təhsil” nəşriyyatında hazır diapozitivlərdən
Ofset üsulu ilə nəşr edilmişdir.
243
Dostları ilə paylaş: |