11
Başlı sümük (os capitatum) bilək sü-
müklərinin distal
cərgəsinin mil tərəfdən üçün-
cü ən böyük sümüyüdür (
şək.14,8
). Uzunluğu
25 – 29 mm – dir. Sümüyün xarakter xüsusiy-
yəti onun yuxarıya doğru baxan ucunun –
başının yuvarlaq və hamar olmasıdır (ona
görə başlı sümük adlanır). Onun başı aypara
və qayığabənzər sümüklə, mil tərəfdən tra-
pesiyayabənzər, dirsək tərəfdən qarmaqlı sü-
müklə və həmçinin, III daraq sümüyü ilə
birləışir.
Bauhin qapağı və ya qalça – kor
bağırsaq qapağı (valvula Bauhini seu
valvula ileocaecalis) qalça – kor bağırsaq
dəliyini qapayır və ilk dəfə Bauhin Kaspar
tərəfindən təsvir edilmişdir. O, yuxarı və
aşağı dodaqlardan təşkil olunmuşdur. Do-
daqlar öndə və arxada bir – biri ilə birləşərək
Səkil 15. Süd vəzisinin limfa sistеmi.
A – limfa damarları və rеgiоnar limfa düyünləri; B – kvadrantlar üzrə limfanın daşınma yоlları
1 – süd vəzisiyanı limfa düyünləri: a – Bartеls düyünü; b – Sоrqius düyünü: 2 – bayır
qоltuq limfa düyünləri; 3 – mərkəzi
qоltuq
limfa düyünləri; 4 – kürəkaltı limfa düyünləri; 5 – körpücükaltı limfa düyünləri; 6 – körpücüküstü limfa düyünləri
(Virxov düyünü); 7 – döş sümüyüyanı limfa düyünləri; 8 – döş əzələləriarası limfa düyünləri (Rоttеr düyünü); 9 – döş sü-
müyüarxası limfa düyünləri; 10 – qarınüstü nahiyəyə gеdən limfa düyünləri; 11 – arеоlaətrafı limfa damarları tоru (Sap-
pey kələfi).
Şəkil 16. Ön divarı açılmış qalça – kor bağırsaq
nahiyəsi
1 – tenia libera; 2 – appendices epiploicae; 3 – plica se-
milunaris; 4 – valva ileocaecalis; 5,8 – appendix; 6 – il-
eum; 7 – mezoappendix; 9 – ostium appendix; 10 – cae-
cum; 11 – frenilum valve ileocaecalis; 12 – haustra coli.
12
yüyənlər əmələ gətirir (
şək. 16,11
).
Bauhin qapağı nazik bağırsaq möhtəviy-
yatının yoğun bağırsağa
keçməsini təmin
edir və eyni zamanda yoğun bağırsaq möhtə-
viyyatının nazik bağırsağa keçməsinin qarşı-
sını alır. Onun müxtəlif zədələnmələrinə,
spazmına, lipomatozuna, selikli qişasının il-
tihablaşmasına tez – tez rast gəlinir və bu
xəstəliklər əksər hallarda cərrahi müdaxilə
tələb edir.
Bennel tikişi (adaptasion tikiş) vətər ti-
kişlərindən olub iki formada (Bennel – I və
Bennel – II) istifadə olunur.
Bennel – I üsulu
ilə tikiş qoyduqda əvvəlcə vətərin proksimal
ucu zədələnmə səviyyəsindən 1,5 sm yuxarı-
da vətər liflərinə şaquli istiqamətdə düz iynə
vasitəsilə məftil və ya sapla tikilir. Saplar
vətərdən çəp istiqamətdə keçrildikdən sonra
hər iki ucu bir – birinə paralel olaraq vətərin
distal ucundan keçrilir
və xaricdə təsbit et-
mək üçün dəri səthinə çıxarılır. Sapın ucları-
nı bağlamazdan əvvəl ilgəyin altına digər
sap (bu sap vətər bitişdikdən sonra adapta-
sion tikişi çıxarmaq üçündür) keçrilir və ya-
radan proksimal tərəfdə dəri səthinə çıxarılır.
Bennel – II üsulu ilə vətər tikişi zamanı zə-
dələnmiş vətərin proksimal ucu uzun tantal
məftil və ya kapron sapla köndələn istiqa-
mətdə tikilir. Bu tikişin altında ikinci bir li-
gatura qoyulur və yaranın yuxarı kənarında
dəri səthində xüsusi düymə üzərinə təsbit
olunur. Birinci köndələn tikişdən başlamaqla
vətərin proksimal
ucuna Kuneo tikişi qoyu-
lur, liqaturanın ucları yaradan 2 – 3 sm kə-
narda dəri üzərinə çıxarılır. Onun dartılması
nəticəsində proksimal və distal ucları tam
adaptasiya olunur. Adaptasiya olunmuş vətər
uclarına 2 – 3 ədəd düyünlü tikiş qoyulur
(
şək. 17
).
Berqman dördbucaqlısı Kronleyn –
Bryusova sxeminin ön – aşağı dördbucaqlısı
olub daxili yuxu arteriyasının mağaralı his-
səsinin proyeksiyasına uyğun gəlir (
şək. 81
).
Orta kəllə çuxurunun orta qulaq mənşəli
irinliklərini açmaq üçün oriyentir kimi isti-
fadə olunur.
Berri bağı və ya qalxanabənzər vəzi-
nin asılan bağı (lig. Berry seu suspenso-
rum glandula thyroidea) boyunun dördün-
cü fassiyasının
visseral səfhəsinin qalxana-
bənzər vəzin arxa səthində qalınlaşmasından
Şəkil 17. Bennelin vətər tikişi
13
əmələ gələn və vəzinin paylarını üzüyəbən-
zər qığırdağın qövsünə bağlayan bağdır. Ud-
ma aktı zamanı qalxanabənzər vəzinin qırt-
laqla bərabər yuxarı hərəkət etməsinin səbə-
bi bu bağdır.
Qalxanabənzər vəzinin asılan bağı qayı-
dan qırtlaq siniri ilə sıx təmasdadır. Ona gö-
rə də, qalxanabənzər vəzin cərrahi əməliy-
yatları zamanı onu səfərbər etmək məqsədiy-
lə bu bağı kəsərkən qayıdan qırtlaq siniri də
kəsilə bilər. Bu, isə səsin xırıltılı olması (dis-
foniya) ilə nəticələnə bilər.
Bertini bağı (qalça – bud bağı – lig.ilio-
femorale, Biqilou və ya Fik bağı) insan bədə-
ninin ən möhkəm bağıdır. Qalınlığı 1 sm
olub, 300 kq ağırlığı saxlamağa qadirdir. O,
ön – aşağı qalça tinindən başlayır, çətir şək-
lində yayılaraq, oynaq kapsulunun ön – bayır
səthi
ilə gedir, bud sümüyünün böyük burma-
sına və burmalararası xəttə bağlanır (
şək. 18,4
).
Bud – çanaq oynağını möhkəmləndirməklə
yanaşı, onun açılmasını və bayıra hər-
lənməsini məhdudlaşdırır. Məhz, bu bağın
gücü hesabına bud – çanaq oynağının ön
çıxıqları nadir hallarada baş verir.
Beyin orağı (falx cerebri) sərt qişadan
əmələ gəlmiş orağabənzər formalı, sagital is-
tiqamətdə yerləşmiş möhkəm törəmə olub
xoruz pipiyindən başlayaraq daxili ənsə pro-
tuberansına qədər davam edir. Yarımkürə-
lərin arasına (beyinin sagital yarığı) girərək
onları bir – birindən ayırır (
şək. 19
–
A,8
).
Beyin orağı ön hissədə dar,
arxa hissədə isə
enli olub beyincik çadırı ilə birləşir. Orağın
qabarıq yuxarı kənarı orta xətt boyunca kəllə
sümüklərinin (alın, təpə və ənsə) daxili
səthlərində olan yuxarı sagital cib şırımının
dodaqlarına birləşərək, eyni adlı cibi (yuxarı
sagital cibi) əmələ gətirir. Onun aşağı basıq
sərbəst kənarı boyunca aşağı sagital cib
keçir. Sərt qişanın digər törəmələri ilə
birlikdə beyinin təsbitində iştirak edir,
yarımkürələrin yerdəyişməsinin qarşısını
alır, eyni zamanda, yuxarı və aşağı sagital
ciblərin formalaşmasında iştirak edir.
Beyinin sərt qişa cibləri (sinus durae
matris) - kəllə boşluğunda
beyinin sərt qişa-
sının daxili səfhəsi beyinin böyük yarıqlarına
doğru büküşşəkilli çıxıntılar verərək, xarici
səfhədən xeyli aralanır və nəticədə venaları
əvəz edən sərt qişanın venoz
cibləri adlanan
yollar əmələ gətirir.
Sərt qişanın venoz cibləri, adətən, kəllə
sümüklərinin daxili səthlərində olan şırımlar
Şəkil 18. Bud – çanaq oyanğının bağları
1 – oyanaq kapsulu; 2 – qapayıcı zar; 3 – qasıq – bud
bağı; 4 – qalça – bud bağı.