«Təsdiq edilmişdir»
“Bakı Fond Birjası” QSC-nin
İdarə Heyəti
Protokol № 08
“30” dekabr 2015-ci il
Sədr ______________ F.Əzizov
“Bakı Fond Birjası” QSC-nin məlumatların açıqlanması üzrə
Qaydaları
1.
Ümumi müddəalar
1.1. Bu
Qaydalar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan
Respublikasının Qanununun 46.1.9-cü maddəsinə (bundan sonra – Qanun)
və Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
(bundan sonra – Komitə) tərəfindən qəbul edilmiş normativ-hüquqi aktlara,
“Bakı Fond Birjası” QSC-nin (bundan sonra - Birja) nizamnaməsinə uyğun
hazırlanmışdır.
1.2. Bu Qaydalar Birja əməliyyatlarının şəffaflığına, investor və digər bazar
iştirakçılarına ticarət məlumatı və ticarətlə əlaqəli digər məlumatların
vaxtında və dəqiq çatdırılmasını təmin etmək məqsədilə ticarətdən əvvəl və
ticarətdən sonrakı məlumatların, o cümlədən, emitent hesabatları, Birjanın
fəaliyyəti ilə əlaqədar olaraq digər məlumatların açıqlanması qaydalarını
müəyyən edir.
2
1.3
Bu Qaydalar Birjanın bütün rəhbər heyətinə, əməkdaşlarına, listinqdə olan
qiymətli kağızların emitentlərinə o cümlədən, bu Qaydalar ilə tənzimlənən
məlumatları istifadə edən, paylaşdıran və açıqlayan şəxslərə şamil edilir.
2.
Əsas anlayışlar
2.1.
Bu Qaydalarda isitfadə olunan əsas anlayışlar aşağıdakılardır:
2.1.1. Ticarət sistemi - ticarətin keçirilməsi üçün nəzərdə tutulmuş proqram-
texniki vasitələrin məcmusu;
2.1.2. Ticarət üsulu - birjanın ticarət sistemi vasitəsi ilə sifarişlərin uzlaşması yolu
ilə əqdlərin bağlanılması üsuludur;
2.1.3. Ticarət günü - birja tərəfindən qeyri-ticarət günü olaraq elan edilməmiş iş
günüdür. Baza aktivləri xarici bazarlarda ticarət olunan törəmə maliyyə
alətləri ilə ticarət təşkil olunduqda, ticarət günləri həmin bazarlarda tətbiq
edilən iş günləri olaraq qəbul edilir;
2.1.4. Ticarət saatları - birjada ticarət gününün ticarətin keçirildiyi hissəsidir;
2.1.5. Kotirovka - qiymətli kağızlarının alınması və ya satılması üçün ticarət
iştirakçısının təklif etdiyi qiymətdir;
2.1.6. Kotirovka spredi - market meykerin alış və satış qiymətlərini müəyyən
edərkən riayət etməli olduğu, qiymətli kağızların cari qiymətinə nəzərən
aşağı və yuxarı qiymət dəyişməsi arasındakı fərqdir;
2.1.7. Kross sifariş - birjanın ticarət sistemində sifarişlərin reyestrinə daxil
edildiyi zaman kross əqdin bağlanılmasına səbəb ola biləcək sifarişdir;
2.1.8. Kross əqd - birja üzvünün eyni bir əqd üzrə həm alıcının, həm də satıcının
kontragenti qismində çıxış etdiyi əqdlərdir;
2.1.9. Ticarət simvolu - birjada ticarətə buraxılan hər bir qiymətli kağız və törəmə
maliyyə alətini ticarət sistemində identifikasiya edən qısa koddur.
2.1.10. Təminat əmsalı - repo müddəti ərzində Repo predmeti olan investisiya
qiymətli kağızlarının bazar qiymətinin aşağı düşməsi zamanı repo üzrə
öhdəliklərin yerinə yetirilməməsi risklərinin qarşısının alınması məqsədi ilə
3
Repo açılış qiymətinin hesablanması üzrə birja tərəfindən tətbiq edilən
əmsaldır.
2.1.11. Mübahisələrin həll edilməsi Komissiyası -
Birjanın
komitə
və
komissiyalarının qərarlarına qarşı şikayətə baxan, Birja qaydalarının şərh
edilməsi və həmçinin Birjada yaranmış mübahisələrin həlli funksiyasını
daşıyan komissiyadır;
2.1.12. Rüsum (tarif) cədvəli: Bakı Fond Birjasının göstərdiyi xidmətlərə görə
tutulan rüsumların cədvəli;
2.1.13. Emitent: investisiya qiymətli kağızlarının emissiyasını Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirən
şəxs, dövlət (müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı
vasitəsilə) və ya bələdiyyə;
2.1.16. Məlumat təminatçıları -
Birja ilə bağlanılan müqavilənin şərtlərinə,
həmçinin bu Qaydalar uyğun olaraq Birjadan məlumatı kommersiya
məqsədləri ilə satın alan qurumlar.
3.
Birja tərəfindən açıqlanan məlumatlar
3.1. Birja tərəfindən aşağıdakı məlumatlar açıqlanır:
3.1.1. ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə
ticarətdən əvvəl və ticarətdən sonrakı məlumatlar,
3.1.2. qiymtəli kağızların listinqi və həmçinin emitentlər tərəfindən təqdim edilən
məlumatlar,
3.1.3. Birjanın öz fəaliyyəti ilə bağlı məlumatları.
3.2. Ticarətdən əvvəl və ticarətdən sonrakı məlumatların açıqlanması maliyyə
bazarlarının sabitliyinin pozulması və ya ölkə iqtisadiyyatına mənfi təsir
göstərə bildiyi təqdirdə, Komitə məlumatların açıqlanmasını təxirə salır.
Həmin məlumatların açıqlanması Komitənin Birjaya təqdim etdiyi yazılı
bildiriş əsasında təxirə salınır.
4
3.3. Birja ticarət zamanı bu Qaydaların 4.1-ci və 4.4-cü bəndləri ilə müəyyən
edilən məlumatların bütün üzvlər üçün eyni səviyyədə açıq olmasını təmin
edir.
4.
Ticarətdən əvvəl və ticarətdən sonrakı məlumatın Birja tərəfindən
açıqlanması
4.1. Birja ticarət üsulundan asılı olaraq qiymətli kağızlarla (qiymətli kağızların
yerləşdirilməsi üzrə keçirilən hərraclar istisna olmaqla) və törəmə maliyyə
alətləri ilə bağlı aşağıdakı məlumatları ticarətdən əvvəl davamlı olaraq
ticarət sistemi vasitəsilə birja üzvlərinə açıqlayır:
4.1.1. fasiləsiz ticarət zamanı bir qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə
eyni qiymət ilə yerləşdirilmiş sifarişlərin və həmin sifarişlərdə əks olunmuş
qiymətli kağızların ümumi sayını, həmçinin qiymətli kağız və ya törəmə
maliyyə alətinin kodu, növü və qiymətli kağızın emitentinin adı
göstərilməklə, ən azı 5 ən yaxşı alış və satış təklifini;
4.1.2 kotirovkalara əsaslanan ticarət zamanı hər marketmeyker tərəfindən
yerləşdirilən ən yaxşı alış və satış kotirovkasını;
4.1.3. auksion (hərrac) ticarəti zamanı hər qiymətli kağız və ya törəmə maliyyə
aləti üzrə ticarət alqoritmini ən iri ticarət həcmini təmin edən qiyməti və
həmin qiymət səviyyəsində alınıb-satıla biləcək qiymətli kağızların sayını,
həmçinin qiymətli kağız və ya maliyyə alətinin kodunu, növünü və qiymətli
kağızın emitentinin adını;
4.1.4. birjanın ticarət üsulu bu Qaydanın 4.1.1-4.1.3-cü yarımbəndlərində
göstərilən ticarət üsullarının heç birinə uyğun olmadıqda və ya həmin
üsulların bir neçəsinin birləşməsindən təşkil edildikdə, sirafişlərin və ya
kotirovkaların qiymətini və həmin sirafiş və kotirovkalarda əks olunmuş
qiymətli kağızların sayını, qiymətli kağız və ya törəmə maliyyə alətinin
kodunu, növünü və qiymətli kağızın emitentinin adını.
4.2. Birjanın ticarət sisteminə kross sifarişlər yerləşdirildiyi halda, Birja bu
5
Qaydanın 4.1.1-ci yarımbəndi ilə müəyyən edilən məlumatlardan əlavə
olaraq, bu barədə məlumatı ticarət sistemi vasitəsilə açıqlayır.
4.3. Ünvanlı satış əqdləri üzrə yerləşdirilmiş sifarişlərə dair ticarət öncəsi
məlumatlar Birja tərəfindən açıqlanmır.
4.4. Birja repo əməliyyatları üzrə aşağıdakı məlumatları açıqlayır:
4.4.1. repo predmeti olan investisiya qiymətli kağızları;
4.4.2. təminat əmsalı (faizlə);
4.4.3. repo predmeti ola bilən investisiya qiymətli kağızlarının cari qiyməti;
4.4.4. repo açılış qiyməti.
4.5. Bu Qaydanın 4.1-ci və 4.4-cü bəndlərində göstərilən məlumatlar Birja
tərəfindən ödənişli əsaslarla real-vaxt rejimində birja üzvü olmayan şəxslərə
açıqlana bilər. Həmin məlumatların açıqlanmasının şərtləri, ödənişlər
(nəzərdə tutulduqda) birja üzvü olmayan şəxslərlə bağlanılmış müqavilə
əsasında müəyyən edilir.
4.6. Birja ticarətə buraxılmış hər qiymətli kağız üzrə bağlanmış əqdlərə dair
(ünvanlı satış əqdləri istisna olmaqla) aşağıdakı ümumiləşdirilmiş
məlumatları (ticarətdən sonrakı məlumatları) ticarət gününün sonunda öz
internet səhifəsi vasitəsilə açıqlayır:
4.6.1. əqdlərin ümumi sayı;
4.6.2. əqdin keçirildiyi tarix (gün-ay-il);
4.6.3. əqdin predmeti Azərbaycan Respublikasının ərazisində buraxılmış qiymətli
kağızlar olduqda, onların buraxılışının dövlət qeydiyyat nömrəsi, ölkə
hüdudlarından kənar buraxılan qiymətli kağızlar olduqda isə İSO 6166
beynəlxalq standartına uyğun olaraq, beynəlxalq eyniləşdirmə kodu (İSİN)
və ya onların buraxıldığı ölkədə qiymətli kağızların identifikasiya edilməsi
üçün müəyyən edilmiş digər kodu;
4.6.4. əqdin predmeti olan qiymətli kağızların emitentinin tam adı;
4.6.5. əqdin predmeti olan qiymətli kağızların növü;
4.6.6. ticarət günü ərzində qeydə alınmış maksimal alğı-satqı qiyməti;
4.6.7. ticarət günü ərzində qeydə alınmış minimal alğı-satqı qiyməti;
6
4.6.8. qiymətli kağızın açılış qiyməti;
4.6.9. qiymətli kağızın bağlanış qiyməti;
4.6.10. əqd üzrə ödəniş vasitəsi kimi istifadə edilən İSO 4217 beynəlxalq
standartına uyğun olaraq, valyuta kodu. Əqdin predmeti istiqraz olduqda
qiymət faizlə ifadə olunur;
4.6.11. əqdlərin predmeti olan qiymətli kağızların sayı;
4.6.12. əqdlərin məbləği.
4.7. Birja hər bir qiymətli kağız üzrə ticarət günü ərzində bağlanılmış ünvanlı
əqdlərin ümumi həcmi üzrə məlumatı ən geci növbəti ticarət günü ərzində
açıqlayır.
4.8. Birja tərəfindən açıqlanmış əqdlərə dair məlumatlarda dəyişikliklər baş
verdikdə Birja bu barədə öz internet səhifəsi vasitəsilə məlumat açıqlayır.
4.9. Birja ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə
aşağıdakı məlumatları hesabat ayından sonrakı ayın 5 (beş) iş günündən gec
olmayaraq açıqlayır:
4.9.1. ilkin bazarda bağlanmış əqdlərin sayı və məbləği (ümumi və hər növ
qiymətli kağız və törəmə maliyyə aləti üzrə ayrı-ayrılıqda);
4.9.2. təkrar bazarda bağlanmış əqdlərin sayı və məbləği (ümumi və hər növ
qiymətli kağız və törəmə maliyyə aləti üzrə ayrı-ayrılıqda);
4.9.3. hər investisiya şirkəti tərəfindən bağlanmış əqdlərin sayı və məbləği (ümumi
və hər növ qiymətli kağız və törəmə maliyyə aləti üzrə ayrı-ayrılıqda).
4.10. Birja ticarətə buraxılmış hər bir qiymətli kağız və törəmə maliyyə aləti üzrə
hər təqvim ili üçün aşağıdakı məlumatları növbəti ilin birinci ayının 15 (on
beş) iş günündən gec olmayaraq açıqlayır:
4.10.1. orta gündəlik dövriyyə (qiymətli kağız və ya törəmə maliyyə aləti ilə
təqvim ili ərzində bağlanmış əqdlərin məbləğinin, həmin ildə olan ticarət
günlərinin sayına nisbəti kimi hesablanır (ünvanlı satış əqdləri nəzərə
alınmaqla));
4.10.2. əqdlərin orta gündəlik sayı (qiymətli kağız və ya törəmə maliyyə aləti ilə
təqvim ili ərzində bağlanmış əqdlərin sayının, həmin ildə olan ticarət
7
günlərinin sayına nisbəti kimi hesablanır (ünvanlı satış əqdləri nəzərə
alınmaqla)).
4.11. Birja bu Qaydanın 4.6.1 - 4.6.3-cü və 4.6.5 - 4.6.12-ci yarımbəndləri ilə
müəyyən edilmiş məlumatlardan əlavə törəmə maliyyə aləti üzrə aşağıdakı
məlumatları açıqlayır:
4.11.1. törəmə maliyyə alətinin baza aktivi;
4.11.2. müqavilələrin sayı;
4.11.3. fyuçerslər üzrə öhdəliklərin icra olunması günü və/ və ya opsionların
ödəmə tarixi;
4.11.4. son ticarət günü;
4.11.5. gündəlik ticarət saatları;
4.11.6. qiymət dəyişməsinin həddi;
4.11.7. ödəmə üsulu;
4.11.8. törəmə maliyyə alətləri üzrə marketmeyker fəaliyyəti barədə qeyd.
4.12. Baza aktivlərinin qiyməti, gəlirliliyi və məzənnə fərqi üzrə dəyişikliklər ilə
aparılan marja ticarəti üzrə bağlanmış əqdlərə dair bu Qaydanın 4.6.2-ci və
4.6.12-ci yarımbəndlərində qeyd edilən məlumatlar, həmçinin həmin
əqdlərin predmetinin Birja tərəfindən müəyyən edilmiş ticarət simvolu və
əqdlərin predmeti olan baza aktivləri barədə məlumat bu Qaydanın 4.6-ci
bəndi ilə müəyyən edilmiş qaydada açıqlanır.
4.13. Birja bu Qaydanın 4.6 - 4.12-ci bəndlərində qeyd edilən məlumatlara, həmin
məlumatların açıqlandığı tarixdən 6 (altı) ay ərzində sərbəst çıxış imkanını
təmin edir.
5.
Birjanın fəaliyyətinə dair və emitentlər tərəfindən təqdim edilən
məlumatların açıqlanması
5.1. Birja öz fəaliyyətinə dair aşağıdakı məlumatların öz internet səhifəsində
açıqlanmasını təmin edir:
8
5.1.1. Birjanın üzvləri barədə (adı, fəaliyyət növləri, üzvlüyün tarixi, əlaqələndirici
şəxs, əlaqə vasitələri, üzvlərin renkinqi);
5.1.2. Birjada marketmeyker fəaliyyətini həyata keçirən investisiya şirkətləri
barədə (adı, öhdəliklərinin həcmi, marketmeyker olduqları qiymətli
kağızlar);
5.1.3. qiymətli kağızları ticarət olunan emitentlər barədə (adı, ünvanı, qiymətli
kağızlarının parametrləri);
5.1.4. ticarət saatları və Birja tərəfindən ticarəti təşkil edilən bazarlar barədə
(Birjanın ticarət qaydaları ilə müəyyən olunmuş bazarlar və bu bazarlarda
ticarətin təşkil olunduğu saatlar);
5.1.5. Birja tərəfindən təqdim edilən xidmətlər barədə;
5.1.6. Birja tərəfindən hesablanan indekslər və onların hesablanması qaydası
barədə;
5.1.7. Birjanın xidmət haqları barədə;
5.1.8. Birjanın daxili qayda və prosedurları barədə;
5.1.9. Birjanın illik hesabatları;
5.1.10. Birjanın təşkilati strukturu barədə;
5.1.11. kotirovkanın minimal həcmi barədə;
5.1.12. kotirovka spredinin maksimal və minimal hədləri barədə;
5.1.13. Birja üzvlərinə qarşı tətbiq etdiyi sanksiyalar barədə;
5.1.14. reponun predmeti olan qiymətli kağızların siyahısı;
5.1.15. hərracın keçirilməsinin şərtləri barədə məlumat;
5.1.16. marja hədləri barədə məlumat.
5.2. Bu Qaydanın 5.1.7-5.1.8, 5.1.11-5.1.12 və 5.1.14-5.1.16-cı yarımbəndlərində
qeyd edilən məlumatlar, həmin məlumatlarda dəyişiklik baş verdiyi andan 5
(beş) iş günü ərzində açıqlanır.
5.3. Qanunla emitentlər tərəfindən Birjanın internet səhifəsi vasitəsilə
açıqlanması müəyyən edilən məlumatlar emitentlər tərəfindən Birjaya
təqdim edildiyi andan 1 (bir) iş günü ərzində Birja tərəfindən açıqlanır.
9
6.
Qiymətli kağızlar və törəmə maliyyə alətlərinin ticarətə buraxılmasına
dair məlumatlar
6.1. Birja qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin ticarətə
buraxılması, ticarətin dayandırılması və ya onların ticarətdən çıxarılmasına
dair aşağıdakı məlumatların 1 (bir) iş günü ərzində öz internet səhifəsində
açıqlanmasını təmin edir:
6.1.1. kütləvi təklif edilən investisiya qiymətli kağızlarına abunə yazılışının
başlanılması barədə;
6.1.2. qiymətli kağızların listinqə daxil edilməsi və delistinqi barədə;
6.1.3. ticarətə buraxılmış və ticarəti dayandılmış qiymətli kağız və ya törəmə
maliyyə aləti barədə;
6.1.4. ticarəti dayandırılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə
ticarətin bərpa edilməsi barədə;
6.1.5. qanunvericiliklə birja tərəfindən açıqlanmalı olan digər məlumatlar.
7.
Məlumatların açıqlanması qaydası
7.1. Ticarət məlumatları real vaxt rejimində (cari), gecikdirilmiş (yekun) formada
təqdim olunur.
7.2. Real vaxt rejimində təqdim olunan ticarət məlumatları birjanın ticarət
sistemindən, məsafədən qoşulma iş yeri və ya birbaşa məlumat yayımı
serverlərinə qoşulma vasitəsilə elektron şəkildə əldə edilir. Real vaxt
rejimində təqdim olunan ticarət məlumatlarından ticarətə buraxılmış bütün
birja üzvlərinin istifadəsi birja tərəfindən təmin edilir. Digər maraqlı
tərəflərin bu məlumatlardan istifadəsi birjanın İdarə heyəti tərəfindən
müəyyən edilr və əlavə müqavilə ilə tənzimlənir.
7.3. Birja bu Qaydaların 4.6-cı bəndində qeyd olunan gecikdirilmiş formada
(yekun) təqdim olunan ticarət məlumatlarını ticarət əməliyyatları bitdikdən
sonra ticarət günün sonunadək öz internet səhifəsi vasitəsilə açıqlayır.
10
7.4. Birja məlumat təminatçılarına ticarət məlumatlarını müqavilə əsasında
təqdim edir. Məlumat təminatçıları ilə müqavilə bağlandıqda, müqaviləyə
açağıdakılar daxil edilir:
7.4.1.
Məlumat təminatçılarına təklif edilən məlumat paketlərinin məzmunu və
strukturu;
7.4.2. Müxtəlif məlumat paketləri üzrə tətbiq olunan tariflər;
7.4.3. Ticarətdən əvvəl və ticarətdən sonrakı məlumatlar və ya digər istinad
məlumatlarından istifadə etmək üçün məlumat təminatçıları üçün nəzərdə
tutulan texniki tələblər.
7.5. Birja üzvləri də ticarət sistemi vasitəsilə real vaxt rejimində məlumatından
istifadə edə bilər. Üzv tərəfindən bu növ məlumatların istifadəsi ilə bağı
şərtlər həmin üzv ilə Birja arasında bağlanmış müvafiq müqavilə ilə
tənzimlənir.
7.6. Gecikmiş və günün sonuna olan məlumat Birja tərəfindən pulsuz və ayrı-
seçkiliyə yol vermədən bütün investorlara və digər bazar iştirakçılarına
ötürülməlidir.
8.
Digər icbari xarakterli məlumatların dərc edilməsi
8.1. Birja aşağıdakı qaydaları və məlumatları öz internet səhifəsində açıqlayır:
8.1.1. Listinq Qaydaları;
8.1.2. Üzvlük Qaydaları;
8.1.3. Ticarət Qaydaları;
8.1.4. Məlumatın açıqlanması Qaydaları;
8.1.5. İndekslər üzrə Qaydalar;
8.1.6. Bazardan sui-istifadənin qarşısının alınması Qaydaları;
8.1.7. Etik davranış Qaydaları;
8.1.8. Mübahisələrin həlli Qaydaları;
8.1.9 Ticarət və listinq üzrə tariflər;
11
8.1.10. Emitentin, üzvlərin və ya investorların ticarət əməliyyatlarında iştirak
etmək üçün əhəmiyyət kəsb edən qaydalar;
8.1.11. Ticarət əməliyyatlarında iştirak etmək üçün əhəmiyyət kəsb edən və ya
investorların maraqlarına toxuna bilən aşağıdakı qurumların qərarları:
8.1.11.1
Birjanın səhmdarlarının ümumi yığıncağı;
8.1.11.2
Müşahidə Şurası;
8.1.11.3
İdarə Heyəti;
8.1.11.4
Listinq Komitəsi;
8.1.11.5
Üzvlük Komissiyası;
8.1.11.6.
Mübahisələrin Həlli Komissiyası.
8.2. Birja qaydaları və ya qanunda digər hallar nəzərdə tutulmayıbsa, bu
Qaydaların 8.11-ci bəndində qeyd olunmuş qurumların qərarları ən geci
qüvvəyə mindiyi gün ictimiayyətə açıqlanmalıdır. Qaydalar, ticarət və listinq
üzrə tariflərin qüvvəyə minmə tarixi onların təsdiqinə dair qərarlarda
müəyyən edilir.
8.3. Birja həmçinin aşağıdakı məlumatları öz internet səhifəsində açıqlayır:
8.3.1. təşkilati və idarəetmə strukturu, (səhmdarların siyahısı, Müşahidə, İdarə
Heyəti və bütün Komitələrin üzvləri);
8.3.2. listinqdə olan, ticarət edilən alətlərin siyahısı və onların emitentləri;
8.3.3. marketmeyker tərəfindən likvidliyi təmin edilmiş qiymətli kağızlar və
törəmə maliyyə alətləri;
8.3.4. emitentin, üzvlərin, məlumat təminatçıların və ya investorların ticarət
əməliyyatlarında iştirak etmək üçün əhəmiyyət kəsb edən və ya investorların
maraqlarına toxuna bilən məlumatlar.
9.
Digər icbari xarakterli məlumatların açıqlanması metodu
9.1. Birja digər icbari xarakterli məlumatları ən qısa zaman ərzində öz internet
səhifəsində dərc etməlidir. Bu tip məlumat təmənnasız olaraq ictimaiyyətə
açıqlanır.
12
9.2. İnternet səhifəsindən əlavə digər məlumat daşıyıcısında məlumatın
ötürülməsinə və həmçinin məlumatın toplanılması, xülasə halında verilməsi
və ya əvvəlki tarixlər üzrə məlumatların verilməsinə görə Birja müvafiq
ödəniş tələb edə bilər.
9.3. Birja məlumat məsullarını müqavilə əsasında məlumatların açıqlanması üzrə
rüsm tətbiq edə bilər.
9.4. Birja aşağıdakı məlumatları ödəniş əsasında açıqlaya bilər:
9.4.1 Real vaxt rejimdə açaqlanan, o cümlədən bu Qaydaların 4.1 və 4.4-cü
bəndlərində qeyd olunan məlumatlar;
9.4.2 Birja tərəfindən hazırlanmış təhlillər, proqramlar, statistik göstəricələri
özündə əks etdirən informasiya məhsulları;
9.4.3 Qanunvericiliklə açıqlanması məcburi hesab edilməyən, habelə tarixi və
dövri statistik göstəricilər.
10.
Məsuliyyət
10.1. Birja bu Qaydalara uyğun olaraq açıqladığı məlumatın dəqiqliyini,
etibarlılığını, bütövlüyünü və ardıcıllığını təmin etmək məqsədilə bütün
lazımi tədbirləri görməlidir.
10.2. Birja açıqlanan məlumatların aşağıdakılara uyğunluğunu təmin edir.
10.2.1 məlumatlar lazımi qaydada və peşəkar səviyyədə hazırlanmalı;
10.2.2 məlumatlar təhqiredici və böhtanlı olmamalı, məlumatın qorunması
qanununun tələblərini pozmamalıdır;
10.2.3 müvafiq bank, fond birjası qaydaları və ya qanunvericiliyin tələblərini
pozmamalıdır.
10.3. Birja bu Qaydalarda göstərilən məlumatın gecikməsi, qeyri-dəqiqliyi,
səhvliyi və ya buraxılması səbəbindən dəymiş zərərə görə heç bir məsuliyyət
daşımır.
10.4. Bu Qaydalarda qeyd olunan məlumatlardan icazəsiz istifadə və ya sui-
istifadə nəticəsində dəymiş zərərə görə Birja heç bir məsuliyyət daşımır.
13
10.5. Bu Qaydalarda qeyd edilən məlumatın açıqlanması qaydasına uyğun olaraq,
məlumatların dərc edilməsi üçün nəzərdə tutulan proqramın təhlükəsiz və
davamlı fəaliyyətini təmin etmək üçün Birja bütün lazımi tədbirləri görür və
bütün səhv və texniki çətinlikləri qısa müddət ərzində aradan qaldırır.
10.6. Birja aşağıdakılara görə məsuliyyət daşımır:
10.6.1. Emitentlərdən qəbul edilən məlumatların məzmunu, dəqiqliyi və vaxtında
verilməsi,
10.6.2. üçüncü tərəflərin proqram təminatından icazəsiz istifadəsi nəticəsində
dəyən zərər,
10.6.3. Fors major hadisələri nəticəsində yaranan hadisələr (elektrik enerjisinin
kəsilməsi, telekommunikasiyada yaranan nöqsanlar, internet xidmətində
fasilələr, hər hansı avadanlığın fəaliyyətində yaranmış fasilələr və digər).
10.7. Məlumat Təminatçıları və Emitentlər Birjadan daxil olan məlumatın son
istifadəçilərə paylanılmasını və bu Qaydalara uyğun olaraq təqdim edilən
məlumatların vaxtında verilməsini təmin etməlidirlər.
Dostları ilə paylaş: |