11
bütövlükdə surətini çıxarmış, sonra da bunu yayınlamaq istəmiş,
lakin bir çox yerlərində anlaşılmaz sözlər üçün bu təşəbbü-
sündən vaz keçmişdir
1
. 1892-ci ildə Strazburq şəhərinə gələn
V.Bartold Şərqlə bağlı tədqiqatını dərinləşdirdiyi zaman Nölde-
ke əlindəki əlyazmanı ona təslim etmiş və əsəri bitirməsində ona
yardım etmişdir.
İki il sonra ilk tədqiqatlarını nəşr etməyə başlayan Bartold
bunun nəşrə layiq bir mətn olduğunu qəbul etmişdir.
Nöldekenin dəyərli məsləhətləri türklərin dili və tarixi ilə
bağlı zəngin məlumatını dəyərləndirməyi bacarmışdı. Lakin o za-
manlarda hələ tək bir nüsxənin məlum olduğuna görə (Drezden
nüsxəsi və ondan surəti çıxarılmış Berlin nüsxəsi) «Kitabi-Dədə
Qorqud»un nəşri və tərcüməsi çox çətin bir iş idi. Bununla yanaşı,
Bartold sayəsində «Kitabi-Dədə Qorqud» türk elm aləminə böyük
şövqlə təqdim edildi, beləliklə, mətnin ədəbi, linqvistik və tarixi
dəyərini ortaya qoyması ilə yanaşı, bu günə qədər aparılan araş-
dırmalara bir nümunə olmasına görə Bartolda çox minnətdarıq.
Bartold Drezden nüsxəsindəki on iki hekayədən dördünün
mətnini və tərcüməsini ZVO-dakı dörd məqaləsində yayınladı
(irəlidəki ətək yazısına bax): VIII (1894), XI (1898), XII (1899),
XV (1904). Yenə ZVO dərgisində «Qorqud əfsanəsinin türk-
mənlər arasında yaşayan izləri ilə bağlı qeydlər yayınlamış;
1908-ci ildə Dərbənddə Qorqudun məzarını axtarmış, lakin səy-
yah Olearisin 1683-cü ildə hörmətlə ziyarət edildiyini söylədiyi
bu məzarı tapa bilməmişdir (IX, 1895 və XIX, 1910, s.73/77).
Mərhum İqor Kraçkovskinin 01.09.1850-ci il tarixli məktubunda
verdiyi məlumata görə, «Dədə Qorqud kitabı»nın rusca tərcü-
1
Buradakı və sonrakı məlumatları V.Bartoldun «Китаби-Коркуд. I.
Борьба богатыря с ангелом смерти», Записки Восточного отделения
Императорского Русского археологического общества (bu dərginin adını
bundan sonra «ZVO» şəklində qısaltdım) dərgisi, c. VIII, 3-4 (1894), s.203-
218. V.Bartoldun həyatı haqqında ətraflı məlumat almaq üçün bax: M.Dos-
toevski. «W.Barthold. Versuch einer Charakteristik», Die Welt des Islams,
XII-3, 1931, s.89-136.
12
məsi V.Bartoldun hazırlamış olduğu qeydlərlə yayınlanmışdı
1
.
Bu kitabı görə bilmədim.
V.Bartoldun məqalələrinin yaratdığı əks-səda əvvəlcə rus
şərqşünasları arasında bir çox araşdırma və nəşrlərə səbəb oldu.
A.Tumanski «По поводу Китаби-Коркут» (ZVO, IX, 1895,
s.269-272) adlı məqaləsində Qorqud Ata və «Dədə Qorqud»dakı
hekayələrin digər qəhrəmanları ilə bağlı Əbülqazi Bahadırın
«Şəcərətül-Ətrak və Şəcəreyi-Tərakimə» adlı dastanının tarixlə-
rindən götürdüyü məlumatları tədqiq etmişdir. Ə.Divayev Kaza-
linskdən
2
Daşkəndə gedən dəmiryolu üzərindəki Qorqud stansi-
yasının ətrafında Sir-Dərya sahillərində olan Qorqud Ata məza-
rından bəhs etmiş (ZVO, X, 1897, s.193-194) və bu məzarın
fotoşəklini də yayınlamışdı (ZVO, XIII, 1899, 1900, s.39-40).
Daha sonralar K.İnostrantsev «Коркут в истории и легенде»
(ZVO, XX, 1911, s.40-46) adlı məqaləsində Qorqudun Xəzər
dənizinin şərqində 548/1153-cü
3
ildə üsyan edən Quzz boyunda
baş verən hadisədə adı çəkilən Quzz (Oğuz) türklərinin adsız
rəisi ilə eyni ola biləcəyi fərziyəsini irəli sürdü. Kilisli müəllim
Rüfət bəyin redaktəsi ilə İstanbulda 1332/1916-cı ildə Berlin
nüsxəsinə görə (bu, Drezden nüsxəsinın surətidir) yayınlanan
kitab ilə «Kitabi-Dədə Qorqud»a dair araşdırmalar yeni həyat
qazandı. Bu yayın, irəlidə yenidən təkrarlayacağımız kimi, qane
edici deyildi, çünki Berlin nüsxəsinın surəti olduğundan (üzə-
rində bəzi düzəltmələr edilmiş) əsas nüsxə olan Drezdendəkinə
yenidən baxmaq daha doğru olardı. Bartold Drezden nüsxəsinın
tənqidi nəşrinin bir hissəsini nəzərə almamışdır. Bununla yanaşı,
«Kitabi-Dədə Qorqud»u bütöv şəkildə tanıtması və bir çox yer-
də doğru olan hissələri göstərməsinə görə Kilisliyə çox şeylər
1
«Dədə Qordud kitabı» ilə bağlı Bakıda nəşr olunan əsərlər haqqında
ətraflı məlumat üçün irəliyə bax.
2
Qazaxıstanın Qızıl Orda bölgəsində Sır-Dərya çayının sağ sahillərində
yerləşən bir əyalət.
3
548 – hicri təqvim ilə, 1153 isə miladi təqvim ilə verilmişdir. Mətnin
orijinallığına xələl yetiməmək üçün olduğu kimi saxladıq – Q.Şəhriyar.
13
borcluyuq. Ərəb hərfləri ilə yazılan bu nəsirdən sonra bir bib-
lioqrafik giriş və lüğət yayınlanmalı idi ki, o da olmadı.
1916-cı ildən sonra «Kitabi-Dədə Qorqud» bir çox tədqiqa-
tın mövzusu oldu. J.Deni «Grammaire Turque» və C.Brokel-
mann «Altosmanische Studien» (ZDMG, 1919, s.1-29) adlı
əsərlərində dilçilik sahəsində bəzi tədqiqatlar apardılar. A.N.Sa-
moyloviç də «Очерк по истории туркменской литературы»
adlı məqaləsində (Туркмения, I, 1929, s.123-167) Bamsı Bey-
rək hekayəsi ilə türkmən hekayəsi «Boz oğlan» arasındakı bən-
zərliyi təhlil etdi. V.Ruben isə «Folklore Fellows Communica-
tions» dərgisinin (Helsinki, 1944) 133-cü cildinin əlavəsindəki
«Ozean der Marchenstrome» əsərində (Teil I, s.193-271; 274-
283) 12 «Dədə Qorqud hekayəsi»nin sistematik xülasəsini hazır-
layaraq çox gözəl ədəbi və folklor müqayisələri aparmışdır
1
.
Türkiyədə «Dədə Qorqud»un bu kitabı otuz illik beynəlxalq
oyanış əsnasında müxtəlif aspektlərdən tədqiq və müzakirə olun-
du, ətraflı araşdırıldı. Lakin bu tədqiqatların nəticəsi dəqiq və
yetərli olmamaqla yanaşı, bir çox hallarda yararlı idi. Bu, tarix,
ədəbiyyat və linqvistik problemlərə söykənən yeni tədqiqatlara
rəvac vermişdir. Böyük bir qismi dərgilərdə yayınlanan bu araş-
dırma və məqalələrin çoxunun tam siyahısını vermək mümkün
olmadı. Müəlliflərə görə, topladığım bu məqalələri aşağıda gös-
tərməyi məqsədəuyğun hesab etdim.
Türk ədəbi tənqidinin yaradıcısı Fuad Köprülü «Türk Ede-
biyatında İlk Mutasavvıflar» adlı əsərində «Oğuznamə» adlanan
türk dastan ənənəçiliyini uzun bir qeyd altında tədqiq etdi
(s.277-282). O, «Kitabi-Dədə Qorqud»u da bu ədəbi çərçivədə
1
Dede Korkut hikâyeleri. «Littérature populaire turque» (Paris, 1936) adlı
kitabı ilə türk folkloru haqqında Avropada ən gözəl tədqiqat işlərindən biri
E.Saussey tərəfindən hazırlanan və hətta O.Spiesin mükəmməl kitabı
«Türksche Volksbücher» (Leipzig, 1929) nəzərə alınmamışdır (hər iki əsərin
Türkiyə türkcəsinə tərcümə edilməsinə baxmayaraq, çox nadir tapılan
kitablardandır.Birinci əsəri İ.Başgöz, ikincisini isə O.Ş.Gökyay tərcümə
etmişdir – Q.Şəhriyar).
Dostları ilə paylaş: |