Parlament Sədrlərinin Mərkəzi Avropa Sammiti
1.
Parlament Sədrlərinin Mərkəzi Avropa Sammiti Çexiya Senatının təşəbbüsü ilə 26-27
sentyabr 2008-ci il tarixdə Praqada təşkil olunmuşdur. Sammitdə Avropa İttifaqına on bir
üzv ölkənin (Avstriya, Bolqarıstan, Çexiya, Estoniya, Litva, Latviya, Polşa, Rumıniya,
Slovakiya, Sloveniya və Macarıstan) on dörd parlament palatası sədrləri iştirak etmişlər.
Toplantı Avropa İttifaqında milli parlamentlərarası əməkdaşlığın yeni üsullarına həsr
olunmuşdur.
2.
Sammitin iclası zamanı qəbul edilmiş Mərkəzi və Şərqi Avropadan olan Avropa İttifaqına
Üzv Ölkələrin Parlamentləri Sədrlərinin Sammitinə sədrliyin nəticələrində digər qərarlarla
yanaşı Lissabon Sazişinin ratifikasiyasının asanlaşdırılması barədə Bəyannamə, Avropa
İttifaqında qərarlar qəbul edilməsi prosesində milli parlamentlərin fəal iştirakı barədə
tələbnamə, subsidiarlıq və mütənasiblik prinsiplərinin yoxlanılması sahəsində Avropa
Komissiyasının parlamentlərlə sıx əməkdaşlığı barədə müraciət qəbul olundu. Bundan
əlavə, Aİ-nın genişləndirilməsi prosesinin parlamentlər tərəfindən dəstəklənməsi
təsdiqləndi, siyası böhran və ya hərbi münaqişə baş verdiyi halda öz mövqeləri barədə bir-
birinin məlumatlandırılması vacibliyi qeyd edildi, və eləcə də Aİ-nın şərq qonşuları
parlamentləri ilə sıx əməkdaşlığı və Şərq Tərəfdaşlığı təşəbbüsü dəstəkləndi. Eyni
zamanda Avropa İttifaqının Gürcüstanla həmrəyliyi qeyd olundu.
3.
Parlament palatalarının sədrləri Parlament Sədrlərinin Mərkəzi Avropa Sammiti şəklində
həyata keçirilən əməkdaşlığın institutlaşdırılmış forma qəbul etməməsi və bu formatda
iclasların keçirilməsi isə gələcəkdə konkret ehtiyaclardan asılı olacağı barədə razılığa
gəldilər.
Mərkəzi və Şərqi Avropadan olan Avropa İttifaqına Üzv Ölkələrin Parlamentləri
Sədrlərinin Sammitinə Sədrliyin Nəticələri, Praqa, 27.09.2008
http://libr.sejm.gov.pl/oide/images/files/international/szczyt_przewodniczacych_1_en.
pdf
OIDE internet səhifəsində məlumatlar
http://libr.sejm.gov.pl/oide/en/index.php?option=com_content&view=category&id=12
&layout=blog&Itemid=293
Son yeniləmə : 08.03.2011