I I I f ə s i l
HÜQUQİ ŞƏXSLƏRİN DÖVLƏT REYESTRİ
M a d d ə 1 2 . Hüquqi şəxslərin dövlət reyestrinin əsas prinsipləri
12.1. Hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən aparılır.
12.2. Hüquqi şəxslərin dövlət reyestri vahid forma, metod və prinsiplər əsasında aparılır.
12.3. Hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının informasiya ehtiyatıdır
və onun mühafizəsi və istifadəsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və təmin olunur.
27
12.3-1. Qeyri-hökumət təşkilatının filial və nümayəndəliklərinin dövlət qeydiyyatına
alınması tələb edilmir. Təşkilat on gün müddətində müvafiq icra hakimiyyəti orqanına filial və
(və ya) nümayəndəliyinin yaradılması haqqında məlumat verir.
28
12.4. Hüquqi şəxslərin dövlət reyestri kağız və elektron daşıyıcılarda tərtib edilir.
12.5. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında ziddiyyət olduqda,
qanunvericilikdə digər qayda nəzərdə tutulmayıbsa, kağız daşıyıcılardakı qeydlər üstün
qüvvəyə malik olur.
12.6. Dövlət reyestrinin elektron daşıyıcılarda tərtib edilməsi vahid təşkilati, metodoloji və
texniki-proqram prinsiplərinin tətbiqinə əsaslanmaqla, dövlətin digər informasiya sistemləri və
şəbəkələri ilə onun qarşılıqlı əlaqədə və vəhdətdə fəaliyyət göstərməsini təmin edir.
12.7. (Çıxarılıb)
29
12.8. Dövlət reyestri aşağıdakılardan ibarətdir:
12.8.1. hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının təşkili,
qeydiyyatı, yenidən təşkili, ləğv edilməsi barədə məlumatlar;
12.8.2. təsis sənədlərində dəyişikliklər edilməsi barədə məlumatlar;
12.8.3. Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxsin
nümayəndəliyi və ya filialı, habelə digər qurumları barədə məlumatlar;
12.8.4. qanunvericiliklə müəyyən edilmiş və saxlanmaq üçün qeydiyyat orqanına təqdim
edilmiş sənədlər toplusu.
12.9. Hüquqi şəxslərin dövlət reyestri illər üzrə və Azərbaycan Respublikasının hər bir
inzibati ərazi vahidi (rayon və ya şəhər) üzrə aparılır. Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanının qərarı ilə dövlət reyestri digər meyarlar üzrə də aparıla bilər.
30
12.10. Dövlət qeydiyyatının ərazi aidiyyəti hüquqi şəxsin, xarici hüquqi şəxsin
nümayəndəlik və ya filialının hüquqi ünvanı əsasında müəyyən edilir.
12.11. Dövlət reyestrinin aparılması qaydası, dövlət reyestr kitabının, qeyri kommersiya
hüquqi şəxsləri üçün dövlət qeydiyyatı haqqında şəhadətnamənin və dövlət reyestrindən
çıxarışın formaları və ərizənin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
31
12.12. Kommersiya qurumları üçün dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət
reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin (o cümlədən, elektron ərizənin)
formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir
və onu internet səhifəsində yerləşdirilir.
32
M a d d ə 1 3 .
Dövlət qeydiyyatına alınmanı və dövlət reyestrinə daxil edilməni
təsdiq edən sənəd
13.1. Dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin nümayəndəlik
və ya filialına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun
dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd - dövlət qeydiyyatı haqqında şəhadətnamə
verilir.
13. 2. Dövlət qeydiyyatına alınmış hüquqi şəxs, habelə xarici hüquqi şəxsin nümayəndəlik
və ya filialı barəsində dövlət reyestrinə daxil edilmiş məlumatlar dövlət reyestrindən çıxarışla
təsdiq edilir.
13.3. Dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsə, xarici kommersiya hüquqi
şəxsin nümayəndəlik və filialına verilən şəhadətnamədə və dövlət reyestrindən çıxarışda
sahibkarlıq fəaliyyəti subyektləri üçün Azərbaycan Respublikasında vahid kod olan vergi
ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilir.
33
13. 4. Dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət reyestrindən çıxarış
möhürün, ştampın, firma blankının, əmtəə nişanının hazırlanması üçün əsas sənəddir və bunlar
üçün hər hansı əlavə sənəd tələb edilmir.
34
M a d d ə 1 4 .
Dövlət reyestrinə daxil edilən məlumatlar
14.1. Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində
aşağıdakı məlumatlar əks etdirilməlidir:
14.1.1. qurumun adı (firma);
14.1.2. qurumun hüquqi ünvanı;
14.1.3. qurumun təşkilati-hüquqi forması;
14.1.4. maliyyə ili;
14.1.5. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (kommersiya qurumları üçün), qeyri-
kommersiya qurumunun qeydiyyat nömrəsi;
35
14.1.6. qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri;
təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında məlumatlar;
14.1.7. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və
yaşayış yeri;
14.1.8. hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan
Respublikasının hüdudlarından kənarda yaratdığı qurumların olduğu yer, təşkilati-hüquqi
forması və qeydiyyatı haqqında məlumatlar.
14.2. Dövlət reyestrində hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya
filialları üçün bu Qanunun 14. 1-ci maddəsində nəzərdə tutulmuş məlumatlardan əlavə, hüquqi
şəxsin təşkilati-hüquqi formasından asılı olaraq aşağıdakı məlumatlar göstərilməlidir:
14.2.1. kommandit ortaqlığında - hər bir kommanditçinin mayasının miqdarı;