www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
32
Multikulturalizm Azərbaycanın dövlət siyasəti,
cəmiyyətin həyat tərzidir
Azərbaycan dünyanın humanitar kataklizmlər baş verməyən nadir
ölkələrindəndir. Humanitar məsələ bu gün özündə mədəniyyətlərin,
sivilizasiyaların, konfessiyaların qarşılıqlı münasibətlərini ehtiva
etməkdədir. Ölkəmizdə tarixən bu sahəyə ən pozitiv mövqe
sərgiləndiyi üçün bu gün Azərbaycan dünyanın humanitar
əməkdaşlıq mərkəzinə çevrilib. İlk Forum 2010-cu ilin yanvarında
Bakıda keçirildi. Bu tədbir geniş rezonansa səbəb oldu və effektiv
nəticələr verən ənənəyə çevrildi. Bu il Heydər Əliyev Mərkəzində
keçirilən növbəti Üçüncü Beynəlxalq Forum öz işində humanitar
əməkdaşlığın aktual məsələlərini müzakirə edib. Tədbirdə 70
ölkədən 800-ə yaxın qonaq iştirak edib. Onların arasında nüfuzlu
ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı
laureatları və başqaları iştirak ediblər. İki günlük Forumda olduqca
mühüm, dövrün çağırışlarına cavab verən mövzular səkkiz dəyirmi
masada müzakirə obyekti olub: ―Texnologiyaların konvergensiyası
və gələcəyin konturları:‖XXI əsrin çağırışları‖, ―İqtisadi inkişafın
humanitar aspektləri‖, ―Elmi innovasiyalar və onların təhsil
mühitinə transferi‖, ―Multikulturalizm və özgünlük: cəmiyyətdə
dəyər konsensusu axtarışında‖, ―Postmodern dövründə milli
özünüdərk‖, ―Davamlı inkişaf və ekoloji sivilizasiya‖, ―Molekulyar
biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən
təcrübəyə‖, ―Qloballaşan informasiya məkanında medianın aktual
məsələləri‖. Azərbaycan Prezidenti açılış mərasimindəki nitqində
Azərbaycanda son illərdə müxtəlif mövzularla bağlı mötəbər
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
33
beynəlxalq tədbirlər, konfranslar, sammitlər keçirildiyini, Bakının
bir növ beynəlxalq əməkdaşlıq mərkəzinə çevrildiyini, Humanitar
Forumun da bu sırada öz yeri olduğunu vurğulamışdır: ―Bu il
Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Bakıda Davos
Ümumdünya İqtisadi Forumu, Madrid Klubunun toplantısı
keçirilmişdir. Artıq iki dəfə Mədəniyyətlərarası Dialoq Forumu
keçirilmişdir. Bakı Humanitar Forumunun da bu sırada öz yeri
vardır. Əminəm ki, Forum çərçivəsində aparılacaq diskussiyalar,
fikir mübadiləsi beynəlxalq humanitar əməkdaşlığa öz töhfəsini
verəcəkdir. Belə tədbirin Azərbaycanda keçirilməsi yəqin ki,
təbiidir. Çünki bütün dövrlərdə Azərbaycanda bütün millətlərin,
dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qardaşlıq şəraitində
yaşamışlar. Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan
asılı olmayaraq bütün dövrlərdə Azərbaycan dözümlülük,
tolerantlıq məkanı olmuşdur. Bu gün müstəqil Azərbaycan öz
siyasətini bu təməl üzərində qurur‖. Yaşadığımız XXI əsrin
xarakterik xüsusiyyəti bütün dövlətlərin istər iqtisadi, istər siyasi
arenasına, istərsə də sosial həyatına qloballaşma prosesinin
təsirlərini gətirməsidir. Yer kürəsində əhalinin sayı 6 milyardı ötür
və daim artır . Bir çox ölkələrdə iqtisadiyyat zəifdir, əhalinin
tələbini ödəmir. Nəticədə milyonlarla insan aclıq çəkir, ehtiyac
içindədir. Buna görə də digər ölkələrə kütləvi axın başlayır. Bundan
başqa, hər bir ölkənin sosial tələbi vardır. Bu tələbat iqtisadiyyatın
da qarşısına daim yeniləşmək, müasirləşmək və verilən sosial
sifarişi ödəmək tələbi qoyur. Bu tələb ilk növbədə öz əhlisinin
sosial ehtiyaclarını ödəməklə bağlıdır. Bu tələbin öhdəsindən gələn
dövlətlər digər kasıb ölkələr üçün cəlbedici olurlar. Həmin dövlətlər
miqrantlar üçün də iş və dolanışıq yeri kimi maraqlı görünürlər.
Nəticədə qanuni və qeyri-qanuni miqrasiya başlayır. Həmin ölkələrə
miqrasiya nə qədər güclü olarsa o qədər də iqtsadi, sosial və
nəhayət, siyasi balansda tarazlıq pozula bilər. Buna görə də hazırda
qloballaşma prosesinin qarşısında duran ən mühüm vəzifələrdən biri
və önəmlisi beynəlxalq iqtisadi inteqrasiyanı sürətlə və səmərəli
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
34
həyata keçirməkdən ibarətdir. Bu inteqrasiya nəticəsində bəzi
ölkələr tranzit dövlətlərə çevrilir, bəziləri müxtəlif iqtisadi birliklər
yaradır, bəziləri də ərazilərində azad iqtisadi zonalar təşkil edir.
İnteqrasiya prosesində də təbii və qeyri-təbii miqrasiya baş verir. Bu
zaman da humanitar məsələ aktual problem kimi öz həllini tələb
edir. Buna görə də humanitar məsələ beynəlxalq problem və
dövlətlərarası sazişlərlə, beynəlxalq normalarla öz həllini tələb edir.
Dövlət başçısı humanitar problemlərin mühüm əhəmiyyət
daşıdığını, bu forumun artıq beynəlxalq əməkdaşlıqda öz müsbət
rolunu oynadığını qeyd etmişdir. Bu gün humanitar problemlərin
həlli dünya miqyasında mühüm əhəmiyyət daşıyır. Dünyanın
müxtəlif regionlarında baş verən siyasi, ictimai kataklizmlər,
üstəgəl ekoloji dəyişikliklərin yaratdığı fəlakətlər nəticəsində
insanlar çox böyük faciə və məhrumiyyətlərlə qarşılaşırlar. Bundan
başqa diqqət etdikdə bu kataklizmlərin əsasında milli-dini
anlaşılmazlıqların da böyük rol oynadığını aydın görmək olar.
Azərbaycan isə bu gün dünyanın ən sabit, multikulturalizmi
yaşadan, qoruyan ölkələrindəndir. Azərbaycanda tarixən bütün
etnoslar qardaş kimi yaşayıb, milli-dini zəmində qarşıdurma heç bir
vaxt baş verməyib və bir vətən üçün çalışıb yaşayıblar. Bu
keyfiyyət xalqımızın qədimdən-qədim özünəməxsus dövlətçilik
ənənəsini yaşatması və inkişaf etdirməsi ilə bağlıdır və hazırkı
qlobalizm prosesində çox pozitiv və nümunəvi bir yaşam
təcrübəsidir. Azərbaycanda millətlərarası, dinlərarası münasibətlərin
sağlam zəmində qurulması və dövlətin siyasi, iqtisadi və sosial
həyatında müsbət nəticələrlə müşayiət olunması bu gün çox
xarakterik və artıq dünyada da təsdiq və təqdir olunan bir
göstəricidir. Belə ki, hər bir azərbaycanlı ölkəmizdə tarixən yaşayan
bu adi insani birgəyaşayış normasını xalqımızın milli-mənəvi
dəyərinin ayrılmaz hissəsi sayır, dövlətçilik ənənəmizdə
multikulturalizmi təqdir edir. Digər tərəfdən bu xarakterik keyfiyyət
təbii ki, xalqımızın qədimdən milli eqoizmdən uzaq, bəşəri
dəyərlərin daşıyıcısı olduğunun təsdiqidir. Təsadüfi deyil ki,
Dostları ilə paylaş: |