1
L.A. MƏMMƏDOV, E.Ç. ƏKBƏROV, H.Ə. ƏKBƏROV
İNSAN ORQANİZMİNİN XÜSUSİ ADLAR
DAŞIYAN TÖRƏMƏLƏRİ
VƏ
ONLARIN ƏHƏMİYYƏTİ
(
İZAHLI MƏCMUƏ
)
BAKI - 2012
2
Mövcud ədəbiyyat mənbələrində in-
san оrqanizminin hər bir nahiyəsində xüsusi
adlar daşıyan müxtəlif xarakterli çоxsaylı
törəmələrə rast gəlinir.
Əslində bunların bəziləri yaranışdan
çоx mükəmməl fоrmalaşdırılmış intakt in-
san оrqanizminin qüsursuz fəaliyyət gös-
tərməsini təmin etmək üçün xüsusi anatоmо –
fiziоlоyi əhəmiyyətə malik ayrılmaz bir
hissəsi kimi müxtəlif tоxumalardan (fassiya,
əzələ, sinir, vətər, bağlardan və s.) adsız оla-
raq yaradılmışlar. Bəziləri isə, bu və ya digər
törəmənin, nahiyənin praktik əhəmiyyətini
daha aydın açıqlamaq məqsədilə ayrı – ayrı
müəlliflər tərəfindən şərti оlaraq tərtib оlun-
muşlar.
Bu
törəmələrin bir qismi оnları ilk dəfə
təsvir və tərtib etmiş, yaxud öyrənmiş
şəxslərin şərəfinə (məsələn, Meyо venası,
Paxiоn dənəcikləri, Pupart bağı, Villizin qan
dövranı, Piraqоv üçbucağı, Sоrqius düyünü
və s.), bir qismi оnların оxşadıldıqları əşya-
ların (оraq, xəlbir, çəkic, qalxan və s.), digər
qismi isə bənzədildikləri həndəsi fiqurların
(üçbucaqlı, qövs, kanal, həlqə, rоmb və s.)
adları ilə əlaqəli adlandırılmışlar.
Ümumiyyətlə, bu cür törəmələr hədsiz
dərəcədə çоxsaylıdırlar və müxtəlif xarak-
terli ədəbiyyat mənbələrində təsvir оlunmuş-
lar. Tərtib etdiyimiz bu izahlı məcmuədə tо-
pоqrafik anatоmiya və оperativ cərrahlıq
fənni ilə sıx əlaqəsi оlan xüsusi adlı törəmə-
lər tоplanılıb, xarakterizə edilmişlər.
Kitabda verilmiş məlumatların daha an-
laşıqlı olması və asanlıqla qavranılması üçün
onun mətni çoxsaylı yüksək keyfiyyətli sə-
killərlə əyaniləşdirilmişdir. Bu sahədə ilk də-
fə belə tərtibatda azərbaycan dilində yazıl-
mış istifadənizə təklif etdiyimiz kitabımız
tibb üzrə bütün mütəxəssislər, tibb təhsili tə-
ləbələri və geniş oxucu kütləsi üçün nəzərdə
tutulmuşdur. Onun azca da olsa yararlı olma-
sı zəhmətimizə verilmiş ən yüksək qiymət
olacaqdır.
Müəlliflərdən
ÖN SÖZ
3
Abbot arteriyasi kiçik anomal arteriya
olub enən aortanın döş hissənin proksimal
ucunun arxa – içəri səthindən başlayır. Arte-
riya aorta daralmasının (koarktasiya) aradan
qaldırılması məqsədilə aparılan cərrahi əmə-
liyyat zamanı nəzərə alınmalıdır ki, bilinmə-
dən kəsilib, gizli qanaxmaya səbəb olmasın.
Adamkieviç arteriyası və ya onurğa
beyini arteriyası (a.Adamkiewicz seu
a.spinalis) bel arteriyasının şaxəsidir, bəzən
isə qabırğaaltı arteriyadan başlayıb, onurğa
beyininin bel – oma qalınlaşmasını qidalan-
dırır.
Adəm alması (pomum Adami) qırtla-
ğın skeletini təşkil edən qalxanabənzər qığır-
dağın qədim adıdır. O, öndə bir – biri ilə bir-
ləşərək, kişilərdə 90
o
, qadınlarda isə 120
o
– li
bucaq əmələ gətirən dördbucaq formalı sağ və
sol səfhələrdən təşkil olunmuşdur (
şək. 1a
). Bu
bucaq kişilərdə gözlə daha yaxşı görün-
düyündən «Adəm alması» adlandırılır.
Mövcud mənbələrdə qırtlağın «Adəm al-
ması» adlandırılması haqqında iki məlumat
vardır. Birinci məlumata görə, ərəblər insan
bədənində olan bütün hündürlüklərə «alma»
adı vermişdilər. Bu hündürlüklərdən biri –
qalxanabənzər qığırdaq hündürlüyü yalnız
kişilərə məxsus olduğundan və «adəm» kişi
mənasında işlədildiyindən onu «kişi alması –
adəm alması» adlandırırdılar. Digər məlumat
Bibliyaya əsaslanır: ilk insan – Adəm cən-
nətdə qadağan olunmuş meyvəni yeyərkən
boğazında ilişib qalıb və bir günah işlətmə
rəmzi kimi xaricdən göründüyündən «Adəm
alması» adlandırılmışdır. O, boyunda apa-
rılan cərrahi əməliyyatlar zamanı oriyentir
kimi istifadə olunur.
Axilles vətəri (tendo Achillis seu tendo
calcanea) baldırın üçbaşlı əzələsinin daban
qabarına bağlanan vətəridir (
şək.2
). Vətərin
belə adlandırılması əfsanəvi qədim yunan
qəhrəmanı Axillesin adı ilə bağlıdır. Əfas-
nəyə görə, çox iti axına malik olan müqəd-
dəs Stiks çayının möcüzəvi xüsusiyyəti var-
mış: onda çimənin bədəni qılıncla kəsilməz,
oxla, nizəylə deşilməz olurmuş. Ona görə də,
Axillesin anası Fetida oğlunu gələcəkdə
məğlubolunmaz etmək məqsədilə uşaq ikən
onu bədənin ən əlçatmaz, gözdən uzaq yerin-
dən – baldırın üçbaşlı əzələsinin vətərindən
Şəkil 2. Axilles vətəri
1- tendo Achillis (tendo calcaneus)
Şəkil.1. a
–
qalxanabənzər qığırdaq; b
–
üzüyəbənzər
qığırdaq
4
tutaraq başıaşağı Stiks çayına sallayıb
çimizdirir. Doğurdan da sonralar bunun
sayəsində Axilles yenilməz olaraq məhşuq
qəhrəmana çevrilir. Lakin oğlu ilə daim
öyünən anası təsadüfən bir dəfə Axillesin
belə qələbələrinin onun Stiks çayında
çimizdirilməsi ilə əlaqəli olması sirrini açmış
və çimizdirən zaman barmaqları ilə tut-
duğundan çayın suyu ilə təmasda olmayan
baldırın üçbaşlı əzələsinin vətərinin zəif yer
olduğunu söyləmişdir. Bundan xəbər tutan
düşmən tərəf Troya müharibəsi zamanı Axil-
lesi mühasirəyə salmışlar və Paris zəhərli
oxla məhz həmin zəif yerdən onu ölümcül
yaralamışdır.
Alkоk kanalı (cinsiyyət kanalı – cana-
lis pudendalis) – daxili qapayıcı əzələni ör-
tən fassiyanın səfhələri arasında əmələ gələn
kanaldır (
şək. 3,9
). Uzunluğu 3 – 4 sm olan
bu kanal oturaq – düz bağırsaq çuxurunun
yan divarında yerləşir və buradan daxili
cinsiyyət damar – sinir dəstəsi keçir.
Qapayıcı fassiyanın üzərində Alkok ka-
nalının ön ucuna sidik – cinsiyyət diafraq-
ması bitişir. Buna görə, cinsiyyət damar –
sinir dəstəsini əhatə edən toxuma bilavasitə
oturaq – düz bağırsaq çuxurundan keçmir və
sidik – cinsiyyət diafraqmasının toxuma yarıq-
ları ilə birləşmir. Cinsiyyət damar – sinir dəs-
təsi və onun ətrafındakı toxuma irinli – iltihabi
proseslərin yayılmasında əlaqə yolu kimi
iştirak etmir, çünki Alkok kanalı oturaq – düz
bağırsaq çalası toxumasından təcrid olunmuş-
dur. Daxili cinsiyyət damarları və siniri Alkok
kanalı ilə oturaq – düz bağırsaq çuxuruna
girmədən birbaşa sidik – cinsiyyət diafraq-
masının orta aponevrozunun altına keçirlər.
Amantini büküşü (plica Amantini),
bud sümüyünün kiçik burması səviyyəsində
yerləşir. Bud – çanaq oynağının kapsulunun
bud sümüyünün boynuna keçən hissəsində
əmələ gəlir. Bu büküşün daxilində bud sümü-
yü başına məxsus damarlar keşir (
şək. 4,2
).
Şəkil 3. Aralıq nahiyəsi
1 – m.transversus perinea superficialis; 2 – a. et v. pudenda inter-
na; 3 – daxili qapayıcı əzələ fassiyasının dərin səfhəsi; 4 – daxili
qapayıcı əzələ fassiyasının səthi səfhəsi; 5 – m.sphincter ani ex-
terna; 6 – anus; 7 – m.levator ani; 8 – daxili qapayıcı əzələ fassi-
yası; 9 – canalis pudendalis (Alckok); 10 – ig.sacrotuberale;
11 – a. v. et n.perinealis.
Şəkil 4. Bud–çanaq oynağı
1 – membrana synovialis; 2 – plica synovialis; 3 – tuber
ischi; 4 – membrana obturatoria; 5 – lig. teres; 6 – a. liga-
menti teretis; 7–r.acetabularis a.obturatoria; 8 – pubis;
9 –tuberculum pubicum; 10 – a.obturatoria.
Dostları ilə paylaş: |