14
tədqiqata cəlb etdi. Alim «Kitabi-Dədə Qorqud»un müxtəlif
yönlərini daha ətraflı «Azerbaycan Yurt Bilgisi» dərgisində ya-
yınlanan iki məqaləsində təhlil etdi (I, 1932, s.17-21; II, s.84-91.
«Dede Korkut Kitabına Ait Notlar» – I. Altın Küpeli Oğuz
Beyleri; II. Başa dönmek, aynalamak). Digər tədqiqatlarında da
türklərin xalq hekayəçilik sənəti və qəhrəmanlıq dastanları ilə
bağlı mövzulara aydınlıq gətirməyi bacardı (Meddahlar. Türk-
lerde Halk Hikayeciliği Tarihine Ait Bazı Maddeler, Türkiyat
Mecmuası, I, 1925, s.1-45; Osmanlıların Etnik Menşei, Belleten,
VII, 1943, s.19 və s.). Eyni zamanda İslam Ensiklopediyasındakı
«Alp» və «Azəri» maddələrində «Dədə Qorqud» hekayələrinin
tarix, ədəbiyyat və linqvistik dəyərlərini ortaya qoydu.
Əbdülqadir İnan «Dədə Qorqud hekayələri»ndə göstərilən
və adı çəkilən adətləri bir çox məqaləsində rus şərqşünaslıq
mənbələrində olan məlumata əsaslanaraq aydınlıq gətirdi. Bun-
lar arasında xatırladıqlarım:
Türk Halk Bilgisine Ait Maddeler. IV. Birinci İlmî Seyaha-
te Dair Rapor, İstanbul, 1930.
Kitabi-Dede Korkut Hakkında. Türkiyat Mecmuası I, 1925,
s.213-219.
Dede Korkut Kitabındaki Bəzi Motifler ve Kelimelere Ait
Notlar I, Ülkü, IX, 1937, s.139-140; eyni yerdə II, X, 1938,
s.78-80; III, eyni yerdə, s.545-547; IV, eyni yerdə, XI, 1938,
s.549-551; V, eyni yerdə, XIII, 1939, s.168-171; VI, eyni yerdə,
s.359-361.
Türklərdəki at, evlilik adətlərini Orta Asya türklərinin, xü-
susilə, qazax-qırgız türklərinin qəhrəmanlıq dastanı ilə müqayisə
edib türk terminologiyasını tədqiq etdi.
Eski Türklerde ve Folklorda Ant, Ankara Üniversitesi Dil
ve Tarih-Coğrafiya Fakultesi Dərgisi, VI, 1948, s.279-290.
Dede Korkut Hikayeleri, Oluş, 28, 1939.
Digər dəyərli tədqiqat işləri də türk xalq ədəbiyyatı tarixçisi
Pertev Naili Boratav tərəfindən qələmə alındı. «Folklor ve Ede-
15
biyat» (İstanbul, 1939), «Halk Hikayeleri ve Halk Hikayeciliği»
(İstanbul, 1946) adlı əsərlərində və bundan əvvəl də «Köroğlu des-
tanı» (İstanbul, 1931) adlı monoqrafiyasında «Dədə Qorqud» he-
kayələrinin geniş təhlilini verdi. Eyni zamanda Xəlil Vedat Fıratlı
ilə birlikdə hazırladığı «Açıklamalı Halk Şiiri Antolojisi» (Ankara,
1943) kitabında da «Dədə Qorqud hekayələri»nə aid araş-
dırmalarını nəşr etdi. «Ülkü» dərgisində «Bay Börə» hekayəsinin
variantının toplanmasını təmin etdi (c.X-XI, 1938), «Oriens»də isə
«Dəli Domrul» hekayəsini təhlil etdi (IV, 1951). Tarixçi Osman
Turan da «Bay Börə» əfsanəsinin Bayburtda bugünkü variantını
toplayıb «Dədə Qorqud»la bağlı araşdırmalara qatıldı (Ülkü, X,
1938, s.403/413). Türklərdə oxun bir simvol olmasına dair (Türk-
lərde Hukukî Sembol Olarak Ok, Belleten, X, 1945, 35,
s.305/318) və Səlcuqilər dövründə torpaq hüququ ilə bağlı araş-
dırmalarında «Dədə Qorqud»a istinad etdi (Türkiye Selçuklu-
larında Torpaq Hukuku, Belleten, XII, 1948, 47, s.569; müqayisə
etmək üçün bax: Revue des Etudes Islamiques, 1948, s.25-49).
Hüseyn Namiq Orkundan da xatırlanan əsərlər:
Über das Kitabi-Dede Qurqut, Körösi Csoma-Archivium, II,
1926, s.124-134.
Anadoluda Oğuz Boyları, Ülkü, V, 1935, s.189-199.
Oğuzlara Dair, Ülkü, V, 1936, s.102-110.
Oğuz Destanına Dair, Ülkü, V, 1936, s.412-420.
Bildiyim digər məqalələrin siyahısına gəlincə:
Çiftçioğlu H.Nihal. Dede Korkut Haqqında, Azerbaycan
Yurt Bilgisi, I, 1932, s.60-61.
Mahmut R.Kösemihal. Dede Korkut Hikayelerindeki Musiki
İzleri, Ülkü, XII, 1938-1939), s.394-397; Dede Korkut Hakkında,
Halkbilgisi Haberleri, no:98, 1939; Halk Musikisi Araştırmala-
rının Musiki Tarihine Yardımı, Atti del XVIII Congresso di An-
tropologia, Ankara, s.394 («Qolça qopuz lüğəti» haqqında).
Ali Rıza Yalman. Cenupta Türkmən Oymakları, III, Ankara
1933.
16
Ahmet Caferoğlu. La canzone del «sayagi» nella letteratura
popolare dell Azerbayjanian, Annali del R. Ist. Superiore Orien-
tale di Napoli, IX, 1936, s.45-69 (səhifə 45-46-da D və Q ilə 52
müqayisə var). Məqalə türk dilində (Atsız Mecmua, I, 1932,
no.9-10) yayınlanmışdı.
M.Fahrettin Çelik. Dede Korkut Kitabındaki Coğrafi İsim-
ler, Ülkü, XVII, 1941, no.101, s.449-456. «Dede Korkut Hika-
yelerinin Coğrafi Sahası ve Toponomisi Hakkında» diqqətəlayiq
təşəbbüsdür.
M.Şakir Ülkütaşır. Drezden Nushasına Göre Dede Korkut
Hikayeleri, Yeni Türk Mecmuası, no.82/85, 1939-1940.
Zahir Güvemli. Dede Korkut Hakkında Notlar, Yeni Türk
Mecmuası, no.86, 88, 1940.
«Kitabi-Dədə Qorqud» haqqında Türkiyədə indiyə qədər nəşr
olunan ən məşhur əsər Qalatasaray liseyinin müəllimi Orxan Şaiq
Gökyayın latın hərfləri ilə yayınladığı nəşrdir. Başlığı «Dədə
Qorqud» (LXXVII-171 səhifə) olan bu əsər İstanbulda 1938-ci
ildə nəşr edildi. Əsərdə mətnin 1916-ci ildə Kilisli Rifət nəşrinin
(yəni Berlin nüsxəsinin surəti) latın hərfləri ilə tərcümə yazısı,
tənqidi qeydləri və Türkiyyat İnstitutundakı Drezden nüsxəsinin
fotoşəkli ilə müqayisə edilmişdir. Lüğət (mətnin içərisindəki ye-
rini göstərmir) ilə xüsusi isim və yer adlarının siyahısı da vardır.
«Dədə Qorqud» mətninin çətinliklərini gördükdən sonra Gökyay
nəşrinin qüsurları üzərində çox dayanmaq istəmirəm. Mətndə an-
laşılması çətin olan boşluqları gördükdən sonra tərcümə edilmiş
yazının nizamsızlığı və qismən də nəşriyyat səhvləri aydın görünə
bilər. Giriş bəzi lüzumsuz uzatmalara baxmayaraq, çox yararlıdır
və mənə olduğu qədər «Dədə Qorqud hekayələri»nin gələcəkdəki
tədqiqatçılarına da faydalı olacaqdır. Gökyay, eyni zamanda mət-
nin dilini çox az yeniləşdirib, bəzi yerləri də düzəldərək gənclərə
və xalqa təqdim etdi: Bugünkü Dille Dede Korkut Masalları (2.
baskı, İstanbul, 1943). Eyni zamanda «Təpəgöz» əfsanəsini də bir
məqaləsində təhlil etdi (Tepegöz Efsanesine Dair, Oluş dergisi,
Dostları ilə paylaş: |