12
İmam Səccad (ə) qəbirdə imamət haqda soruşulacağını söyləyəndə demək istəyir ki, sənə
düzgün imam seçib-seçmədiyin haqda sual verəcəklər: Sənə hakim olan və cəmiyyətini idarə edən şəxs
həqiqətən imam idimi? Allah onun imamlığına razı idimi? O bu sözlə xalqın diqqətini bu məsələyə cəlb
edir, xalqı oyadır, o zaman Bəni-Üməyyə rejiminin unutdurmağa çalışdığı imamət məsələsini moizə
şəklində və ümumi müraciətlə insanların beynində canlandırır. Bu, İmam Səccadın (ə) çox sakit
üsullarından biridir. Sonra sərt üsulları haqda danışacağıq. Buna əsasən, ümumi xalqa aid olan
müraciətdə görürük ki, imamlar İslam təlimlərini, o cümlədən özləri nəzərdə tutduqları məsələləri moizə
formasında xalqın beyninə salır və insanların bu məsələləri öyrənməsinə çalışırlar.
Bu müraciətdə iki diqqətəlayiq məqam var:
Biri budur ki, imamın ümumi müraciətində deyilən bu sözlər təlimat yox, xatırlatmadır. Yəni
imam burada insanlara tövhid məsələsini incələmək, yaxud nübüvvət məsələsini izah etmək istəmir,
bunu onlara xatırladır. Çünki o zaman Peyğəmbərin (s) dövründən hələ o qədər ötməmişdi ki, İslam
etiqadları tamamilə dəyişsin və təhrif edilsin. O zaman Peyğəmbəri (s), ilk xəlifələri, böyük imamlarımız
olan Əmirəlmöminini (ə), İmam Həsəni (ə) və İmam Hüseyni (ə) görmüş çoxlu şəxslər vardı. İctimai
quruluş baxımından elə vəziyyət yaranmamışdı ki, insanlar tövhid, nübüvvət, yaxud məad və Quran
məsələlərinə dair səhv fikirdə olsunlar və onlarda köklü təhrif yaransın. Bəli, yadlarından çıxmışdı, maddi
həyat İslam düşüncəsinin, İslama etiqad və təmayülün tamamilə unudulmasına səbəb olmuşdu.
Cəmiyyətdə dünyəvi və maddi amillər xalqı elə sıxırdı ki, həyatda mənəviyyatda və xeyir
işlərdə yarışma imkanının olması
ümumiyyətlə unudulmuşdu, heç kim bu barədə düşünmürdü. Bu
sahədə öyrəndikləri yalnız zahiri və dayaz məsələlər idi. Bu cəmiyyətdə Peyğəmbərin (s) dövründə və ona
yaxın zamanda mövcud olan təsəvvür, hiss və dərk yox idi. Bu dərkin yaranması üçün onu xatırlatmağa
ehtiyac vardı.
Sonrakı dövrlərdə, məsələn İmam Sadiqin (ə) dövründə isə belə deyildi. O zaman
müsəlmanlar arasında çoxlu mütəkəllimlər, dırnaqarası filosof və mütəfəkkirlər peyda olub müxtəlif
adlar altında böyük məscidlərdə, məsələn Mədinə məscidində, hətta Məscidül-həramda və Şam
məscidində oturub azğın etiqad və fikirlərini tədris edirdilər. İbn Əbilövca kimi bir şəxs ateizmi tədris
edir, buna əsaslar gətirirdi. Buna görə də İmam Sadiqin (ə) sözlərində tövhidin, nübüvvətin və bu kimi
məsələlərin dəlillə bəyan olunmasını görürsünüz. Çünki rəqibin dəlilinə qarşı dəlil göstərməyə ehtiyac
vardı. İmam Səccadın (ə) sözlərində isə belə bir şey yoxdur. O, İslam mövzularını əsaslı şəkildə bəyan
etmək istəmir, yalnız xatırladır və işarə vurur: "Qəbirdə səndən tövhid və nübüvvət haqda soruşacaqlar".
Bu, insanları oyatmaq, onlarda bu məsələyə qarşı maraq yaratmaq və unutduğunu yenidən xatırlatmaq
üçündür.
13
Qısası budur ki, İmam Səccadın (ə) dövründə hətta hakimlər tərəfindən də İslam
təfəkkürlərindən dönmədən xəbər verən bir şey yox idi. Düzdür, Yezidin bir şeiri bu baxımdan
diqqətəlayiqdir. Əsirlər məclisə daxil olanda Yezid məst halda bir şeir oxudu. Şeirin məzmunu belə idi ki,
Bəni-Haşim hakimiyyətlə oynayırdı, din və vəhy adlı bir şey yox idi.[118] Bu haqda demək olar ki, bir
qələt etmişdirsə, məst halda etmişdir. Hətta Əbdülməlik kimilər də aşkar şəkildə tövhid və nübüvvət
düşüncəsinə qarşı çıxmırdılar. Əbdülməlik Mərvan o qədər Quran oxuyurdu ki, Quran qiraətçilərindən
biri kimi tanınırdı. Ona xəlifə seçildiyini bildirəndə Quranı öpüb dedi ki, mənim səninlə görüşüm qaldı
qiyamətə. Həqiqətən də elə oldu, daha Qurana müraciət etmədi. Çox zalım olduğunu eşitdiyiniz və
eşitdiklərinizdən də artıq zülmlər etmiş Həccac ibn Yusif minbər üzərində xütbə oxuyanda xalqı təqvaya
çağırırdı. Buna əsasən, İmam Səccad (ə) İslam düşüncələrini xalqa xatırladırdı, onların fikrini maddi
bataqlıqdan çıxarmağa, Allahı, dini və Quranı yada salmağa çalışırdı.
İkinci məqam budur ki, qabaqca işarə vurduğum kimi, imam bu ümumi sözdə birdən-birə
imamət məsələsi üzərində dayanır. Sanki şah rejimi dövründə bir nəfər sizinlə danışıb deyir ki, cənablar,
Allah haqda düşünün, tövhid haqda düşünün, nübüvvət haqda düşünün, hakimiyyət haqda düşünün.
Baxın, burada qeyd olunan imamətin mənası budur. Məlum məsələdir ki, şah rejimində hakimiyyət sözü
təhlükəli sayılırdı. Kimsə xalqa "hakimiyyət haqda düşünün" desəydi, rejim bu söz üzərindən asanlıqla
keçməzdi. Zahid və abid bir insan tərəfindən moizə şəklində bəyan olunanda isə çox da qıcıq yaratmır.
İkinci qisim sözlər xüsusi qrupa müraciətdir. Kimə müraciət olması bilinməsə də, hakim
rejimə qarşı çıxan bir qrupa müraciət olduğu anlaşılır. Onlar imamın davamçıları və Əhli-beyt
hakimiyyətinin tərəfdarları idilər.
Xoşbəxtlikdən, "Tühəf əl-üqul" kitabında İmam Səccadın (ə) belə sözlərindən bir nümunə
qeyd olunmuşdur. Digər kitabları axtarsaq da, İmam Səccaddan (ə) bu azsaylı nümunələrdən başqa bir
şey tapmaq mümkün deyil. Onun çoxlu belə sözlər dediyi, lakin həmin dövrdə baş verən müxtəlif
hadisələr, repressiyalar, hücumlar və səhabələrin təqibi zamanı bu əsərlərin məhv edildiyi, az bir
hissəsinin bizə çatdığı nəzərə çarpır.
Burada imamın ilk sözləri onun müraciət tərəfinin möminlərdən - Əhli-beytə yaxın insanlardan ibarət
olduğuna çox aydın dəlildir. Deyir ki, ey möminlər, tağutlar və onların dünyagir, dünyaya aldanmış
tərəfdarları sizi aldatmasınlar.
Möminlərə bu müraciətdə əsas məqsəd onları qorumaq və gələcək üçün lazımlı kadrlar
hazırlamaqdır. Bəllidir ki, imamların tərəfdarları ilə tağutların tərəfdarları arasında gedən güclü
vuruşmada imamların tərəfdarları çoxlu məhrumluqlardan əziyyət çəkirdilər. Təbii ki, mübarizə
aparanların adi həyatda uğursuzluqları olur, digərləri isə çox yaxşı yaşayırlar. Mübarizləri təhdid edən